Məhkəmə qərarları › İş №1(039)-146/2019

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-146/2019

27.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-146/2019 27.09.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs Abduləzimov İmadi Rövşən oğlunun və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Abduləzimov İmadi Rövşən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayının 11-də saat 08:30 radələrində, "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21214” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında Yevlax rayonu Malbinəsi kənd asfalt yolunun Yevlax-Bərdə asfalt yolu istiqamətində sağ kənarında dayandırdığı yerdən sola doğru istiqamətləndirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili üzərində dövlət qeydiyyat nişanları olmadan və etibarnaməsiz idarə edib Yevlax rayonu Malbinəsi kənd asfalt yoluna çıxararkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci hissəsinin 1-ci hissəsinin tələblərinə riayət etməli olduğu halda özünə güvənərək cinayətkarcasına ehtiyatsızlıqdan həmin tələblərə riayət etməmişdir, yəni avtomobili yolun sağ kənarında dayandırdığı yerdən hərəkət etdirərək sola istiqamətləndirməzdən əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı, arxadan hərəkət hissəsi ilə “Volkswagen Passat” markalı avtomobilin yaxınlaşmasını nəzərə alaraq idarə etdiyi avtomobili yolun sağ kənarından sola istiqamətləndirməməli, hərəkət hissəsinə daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət üstünlüyünə malik olan Volkswagen Passat markalı avtomobilə yol verməli və bundan sonra avtomobili yolun hərəkət hissəsinə daxil etməli olduğu halda bunları etməmişdir və bu səbəbdən də sürücü Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə həmin asfalt yolla Yevlax-Bərdə asfalt yolu istiqamətində 50 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası Zərərçəkmiş şəxs2Şəmil oğluna məxsus “Volkswagen Passat” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağ hərəkət zolağında toqquşmuşdur və bu toqquşma nəticəsində sonuncu avtomobildə olan sərnişinlər - Zərərçəkmiş şəxs1“sağəlin arxa səthinin şişkinliyi, V daraq sümüyünün distal ucunun çatı” xəsarətləri ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs2Şəmil oğlu “sağ alın qabarının sıyrığı, sağ diz nahiyyəsinin şişkinliyi və sıyrığı” xəsarətləri ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 “sağ alın qabarının sıyrığı, sağ diz nahiyyəsinin şişkinliyi” xəsarətləri ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, “Volkswagen Passat” markalı avtomobilə 5150 manat məbləğində, VAZ-21214 markalı avtomobilə 1108 manat məbləğində maddi ziyan vurulmuşdur. Əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş sürücüTəqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, törətdiyi bu yol nəqliyyat hadisəsi yerindən də qaçmışdır. Beləliklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci hissəsinin 1-ci hissəsinin tələblərinə riayət etsəydi hadisənin qarşısını almağa texniki imkanı olmuş sürücüTəqsirləndirilən şəxs həmin Qanunun həmin tələblərinə ehtiyatsızlıqdan riayət etməməsi 1 nəfər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər, 2 nəfər zərərçəkmiş şəxsin sağlamlığına dərəcəsi təyin edilməyən zərər və “Volkswagen Passat” markalı avtomobilə 5150 manat məbləğində, “VAZ-21214” markalı avtomobilə 1108 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur və o, törətdiyi bu yol nəqliyyat hadisəsi yerindən də qaçmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 09 iyun 2019-cu il tarixdə həftənin bazar günü olduğu üçün onun işlədiyi “Maşın bazarı” açıq olmuşdur. Həmin vaxt əvvəllər tanıdığı X18 özünə məxsus VAZ-21214 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün “Maşın bazarı”na gətirmişdir. Həmin vaxt Elxan avtomobili sata bilməmişdir. Elxanın avtomobili onun xoşuna gəldiyi üçün o, həmin avtomobili almaq qərarına gəlmişdir. O, Elxana avtomobili almaq istədiyini demişdir. Elxan avtomobilin lizinq şirkətinə məxsus olduğunu, avtomobili almaq üçün əvvəlcə sonuncuya 5500 manat pul ödəməyini, sonra hər ay avtomobilin 460 manat kreditini ödəməyini demişdir. Həmin gün o, Elxana 5500 manat pul vermiş, qalan pulu isə hər ay ödəyəcəyinə söz vermişdir. Avtomobili idarə etmək üçün onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 11 iyun 2019-cu il tarixdə o, aldığı “VAZ-21214” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sazlığını yoxlamaq qərarına gəlmişdir. Saat 07 radələrində o, “VAZ-21214” markalı avtomobili idarə edərək Bərdə-Yevlax asfalt yolu ilə Malbinəsi kənd asfalt yoluna gəlmişdir. Saat 08:30 radələri olmuşdur. O, avtomobili həmin yolla Mingəçevir-Bəhramtəpə asfalt yolu istiqamətində hərəkət etdirmişdir. Bundan sonra o, avtomobilini geri döndərib Yevlax- Bərdə asfalt yolu istiqamətində hərəkətinə davam etmişdir. O, avtomobilin saz vəziyyətdə olduğunu, heç bir nasazlığının olmadığını görmüş, həmin asfalt yola çatmağa təxminən bir kilometr məsafə qalmış yenidən geri dönmək qərarına gəlmiş, avtomobilini sağa döndərib asfalt yoldan çıxarmış, sonra avtomobilin sükanını sola döndərib avtomobili dayandırmış, avtomobilin sol yan güzgüsündən arxaya baxmış, həmin vaxt asfalt yolla bir minik avtomobilinin Yevlax-Bərdə asfalt yolu istiqamətində hərəkət etdiyini görmüş, həmin avtomobilin keçib getməsini gözləməmiş və avtomobilini sola doğru idarə edib asfalt yola çıxarmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin avtomobilin ön sağ tərəfi toqquşmuşdur. Hadisə zamanı o, başından zərbə aldığıüçün bundan sonra baş verənləri xatırlamamışdır. O, ayıldıqda Bərdə şəhərində yerləşən təcili tibbi yardım stansiyasında olduğunu, həkimin ona tibbi yardım göstərdiyini görmüşdür. O, sol çiynindən sıyrılmış və başından şişmiş xəsarətlər almışdır. Həkim ona tibbi yardım göstərdikdən sonra o, yaşadığı evə getmişdir. Təxminən iki-üç gün sonra o, avtomobili ilə toqquşmuş avtomobildə olmuş şəxslərin kim olduğu və harada yaşamaları ilə maraqlanmışdır. O, həmin avtomobilin sahibinin Yevlax rayonu Nəmərli kəndində yaşamış Sarı adlı şəxs olduğunu bilmiş, anası Ərkinazla birlikdə Nəmərli kəndinə gedib Sarı ilə görüşmüşdür. O, Sarıya avtomobili ilə toqquşmuş avtomobili onun idarə etdiyini, razılıq əldə etmək üçün gəldiyini bildirmişdir. Sarıəvvəlcə sonuncuya “Volkswagen Passat” markalı təzə avtomobil almağı ona bildirmiş, Sarıya maddi imkanının olmadığını, sonuncuya təzə avtomobil ala bilməyəcəyini demişdir. Bundan sonra onlar yaşadığı evə qayıtmışlar. Təxminən bir ay müddətində o, Sarı ilə danışıqlar aparmış və nəhayət sonuncu ilə razılığa gəlmişdir. Bundan sonra o, maddi ziyanla bağlı Sarıya iki min manat pul ödəmişdir. Sarı ondan şikayət və tələbinin olmadığını demişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində hadisədən sonra 102-yə zəng etmədiyini, polisə məlumat vermədiyini, özünü polisə təqdim etmədiyini, hadisə zamanı sərxoş olmadığını, “VAZ-21214” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə sənədinin olmadığını, hadisədən sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 özü haqqında heç bir məlumat vermədən hadisə yerindən getdiyini, hadisə zamanı avtomobili onun idarə etdiyini, hadisədən əvvəl “VAZ-21214” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının hər ikisinin avtomobilin salonunda olduğunu, nişanları avtomobilin üzərinə bərkitməyi yadından çıxardığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığıüzündən hadisələrin təsadüfü axarı zəminində baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs Quliyev Fəxrəddin Sarı oğlu ifadəsində göstərdi ki, 10 iyun 2019-cu il tarixdə arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə Yevlax rayonu Nəmərli kəndinə getmişdir. Atası Sarı“şəkər” xəstəsi olmuşdur. Atası Sarı ona xəstəliyi ilə bağlı müayinə olunmaq üçün 11 iyun 2019-cu il tarixdə səhər saatlarında sonuncunu Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanaya aparmağı demişdir. Həmin xəstəxanaya getmək üçün isə Yevlax şəhər mərkəzi xəstəxanasından atası Sarının adına göndəriş almalı olmuşlar. 11 iyun 2019-cu il tarixdə səhər saatlarında atası Sarı xəstəliyi ilə əlaqədar narahat olduğu üçün sonuncunun avtomobilini o, idarə etməli olmuşdur. O, “Volkswagen Passat” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmişdir. Atası Sarı avtomobilin qabaq sağ oturacağında, arvadı Aynur isə arxa sağ oturacaqda əyləşmişlər. O, avtomobili idarə edərək Nəmərli kəndindən Mingəçevir-Bəhramtəpə asfalt yoluna getmiş, həmin yoldan isə Yevlax rayonu Malbinəsi kənd asfalt yoluna çıxmışdır. Saat 08:30 radələri olmuşdur. O, avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt sol tərəfdə yerləşən ferma yolundan “VAZ- 21214” markalı dövlət qeydiyyat nişanıüzərində olmayan bir avtomobil asfalt yola çıxmış və Yevlax şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. “VAZ-21214” markalı avtomobil ondan ön tərəfdə hərəkət etmiş və yüksək sürətlə getdiyi üçün təxminən 80-100 metr uzaqlaşmışdır. Bundan sonra sürücü idarə etdiyi “VAZ-21214” markalı avtomobili asfalt yolun sağ kənarında, hərəkət hissəsinin sağ kənarından təxminən bir metr məsafədə dayandırmışdır. O, sürücünün başını avtomobilin qabaq sol qapısının pəncərəsindən çöləçıxarıb arxa tərəfə doğru ona baxdığını, həmin şəxsin mobil telefonu qulağına tutub kimsə ilə danışdığını görmüşdür. O, sürücünün onun ötüb keçməyini gözlədiyini, o, avtomobilləötüb keçdikdən sonra geri dönəcəyini bilmiş, hərəkətinə davam etmiş və avtomobilini 50 km/saat sürətlə idarə etmişdir. “VAZ-21214” markalı avtomobiləçatmağa 10 metr məsafə qalmış sürücü həmin avtomobili sağ tərəfdən yüksək sürətlə asfalt yola daxil etmişdir. Ara məsafəsi az olduğu üçün o, avtomobilinə tormoz verməyə və sükanı fırlamağa imkan tapmamışdır. Həmin vaxt onun idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə “VAZ-21214” markalı avtomobilin ön sol tərəfi toqquşmuşdur. Toqquşmadan sonra o, avtomobilin idarə etməsini itirmiş, avtomobil asfalt yoldan çıxıb yolun sol tərəfində yerləşən sahədə dayanmışdır. Hadisə zamanı avtomobilin şarları açılmışdır. O və Aynur avtomobildən aşağı düşmüşlər. Avtomobilin qabaq sağ qapısı açılmadığıüçün onun atası Sarı avtomobildən aşağı düşə bilməmişdir. O, təcili tibbi yardım stansiyasına zəng edərək həkim çağırmışdır. “VAZ-21214” markalı avtomobilin sürücüsü aşağı düşmüşdür. Lakin, həmin şəxs adını, soyadını, ata adını, yaşadığıünvanı, əlaqə vasitələrini ona bildirməmişdir. O, Aynurla birlikdə atası Sarını avtomobildən çıxarmışlar. Həmin şəxs avtomobilin qabaq sağ qapısını açmağa, Sarını avtomobildən çıxarmağa kömək etməmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Həkimlər Sarını avtomobilə mindirib aparmışlar. Həmin vaxt o, “VAZ-21214” markalı avtomobilin sürücüsünün hadisə yerində olmadığını, oradan çıxıb getdiyini bilmişdir. O, “VAZ-21214” markalı avtomobilin içərisinə baxmış və avtomobilin **-PX-*** dövlət qeydiyyat nişanlarının içəridə olduğunu görmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşı hadisə yerinə baxış keçirmiş, protokol və sxem tərtib etmiş, fotoşəkillər çəkmişdir. Evakuator gələrək hər iki avtomobili Yevlax rayon polis şöbəsinin cərimə meydançasına aparmışdır. Əvvəlcə Aynur, sonra isə o, Yevlax şəhər mərkəzi xəstəxanasına getmişdir. O, dizlərindən və başından əzilmiş xəsarət almışdır. Həkimlər ona tibbi yardım göstərmişlər. Aynurun sağəlinin sümüyündəçatın olduğu məlum olmuşdur. O, Yevlax rayon polis şöbəsinə gəlmiş və təhqiqatçı ondan izahat almışdır. Həmin gün o, Sarı və Aynur Yevlax ekspertiza şöbəsinə getmiş, ekspert onları müayinə etmişdir. Sonradan “VAZ-21214” markalı avtomobilin sürücüsünün İmadi Abdüləzimov olduğunu bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1ə Tofiq qızı ifadəsində göstərdi ki, 10 iyun 2019-cu il tarixdə o, əri Fəxrəddinlə birlikdə qayınatası Sarıya başçəkmək üçün sonuncunun yaşadığı Yevlax rayonu Nəmərli kəndində yerləşən evinə getmişlər. Sarı xəstəliyi iləəlaqədar səhəri gün Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanaya getməli olduğunu, Fəxrəddinə Sarını həmin xəstəxanaya aparmağı demişdir. Sarını Gəncəşəhər Beynəlxalq xəstəxanasına aparmaq üçün Yevlax şəhər mərkəzi xəstəxanasından göndəriş almalı olmuşlar. 11 iyun 2019-cu il tarixdə saat 08 radələrində Fəxrəddin Sarıya məxsus “Volkswagen Passat” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Yevlax şəhərinə yola düşmüşlər. Sarı avtomobilin qabaq sağ oturacağında, o, isə avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Sarının səhhətində problem olduğu üçün Fəxrəddin yol boyu avtomobili yüksək sürətlə deyil, təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Onlar Yevlax rayonu Malbinəsi kənd asfalt yolunda hərəkətdə olarkən sol tərəfdə yerləşən ferma yolundan “VAZ-21214” markalı dövlət qeydiyyat nişanıüzərində olmayan bir avtomobil asfalt yola çıxmış və onlardan öndə olmaqla eyni istiqamətdə hərəkətini davam etdirmişdir. Sürücü “VAZ-21214” markalı avtomobili yüksək sürətlə idarə edərək onlardan təxminən 100-150 metr məsafə aralaşmışdır. Bundan sonra sürücü “VAZ-21214” markalı avtomobili asfalt yoldan tamamiləçıxarmış və yolun sağ kənarında dayandırmışdır. Sürücü başını avtomobilin qabaq sol qapısının pəncərəsindən çöləçıxarıb arxa tərəfə doğru onlara baxmışdır. “VAZ-21214” markalı avtomobiləçatmağa təxminən 10-12 metr məsafə qalmış sürücü həmin avtomobili sağ tərəfdən yüksək sürətlə asfalt yola daxil etmiş və həmin an avtomobillərin ön tərəfi toqquşmuşdur. Toqquşmadan sonra Fəxrəddinin idarə etdiyi avtomobil fırlanıb asfalt yoldan çıxmış və yolun sol kənarındakı sahədə dayanmışdır. Zərbə nəticəsində avtomobilin şarları açılmışdır. O, avtomobildən aşağı düşmüş, sağəlinin üstünün əzilib şişdiyini görmüş və həmin əlində güclü ağrı hiss etmişdir. Fəxrəddin də avtomobildən aşağı düşmüşdür. Sarının əyləşdiyi tərəfdə avtomobilin qapısı açılmadığıüçün həmin vaxt sonuncunu avtomobildən düşürə bilməmişlər. Fəxrəddin mobil telefonla təcili tibbi yardım stansiyasına zəng edib həkim çağırmışdır. “VAZ-21214” markalı avtomobilin sürücüsü aşağı düşmüşdür. Həmin şəxs adını, soyadını, ata adını, yaşadığıünvanı, əlaqə vasitələrini onlara bildirməmişdir. O, həmin şəxsə güclü olduğunu, avtomobilin qapısını açmasını, avtomobildə qalmış qayınatası Sarınıçıxarmağı demişdir. Həmin şəxs avtomobilə yaxınlaşmamış və Sarını avtomobildən çıxarmağa kömək etməmişdir. Bundan sonra o, Fəxrəddinlə birlikdə Sarını avtomobildən çıxarmışlar. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Həkimlər Sarını avtomobilə mindirib aparmışlar. Həmin vaxt “VAZ-21214” markalı avtomobilin sürücüsü bir söz demədən getmişdir. O, tanımadığı yol avtomobili ilə Yevlax şəhər mərkəzi xəstəxanasına getmişdir. Həkim onu müayinə edib tibbi yardım göstərmişdir. Onun sağəlinin sümüyündəçat olduğu məlum olmuşdur. Sonradan “VAZ-21214” markalı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs Quliyev Sarı Şəmil oğlu ifadəsində göstərdi ki, “Volkswagen Passat” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili o, təxminən 3 il əvvəl 7300 manata almışdır. Avtomobili idarə etmək üçün onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. “Volkswagen Passat” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Fəxrəddinin etibarnamə sənədi olmamışdır. 11 iyun 2019-cu il tarixdə səhər saatlarında o, şəkər xəstəliyi ilə əlaqədar olaraq Yevlax şəhər mərkəzi xəstəxanasına gəlməli olmuşdur. Səhhəti imkan vermədiyi üçün o, avtomobilini idarə edə bilməmişdir. Fəxrəddin və Aynur bir gün əvvəl ona baş çəkmək üçün yaşadığı evə gəlmişlər. O, Fəxrəddinə avtomobili ilə onu xəstəxanaya aparmasını demiş və avtomobilin açarını sonuncuya vermişdir. Fəxrəddin avtomobilin sükanı arxasına, o, isə avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Aynur da evə getmək üçün avtomobilin arxa oturacağında əyləşmişdir. Fəxrəddin onun avtomobilini idarə edərək əvvəlcə Mingəçevir-Bəhramtəpə asfalt yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi ilə hərəkət etmiş, oradan isə Yevlax rayonu Malbinəsi kənd yolu ilə Yevlax- Bərdə asfalt yoluna doğru hərəkət etmişdir. Fəxrəddin avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Yolda hər hansı bir avtomobil olmamışdır. Saat 08:30 radələrində Yevlax-Bərdə asfalt yoluna çatmağa təxminən bir kilometr məsafə qalmış o, yolun sağ kənarında “VAZ-21214“ markalı bir avtomobilin Yevlax-Bərdə asfalt yolu istiqamətində dayandığını görmüşdür. Avtomobilin sol təkərləri asfalt yolun sağ kənarından təxminən bir metr məsafədə dayanmışdır. Fəxrəddin avtomobilini idarə etməkdə davam etmiş, təxminən 10 metr məsafə qalmış sürücü “VAZ-21214” markalı avtomobili yerindən sürətlə hərəkət etdirmiş və eyni zamanda sola döndərmişdir. Bundan sonra o, baş verənləri xatırlamamışdır. O, ayıldıqda avtomobildə olduğunu, avtomobilin asfalt yoldan çıxıb sahədə dayandığını görmüşdür. Fəxrəddin və Aynur avtomobildən aşağı düşmüşlər. Avtomobilin ön sağ qapısı açılmadığı üçün o, çıxa bilməmişdir. Bundan sonra Fəxrəddin və Aynur avtomobilin sürücü qapısından onu çölə çıxarmışlar. O, avtomobilinin ön sağ tərəfinin əzildiyini görmüşdür. “VAZ-21214” markalı avtomobilin isə ön sol tərəfi əzilmiş və avtomobil asfalt yolda dayanmışdır. O, başının şişdiyini hiss etmiş, sol çiynində, böyründə ağrılar olmuşdur. Fəxrəddin başından, Aynur isə qolundan xəsarət almışdır. “VAZ-21214” markalı avtomobildə yalnız sürücü olmuş, başqa şəxs olmamışdır. “VAZ-21214” markalı avtomobilin sürücüsü özü barədə onlara heç bir məlumat verməmiş və hadisə yerindən getmişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Həkimlər onu təcili tibbi yardım avtomobilinə mindirib Yevlax şəhər xəstəxanasına aparmışlar. Fəxrəddin və Aynur hadisə yerində qalmışdır. O, Yevlax şəhər xəstəxanasında müalicə olunmuşdur. Hadisə zamanı Aynur sağ əlindən xəsarət almış və əlinin sümüyündə çat yaranmışdır. Hadisədən təxminən bir həftə sonra “VAZ-21214” markalı avtomobilin sürücüsü adını bilmədiyi, sonradan adı ona məlum olmuş İmadi adlı şəxs anası və tanımadığı bir nəfər şəxslə birlikdə onun yaşadığı evə gəlmişlər. İmadinin anası onun avtomobilinə dəymiş ziyanı ödəyəcəklərini demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nəsibov Elmir Nadir oğlu ifadəsində göstərdi ki, “VAZ-21214” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. Həmin avtomobilin MMC-yə məxsus olması barədə 07 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC 868265 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” sənədi var. 14 dekabr 2018-ci il tarixdə"xxxx" MMC-nin direktoru X16 ilə X9 arasında lizinq müqaviləsi bağlanmış və“VAZ-21214” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Fikrətə lizinqə verilmişdir. Həmin avtomobil Fikrət Mehdiyevə 14136 manata lizinqə verilmişdir. Lizinq müqaviləsinəəlavə edilmişödəmə cədvəlinə əsasən Fikrət avtomobilə görə 15 ay müddətində hər ay 942 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Fikrət lizinq müqaviləsinə əsasən “VAZ-21214” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə dörd ay cəmi 3768 manat pul ödəmiş, bundan sonra sonuncu ödəniş etməmişdir. 23 may 2019-cu il tarixdə"xxxx" MMC-nin direktoru Həsən X1 arasında “öhdəliyin icrası ilə bağlı saziş” bağlanmışdır. Həmin müqaviləyəəsasən “VAZ-21214” markalı avtomobilin qalan ödənişini ödəməyi X4 İmanova ötürmüşdür. Həmin müqaviləyə əsasən Elxan “VAZ- 21214” markalı avtomobilin qalan 10368 manat ödənişini ödəməyi öhdəsinə götürmüşdür. 23 may 2019-cu il tarixdə"xxxx" MMC-nin direktoru Həsən Həsənovun təsdiq etdiyi etibarnamə əsasında “VAZ-21214” markalı avtomobil Elxan İmanova verilmişdir. X3 Elxan Rəşid oğlunun zamini olmuşdur. Həmin etibarnamə 21 iyun 2019-cu il tarixədək qüvvədə olmuşdur. Elxan İmanov avtomobilə görə"xxxx" MMC-yə pul ödəməmişdir. 11 iyun 2019-cu il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşlarından biri ona zəng edərək “VAZ-21214” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu ərazisində yolnəqliyyat hadisəsinin törədildiyini, avtomobilin sürücüsünün hadisə yerindən qaçdığını, sürücünü tapa bilmədiklərini demiş və avtomobili kimə verdiyini soruşmuşdur. O, polis əməkdaşına avtomobilin lizinq müqaviləsinə əsasən X12 verildiyini, “VAZ-21214” markalı avtomobillə kimin yol-nəqliyyat hadisəsi törətdiyini bilmədiyini demişdir. Bundan sonra o, X13 zəng edərək “VAZ-21214” markalı avtomobillə Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədildiyini demiş və avtomobili kimə verdiyini soruşmuşdur. Elxan avtomobili müvəqqəti idarə etmək üçün tanışına verdiyini demişdir. Lakin, Elxan avtomobili verdiyi şəxsin adını ona deməmişdir. Elxan bir neçə dəfə ona avtomobilin aylıq ödənişini ödəyəcəyinə söz vermiş, lakin, sonuncu heç bir ödəniş etməmişdir. Elxan İmanovla bağlanmış lizinq müqaviləsinə 23 iyul 2019-cu il tarixdə"xxxx" MMC-nin direktoru tərəfindən xitam verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən MMC-yə vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 21 iyun 2019cu il tarixli 344 №li rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət- sağ alın qabarının sıyrığı, sağ diz nahiyəsinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir, yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (iş vər.30-31); Məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 08 iyul 2019-cu il tarixli 345 №li rəyindən görünür ki, 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2Şəmil oğlunun bədənində aşkar edilmişəsarət- sağ alın qabarının sıyrığı, sağ diz nahiyyəsinin şişkinliyi və sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanıəmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (iş vər.28-29); Məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 05 iyul 2019-cu il tarixli 346 №li rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Tofiq qızının bədənində aşkar edilmiş xəsarət - sağəlin arxa səthinin şişkinliyi, V daraq sümüyünün distal ucunun çatı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019cu il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanıəmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.26-27); Məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 avqust 2019-cu il tarixli 20187 saylı rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X8” tərəfindən tərtib edilmiş 23 iyul 2019-cu il tarixli zərər aktına əsasən, 2003-cü il buraxılışlı Volkswagen Passat markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5150,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3800,00 manat; təmir-bərpa işlərinin qiyməti – 1350,00 manat. 2. Metodika üzrə minik avtomobillərin 1 illik istismarına 2%-6%dək aşınma nəzərdə tutulmuşdur. Bu hesaba 13 il (2019-2006) istismara təxminən 39% (1 il x 3%) amortizasiya aşınması müəyyən olunur. Həmin aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qalıq qiyməti 510,00 müəyyən olunur. (758,00-3%-12 dəfə). Nəzəri hesablama yolu ilə, təqdim edilmiş Minik və X7 Xidmət "xxxx" ASC tərəfindən verilmiş 01 avqust 2019cu il tarixli 53 nömrəli rəyin məlumatlarına əsasən, 2016-cı il buraxılışlı VAZ-21214 markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1108,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 758,00 manat; təmir-bərpa işlərinin qiyməti – 350,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 860,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -510,00 manat; təmir-bərpa işlərinin qiyməti – 350,00 manat. (iş vər.117-119); Məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 23 avqust 2019-cu il tarixli 21158 saylı rəyindən görünür ki, hərəkət üçün təhlükə yaranan anda “Volkswagen Passat” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 32,1 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “Volkswagen Passat” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 32,1 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-21214” markalı **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21214” markalı avtomobili üzərində dövlət qeydiyyat nişanları olmadan, etibarnaməsiz idarə etdiyindən və hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş vər.137-139); Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2013-cü il tarixdə verilmiş AC seriyalı, 022453 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə 03 sentyabr 2023-cü ildək qüvvədədir. (iş vər.226); “şübhəli şəxsi tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur.(iş vər.191); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 sentyabr 2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( iş vər. 246); “sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, “VAZ-21214” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Passat” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər işüzrə maddi sübut hesab edilərək cərimə meydançasında saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.260-275); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( i.v. 95); Zərərçəkmiş şəxslər- "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2Şamil oğlunun və Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladıqları notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamiləödəmişdir. AZE seriyalı 10695937 nömrəli şəxsiyyət vəsiqəsinin, AZ İİ seriyalı 759386 nömrəli və AZ İV seriyalı 193943 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü Reyhan, Rövşən və Fərəh adlı uşağı var.(iş vər.251-253); Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 249). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər-"xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2Şamil oğlu, Zərərçəkmiş şəxs1 ilə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli Qərarı iləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə barəsində başlanılmış cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdəədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs, himayəsində üç azyaşlı uşağının olmasını (CM- 59.1.4) zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (CM- 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin264-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcıicra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı,şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), iş üzrə maddi sübut “VAZ-21214” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Passat” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmalı, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın vəüzərində qəti olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İşüzrə maddi sübut “ VAZ-21214” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Passat” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılsın. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 159 (bir yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkil X5 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq vəkil X6 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar