Məhkəmə qərarları › İş №1(039)-147/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-147/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-147/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1961-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 01 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, F.İsayev küçəsi, ev 33-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını qəsdən yandırmaqla məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 20 iyun 2021-ci il tarixdə saat 17:00 radələrində məhkəmə qaydasında boşandığı arvadı Zərərçəkmiş şəxs məxsus Yevlax rayonunun Xanabad kəndində yerləşən daşıyıcı divarları mişar daşından və çay daşından tikilmiş, tikintialtı sahəsi 152.8 kvadrat metr olan fərdi yaşayış evinə gələrək Zərərçəkmiş şəxs və ailə üzvlərinin evdə olmamasından istifadə edərək sərxoş vəziyyətdə alışdırıcı vasitə olan kibrit ilə qəsdən alov vurmaqla evdə yanğın törədərək Zərərçəkmiş şəxs məxsus olan xeyli miqdar hesab edilən 10.560 manat dəyərində olan fərdi yaşayış evini və evin içərisində olan 1 ədəd dəyəri 1500 manat dəyərində olan “Shivaki” markalı Yaponiya istehsalı bir ekranlı televizoru, 1 ədəd dəyəri 400 manat olan “İndesid” markalı Rusiya istehsal olan iki kameral soyuducunu, hər biri 20 manat dəyərində olan ümumi dəyəri 200 manat olan Rusiya istehsalı olan 10 ədəd dəmir stulu, hər biri 30 manat dəyərində olan ümumi dəyəri 150 manat olan Rusiya istehsalı olan 5 ədəd stolu, 1 ədəd dəyəri 1000 manat olan “Embawood” markalı Türkiyə istehsalı olan olan dörd ayaqlı divanı, 1 ədəd 500 manat dəyərində olan “Rowenta Rh9256wo Air Force 360 Allinone Exclusive” markalı tozsoran, 1 ədəd 1000 manat dəyərində olan “BOSCH WAT 28S48 ME” markalı paltaryuyan maşını, 1 ədəd 80 manat dəyərində olan “Tefal” markalı Türkiyə istehsalı olan ütü, 1 ədəd 20 manat dəyərində olan Rusiya istehsalı olan ətçəkən maşın, 10 dəst olmaqla hər bir dəstin qiyməti 100 manat olan ümumilikdə dəyəri 1000 manat olan 10 ədəd yorğan və 10 ədəd döşəyi, 1 ədəd dəyəri 400 manat olan Rusiya istehsalı olan iki nəfərlik çarpayı, 1 ədəd dəyəri 160 manat olan Rusiya istehsalı olan bir nəfərlik çarpayı, 1 ədəd dəyəri 200 manat olan “Canon” markalı video DVD-ni, 1 ədəd dəyəri 50 manat olan sandığı və 2000 manat dəyərində olan müxtəlif forma və ölçülü qab-qacağı qəsdən tamamilə yandırmaqla məhv edərək Zərərçəkmiş şəxs ümumilikdə 19220 manat məbləğində ziyan vurmaqla qəsdən özgənin xeyli miqdarda əmlakını yandırmaqla məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhərində anadan olmuşdur, hal-hazırda Yevlax şəhəri, Fazil İsayev küçəsində yaşayır. Subaydır və bir övladı var. Zərərçəkmiş şəxs ilə 2002-ci ilin oktyabr ayında ailə həyatı qurmuş və birgə nikahlarından 2004-cü il təvəllüdlü bir qız övladları olmuşdur. Zərərçəkmiş şəxs ilə Yevlax rayonu, Xanabad kəndində yerləşən evdə yaşamışlar. Həmin ev Aytəkinə anası Sevda Məmmədova tərəfindən vəsiyyət edilmişdir. 2018-ci ilə qədər arvadı Aytəkinlə münasibətləri normal olmuşdur. 2018-ci ilin aprel ayında Aytəkinin bacısı nəvəsi X5 ona qarşı zorakılıq edib zorlamağa cəhd eləmiş, bununla bağlı Aytəkin Yevlax rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ərizə əsasında cinayət işi başlanılaraq Şəki ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Məhkəmədə Aytəkin Kənandan şikayətçi olmadığını bildirdiyinə görə Aytəkinlə münasibətləri pisləşməyə başlamışdır. Aytəkinlə 2021-ci ildə boşanmaq qərarına gəlmişlər. Aytəkinə evdə olan bəzi əşyaların yəni televizor, krosnu aparatı, mebel şkafının və 4 baş inəyin pulunu özü vermişdir. 2021-ci ilin aprel ayının 27-də Aytəkinlə Yevlax rayon məhkəməsində boşanmışlar. Boşanmalarına baxmayaraq yenə də Aytəkinin evində qalmış, lakin danışmamışlar. 20 iyun 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində evdə Aytəkinə əşyaların və 4 baş inəyin pulunu verməsini demiş, lakin Aytəkin pulu verməyəcəyini bildirmişdir. Aytəkin övladı Aytaçla birlikdə harasa getmiş və Aytəkinin sözlərindən təsirlənərək evi yandırmaq qərarına gəlmişdir. Saat təxminən 17:00 radələrində evin yataq otağına keçərək əlində olan kibrit ilə evin yataq otağında olan yorğan-döşəyi yandırıb evdən çıxmış, yorğan-döşəyi yandırdıqdan sonra ev alışıbyanmağa başlamışdır. Məhkəmədən əməlini səmimi etiraf edib səmimi peşman olmasını nəzərə alaraq, onun barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayonu, Xanabad kəndində anadan olmuşdur və hal-hazırda ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Bir övladı var. Təqsirləndirilən şəxs onun keçmiş əridir. Təqsirləndirilən şəxsla 2002-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından bir övladları olmuşdur. Nikah vaxtı münasibətləri yaxşı olmuş, aralarında heç bir problem olmamışdır. Təxminən 2020-ci ilin oktyabr ayından başlayaraq Vidadi ilə münasibətləri pozulmağa başlamışdır. Vidadi tez-tez spirtli içki içmiş və ona qarşı nalayiq söyüşlər söymüşdür. Bütün bunlardan bezib Yevlax rayon Məhkəməsinə ərizə ilə müraciət edib Vidadidən boşanmaq istədiyimi bildirmişdir. Vidadi ilə 2021-ci ilin aprel ayında rəsmi qaydada boşanmışlar. Vidadi boşandıqdan sonra da onunla qalmış, yəni evdən çıxıb getmək istəməmişdir. Yevlax rayonu, Xanabad kəndində yaşadığı ev anası Sevdaya məxsus olmuşdur. Həmin evdə anası ilə yaşamış və Vidadi ilə evlənəndən sonra Vidadi də gəlib həmin evdə yaşamağa başlamışdır. Vidadi onunla yaşamağa başlayanda anasının evi yanğından əvvəlki halda tam tikilmiş vəziyyətdə olmuş, evin içərisində də əşyalar olmuşdur. Anası 2008-ci ildə vəfat edən zaman evin onun adına keçməsi ilə bağlı vəsiyyətnamə yazmışdır. İmkanı olmadığı üçün həmin vəsiyyətnaməni rəsmiləşdirə bilməmişdir. Boşandıqdan sonra Vidadini evdən çıxarda bilməmiş və Vidadi bir neçə dəfə evi yandıracağını bildirmişdir. Vidadinin özünün ayrıca olaraq Yevlax şəhəri, F.İsayev küçəsində evi var. Vidadi bəzən orada qalmış, onu və qızını heç vaxt həmin evə aparmamışdır. Yəni onları həmin evdə yaşamağa qoymamış, ona görə də həmişə anası evində qalmışdır. 20 iyun 2021-ci il tarixdə saat təxminən 16:15 radələrində qızı Aytaçla birlikdə qonşuları Nofəlin evinə getmişdir. Həmin vaxt Vidadi evdə olmamış, təxminən 45- 50 dəqiqə sonra evə qayıdan zaman evin yandığını görmüşdür. Ev yanan zaman orada Vidadini görməmişdir. Həmin vaxt qonşular köməyə gəlmişdiş və bir müddət sonra yanğınsöndürənlər gəlib yanğını söndürmüşlər. Evini keçmiş əri Təqsirləndirilən şəxs yandırmışdır. Vidadi dəfələrlə evi yandıracağını demiş və Vidadidən nə üçün evi yandıracağaını soruşanda Vidadi ondan ayrılandan sonra 4 baş inəyin və evdə olan televizor və şkaf, həmçinin krosna aparatının pulunu istəmişdir. Həmin əşyalardan televizoru Vidadi deyil, özü almışdır. Evinin yanması nəticəsində evdə 1 ədəd 1500 manat dəyərində “Şhivaki” markalı Yaponiya istehsalı bir ekranlı televizor, 1 ədəd 500 manat dəyərində “İndozid” markalı Rusiya istehsalı iki kameralı soyuducu, hər biri 20 manat dəyərində Rusiya istehsalı 10 ədəd dəmir stul, hər biri 30 manat dəyərində Rusiya istehsalı 5 ədəd dəmir stol, 1000 manat dəyərində “Embavood” markalı Turkiyə istehsalı dörd ayaqlı divan, 1 ədəd 830 manat dəyərində “Rowenta Rh9256wo Air Force 360 Allinone Exclusive” markalı tozsoran, 1 ədəd 1400 manat dəyərində “BOSCH WAT 28 S48 ME” markalı paltaryuyan maşın, 1 ədəd 120 manat dəyərində “Tefal” markalı Türkiyə istehsalı ütü, 1 ədəd 20 manat dəyərində Rusiya istehsalı ətçəkən maşın, hər birinin qiyməti 2 manat olmaqla içərisində yun olan 10 ədəd yorğan və 10 ədəd döşək, 1 ədəd 400 manat dəyərində Rusiya istehsalı iki nəfərlik çarpayı, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı bir nəfərlik çarpayı, 1 ədəd “Canon” markalı 200 manat dəyərində video və DVD, 1 ədəd 50 manat dəyərində sandıq, 2000 manat dəyərində qab-qacaq yanmışdır. Bundan başqa evində 3 otaq yanmış, otaqların hər birinin eni 4 metr, uzunluğu isə 8 metr olmuşdur. Evinin yanması nəticəsində ona təxminən 10000 manat maddi ziyan dəymişdir. Evin qiyməti də təxminən 10000 manat olmuşdur. Məhkəmədən Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Yevlax rayonu, Xanabad kəndində anadan olmuş və hal-hazırda ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun valideynləridir. Atası ilə anasının nikah vaxtı münasibətləri yaxşı olmuşdur. Təxminən 2020-ci ilin oktyabr ayından başlayaraq anası ilə atasının münasibətləri pozulmağa başlamışdır. Belə ki, atası Vidadi tez-tez içki içib anasına və ona qarşı nalayiq söyüşlər söymüş və heç nədən evdə problem yaradıb münaqişə etmişdir. Bütün bunlara görə anası Aytəkin 2021-ci ilin aprel ayında rəsmi qaydada atası Vidadidən boşanmışdır. Boşandıqdan sonra anası atası Vidadini evdən çıxarda bilməmiş, atası gah onlarda, gah da Yevlax şəhərində qalmışdır. Atası Vidadi bir neçə dəfə evi yandıracağını demişdir. 20 iyun 2021-ci il tarixdə saat təxminən 16:15 radələrində anası Aytəkinlə birlikdə qonşuları Nofəlin evinə keçmişlər. Həmin vaxt atası Vidadi evdə olmamışdır. Təxminən 45-50 dəqiqə sonra evə qayıdan zaman evin yandığını görmüşlər. Həmin vaxt qonşular köməyə gəlmiş, bir müddət sonra yanğınsöndürənlər gəlib yanğını söndürmüşlər. Daha sonra evlərini atası Təqsirləndirilən şəxs yandırdığı məlum olmuşdur. Təqsirləndirilən şəxs evdə heç bir təmir, bərpa işləri aparmamış, evin içərisində olan əşyaların bir hissəsini mərhum nənəsi, bir hissəsini isə anası Zərərçəkmiş şəxs almışdır. Təqsirləndirilən şəxs evə heç bir əşya almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-yanğın təhlükəsizlik, tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 27 avqust 2021-ci il tarixli 9/5330 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumata əsasən 10 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq 2021-ci ilin iyun ayına təxminən 3910 (üç min doqquz yüz on) manat müəyyən edilir. 5 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, miqdarı, texniki göstəriciləri və sair) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-yanğın təhlükəsizlik, tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 10/3853 saylı rəyindən görünür ki, Yevlax rayonu, Xanabad kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin yataq otağının daxilində, döşəmə səviyyəsində olmuşdur. Yanğın kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verməsi üçün xarakterikdir. Yevlax rayonu, Xanabad kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 10,560 (on min beş yüz altmış) manat məbləğində olduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X1 rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 73.2-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(039)-245/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında 26.05.2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 4(039)-85/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşdə olan 250 (iki yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar