Məhkəmə qərarları › İş №1(039)-149/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-149/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-149/2024 24.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Pirili kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq "xxxx" MMC-yə məxsus olan “Manitou MT 1840” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtoyükləyicini nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan idarə etməklə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasının həyətindəki avtoservisdə “Manitou MT 1840” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtoyükləyici ilə geriyə doğru hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini geriyə hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatacağından əmin olmayaraq, nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirməzdən əvvəl arxada hərəkət üçün hər hansı maneənin olmamasından əmin olmayaraq, xəbərdar olmaq üçün kənar şəxslərin köməyindən istifadə etməyərək və piyadanın nəqliyyat vasitəsinin hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra geriyə doğru hərəkət etdirməli olduğu halda təhlükəsizliyin təmin olunmasına əmin olmayaraq nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirərək "xxxx" MMC-də anbardar vəzifəsində işləyən, piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncunun döş qəfəsinin sağ yarısının Vİİ-Vİİİ-İX qabırğaların sınığı, kürək və bel nahiyəsinin əzilmiş yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırı ilə müşayət olunan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan avtoyükləyicini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-ə məxsus olan “Manitou MT 1840” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtoyükləyicini Yevlax şəhərində yerləşən "xxxx" MMC-də idarə etmişdir. Həmin avtoyükləyicini idarə etmək üçün onun sürücülük vəsiqəsi olmamışdır. Əvvəlki şirkətlərdə işləyən zaman avtoyükləyicini idarə etməsi üçün "xxxx" MMC tərəfindən ona xx.xx.2022-ci il tarixdə sertifikat verilmişdir. Həmin sertifikat əsasında o, əvvəlki işlədiyi şirkətlərdə və "xxxx" MMC-də avtoyükləyicini idarə etmişdir. Lakin o, sertifikat almasına baxmayaraq avtoyükləyici idarə etməsi üçün müvafiq sürücülük vəsiqəsi almamışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus olan “Manitou MT 1840” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtoyükləyici ilə o, "xxxx" MMC-də yükdaşıma ilə məşğul olmuşdur. O, xx.xx.2023-cü il tarixdən “Manitou MT 1840” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtoyükləyici ilə "xxxx" MMC-də müəssisə daxilində yük daşıma ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində “Manitou MT 1840” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtoyükləyicini "xxxx" MMC-yə məxsus müəssisədə avtoservisdən, qarajdan çölə tərəf geriyə doğru sürüb sonradan irəliyə doğru hərəkət edib avtoyükləyicini dayandıran zaman kənardan qışqırıq səsləri eşitmiş, "xxxx" MMC-də anbardar vəzifəsində işləyən Zərərçəkmiş şəxs vurmuşdur. Həmin avtoyükləyicini geriyə sürən zaman avtomobilin həyəcan siqanlı avtomatik olaraq işə düşmüşdür. Buna baxmayaraq Zərərçəkmiş şəxs həmin səs siqnalını eşitməmiş, nəticədə o, Zərərçəkmiş şəxs avtoyükləyici ilə vurmuşdur. O, avtoyükləyicini geriyə doğru sürən zaman sürət 10 km/saat olmuşdur. Onun qarajdan çıxdığı yer ilə Zərərçəkmiş şəxs vurduğu yer arasındakı məsafə 10 metr olmuşdur. Avtoyükləyicini geriyə doğru sürən zaman o, yan güzgülərdən geriyə baxmış, lakin Zərərçəkmiş şəxs avtoyükləyicinin arxa hissəsində olduğunu görməmişdir. O, avtoyükləyicini saxladıqdan sonra düşüb Zərərçəkmiş şəxs yaxınlaşmış və onu orada işləyən Coşqun və Vüqar adlı şəxslər avtomobilə mindirərək Yevlax rayon mərkəzi xəstəxanasına aparmışdırlar. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar və ziyanla bağlı öz aralarında razılığa gəlmişdirlər. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində azyaşlı uşaqları var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri Nizami prospekti 2 ünvaında yerləşən "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:30 radələrində o, "xxxx" MMC-nin həyətində piyada hərəkətdə olaraq avtoservis adlanan, qaraj kimi istifadə edilən avtonəqliyyat vasitələrinin dayandığı ərazidən öz xidməti otağına tərəf asta addımlarla öz xidməti iş otağına tərəf gedərkən “Manitou” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtoyükləyicinin qaraj ərazisinin çıxışına tərəf getdiyini görmüşdür. O, öz yoluyla asta addımlarla xidməti iş otağına tərəf hərəkəti davam etdirdikdə bir anlıq “Manitou” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtoyükləyicinin arxa-arxaya hərəkət etdiyini görmüşdür. Onun avtoyükləyicini görməsi ilə avtoyükləyicinin onu vurması bir anın içərisində baş vermişdir. O, “Manitou” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtoyükləyicinin onu vurması nəticəsindən yerə yıxılmış və avtoyükləyicinin altında qalmışdır. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Avtoyükləyicinin onu vurması nəticəsində o, huşunu itirmişdir. O, özünə gəldikdə Yevlax ŞMX-da olmuşdur. Onun Təqsirləndirilən şəxslə arasında hər hansı bir münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun hadisədən yayınmaq imkanı olmamışdır. Çünki Təqsirləndirilən şəxs idarə etdiyi “Manitou” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtoyükləyici ilə arxa-arxaya hərəkət edərək anidən onu vurmuşdur. Onun avtoyükləyici tərəfindən vurulduğu yer həm piyadaların hərəkəti üçün, həm də avtonəqliyyat vasitlərinin hərəkəti üçün nəzərdə tutulmuşdur. O, xidməti iş otağına getməyi üçün yalnız həmin yoldan istifadə etməlidir. Onun xəsarət alması nəticəsində müalicə xərcləri ilə əlaqədar ona 8000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışlar. Təqsirləndirilən şəxslə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2011-ci ilin mart ayının 8-dən "xxxx" MMC-nin Yevlax filialında fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində "xxxx" MMC-yə məxsus müəssisədə avtoservisin ərazisində, çardağın altında dayanan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Manitou MT 1840” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtoyükləyicini arxa-arxaya idarə edərək piyada hərəkətdə olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurduğunu və nəticədə Zərərçəkmiş şəxs xəsarət aldığını görmüşdür. O, dərhal Zərərçəkmiş şəxs yaxınlaşaraq ona ilkin yardım göstərməyə çalışmış və Zərərçəkmiş şəxs Yevlax ŞMX-na aparmışdır. O, Təqsirləndirilən şəxs idarə etdiyi “Manitou MT 1840” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtoyükləyici ilə Zərərçəkmiş şəxs vurduğunu dəqiq olaraq görmüşdür. O, hadisəni təxminən 15 metrlik məsafədən görmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya birliyi” Publik Hüquqi şəxsin 17 avqust 2023-cü il tarixli, 410 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısında Vİİ-Vİİİ-İX qabırğaların sınığı, kürək və bel nahiyəsinin əzilmiş yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmə gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-8/3263 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Manitou MT 1840” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Manitou MT 1840” markalı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 8/317-10/845 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olmasına istintaq tərəfindən qiymət verilməsi şəraitində, “Manitou MT 1840 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Manitou MT 1840” markalı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2024-cü il tarixli, 8/1122 nömrəli rəyindən görünür ki, baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olmasına istintaq tərəfindən qiymət verilməsi şəraitində “Manitou MT 1840 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Manitou MT 1840” markalı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya birliyi” Publik Hüquqi şəxsin 24 may 2024-cü il tarixli, T 303/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısında Vİ-Vİİİ qabırğaların sınığı, kürək və bel nahiyəsinin əzilmiş yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən tprənmişdir. Qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoyükləyicinin arxaya hərərkəti zamanı onu vurması nəticəsində yarana bilərdi. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İşdə olan Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16- 11/2-4253/2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatı yoxdur. Ona görə də Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab edilir. İşdə olan Ağsu DAİM tərəfindən verilmiş və xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-nə daxil olmuş məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs avtoyükləyicini idarə etmək üçün Ağsu DAİM-nin TNT-i sektorunun Elektron reyestr sistemində və texniki sürücü vəsiqəsinin verilmə kitabında sürücülük vəsiqəsinin olub-olmaması barədə məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Kürdəmir Regional “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Tunar və xx.xx.2023-cü il təvəllüdlü Ayan adlı azyaşlı uşaqları vardır. İşdə olan xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan “Manitou MT1840” markalı, ** AC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini X5 icarəyə vermişdir. İşdə olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan xx.xx.2023-cü il tarixli müqavilə əsasında X5 icarəyə verilmiş “Manitou MT1840” markalı, ** AC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Günay Namazovanın nümayəndəsi, əri X1. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə ekspert rəyləri arasında tam uyğunluq vardır və onlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələbələrinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə maddi sübut olan "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli müqavilə əsasında X5 icarəyə verilmiş “Manitou MT1840” markalı, ** AC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı Günay Namazovanın nümayəndəsi X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 442 (dörd yüz qırx iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövrü üçün göstərilən 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 442 (dörd yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə maddi sübut olan "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli müqavilə əsasında X5 icarəyə verilmiş “Manitou MT1840” markalı, ** AC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı Günay Namazovanın nümayəndəsi X4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar