Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-145/2025 12.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X12 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs qzının Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Beyəqan rayonu, Qəhramanlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(039)- 137/2025 saylı qərarı il “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qohumu olan Zərərçəkmiş şəxs əri X3 Samux RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməsini eşidərək Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə etməklə və aldatma yolu ilə Ceyhun Qasımovun cinayət işinə köməklik edəcəyi adı ilə müxtəlif aldadıcı üsullarla Zərərçəkmiş şəxs vəd verməklə sonuncunun əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək qərarına gələrək həmin niyyətlə 2024-cü ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə gələrək sonuncunun əri, həmin vaxtı Samux RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş X4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin daha yüngül maddəsi ilə adını demədiyi tanışlarının vasitəsilə 23000 manat pul müqabilində tövsif etdirəcəyinə və Ceyhun Qasımovu 2024-cü ilin avqust ayında ev dustaqlığına buraxdıracağına dair yalandan vəd verib Zərərçəkmiş şəxs aldatmaqla 2024cü ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 23000 (iyirmi üç min) manat nağd pulunu aldıqdan sonra o, 2024-cü ilin iyun ayının istintaqla müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən evinə yenidən gələrək Ceyhun Qasımovun barəsində olan cinayət işi üzrə sonuncunun təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddəsini 8000 manat pul müqabilində ekspertiza və digər adını demədiyi xərclər çəkməklə Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif etdirəcəyi və həmin qərarın tezliklə icra ediləcəyini artıq həll etdiyini Zərərçəkmiş şəxs deyib aldadaraq sonuncunun etibarını bir daha qazanmaqla özünə inandırmaq məqsədilə aldığı 23000 (iyirmi üç min) manat puldan 15000 (on beş) manatını Zərərçəkmiş şəxs qaytararaq sonuncunun 8000 (səkkiz min) manat pulunu isə özündə saxlayaraq ələ keçirmiş, bundan sonra o, özünün vahid niyyətlə əhatə olunan cinayətkar niyyətini davam etdirərək 2024-cü ilin iyun ayının istintaqla müəyyən edilməyən günündə yenidən Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən evinə gələrək barəsində həbs qətimkan tədbiri seçilmiş X5 istintaqda tam köməklik edə bilmədiyini deyərək sonuncunun barəsində olan cinayət işi üzrə Ceyhun Qasımova 29000 (iyirmi doqquz min) manat pul müqabilində məhkəmədə azadlığın məhdudlaşdırılması cəzası almaqla həbsdən azad etdirəcəyinə köməklik edəcəyinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs inandırıb aldatmaqla orada Zərərçəkmiş şəxs 14 000 (on dörd min ) manat pulunu almış, daha sonra o, vahid niyyətlə əhatə olunan qəsdinin davamı olaraq Zərərçəkmiş şəxs ilə dəfələrlə müxtəlif üsullarla əlaqə saxlayaraq Ceyhun Qasımovun məhkəmədə baxılan cinayət işi üzrə Ceyhun Qasımova köməklik edilməsi üçün əlavə olaraq da pul lazım olduğunu deyərək xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 100 manat pulunu, xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, N.Nərimanov küçəsi ev 96 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 600 və 200 manat olmaqla 800 manat pulunu, xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs ayrı-ayrı zərflərdə 400 manat və 1000 manat olmaqla ümumilikdə 1400 manat pulunu, xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 600 manat pulunu, 2024-cü ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 500 manat pulunu, 2024-cü ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 600 manat pulunu, 2024-cü ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 300 manat pulunu, xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Zərərçəkmiş şəxs “Beynəlxalq Bank”a məxsus 4127********0332 nömrəli kart hesabından Təqsirləndirilən şəxs deməsi ilə sonuncunun istifadəsində olan 5239********5595 nömrəli kart hesabına göndərdiyi 300 manat pulunu, xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 1000 manat pulunu, xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 600 manat pulunu, xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, N.Nərimanov küçəsi ev 96 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 500 manat pulunu, 2024-cü ilin oktyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 500 manat pulunu, 2024-cü ilin oktyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 100 manat pulunu, 2024-cü ilin oktyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs 500 manat olmaqla, ümumilikdə 7.800 (yeddi min səkkiz yüz) manat pulunu alıb ələ keçirdikdən sonra o, yenidən 2024-cü ilin oktyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən evinə gələrək məhkəmədə Ceyhun Qasımova azadlığın məhdudlaşdırılması cəzasını təyin etdirə bilmədiyini, lakin barəsində həbs qətimkan tədbiri seçilmiş X5 məhkəmədə 12000 (on iki min) manat pul müqabilində Cinayət Məcəlləsinin daha yüngül maddəsi ilə cəza təyin etdirəcəyinə yalandan vəd verib Zərərçəkmiş şəxs inandırıb aldadaraq sonuncunun etibarını bir daha qazanmaq məqsədilə ümumilikdə aldığı pullardan 9800 (doqquz min səkkiz yüz) manatını Zərərçəkmiş şəxs qaytarıb Zərərçəkmiş şəxs aldığı pullardan qalan 12000 (on iki min) manat pulu isə özündə saxlayıb ələ keçirərək vədinə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs cəmi 20000 (iyirmi min) manat məbləğində pulunu aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək qəsdən Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə törətdiyi cinayət əməlində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində ailə üzvləriylə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ögey əmisi qızıdır və münasibətləri yaxşı olmuşdur.03.2024-cü il tarixdə Zərərçəkmiş şəxs əri X2 RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4-1-ci maddəsi ilə tutularaq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 2024-cü ilin aprel, may aylarında Yevlax şəhərində dəmir qapı ustası kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs anası Cəmilə istifadəsində olan mobil nömrəsinə zəng edərək onu Yevlax şəhərində yaşadığı evə çağırmışdır. Cəmilə ona kürəkəni Ceyhunun Samux RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu, Gəncə və Samuxda tanış adam olubolmamasını ondan soruşmuşdur. O, da Cəmiləyə tanışları olduğunu, müstəntiqə tanış adam tapa biləcəyini, cinayət işinin maddəsini daha yüngül maddə ilə əvəz olunmasına köməklik göstərə biləcəyini demişdir. 2024-cü ilin may ayının xatırlamadığı tarix və günündə Zərərçəkmiş şəxs və anası Cəmilə ilə birlikdə Samux RPŞ-nə gedərək müstəntiqi İslam ilə danışaraq Ceyhunun maddəsini yüngül maddə ilə əvəz edilməsinə köməklik etməsini demişdir. Həmin müstəntiq isə belə bir köməklik edə bilməyəcəyini bildirmişdir. O, 2024-cü ilin iyun ayının xatırlamadığı tarix və günündə Zərərçəkmiş şəxs və anası Cəmilə ilə birlikdə idarə etdiyi “Mersedes S class” minik markalı avtomobillə Samux RPŞ-nə getmişlər və Kəmalə və Cəmilə avtomobildə oturmuşdur. O, müstəntiq İslam ilə söhbət edərək avtomobilə geri qayıtmışdır və öz yanından müstəntiqin biraz gözləməyini dediyini bildirmişdir. Kəmalədən özündə olan 23.000 manat məbləğində puluda əri Ceyhunun barəsində olan cinayət işinin maddəsinin daha yüngül maddə ilə əvəz edilməsi adı ilə Samux RPŞ-nin inzibati binasının qarşısında avtomobilində alıb qoltuqaltında saxlanc yerinə qoymuşdur. İşi həll edə bilmədiyi üçün 23.000 manat məbləğində puldan 15.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs Yevlax şəhəri, N.Nərimanov küçəsi ev 96 ünvanında yerləşən yaşadığı evdə geri qaytarmış, 8.000 manat məbləğində pulu isə öz şəxsi ehtiyaclarına xərclədiyi üçün Kəmaləyə yalandan ekspertiza, cinayət işinin maddəsinin dəyişiləcəyi və digər xərclər adı ilə xərclədiyini demişdir. 2024-cü ilin iyul ayının xatırlamadığı tarixində Zərərçəkmiş şəxs tanışları olduğunu, məhkəmədə işlədiklərini deyərək əri Ceyhunun cəzasını elektron qandal ilə əvəz etdirə biləcəklərini, 16 avqust tarixində ad gününə kimi Ceyhunu içəridən çıxartdıra biləcəyini, 30.000 manat məbləğində pul istədiyini, lakin 29.000 manat məbləğində pula razılaşdığını bildirmişdir. Kəmalədə onunla razılaşmışdır. 2024-cü ilin iyul ayının xatırlamadığı tarixində Zərərçəkmiş şəxs Yevlax şəhəri, N.Nərimanov küçəsi ev 96 ünvanında yerləşən yaşadığı evdə heç kimin iştirakı olmadan 14.000 manat məbləğində pulu nağd qaydada əlbəəl almışdır. Sonradan Kəmaləyə söz verdiyi qaydada heç bir iş görə bilmədiyi üçün 9.800 manat pulu gətirib Kəmaləyə yaşadığı evdə geri vermişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək əri Ceyhunun 9 il azadlıqdan məhrum edildiyini deyən zaman o, Kəmaləyə heç bir söz deyə bilməmişdir. Məhkəməyə ərizə təqdim edərək törətdiyi əməldə özünü təqsirli bildiyini, əməlindən səmimi olaraq peşman olmasını, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləriylə birlikdə yaşayır. Təqsirləndirilən şəxs doğma əmisi oğludur və münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə əri X2 RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4-1-ci maddəsi ilə tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt dərin sarsıntı keçirmiş, nə edəcəyini bilməmişdir. xx.xx.2024-cü il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs onun ünvan 2 ünvana gəlmiş, əri Ceyhunun tutulduğunu bildiyini, tanışları olduğunu, əri Ceyhunun maddəsini daha yüngül maddə ilə əvəz etdirəcəyini deyərək onu özünə inandırmışdır. O, da Təqsirləndirilən şəxs doğma əmisi oğlu olduğu üçün onu heç vaxt aldadacağını, etibarından sui istifadə edə biləcəyini düşünmədən əri Ceyhunun maddəsini dəyişdirməsi üçün tanışları vasitəsi ilə həll etməsini istəmişdir. Təqsirləndirilən şəxs nə qədər pulu olduğunu ondan soruşduqda 23.000 (iyirmi üç min) manat pulu olduğunu Elnura demişdir. 2024-cü ilin may ayının xatırlamadığı tarix və günündə Təqsirləndirilən şəxs ünvan 3 ünvana gələrək müstəntiqə adam tapdığını, əri Ceyhun Qasımovun maddəsini başqa maddə ilə əvəz edib yüngülləşdirəcəyini 2024-cü ilin avqust ayında ev dustqalığına buraxdıracağını deyərək 23.000 (iyirmi üç min) manat pulu ondan alıb çıxıb getmişdir. Elnur təxminən 1 ay müddətində pulu özündə saxladıqdan sonra 2024-cü ilin iyun ayında əri Ceyhunun işini həll edə bilmədiyini deyərək 23.000 (iyirmi üç min) manat verdiyi puldan 15.000 manat pulu ona geri qaytarmış, 8.000 manat pulu isə ekspertiza və maddələri azaltmaq üçün xərclədiyini demiş və o Elnurun sözünə inanmışdır. 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs onun Yevlax şəhərində yerləşən evinə gələrək, əri X4 qandal cəzası ilə evə buraxılacağını, xx.xx.2024-cü il tarixədək əri Ceyhunu evə gətirəcəyini bildirərək 29.000 (iyirmi doqquz min) manat pul lazım olduğunu demişdir. O, da 14.000 (on dörd min) manat məbləğində pulu 2024-cü ilin iyul ayının xatırlamadığı tarixində Təqsirləndirilən şəxs sözünə və vədinə inanaraq yaşadığı evdə Elnura vermişdir. Sonra Elnurdan pulu kimə verdiyini, işi kiminlə həll etdiyini soruşmuş, Elnur tanış adamla danışdığını, həmin tanış adamın məhkəmədə işlədiyini, lakin hansı məhkəmədə işlədiyini ona deməmişdir. Təqsirləndirilən şəxs 14.000 manat və 7.800 manat olmaqla cəmisi 21.800 manat puldan 9.800 manat pulunu ona geri qaytarmış, 12.000 manat pulun müqabilində isə əri Ceyhunun maddəsinin yüngülləşdirilib 3 ildən 8 ilədək olan maddə ilə əvəz olunacağını bildirərək onu özünə inandırmışdır. Elnurdan dəfələrlə onun pulunu geri qaytarmasını tələb etsə də, Elnur hər dəfə ona yalan vədlər verərək müxtəlif bəhanələrlə onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-111/2025 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-137/2025 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək, ona həmin maddədə nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli Beyləqan rayon İHB-nın Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli Beyləqan rayon İHB-nın Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2024-cü il təvəllüdlü Teymur və 2016-cı il təvəllüdlü İsmayıl adlı iki azyaşlı uşağı var. xx.xx.2025-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışaraq ona vurmuş olduğu ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); İİ hissəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, X6 (əməli) həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı vardır və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 5 və 5.1-ci bəndləri həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış üzləşdirmə protokoluna əlavə 03 (üç) ədəd CD disk və Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 1.16cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış üzləşdirmə protokoluna əlavə 03 (üç) ədəd CD disk və Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalsın. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 77 (yetmiş yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-145/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-145/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver