Məhkəmə qərarları › İş №1(039)-145/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-145/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-145/2024 23.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Füzuli küçəsi ev 54-də qeydiyyatda olmaqla, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd qızılı rəngli kağıza bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 0,886 qram psixotrop maddə olan metamfetamini istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:35-də Təqsirləndirilən şəxs psixotrop maddələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 21:35-dən 21:44-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 0,886 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq, məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, 30 aprel 2024-cü il tarixdə saat 19:35 radələrində Yevlax şəhərin H.Əliyev prospektində yerləşən «Neptun» marketin yanında yerləşən mağazadan su alıb çıxdığı çıxan zaman gözlənilmədən BNMİ QBRŞ-nin əməkdaşları onu saxlamışlar və maşına oturdaraq əllərini qandallamışlar. Həmin şəxslərdən nə üçün saxlanıldığını soruşmuş və ona üzərində narkotik vasitə olduğunu bildirilmişdir. Sonra avtomobili Gəncə şəhəri istiqamətində hərəkət etdirmişlər və yolda üstünü axtarmışlar, lakin heç nə tapmamışdırlar. Daha sonra yenidən onu saxladıqları yerə qayıdaraq, mağazanın yanını da axtarmışlar, lakin heç nə aşkar edə bilməmişdirlər. Yenidən onu Gəncə istiqamətinə apararaq yolda saxlayıb onu döymüşlər və təqsirini boynuna almayacağı təqdirdə onu vətənə xəyanətlə şərləyəcəklərini bildirmişlər. Sonra onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər və şöbədə narkotiki hazırlayaraq onun üzərinə qoymuşlar. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Məcbur edildiyinə görə ibtidai istintaq zamanı özünü təqsirli bilmişdir. Hazırda özünü təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, BNMİ QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 aprel 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla BNMİ QBRŞ-nin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. BNMİ QBRŞnin 30 aprel 2024-cü il tarixli əmri ilə əməliyyat-axtarış qrupu yaradılmış və Yevlax rayonu ərazisinə gəlmişlər. Yevlax şəhərində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs özləri ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. X12 Əliyevin üzərinə müdafiəçinin iştirakı ilə və çəkilişlə baxış keçirilmiş, üzərindən metamfetamin aşkar edilmiş və təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 16/499 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər maddə» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0.886 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi 0.886 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.836 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 1091 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddə istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Mərkəzi» X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 378 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs posttravmatik stress pozuntusu XBT 10 (Psixi və davranış pozuntularınınbeynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ona şamil edilən cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. O hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyyacı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, təsir və təzyiqə məruz qalması, həmçinin ona fiziki güc tətbiq edilməsi nəticəsində ona istinad olunan cinayəti törətmək məcburiyyətində qalmasını etiraf etməsi ilə bağlı ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan da müəyyən edilir ki, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd «Vinston» markalı siqareti, bir ədəd qızılı rəngli kağız bükümü, həmin şalvarın sol yan cibinjən bir ədəd on, iki ədəd beş, dörd ədəd bir manatlıq, ümumilikdə iyirmi dörd manat pulu çıxararaq masanın üzərinə qoymuş, sonra bir ədəd bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu, 30 aprel 2024-cü il tarixdə Yevlax şəhəri ərazisində yerləşən bazardan tapdığını, nə olduğunu bildikdən sonra götürərək üzərində saxladığını, nə vaxtsa istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ingəçevir Şəhər X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 337 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən «Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişkliyi, depressiv daxilolmalarla) diaqnozu ilə Mingəçevir şəhər X1 psixiatrik müşahidədədir. İşdə olan 3 saylı X13 X8 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup müharibə əlili kimi Prezident təqaüdü alır. İşdə olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşdə olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Laçının azad olunmasına görə» medalı ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İşdə olan Tibbi-Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir və ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya, «Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla» diaqnozu təyin edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 mart 2020-ci il təvəllüdlü Rasif adlı azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, müharibə vetaranı və İİİ dərəcəli əlil olmasını, posttravmatik stress pozuntusu XBT 10 F43.1 xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası» nın 3-cü bəndinin 3.2-ci hissəsinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlil şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0.836 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 30.4 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 (otuz) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 30 aprel 2024-cü il tarixdən 02 may 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax şəhəri Füzuli küçəsində yerləşən 54 saylı evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.836 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30.4 manat (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar