Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-149/2023 28.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə X2 icarə müqaviləsi ilə istifadəsində olan Yevlax rayonu Varvara kəndinin ərazisində yerləşən 138 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq üçün adını demədiyi bankdan 200.000 manat məbləğində kredit götürməsinə köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq vahid niyyətlə sonuncunun xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 350 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 300 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 150 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 20 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 130 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 09:45-də Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 400 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 150 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 20 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 09:00-da Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 500 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri H.Əliyev prospekti 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 200 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 07:26-da Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 150 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 51 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 30 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 11:03-də Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 380 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 170 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən “Al Market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 170 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 09:19-da Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 140 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 110 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 10 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 30 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 10:40-da Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Super Birinci” adlanan mağzanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 50 manat pulu, xx.xx.2022ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 40 manat pulu, xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından özünə məxsus olan "xxxx" ASC-yə aid 416974******4943 saylı plastik bank kartı hesabına göndərdiyi 220 manat pulu, 2022-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq istintaqla müəyyən olunmayan ayrı-ayrı tarixlərdə və saatlarda X5 rayonu, Varvara kəndində ona hissə-hissə olaraq verdiyi 2449 manat pulu və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Yevlax rayonu Varvara kəndində Neman Məmmədovun ona nağd olaraq verdiyi 80 manat pulunu almaqla zərərçəkmiş şəxs Neman Məmmədova cəmi 6300 (altı min üç yüz) manat maddi ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə Neman Məmmədovun xeyli miqdarda əmlakını vahid niyyətlə qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, X3 tanıyır, həmkəndlisidir, aralarında heç bir ədavətləri olmamışdır. Təxminən 3 il əvvəl Nemana bankdan 5000 manat kredit götürməyə köməklik etmiş, həmin vaxtdan Neman ona tam inanmış, Neman ona şirinlik kimi 300 manat vermişdir. O, Nemanla hər dəfə görüşərkən kredit lazım olarsa götürməyə köməklik edə biləcəyin demiş, Neman isə 2022-ci ilin may ayında Yevlax rayonu Varvara Bələdiyyəsindən icarəyə götürdüyü 138 hektar torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq istədiyini, buna görə ona təxminən 200.000 manata yaxın vəsait lazım olduğunu bildirmişdir. O, isə Nemana kredit düzəltməyə köməklik edəcəyini bildirərək onun pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, Nemanın ona inanması üçün kredit düzəlməsi üçün ondan sənədlər tələb etməyə başlamışdır. Neman isə icarəsində olan torpaq sahəsinin sənədlərinin surətlərini ona vermişdir. O, Nemana 200.000 manat kredit düzəlməsi üçün müəyyən xərclərinin çıxacağını demiş, Neman isə lazım olan pulu verəcəyini demişdir. O, kreditin düzəlməsi üçün ilkin olaraq adında bonus yaratmalı olduğunu demiş və kiçik məbləğdə kredit götürməyi bildirmişdir. Neman razı olmuş və onun şəxsi köməyi ilə xx.xx.2022-ci il tarixdə “Finca Azerbaijan” kredit təşkilatının Ağdaş fililalından Nemana 8000 manat kredit götürmüşlər. O, yalandan X7 Fuad adlı tanışı olduğunu və ona onlayn qaydada sənədləri göndərəcəyini və beləliklə Fuadın ona istədiyi miqdarda kredit verəcəyini bildirmişdir. Bundan sonra Nemanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə həyat yoldaşı Şahid2 şəxsiyyət vəsiqəsi ilə alıb özü işlətdiyi ***-***-**-** saylı mobil nömrədən kreditin şərtləri barədə mesajlar yazmağa başlamışdır. Neman kredit götürəcəyinə tam inanmışdır. O, mesajlarda kreditlə bağlı müraciətin qeydə alındığını, göndərilən sənədlərin düzgün olması və pul göndərilməsi məzmununda mesajlar yazmışdır. Ancaq həmin mesajları yazarkən və Nemana qarşı dələduzluq cinayəti etməsindən həyat yoldaşının xəbəri olmamışdır. Bundan sonra o, kreditin alınması üçün pul lazım olduğunu və pulu "xxxx" hesabında olan kartın nömrəsinə göndərməsini demişdir. Neman kart nömrəsinin və telefon nömrəsinin ona məxsus olmasını bilməmişdir. Neman onun kartına müxtəlif yerlərdən xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 130 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 51 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 380 manat, xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 140 manat, xx.xx.2022-ci il tarixdə 110 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 40 manat və xx.xx.2022-ci il tarixdə 220 manat olmaqla ümumlikdə 3901 manat köçürmüşdür. O, həmin pullara ehtiyyacı olduğu üçün xərcləmişdir. O, telefon nömrəsindən ancaq mesaj yazmaq üçün istifadə etmiş, tanımadığı nömrələrdən gələn zənglərə cavab verməmişdir. Bundan sonra təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərindən dəqiq yadında qalmayan tarixlərdə və saatlarda Nemanla görüşüb krediti tezliklə hazırlayacağını deyərək Nemanı inandırıb müəyyən sənədlər hazırladığı üçün hissə-hissə olmaqla ümumilikdə 2319 manat və sonuncu dəfə isə 80 manat pulu xx.xx.2022-ci il tarix saat 16 radələrində yaşadığı Yevlax rayonu Varvara kəndində Nemandan almışdır. Sonradan Neman ***-***-**-** saylı mobil nömrənin və pul göndərdiyi kartın ona məxsus olduğunu və mesajları onun yazdığını bilmiş, Neman pulunu geri istəsədə pulu olmadığı üçün qaytara bilməmişdir. Ona görə Neman ondan şikayət etmişdir. O, ümumilikdə Nemanı kredit düzəldəcəyinə inandırıb ondan 6300 manat pul almışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəyə bilmədiyini və həmin məbləği gələckdə atasının pensiyasından hər ay 150 maant olmaqla hissə-hissə ödəyəcəyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkənlisidir, onunla münasibətləri yaxşı olmuşdur. Təxminən 3 il əvvəl Rahiblə söhbət əsnasında Rahib ona Mərkəzi Bankda tanışı olduğunu və kredit lazım olsa götürməyə köməklik edə biləcəyin bildirmişdir. Həmin vaxtlar ona kreditə pul lazım olmuş, Rahiblə görüşmüş və birlikdə “Bank Respublika”nın Mingəçevir filialına getmişlər, orada sənədlərin təqdim etmiş və 5000 manat kredit götürməyə köməklik etmiş, əvəzində Rahibə 300 manat şirnilik vermişdir. Bundan sonra o, Rahibə tam inanmış və onunla dəfələrlə telefonla əlaqə saxlayarkən Rahib hər dəfə ona kredit lazım olarsa köməklik edəcəyinə vəd vermişdir. O, 2022-ci ilin may ayında Yevlax rayonu Varvara Bələdiyyəsindən icarəyə götürdüyü 138 hektar torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq fikirinə düşmüşdür. Buna görə ona təxminən 300.000 manata yaxın vəsait lazım olmuşdur. O, həmin vaxt bu fikrini Rahiblə görüşüb demişdir. Rahib isə ona kredit düzəltdəcəyini bildirərək, təsərrüfatda özünü də işə götürməyimi xahiş etmişdir. O, Rahibin vədinə inanıb kredit düzəlməsi üçün Rahibin ondan tələb etdiyi sənədləri hazırlamağa başlamışdır. O, icarəsində olan torpaq sahəsinin sənədlərinin surətlərini, özümün və ailə üzvlərimin sənədlərinin surətlərini Rahibə vermişdir. Rahib ona 200.000 manat kredit düzəlməsi üçün müəyyən xərclərinin çıxacağını demişdir. O, isə Rahibin tələb etdiyi pulu ona verəcəyini demişdir. Rahib kreditin düzəlməsi üçün ilkin olaraq adımda bonus yaratmalı olduğunu dedi və kiçik məbləğdə kredit götürməni bildirdi. Buna görə Rahibin köməkliyi ilə o, xx.xx.2022-ci il tarixdə “Finca Azerbaijan” kredit təşkilatının Ağdaş fililaından 8000 manat kredit götürmüş və həmin vaxt Rahib adında gecikmə olduğunu, həmin gecikmənin ləğv olunması üçün ona 200 manat istəmiş, o, da həmin pulu Rahibə vermişdir. Bundan sonra onun istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən mesajlar gəlməyə başlamışdır. Həmin mesajlarda özünü Fuad adı ilə təqdim edən şəxs, onun kreditlə bağlı müraciətinin qeydə alındığını, Rahibin göndərdiyi sənədlərin düzgün olduğunu bildirildi. Bundan sonra ***-***- **-** saylı mobil nömrədən ona mesajlar vasitəsilə sifarişlər gəlməyə başladı. Belə ki, sifarişlərdə müxtəlif adlarla, sənədlərin düzəlməsi, bank xidmətlərinin göstərilməsi adı ilə ondan pul mesajı yazılmışdır. Mesaj yazan şəxs isə pulu yalnız Təqsirləndirilən şəxs "xxxx" hesabına göndərməyi xahiş etdi. Həmin vaxt o, Rahiblə əlaqə saxlamış, Rahib mesajda göstərilənləri icra etməyi bildirdi. O, Rahibə inanıb Rahibin ona verdiyi özünə məxsus **********124943 saylı kart hesdabına xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 350 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 300 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 150 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 20 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 130 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 09:45-də Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 400 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 150 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 20 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 09:00-da Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 500 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri H.Əliyev prospekti 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 200 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 07:26-da Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 150 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 51 manat pulu, xx.xx.2022ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri Nizami küçəsi 13-də yerləşən “5+” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 30 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 11:03-də Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 380 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 170 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən “Al Market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 170 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 09:19-da Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 140 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 110 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 10 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 30 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 10:40-da Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Super Birinci” adlanan mağzanın içərisində yerləşən ödəmə terminalından 50 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 40 manat pulu, xx.xx.2022-ci il tarixdə yadında qalmayan saatda Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 53-də yerləşən “Bazarstore” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından 220 manat pulu köçürməklə, ümumilikdə o, Rahibin kart hesabına 3771 manat ödəmişdir. Bundan sonra o, 2022-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq Rahiblə yaşadıqları kənddə görüşüb söhbət edərkən Rahibə kreditin nə vaxt hazır olacağından danışarkən Rahib yalandan ona narahat olma işlərin qaydasında getdiyini, lazım olan yerlərə pul pullar veriləcək ki, sənin kreditini qabağa salsınlar. O, da Rahibə puldan narahat olma borc olsada sənin dediyin pulu düzəldib verəcəm səndə krediti almağa kömək et. Həmin vaxtdan başlayaraq yaşadığım kəndə ayrı-ayrı tarixlərdə və saatlarda hissə-hissə 2449 manat pul vermiş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Yevlax rayonu Varvara kəndində o, Rahiblə görüşən zaman Rahib işin yekunlaşdığını deyərək 80 manat lazım olduğunu bildirmiş, o, Rahibə 80 manat pul verməklə, ümumilikdə isə o, Rahibə 6300 (altı min üç yüz) manat pul vermişdir Sonradan bilmişdir ki, onun telefonuna yazılan mesajlarıda Rahib yazırmış və Rahib yalandan onu aldadaraq pulun ələ keçirmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı ödəməmiş, ziyanı ödənilsə belə ondan şikayətçi olduğunu və onun barəsində ağır cəza verilməsini xahiş etmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, ağır xəstə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Yevlax ŞMX-da tibb bacısı vəzifəsində işləyir. X4 onun əridir. Onların Mingəçevir şəhərində və Yevlax rayonu Varvara kəndində evləri var. Əri isə özünə məxsus torpaq sahəsində işləyir. Təxminən 3 il əvvəl Rahiblə əri söhbət əsnasında o, ərinə Mərkəzi Bankda arvadının qohumunun işlədiyini, onun vasitəsilə tanışlarına kredit götürüb verdiyini dedi. Neman bunu ona dedi Nemanın torpaq sahəsində iş görmək üçün pul lazım olduğu üçün Rahibə kredit götürməyə köməklik edəcəyin demişdir. Rahib ərinə “Bank Respublika”nın Mingəçevir filialından ona 5000 manat kredit götürməyinə köməklik etdi və Neman kredit götürükdən sonra Rahibə 300 manat pul vermişdir. Neman 2022-ci ilin may ayında Yevlax rayonu Varvara Bələdiyyəsindən icarəyə götürdüyü 138 hektar torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq üçün torpaq götürmüş, Nemana təxminən 300.000 manata yaxın vəsait lazım olması barədə Rahibə demiş, sonuncu isə Nemana kredit düzəldəcəyini təsərrüfatda iş olarsa onunda orada işə götürməyini xahiş etmişdir. Bundan sonra Nemanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən mesajlar gəlməyə başlamış, həmin mesajlarda Nemanın kreditlə bağlı müraciəti qeydə alınması, Rahibin göndərdiyi sənədlərin düzgün olması bildirilmişdir. Bundan sonra ***-***-**-** saylı mobil nömrədən Nemana mesajlar vasitəsilə sifarişlər gəlməyə başladı. Belə ki, sifarişlərdə müxtəlif adlarla, sənədlərin düzəlməsi, bank xidmətlərinin göstərilməsi adı ilə Nemandan pul tələb olunmağa başladı. Mesaj yazan şəxs isə pulu yalnız Təqsirləndirilən şəxs "xxxx" kartı olan **********124943 saylı hesabına göndərilməsini xahiş etmiş, Neman Rahiblə əlaqə saxlayan zaman Rahib mesajdakı göstərişləri icra etməyi, yazılan miqrarda pulları göndərməyini təsdiqləmişdir. O və Neman Rahibə inanıb onun adına olan **********124943 saylı kart hesdabnıa müxtəlif ödəmə terminallarından ümumilikdə 3771 manat ödəmişdir. Bundan sonra dəfələrlə Neman evlərinə gələndə işin düzəlməsi üçün Rahibin pul istədiyini və birlikdə pulu hazırlayıraq aparıb Rahiblə görüşüb ona verirdi. Beləliklə ayrı-ayrı tarixlərdə və saatlarda hissə-hissə olaraq X6 2449 manat pul və sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Yevlax rayonu Varvara kəndində 80 manat pul vermişdir. X6 6300 (altı min üç yüz) manat pul vermişdir. Sonradan Rahibin onları aldatdığını, Nemana mesaj yazan şəxsin Rahibin olduğu aşkar olunmuş, sonra isə Rahibdən sözügedən pulun geri qaytarmasını tələb etdikdə Rahib pulu geri qaytarmayaraq müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Kapital Bank ASC tərəfindən xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs aid 416974******4943 saylı bank kartına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumlikdə 3901 manat pul köçürülmüşdür. (iş vər.27- 32); Yevlax rayonu Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 5-9- 9/2-266-2023-saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları vardır. (iş vər.37); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.49); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər. 71-72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.99); Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyanı ödəməmiş, ziyanı ödənilsə belə ondan şikayətçi olduğunu və onun barəsində ağır cəza verilməsini bildirmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağını olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdən 11 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-149/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-149/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver