Məhkəmə qərarları › İş №1(039)-146/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-146/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-146/2023 19.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 0,875 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan şalvarın sağ yan cibindənki 01 (bir) ədəd sellofan bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,875 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, O, uzun illərdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri C.Kərimov küçəsində əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olan “Didi” ləqəbli, Rəşidin oğlu Ömərdən bir ədəd sellofana bükülmüş bükülüdə narkotik vasitə olan heroin almış və heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. 15 may 2023-cü il tarixdə narkotik vasitə olan heroin şalvarının sağ yan cibində olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-də onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 RPŞ-nə dəvət edilmişdir. Vəkili X3 iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki şalvarın sağ yan cibində olan bir ədəd sellofana bükülmüş bükülüdəki narkotik vasitə olan heroin aşkar edilmiş və həmin narkotik vasitə olan heroin sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş heroin onun özünə məxsusdur. O, narkotik vasitə heroin istifadəçisidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış belə bir fikri, niyyəti olmamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması ilə məşğul olması barədə 15 may 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü polis əməkdaşı Şahid1 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri C.Kərimov küçəsinə getmişdir. O və polis əməkdaşı Şahid1 C.Kərimov küçəsində Təqsirləndirilən şəxs görərək yaxınlaşmışlar və Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə şəxsi axtarışın həmin yerdə keçirməmələrini xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Qurban Qasımova təhvil vermişlər. Daha sonra Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Qurban Qasımov xidməti iş otağında onun, Şahid1 və vəkil Fərhad Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Qurban Qasımov Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofana bükülmüş bükülünün içərisində nə olduğunu soruşduqda sonuncu həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni Yevlax şəhəri 5-ci plan adlanan C.Kərimov küçəsində yaşayan “Didi” ləqəbli Ömər Rəşid oğlundan xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində 5 manata aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilsin (Amn. qər.) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(039)-128/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-1236/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2021-ci il tarixli Aministiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, 08 noyabr zəfər günü münasibətilə “aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs aministiya tətbiq edilmiş və aministiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 540 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “kanabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asılılıq sindromu” diaqnozu üzrə Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/405 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütlə..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,875 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi– 0.875 qr. tədqiqata sərf edildi– 0,050 qr., qalıq – 0.825 qr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli 1386 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-4908/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomanoya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0.825 qram heroin hökm qanuni qüvvəsi aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0.825 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 27 (iyirmi yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar