Məhkəmə qərarları › İş №1(039)-147/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-147/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-147/2023 19.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxxx 1983-cü ildə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində bu iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-95/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay 28 (iyrmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının 15-də qəsdən saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs1 kirayəyə götürərək anbar kimi istifadə etdiyi Yevlax şəhəri S.Vurğun küçəsi ev 18 ünvanında yerləşən evin həyətinə darvazanın üzərindən aşmaqla qanunsuz daxil olmuş və evin həyətində yerləşən fərdi yaşayış evinin saxlanc yeri olan zirzəmisinin qapısının kilidini istintaqla müəyyən edilməyən dəmir linglə sındırmaq yolu ilə açmış, evin zirzəmisinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus olan ümumi dəyəri 3000 (üç min) manat olan 200 metr uzunluğunda traktor zəncirini, hər birinin qiyməti 300 (üç yüz) manat olan 2 ədəd radiatoru, hər birinin qiyməti 150 (yüz əlli) manat olan 6 ədəd traktor starter-işə salıcı qurğunu, hər birinin qiyməti 100 (yüz) manat olan 5 ədəd traktor dinamosunu, hər birinin qiyməti 150 (yüz əlli) manat olan 6 ədəd traktor qoşqusunun silindirlərini, 40 ədəd hər birinin qiyməti 50 (əlli) manat olan traktor gilizini, hər birinin dəyəri 50 (əlli) manat olan 50 ədəd traktor mühərrik qutusunun şestirna-altılıq adlanan avadanlığını, 50 ədəd hər birinin dəyəri 20 (iyirmi) manat olan kotan korpusunu və 60 metr uzunluğunda ümumi dəyəri 600 (altı yüz) manat olan traktorun şestirna-altılıq avadanlığının zəncirini gizli yolla oğurlamaqla Zərərçəkmiş şəxs1 cəmi 12000 (on iki min) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü ilin may ayının 3-də Zərərçəkmiş şəxs2 məxsus olan Yevlax şəhəri S.Vurğun küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin 900 (doqquz yüz) manat dəyərində olan iki taylı dəmir darvazasını zor tətbiq etməklə çərçivəsindən çıxardaraq gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 900 (doqquz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq evlidir və himayəsində 1 azyaşlı övladı vardır. Heç bir yerdə işləmir. 2022-ci ilin fevral ayının 8-də dayısına məxsus olan evə nəzarət etmək üçün evin həyətinə daxil olmuş və evin zirzəmisinə pəncərədən baxdıqda orada traktor ehtiyyat hissələri olduğunu görmüşdür. Bundan sonra yəni, 2022-ci ilin fevral ayının 15-də Tərtər rayonunda olan zaman pula ehtiyacı olduğundan dayısı Mehman Mütəllimovun evinin zirzəmisində olan traktor ehtiyyat hissələrini oğurlayaraq satmaq qərarına gəlmiş, buna görə də Tərtər rayonunda yaşayan anası Çimnazın xalası nəvəsi Hilaldan Tərtər rayonunda metal qəbulu məntəqəsi işlədən tanışının olubolmadığını soruşmuş, Hilal ona Tərtər rayonunda metal qəbulu məntəqəsi işlədən tanışı olduğunu demişdir. Buna görə də o, Tərtər rayonundan Bərdə rayonuna getmiş və Bərdə rayonunda tanımadığı “Qazel” markalı yük avtomobilinin sürücüsü ilə Yevlax şəhərindən Tərtər rayonuna traktor ehtiyyat hissələrini gətirmək barədə razılığa gəlmişdir. Razılaşmaya əsasən o, adını xatırlamadığı və əvvəllər tanımadığı “Qazel” markalı yük avtomobilinin sürücüsünə 50 manat pul vermişdir. Həmin tarixdə saat təxminən 16 radələrində “Qazel” markalı yük avtomobili ilə Yevlax şəhəri S.Vurğun küçəsi ev 18 ünvanına çatmış və evin həyət qapısı açıq olduğundan həyətə daxil olaraq zirzəminin qapısının üzərindəki dəmir kilidi həyətdən tapdığı lom ilə qırmış və evin zirzəmisinin qapısını açmışdır. Bundan sonra o, evin həyət qapısını açaraq “Qazel” sürücüsünə avtomobili həyətə salmasını istəmişdir. Sürücü “Qazeli” evin həyətinə saldıqdan sonra o, sürücüdən ona əşyaları “Qazel” markalı avtomobilə yükləməsində köməklik etməsini xahiş etmişdir. O, sürücü ilə birlikdə evin zirzəmisində olan müxtəlif ölçülü traktor ehtiyyat hissələrini “Qazel” markalı avtomobilə yükləyərək Tərtər rayonuna aparmış və orada olan şəxslə həmin traktor avadanlıqlarını satmaq barədə razılığa gəlmişdir. Həmin traktor avadanlıqlarını ümumilikdə 900 (doqquz yüz) manat pula həmin şəxsə satmışdır. O, puldan 50 manat “Qazel” markalı avtomobilin sürücüsünə vermişdir. Yerdə qalan 850 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurladığı traktor ehtiyyat hissələrini Yevlax şəhərinə satacağı təqdirdə oğurluq hadisəsinin üstünün tez açılacağından ehtiyyat etdiyindən traktror ehtiyyat hissələrini Tərtər rayonuna satmışdır. O, oğurluq hadisəsini törədən zaman Zərərçəkmiş şəxs1 tanımamış və oğurladığı əşyaların kimə məxsus olduğunu bilməmişdir. Bu hadisədən başqa 2023-cü ilin may ayının 3-də yenidən dayısı Mehman Mütəllimova məxsus olan evə getmiş və lom ilə evin həyət qapısını çərçivəsindən çıxarmışdır. O, həmin darvazanı çıxartdıqdan sonra tanımadığı, yol ilə hərəkət edən 3 təkərli yük daşıyan motesikləti saxladaraq dəmir darvazanı motesikletə yükləmiş və həmin dəmir darvazanı Yevlax şəhər “İdman məktəbinin” yaxınlığında metal qəbulu məntəqəsi işlədən, adını bilmədiyi şəxsə 170 (yüz yetmiş) manata satmışdır. O, taksi pulu olaraq motosiklet sürücüsünə 10 manat pul vermişdir. Oğurluq hadisəsində ona köməklik edən şəxs və ya şəxslər olmamışdır. Həmin ərazidə yaşayan şəxslərin hər biri evin onun dayısına məxsus olduğunu və bəzən evə daxil olduğunu bildikləri üçün o, fikirləşmişdir ki, kənardan onu görən şəxslər oğurluq məqsədi ilə evə daxil olduğunu fikirləşməzlər. Buna görə də evin həyət darvazasını rahatçılıqla oğurlamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, bir daha bu cür hallara yol verməyəcəyini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində qanunla nəzərdə ttulan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 Rafiq oğlu ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. O, Yevlax şəhəri K.Sabitov küçəsində yerləşən özünə məxsus olan mağazada traktor ehtiyyat hissələri satır. Onun mağazasının anbarı olmadığından ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini anbar kimi istifadə etmək üçün 2021-ci ildən kirayəyə götürmüşdür. Hüseynin qardaşı Təqsirləndirilən şəxs da onun həmin evi kirayəyə götürdüyünü bilmişdir. 2022-ci ilin fevral ayının 7-də sonuncu dəfə o, Yevlax şəhəri S.Vurğun küçəsi 18 nömrəli evin zirzəmisinə Traktor ehtiyyat hissələri yığan zaman evin zirzəmisində Traktor ehtiyyat hissələri yerində olmuş, lakin 2022-ci ilin fevral ayının 17-də o, həmin evə getdikdə evin darvazasının aralı olduğunu görmüşdür. O, evin həyətinə daxil olduqda evin zirzəmisinin qapısının üzərindəki kilidin qırılmış vəziyyətdə olduğunu görmüş və evin zirzəmisinə baxdıqda ona aid olan ümumi dəyəri 12000 manat olan traktor ehtiyyat hissələrinin hər birinin oğurlandığını görmüşdürdür. Buna görə də o, həmin gün ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan oğurladığı traktor ehtiyyat hissələrini Tərtər rayonunda metal qəbulu məntəqəsinə satmışdır. Həmin ehtiyyat hissələrinin içərisində ümumi dəyəri 3000 (üç min) manat olan 200 metr uzunluğunda traktor zənciri, hər birinin qiyməti 300 (üç yüz) manat olan 2 ədəd radiator, hər birinin qiyməti 150 (yüz əlli) manat olan 6 ədəd traktor starteri, hər birinin qiyməti 100 manat olan 5 ədəd traktor dinamosu, hər birinin qiyməti 150 (yüz əlli) manat olan 6 ədəd traktor lapetinin silindirləri, 40 ədəd hər birinin qiyməti 50 manat olan traktor gilizi, hər birinin dəyəri 50 manat olan 50 ədəd traktor mühərrik qutusunun şestirnası, 50 ədəd hər birinin dəyəri 20 manat olan kotan korpusu və 60 metr uzunluğunda ümumi dəyəri 600 manat edən traktorun şestirnasının sepi oğurlanmışdır. Məhkəmədən, ona dəymiş ziyanın ödənilmədiyini ona görə də şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır. 2022-ci ilin oktyabr ayında X3 Yevlax şəhəri S.Vurğun küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evini 70000 manat pul müqabilində almışdır. X15 həmin vaxt Rusiya Federasiyasında olduğundan və 2023-cü ilin may ayının əvvələrində Azərbaycan Respublikasına qayıtdığından onların arasında rəsmi alqı-satqı müqaviləsi 2023-cü ilin may ayının 4-də bağlanmışdır. 2023-cü ilin may ayının 5-də S.Vurğun küçəsi 18 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə baxdıqda evin 900 manat dəyərində olan iki taylı dəmir darvazasının oğurlandığını aşkar etmiş və DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə müraciət etmişdir. Onun oğurlanan darvazasının qiyməti təxminən 900 (doqquz yüz) manat olmuşdur. Onun başqa bir əşyası və ya əmlakı oğurlanmamışdır. Məhkəmədən, ona dəymiş ziyanın ödənilmədiyini ona görə də şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Yevlax şəhəri K.Sabitov küçəsində yerləşən metal qəbulu məntəqəsini işlədir. Müştərilərin metal qəbulu məntəqəsinə gətirdikləri metalları günün məzənnəsinə uyğun qiymətə alır. 2023-cü ilin may ayında özünə məxsus olan metal qəbulu məntəqəsində olan zaman əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs tanımadığı motesikletdə bir ədəd iki taylı dəmir darvaza gətirərək evinin darvazasını dəyişdirdiyini, buna görə də darvazanı satmaq istədiyini bildirmişdir. O, darvazaya baxdıqdan sonra darvazanı 160 manat pula ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşdığından o, həmin darvazanı 160 manat müqabilində Təqsirləndirilən şəxs almışdır. O, Təqsirləndirilən şəxs satmış olduğu dəmir darvazanın oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14.05 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-277/2023 saylı rəyindən görünür ki, aparılmış araşdırmalara və təhlillərə görə 200 metr uzunluğunda traktor zəncirinin, 2 ədəd traktor radiatorunun, 6 ədəd traktor starterinin, 5 ədəd traktor dinamosunun, 6 ədəd traktor lapetinin silindirlərinin, 40 ədəd traktor gilizinin, 50 ədəd traktor mühərrik qutusunun şestirnasının, 50 ədəd kotan korpusunun, 60 metr uzunluğunda traktor şestirnasının sepinin və iki taylı dəmir darvazanın müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə olan real bazar dəyəri 12.900 (on iki min doqquz yüz) manat təşkil edir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 02 avqust 2023-cü il tarixli 539 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda yoxdur. “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Psixo-Nevroloji kabinetinin xx.xx.2023-cü il tarixli PHŞ-4907/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-9-1/2-426 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır və ailə tərkibi xx.xx.1953-cü il təvəllüdlü anası – X9, xx.xx.1980-ci il təvəllüdlü qardaşı – X11, 1982-ci il təvəllüdlü bacısı – X10, xx.xx.1983-cü il təvəllüdlü həyat yoldaşı – X8 və xx.xx.2020-ci il təvəllüdlü qızı – X4 ibarətdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində qismən yaxşı xarakterizə olunmuşdur Yevlax rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(039)-95/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 22 iyul 2023cü il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, ziyanların ödənilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 may 2023-ci il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. iş üzrə sübut kimi tanınmış və Yevlax rayon Polis şöbəsinin inzibati binasının həyətində saxlanılan 01 ədəd 02 taylı dəmir darvaza hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 04 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2- 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 04 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 04 saat hüquqi yardıma görə X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 24 (iyirmi dörd) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 22 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut Zərərçəkmiş şəxs2 məxsus Yevlax rayonu polis şöbəsinin inzibati binasının həyətində saxlanılan 01 ədəd, 02 taylı dəmir darvaza hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs göstərilən 04 saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 24 (iyirmi dörd) manat ödənilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar