Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-145/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,213 qram miqdarında narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,527 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki şalvarının arxa sağ cibində bir ədəd kibrit qutusunda bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə və bir ədəd şəffaf sellofan bükümdə saxlamış, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 27 iyun 2021-ci il tarixdə saat 08:30 radələrində, Yevlax şəhəri İ.Dəmirov küçəsində saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 09:25 dəqiqədən saat 09:40 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının arxa sağ cibində həmin narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara sıra narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. 27 iyun 2021-ci il tarixdə, saat təxminən 06:00-da, günlük iş tapmadığından Yevlax şəhəri, D.Qorqud parkından yaşadığı ev istiqamətində gedərkən yerdə bir ədəd kibrit qutusunun olduğunu görüb götürmüşdür. Qutunu açdıqda içində bir ədəd qızılı-ağ rəngli kağızın və bir ədəd şəffaf sellofan bükümlərinin olduğunu görmüşdür. Sellofan bükümü açdıqda içində metamfetamin, daha sonra isə qızılı-ağ rəngli kağız bükümü açdıqda içində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Bu maddələri sonra istifadə etmək üçün kibrit qutusunda cibinə qoyub yaşadığı ev istiqamətdə yolunu davam etmişdir. Yaşadığı evə çatmağa az qalmış, İ.Dəmirov küçəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman tapdığı bir ədəd kibrit qutusu əynindəki şalvarının sağ arxa cibindən aşkar olunmuşdur. Etiraf etmişdir ki, bükülüdə olan narkotik maddə olan heroin və psixotrop maddə olan metamfetamindir. Həmin gün yerdən tapmış və sonra istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 27 iyun 2021-ci il tarixdə X4 şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bunun əsasında Şöbənin Narkotiklərlə mübarizə qrupunun əməliyyatçısı Şahid1 raportla rəhbərliyə müraciət etmişdir. Şöbənin rəhbərinin əmri ilə əməliyyat qrupu yaradılmış və o da, əməliyyat qrupuna daxil edilmişdir. Qrupun digər üzvləri Şahid1 və Şahid3lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri İ.Dəmirov küçəsinə getmişlər. Təxminən saat 08:30-da Asifin piyada yaşadığı ev istiqamətində getdiyini görmüş və Asifə yaxınlaşmışlar. Özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Asif buna etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sağ cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Asif bildirmişdir ki, kibrit qutusu ona məxsusdur, qutunun içində olan bir ədəd sellofan bükülüdə olan psixotrop maddə metamfetamindir və qızılı rəngdə bükülüdə isə narkotik maddə heroindir. Kibrit qutusunu həmin gün Dədə Qorqud parkının yaxınlığında yerdən tapmışdır. Şahid X1 bildirmişdir ki, Yevlax RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 27 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, onun üzərindən bir ədəd kibrit qutusu aşkar edilmişdir Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünü parkda tapmışdır, içində olan maddə isə narkotik maddə olan heroin və psoxotrop maddə olan metamfetamindir, öz istifadəsi üçün saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının arxa sağ cibindən bir ədəd kibrit qutusunda bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə və bir ədəd şəffaf sellofan büküm aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 27 iyun 2021-ci il tarixli 17/471 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yaılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,527 qram olan maddə “Azərbaycan Respublikası dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan metamfetamindir. Həmin zərfin içərisində olan 01 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümün içərisindəki 01 (bir) ədəd gümüşü - ag rəngli kağız bükümdə, təmiz çəkisi - 0,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh.42) Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 1096 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və metamfetamindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.126) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə cinayət əməli törətməsini, Vətən müharibəsi iştirakçısı, ailəli, himayəsində iki azyaşlı uşağının olmasını, habelə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan 0,163 qram narkotik vasitə olan heroin və 0,477 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut - X3 saxlanılan 0,163 qram çəkidə narkotik vasitə olan heroin, 0,477 qram miqdarında psixotrop maddə -metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-145/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-145/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver