Məhkəmə qərarları › İş №1(039)-146/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-146/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-146/2022 30.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə xx.xx.1974-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, birinci Qarabağ müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmamış, barəsində 26 iyun 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aid olan 130 m2 torpaq sahəsini 118 m2 hissəsində beton bloklarla hasarlayıb özbaşına tikinti işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində istifadəsində olan qeyri-yaşayış sahəsinin qarşısında və yan tərəfində bitişik yerləşən Yevlax rayonu, Tanrıqulular bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aid olan 130 m2 torpaq sahəsinin 118 m2 hissəsində qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qeyri-yaşayış sahəsi tikmək məqsədilə həmin əraziyə mişar daşları, qum, çınqıl, dəmir hissələr, sement və digər tikinti materilları tökdürərək bələdiyyə məxsus olan həmin torpaq sahəsinin X 6666517, 31 Y 4508508, 66 döngə nöqtələri arasında 9,3 metr məsafədə, X 666525,87 Y 4508504, 91 döngə nöqtələri arasında 18,4 metr məsafədə, X 666518 ,39 Y 4508488,15 döngə nöqtələri arasında 2,8 metr məsafədə, X 666515, 81 Y 4508489, 14 döngə nöqtələri arasında 9,3 metr məsafədə, X 666518,60 Y 4508498,01 döngə nöqtələri arasında 5,6 metr məsafədə, X 666513, 33 Y 4508499,85 döngə nöqtələri arasında 9,7 metr məsafədə olan hissəsi üzərində bünövrə qazdıraraq həmin bünövrəni beton bloklarla doldurub qeyri-yaşayış sahəsinin bünövrəsi vəziyyətinə gətirməklə Yevlax rayonu, Tanrıqulular bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1996-cı ildə Qarabağ müharibəsindən qayıtdıqdan sonra ixtisası üzrə yaşadığı kəndə 30 nömrəli ərzaq mağazasını işlətməyə başlamışdır. Həmin mağazanı rəhmətlik atası ümummilli lider Heydər Əliyevə müraciəti əsasında 1969-cu ildə tikdirmişdir. Babası isə Böyük vətən müharibəsində müharibəyə getmiş və geri qayıtmamışdır. Həmin mağazanı 2006-cı ildə onun müraciəti əsasında İstehlak Cəmiyyətinin müdiri Yaşar müəllim ona satmışdır. 2021-ci ilin yay aylıarında yaşadığı kəndin Bələdiyə sədri Nümayəndə müraciət edərək özünə məxsus mağazanın qarşı tərəfindəki Bələdiyə torpağını qanuni sənədlər əsasında ona satılmasını bildirmişdir. Əli müəllim isə ona əmlak komitəsinə müraciət etməsini bildirmişdir. Həmin ərəfədə Yevlax rayon Daşınmaz əmlakın Reyestr xidmətinə getmiş və 2006-cı ildə Yaşar müəllimin mağaza ilə bağlı ona verdiyi sənədi Reyestr xidmətinə təqdim etmişdir. Orada Yaşar müəllimin ona verdiyi sənədin silinmə aktı olduğunu bildirmişlər. Ona görə də Yaşar müəllimin yanına getmiş və onun verdiyi sənəd əsasında çıxarış ala bilmədiyini bildirmişdir. Yaşar müəllim onun yanında adı ona məlum olmayan əmlak işçisi ilə telefonla danışmış və həmin şəxsə sənədləşdirmə işlərinə köməklik etməsini bildirmişdir. 2021-ci il noyabr ayının əvvəllərində yaşadığı kənddə özünə məxsus mağazanı böytmək məqsədi ilə mağazanın qarşı və yan tərəfinə bünövrə tökmüş və tikinti işlərinə başlamışdır. O, bünövrə tökdükdən sonra kəndin Bələdiyyə sədri Nümayəndə ora gələrək həmin ərazinin Bələdiyyə torpaq sahəsinə aid olduğunu bildirərək tikintini dayandırmağı bildirmiş və onu məhkəməyə vermişdir. Bundan sonra məhkəmə qərarı ilə tikinti işlərini dayandırmışdır. Bundan sonra Nümayəndə öhdəlik qoyulması üçün Şəki İnzibbati məhkəməsinə müraciət etmiş, Şəki İnzibati məhkəməsinin hakimi haqsız olaraq qərar çıxarmış ki, Bələdiyə torpağı ilə bağlı öhdəlik qoyula bilməz, Bələdiyyə istəsə həmin torpağı satışa çıxara bilər, istəsə satışa çıxarmaya da bilər. Ona görə də o, həmin torpaq məsələsi ilə bağlı bir neçə dəfə müxtəlif dövlət qurumlarına müraciət etmişdir. Məhkəmədən hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışdığını və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, 2010-cu il tarixdən Yevlax rayonu, Tanrıqulular Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kəndin ərazisində Təqsirləndirilən şəxs məxsus sahibkarlıq obyekti də vardır. Təqsirləndirilən şəxs həmin obyekti dövlət tərəfindən özəlləşdirmə həyata keçirilərkən alınmışdır. Onun Təqsirləndirilən şəxs məxsus sahibkarlıq obyektinin ərazisinin hansı ölçüdə olması barədə məlumatı olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs özünə məxsus obyektin qarşısındakı torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs tikinti aparmaq istədiyi torpaq sahəsinin özünə məxsus olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da DƏDRX-yə müraciət etdiyini, torpaq sahəsinin də özünə məxsus olduğunu bildirmişdir. O da Mikayıla bununla bağlı DƏDRX-ya rəsmi müraciət etməli olduğunu, müraciətə cavab aldıqdan sonra həqiqətən də həmin torpaq sahəsinin özünə məxsus olması müəyyən edildikdə tikinti işlərini davam etdirə biləcəyini bildirmişdir. Mikayıl Kəmirov onunla razılaşmamış, tikinti işlərini davam etdirmişdir. Bundan sonra Yevlax şəhər İcra Hakimiyyətinin əməkdaşları da əraziyə baxış keçirmişlər. Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Yevlax rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olmaqla, torpaq sahəsindən artıq istifadə etmədiyini nəzərə alıb ondan hər hansı şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxsla barışdığının nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhər İcra Hakimiyyətinin Tanrıqulular kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Kəndin ərazisində Təqsirləndirilən şəxs məxsus sahibkarlıq obyekti də vardır. Həmin obyekti Təqsirləndirilən şəxs dövlət tərəfindən özəlləşdirmə həyata keçirilərkən almışdır. Onun Təqsirləndirilən şəxs məxsus həmin sahibkarlıq obyektinin ərazisinin ölçüləri barədə məlumatı olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs özünə məxsus obyektin sağ yan tərəfində yerləşən torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. O, Təqsirləndirilən şəxs məxsus obyektə getmiş və həmin vaxt Mikayılın özü orada olmamışdır. Lakin Mikayılın qardaşı Xaliq obyektdə olmuşdur. O, Xaliqdən Mikayılın tikintini dayandırmasını, həmin yeri sənədləşdirdikdən sonra tikintini davam etdirməsini xahiş etmişdir. Xaliq də Mikayıla məlumat verəcəyini bildirmişdir. Həmin gün Mikayıl ona zəng edərək “sən kimsən ki, tikinti işlərinə qatışırsan” demişdir. O, da Mikayıla icra nümayəndəsi kimi sənədlərini hazırlaması üçün yardım etməyə borclu olduğunu bildirmişdir. Mikayıl həmin vaxt ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir edib hədələmiş, Prezident Aparatına şikayət edəcəyini, lazım gəlsə lazımı orqanlara pulunu verib obyekti inşa edəcəyini bildirmişdir. O, bundan sonra Yevlax şəhər İcra Hakimiyyətinə və rayon polis şöbəsinə məlumat vermiş, daha sonra məktubla müraciət etmişdir. Bundan sonra şəhər İcra Hakimiyyətinin əməkdaşları da əraziyə baxış keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, fermer təsərrüfatı ilə məşğul olur. Ailəsinin 13 üzvü var. Təxminən 10-15 il bundan qabaq həmkəndlisi X2 2 hektar 24 sot pay torpağı sahəsini 3500 ABŞ dollarına almışdır. Lakin ehtiyac bilmədiyinə görə həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. 2019-cu il tarixdə Nərgiz Qasımova ona həmin torpaqdan istifadə hüququna dair etibarnamə vermişdir. Həmin torpaq sahəsinin qonşuluğunda isə həmkəndlisi Təqsirləndirilən şəxs torpaq sahəsi yerləşmişdir. Təqsirləndirilən şəxs onun istifadə etdiyi həmin 2 ha 24 sot torpaq sahəsinin 56 sotunu onun əlindən almaq istəmişdir. Yalan yerə ona əvvəllər həmin torpaq sahəsini Nərgizin ərinə pul verib aldığını bildirmişdir. Bununla bağlı Mikayıl Yevlax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Yevlax RPŞ-də Nərgizin izahatı alınarkən Nərgiz torpaq sahəsini ona satdığını, Mikayıla nə özü tərəfindən, nə də əri tərəfindən hər hansısa torpaq sahəsinin satılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin yaxınlığında yerləşən torpaq sahəsini qanunsuz tutub zəbt edərək orada bələdiyyənin və yerli icra hakimiyyəti orqanının razılığı olmadan özbaşına tikinti işləri aparmışdır. Həmin tikilinin yanında Təqsirləndirilən şəxs özünə məxsus mağazası var və Mikayıl həmin mağazanı böyütmək istəmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid4 və Şahid3 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayonu, Tanrıqulular kənd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Yevlax rayonu, Tanrıqulular kənd sakini Təqsirləndirilən şəxs kənddə bələdiyyə mülkiyyətinə məxsus 118 m2 torpaq sahəsində bünövrə qazdıraraq həmin bünövrəni beton bloklarla doldurub qeyri-yaşayış sahəsinin bünövrəsi vəziyyətinə gətirməklə Yevlax rayonu, Tanrıqulular bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********50 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərfindən beton bloklarla hasarlanmış 118.0 kv. m. torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ yoxdur. Həmin sahə bələdiyyə mülkiyyətinə məxsus olub yaşayış məntəqələrinin torpaqlarına aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2020-ci il tarixli 10/3636 nömrəli rəyindən görünür ki; 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən olunmuşdur. 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, bələdiyyə mülkiyyətinə məxsus mübahisəli 130 m2 torpaq sahəsinin 118 m2 hissəsinin Təqsirləndirilən şəxs tərəfindən beton bloklarla hasarlanaraq istifadə olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbirinin seçilməsi haqqında 26 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V №088869 vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, habelə şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM-59.1.13), əməlindən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, müharibə veteranı olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar