Məhkəmə qərarları › İş №1(039)-149/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-149/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-149/2021 10.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 03 iyul 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, N.Nərimanov küçəsi, ev 37-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq konvalyutdakı 04 (dörd) ədəd tam və bir ədəd ½ həb hissəsindən ibarət ümumi miqdarı 0,18 qram narkotik vasitə olan metadonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki cins şalvarının sol yan cibində saxlamış, 02 iyul 2021-ci il tarixdə Yevlax şəhəri Şadlinski küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin tarixdə saat 01:40-dan 02:10-dək müddətdə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində üzərində olan həmin konvalyutdakı şəxsi istehlak miqdarından artıq 04 (dörd) ədəd və ½ həb hissəsindən ibarət ümumi miqdarı 0,18 qram külli miqdarda narkotik vasitə olan metadon aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan və metadon M40 narkotik vasitəsindən hərdənbir istifadə etmişdir. Yevlax rayonu avtovağzal ərazisində işlətdiyi köşkdə satmaq üçün 2021ci ilin iyun ayının sonlarında Bakı şəhərində müxtəlif növ ərzaq məmulatları və tütün məhsulları almaq üçün Bakı şəhərinə getmişdir. 2021-ci ilin iyun ayının 27 və ya 28-i tarixində saat 18, 19 radələrində narkotik vasitə istifadə etmək üçün əvvəllər metadon M40 narkotik vasitəsi satışı ilə məşğul olduğunu bildiyi “Şıkıdı və Qaqaş” ləqəbli adını bilmədiyi şəxsi tapmaq üçün “Razin”-də yerləşən bazara getmişdir. Bazarda bir neçə saat gəzdikdən sonra təxminən 20 radələrində həmin “Şıkıdı” və “Qaqaş” ləqəbi ilə tanınan şəxsi tapmış və ondan özü istifadə etmək üçün 10 ədəd metadon M40 narkotik vasitəsi almışdır. Aldıqdan sonra Sədərək bazarına gedib köşk üçün lazım olan əşyaları alıb markasını, modelini və sürücüsünü tanımadığı avtobusla Yevlax şəhərinə gəlmişdir. Yaşadığı evə getmiş, 2021-ci ilin iyun ayının 28-dən 02 iyul 2021-ci il tarixədək olan müddətdə həmin metadon M40 narkotik vasitənin 5 ədədini və 1 ədədinin yarısını istifadə etmiş, qalan 4 ədəd və 1 ədədinin yarısı miqdarında olan metadon M40 narkotik vasitəsini isə üzərində saxlamışdır. 02 iyul 2021-ci il tarixdə saat 01 radələrində işlədiyi köşkdən çıxıb ev istiqamətinə gedən zaman metadon M40 nakotik vasitəsi də üzərində olmuşdur. Yol ilə gedən zaman Yevlax şəhər “Şadlinski” küçəsində polis əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər və o, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmişdir. Baxış zamanı əynindəki göy rəngli şalvarının sol yan cibindən özü qəbul etmək üçün saxladığı 1 listdə 4 ədəd və 1 ədədinin yarısı miqdarında olan metadon M40 narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Şahid1 ifadəsində göstərdi ki, 01 iyul 2021-ci il tarixdə ona Yevlax şəhəri, N.Nərimanov küçəsi ev 37-də yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhər ərazisində olması və üzərində narkotik vasitə olan metadon olması barədə məlumat daxil olmuşdur. O, bu barədə rəhbərliyə məlumat vermiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra Yevlax RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 Fərhad oğlu ilə birlikdə 02 iyul 2021-ci il tarixdə təxminən saat 01:00 radələrində Yevlax şəhər Şadlinski küçəsinə getmişlər. Səyyadı Yevlax şəhəri, Şadlinski küçəsində gördükdən sonra Səyyada yaxınlaşıb özlərini təqdim edərək Səyyada polis şöbəsinə getməyi təklif etmişlər. Sayyad buna etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkili dəvət edilib, Səyyada hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə Səyyadın üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Səyyadın əynindəki göy rəngli şalvarının sol yan cibindən içərisində 5 ədəd həb olan 1 ədəd dərman qutusunu aşkar etmişlər. Sorğu zamanı Səyyadın özü həmin qutunun içərisində olan 5 ədəd həbin narkotik vasitə olan metadon olduğunu, həmin metadonu 27 iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mərkəzi bazarın yaxınlığında “Qaqaş” adlı şəxsdən aldığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Yevlax RPŞ-nin İTB-nin sahə polis rəisi vəzifəsində işləyən Şahid2 Fərhad oğlu ibtidai istintaq zamanı vermiş olduöu ifadəsində göstərmişdir ki, 01 iyul 2021-ci il tarixdə Yevlax şəhəri, N.Nərimanov küçəsi, ev 37-də yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhər ərazisində olması və üzərində narkotik vasitə olan metadon olması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 02 iyul 2021-ci il tarixdə təxminən saat 01:00 radələrində Yevlax şəhəri, Şadlinski küçəsinə getmişlər. Səyyadı Yevlax şəhəri, Şadlinski küçəsində gördükdən sonra Səyyada yaxınlaşıb özlərini təqdim edərək onlarla polis şöbəsinə getməyi təklif etmişlər. Sayyad onlara etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkili dəvət edilib, Səyyada hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə Səyyadın üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Səyyadın əynindəki göy rəngli şalvarının sol yan cibindən içərisində 5 ədəd həb olan 1 ədəd dərman qutusunu aşkar etmişlər. Sorğu zamanı Səyyadın özü həmin qutunun içərisində olan 5 ədəd həbin narkotik vasitə olan metadon olduğunu, həmin metadonu 27 iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mərkəzi bazarın yaxınlığında “Qaqaş” adlı şəxsdən aldığını üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu etiraf etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində 5 ədəd həb olan 1 ədəd dərman qutusunu əynindəki şalvarın sol yan cibindən çıxardaraq özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2021-ci il tarixli 6/2680 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş” yazısı olan zərfdə, qzərinə “Methadone 40” yazısı olan konvalyutdakı 4 (dörd) ədəd və ½ həbin hissəsi, ümumilikdə 4½ ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 4 və ½ həb hissəsindən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 0,18 qram təşkil edir. (konvalyutub üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram(½ həb hissədə isə 0,02 qram) metadon olmaqla. Metadon tərkibli dərman preparatı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2013-cü il tarixli, 1(101)-304/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 35 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin ediməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0,14 qram metadon hökm qanuni qüvvəsi aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 iyul 2021-ci il tarixdən 03 iyul 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,14 qram metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar