Məhkəmə qərarları › İş №1(039)-148/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-148/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-148/2021 10.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 15 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 119-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 noyabr 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamışdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd şəffaf rəngli sellofana bükülmüş və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,201 qram, 0,141 qram, 0,159 qram olmaqla ümumi təmiz çəkisi 0,755 qram olan narkotik vasitə-heroini əldə etməklə əynindəki tünd-göy rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 14 iyul 2021-ci il tarixdə saat 06:40 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Vidadi küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki tünd-göy rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,201 qram, 0,141 qram, 0,159 qram olmaqla ümumi təmiz çəkisi 0,755 qram olan narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən təxminən 1 il 6 aydır ki, istifadə edir. 13 iyul 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində Yevlax şəhəri, Cahangir Kərimov küçəsində gəzərkən yolun kənarında 1 ədəd şəffaf rəngli sellofana və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü olduğunu görmüş və həmin bükülüləri öz istifadəsi üçün götürmüşdür. 14 iyul 2021-ci il tarixdə təxminən saat 06:30 radələrində Yevlax şəhəri, Vidadi küçəsində gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanmasında və satışında şübhəli olduğunu və onlarla bilrikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd-göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bir daha qeyd edir ki, həmin narkotik vasitələri satmaq niyyəti olmamışdır. Məhkəmədən özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi olaraq peşman olmasını və himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis Şahid1 ifadəsində göstərdi ki, 13 iyul 2021-ci il tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışdır. 14 iyul 2021-ci il tarixdə saat təxminən 06:40 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Yevlax şəhəri, Vidadi küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələrin saxlanılmasında, satışında şübhəli olduğunu və onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tün-göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinlər aşkar edilmiş, həmin narkotik vasitə heroinlər tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüş, sonra isə bu barədə protokol tərtib edilərək şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış, bundan başqa daxil olmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan tədqiq edilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 13 iyul 2021ci il tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün CAB-nin əməliyyat müvəkkili Şahid1 qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışdır. 14 iyul 2021-ci il tarixdə saat təxminən 06:40 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Yevlax şəhəri, Vidadi küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olduğunu deyərək onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tün-göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinlər aşkar edilmişdir. Həmin narkotik vasitə heroinlər tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüşdür. Sonra isə bu barədə protokol tərtib edilərək şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış, bundan başqa daxil olmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd şəffaf rəngli sellofana bükülmüş və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini əynindəki şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli 17/511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə və 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərədə uyğun olaraq, ayrı-ayrılıqda təmiz çəkiləri-0,254 qram, 0,201 qram, 0,141 qram və 0,159 qram, ümumi təmiz çəkisi-0,755 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər. Tədqiqata sərf edildi 0,080 qram (hər ob 020 qram) qalıq 0,675 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 20 avqust 2021-ci il tarixli 1115 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji kabinetinin 02 avqust 2021-ci il tarixli 1423 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2012-ci il tarixli 1(109)-007/2012 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.3.1 və 177.3.1-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə cəza müddəti 07 (yeddi) il 06 (altı) aya endirilmiş və cəzası çəkilmiş hesab edilərək azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 4(039)-97/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il təvəllüdlü Nadir və 2019-cu il təvəllüdlü Çiçək adlı iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahid ifadələri, şəxsi axtarış protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Bəkirov X3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs və himayəsində iki azyaşlı uşağıının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 14 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,675 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,675 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar