Məhkəmə qərarları › İş №1(039)-148/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-148/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-148/2025 03.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X10 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, X4 İdarəsində maşinist işləyən, məhkum olunmamış, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlamış və qəsdən qanunsuz olaraq satış məqsədi olmadan döyüş sursatı hesab edilən patronları əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci il iyun ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Aran qəsəbəsi ərazisində “Qarabağ” suvarma kanalının kənarında yerləşən, işlədiyi Yevlax Su meliorasiya sistemlərinin istismarı idarəsinin nasos stansiyasının yaxınlığındakı qamışlıq sahədə qəsdən qanunsuz olaraq 04 (dörd) ədəd xeyli miqdarda əkilib-becərilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib həmin vaxtdan xx.xx.2025-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 09 avqust 2025-ci il tarixdə saat 22:45 dəqiqədən saat 23:02 dəqiqəyədək olan müddətdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yevlax rayonu, Aran qəsəbəsi ərazisində “Qarabağ” suvarma kanalının kənarında yerləşən qamışlıq sahəyə video çəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin ərazidə kultivasiya etdiyi həmin tərkibində narkotik maddələr olan uzunluqları 68 sm-dən 199 sm–dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-1120,0 qram olan cəmi 04 (dörd) ədəd xeyli miqdarda əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Alıyev X6 rayonu, Aran qəsəbəsi ərazisində “Qarabağ” suvarma kanalının kənarındakı qamışlıq sahədə kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən qəsdən istintaqla müəyyən edilməyən vaxtda və saatda toplayaraq qurutmaqla qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 380,0 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı Yevlax rayonu, Aran qəsəbəsi ərazisində “Qarabağ” suvarma kanalının kənarında yerləşən, Yevlax Su meliorasiya sistemlərinin istismarı idarəsinin nasos stansiyasının ərazisində olan fərdi yaşayış evinin otağında giriş qapısının sağ hissəsində 01 ədəd şüşə balonun içərisində olmaqla saxlamış, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin polis əməkdaşları tərəfindən saat 23:05-dən 23:26-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı həmin fərdi yaşayış evinə keçirilən baxış zamanı evin otağındakı giriş qapısının sağ hissəsində yerləşən məişət avadanlıqlarının altından 01 (bir) ədəd şüşə balonda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı və kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkiləri ilə eyni tərkibli olan 380,0 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 71 ədəd patronu və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 10 ədəd patronu istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Qarabağ” suvarma kanalının kənarında yerləşən, Yevlax Su meliorasiya sistemlərinin istismarı idarəsinin nasos stansiyasının ərazisində olan fərdi yaşayış evinin otağında giriş qapısının sağ hissəsində yerləşən məişət avadanlıqlarının altında sellofan torbanın içərisində olmaqla gizlədərək saxlamış, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin polis əməkdaşları tərəfindən saat 23:05-dən 23:26-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı həmin evə keçirilən baxış zamanı evin otağındakı giriş qapısının sağ hissəsində yerləşən məişət avadanlıqlarının altından 01 (bir) ədəd sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 71 ədəd patron və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 10 ədəd patron aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2025-ci ilin iyul ayının əvvəllərində Yevlax rayonu, Aran qəsəbəsindəki dağlıq ərazidəki yulğun ağaclarının ətrafından bir ədəd paketdə avtomat silahında istifadə edilməsi üçün nəzərdə tutulmuş təxminən 70-80 ədəd patron tapmışdır. Həmçinin həmin ərazidə olan digər bir paketin içərisində qurudulmuş marixuana və narkotik tərkibli çətənə bitkilərinin toxumlarını tapmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananı və patornları həmin yerdən götürərək yaşadığı evə gətirmişdr. Sellofan torbada olan qurudulmuş marixuananı bir ədəd şüşə balona yığaraq evin giriş qapısından sağ tərəfdə lazımsız əşyaların altında gizlətmişdir. Qurudulmuş marixuananı balona yığan zaman həmin sellofan torbada 4 ədəd toxum olduğunu görmüş və həmin toxumları da götürərək özündə saxlamışdır və bir neçə gün sonra həmin 4 ədəd toxumu yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Gündəlik olaraq həmin çətənə kollarına qulluq göstərmiş, diblərinə bəzən peyin vermişdir. Tapmış olduğu avtomat patronlarını da yaşadığı evin giriş hissəsində narkotik vasitə olan qurudulmuş marixuananı gozlətdiyi yerdə gizlədərək saxlamışdır. 08 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonu, Bəylik kəndi ərazisində yerləşən “Bəylik dərəsi” adlanan əraziyə getmişdir. Kəlbəcər rayonundan 27 avqust 2025-ci il tarixdə qayıtmış və yaşadığı evə çatdıqda ailə üzvləri 09 avqust 2025-ci il tarixdə polis əməkdaşlarının yaşadığı evə gəldiklərini və onun qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı, patronları və evin həyətində əkdiyi çətənə kollarını aşkarlayaraq götürdüklərini, bununla bağlı Yevlax RPŞ-də araşdırma aparıldığını bildirmişdir. Dərhal könüllü olaraq Yevlax RPŞ-nə gəlmişdir. Yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 04 (dörd) ədəd narkotik tərkibli çətənə kolları ona məxsusdur. Avtomat və ya başqa bir silahı yoxdur. Patronları tapdıqdan sonra maraqlı olduğundan patronları yaşadığı evdə gizlədərək saxlamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması, istifadə etməsi, yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi və yaşadığı evdə döyüş sursatı hesab edilən patronlar saxlaması barədə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN BNMİ QBRŞ-nə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Həmin günü polis əməkdaşları və Yevlax rayonu Bitki Mühafizə mərkəzinin rəisi, aqronom Vüqar Mahmudovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqda Təqsirləndirilən şəxs səslədikdə sonradan onun arvadı olduğunu bildiyi X7 onları qarşılamış və əri Təqsirləndirilən şəxs evdə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olmadığından o, özünü təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkibbecərməkdə, yaşadığı evdə narkotik vasitələr və odlu silahın patoronlarını saxlamaqda şübhəli olduğunu, bunla bağlı əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Gülər Alıyeva əri Təqsirləndirilən şəxs evdə olmadığını dediyi üçün Gülər Alıyevanın işitrakı ilə xx.xx.2025ci il tarixdə saat 22:45-də Yevlax rayonu, Aran qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə, həyətyanı sahəsinə keçirilən baxış zamanı 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmiş və həmin bitkilərə aqronom Vüqar Mahmudov tərəfindən keçirilən baxış zamanı həqiqətən də narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq gösətərildiyi müəyyən edilmişdir. Bundan sonra həmin 04 (dörd) ədəd çətənə kolları çıxarılaraq evin qarşı tərəfində işıqlı ərazidə bitki kollarına baxış keçirilmiş, uznluqları ölçülmüş və sintetik kisənin içərisinə yerləşdirilmiş, sintetik kisənin ağzı bağlanaraq qablaşdırılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 23:05-də Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs arvadı X11 Alıyevin yaşadıqları evdə evin giriş qapısının arxa hissəsində gizlətdiyi patronların və narkotik vasitə-qurudulmuş marixuananın olduğu yeri göstərmişdir. Həmin yerə baxış keçirilən zaman sellofan torbanın içərisində 71 ədəd 7,62 mm-lik və 10 ədəd 5,45 mm-lik avtomat patronları aşkar edilərək götürülmüşdür. Həmçinin həmin yerdən bir ədəd 3 litrlik şüşə balonun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş iş üzrə şahid DİN-nin BNMİ-nin QBRŞnin sürücüsü, polis nəfəri, polis baş serjantı Şahid4 Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli iş üzrə əməlin cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi CM-nin 234.1 və 237.1-ci maddələrindən həmin Məcəllənin 234.1, 237.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Yevlax rayon Məhkəməsinin 4(039)-121/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 228.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığında saxlama müddəti xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddələr ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 17/604 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "baxış keçirdiyimiz ərazidən aşkar edilmiş çətənə bitkilərinə bənzər bitkilər" yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 68 sm-dən 199 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri-1120,0 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 09 avqust 2025-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə" yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd şüşə balonun içərisində, təmiz çəkisi-380,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: a) çətənə bitkilərinin ümumi çəkisi-1120,0 qram, cəmi tədqiqata sərf edildi-0,40 qram (hər ob. 0,10 qr.), qalıq- 1119,60 qram. b) Marixuananın təmiz çəkisi- 380,0 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq- 379,90 qram. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 17/741nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd çətənə (kannabis) bitkilərində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidir. Qeyd: a) Çətənə bitkilərinin ümumi çəkisi-530.0 qram, cəmi tədqiqata sərf edildi-0,40 qram (hər obyekt 0,10 qram) qalıq-529,60 qram. b) Marixuananı təmiz çəkisi -379,90 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq- 379,80 qram. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 71 (yetmiş bir) manat 86 (səksən altı) qəpik müəyyən edilmişdir. xx.xx.2025-ci il tarizli Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 12 avqut 2025-ci il tarixli 25/1279 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 71 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov Konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar (bax silahın tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 10 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov Konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Qeyd: Tədqiqata təqdim edilmiş 71 ədəd 7,62x39 mm kalibrli patronlardan 05 ədədi və 10 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X3 X2 dair xx.xx.2025-ci il tarixli 1631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoilərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Yevlax şəhər İHB-nın Aran qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü Əli və 2018-ci il təvəllüdlü Nihad adlı iki azyaşlı uşağı var. Yevlax şəhər İHB-nın Aran qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1, 237.1 və 228.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun ümumi vəziyyətini yəni onun yenidən cinayət törətməyə meyilli şəxs kimi iş materialları ilə öz əksini tapmamasını, narkotik vasitəni təsadüfən tapdıqından və sonradan satış məqsədi olmadan özü üçün istifadə etdiyini, onun bu əməlindən öz sağlamlığından başqa digər şəxslərin sağlamlığına zərər vurmaması hallarını, ibtidai istintaqın ilkin mərhələsindən başlamaqla məhkəmə baxışının sonuna kimi öz ifadələrində səmimi olmasını və bir dəfə belə olsun istintaq orqanını və daha sonra məhkəməni yanlış nəticəyə gəlməsinə heç bir əsas verməməsini, peşmançılıq hissi keçirməsini, iş materialına əlavə edilmiş narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsini, evindən aşkar olunmuş patronları satmaq, başqa şəxsə vermək və ya hər hansısa cinayətdə istifadə etmək niyyətinin olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirləndirilən şəxsin əməlini etiraf edib peşman olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1, 237.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitənin nisbətən çoxluğu, ona azadlıqdan məhrum etmə cəzasının tətbiqi üçün əsas deyildir. Belə ki, iş materiallarında təqsirləndirilən şəxsin həmin narkotik vasitəni özünün istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olması müəyyən olunmamışdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin dəfələrlə qəbul etdiyi qərarlarında Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasına əsaslar olduqda, həmin şəxs barədə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın tətbiq edilməsinə üstünlük verməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1, 237.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək şübəhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 07 (yeddi) gün müddət (10 ay 14 gün) azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş qətimkan tədbiri hökm qanunu qivvəsin alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Yevlax şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Yevlax rayonu, Aran qəsəbəsini və Yevlax şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 dair xx.xx.2025-ci il tarixli 1631 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış çəkisi 529,60 qram 04 ədəd çətənə (kannabis) bitkisi, 379,80 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə digər maddi sübut 73 ədəd patron (silah-sursat) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci 106 (bir yüz altı) manat 41 (qırx bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 9 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 9 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 237.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığln məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığln məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək şübəhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla (10 ay 14 gün) ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq və 2 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Yevlax rayonu, Aran qəsəbəsində yerləşən evini tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertiza tədqiqatından sonra qalan çəkisi 529,60 qram 04 ədəd çətənə (kannabis) bitkisi, 379,80 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə digər maddi sübut 73 ədəd patron (silah-sursat) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 106 (bir yüz altı) manat 41 (qırx bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 9 (doqquz) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına cəmi 99 (doxsan doqquz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar