Məhkəmə qərarları › İş №1(039)-146/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-146/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-146/2020 11.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Goranboy rayonu, Zeynallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Zeynallı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Yevlax rayonu, Malbinəsi kəndi ərazisində icarə əsasında işlətdikləri kafedə arvadı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında daş vermiş münaqişə zamam yumruqla başından və gözündən vurmaqla, həmçinin yerdən götürdüyü dəmir parçasını ona tərəf atmaqla sağlamlığa yüngül zərər vuran “sağ ayaq pəncəsinin üst səthinin kəsilmiş yarası, sol sarğının aşağı bayır kvadratının iri ölçülü qançırları” ilə müşayiət edilən xəsarətlər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən “sağ əlin ovuc səthinin kəsilmiş yarası, sağ saidin yuxarı 1\3-nin tış səthinin çoxsaylı sıyrıqları, sağ göz altı nahiyənin, sağ süd vəzisinin yuxarı bayır kvadratının, sol körpücükaltı nahiyənin qançırları” xəsarətləri yetirməklə Zərərçəkmiş şəxsnm sağlamlığının qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə birlikdə Goranboy rayonu, Qızılhacılı kəndində kirayəşin yaşayırlar. Təxminən iki aya yaxındır ki, Zərərçəkmiş şəxs ilə birlikdə Yevlax rayonu, Malbinəsi kəndi ərazisində icarəyə kafe götürərək işlədirlər. xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində işlədikləri kafedə olan zaman Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs başından şillə ilə vurmuşdur. Daha sonra üzündən şillə zərbəsi endirmişdir. Sonra isə Zərərçəkmiş şəxs üzünü tutaraq ağlamışdır. Hazırda etdiyi əməldən səmimi olaraq peşmandır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir ilə yaxındır ki, Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur, Özünün əvvəlki nikahından iki övladı, Təqsirləndirilən şəxs isə əvvəlki nikahından üç övladı var. Təqsirləndirilən şəxsla birlikdə Gornaboy rayonu, Qızılhacılı kəndində birlikdə yaşamışlar. Bundan əvvəl dəfələrlə aralarında mübahisə baş vermiş və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onu dəfələrlə döymüşdür. xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində işlədikləri kafedə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onu lalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra isə yumruqla onun başından, bədənindən və sağ gözünün altından zərbələr vuraraq və üzərinə dəmir parçası atmaqla bədən xəsarətləri yetirmişdir. Ancaq sonuncu dəfə Yevlax rayonu, Malbinəsi kəndində Təqsirləndirilən şəxs onu döyməsindən sonra artıq bezərək onun barəsində hüquq mühafizə orqanlarma şikayət etmək qərarına gəlmişdir. Mübahisə işlədikləri kafedə yalnız ikisi olduqları vaxt baş vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 670 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ ayaq pəncəsinin üst səthinin və sağ əlin ovuc səthinin kəsilmiş, sağ saidin yuxarı 1\3-nin tış səthinin deşilmiş yaraları, sol saidin orta 1\3nin tış səthinin çoxsaylı sıyrıqları, sağ göz altı nahiyəsinin, sağ süd vəzisinin yuxan bayır kvadratının, sol körpücük altı nahiyənin, sağ qabırğaaltı nahiyənin, sol sarğının aşağı bayır kvadratının iri ölçülü qançırları. Bu zxəsarətlərdən yaralar iti kənarlı alətin (əşynın), ola bilsin şüşə parçası ilə zərbələrin təsirindən, qançır və sıyrıqları isə küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağ ayaq pəncəsinin üst səthində olan yara və sol sağrının aşağı bayır kvadratında olan iri ölçülü qançır səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Goranboy rayon İHBnın Nərimankənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar