Məhkəmə qərarları › İş №1(039)-15/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-15/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-15/2021 25.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abdullayev X1 (Covid-19) xəstəliyinə dair verdiyi testin nəticəsinin pozitiv olmasına dair xx.xx.2020-ci ildə məlumatı olmaqla həmin xəstəliyə yoluxduğunu bildiyi və xəstəliyə yoluxması səbəbindən yaşadığı evdən kənara çıxmayaraq evdə müalicə almalı olmasına dair ona səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən şifahi xəbərdarlıq edildiyi halda, ona edilmiş xəbərdarlığa məhəl qoymayaraq Koronavirus (COVİD-19) inleksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il 144 saylı qərarı ilə Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində qəsdən yaşadığı evdən çıxaraq qızı X3 əhalinin sıx toplaşdığı Yevlax şəhəri 1 saylı orta məktəbdə keçirilən yazılı imtahandan iştirak etmək üçün həmin məktəbə aparmaqla yoluxduğu Koronavirus (Covid-19) xəstəliyinin qəsdən yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə özünü halsız hiss etdiyi üçün Yevlax şəhər mərkəzi xəstəxanasına müraciət etmiş və onda “Covid-19” virusu aşkarlanmışdır. Xəstəliyi yüngül olduğuna görə evdə müalicəsini davam etdirmişdir. xx xxxx 2020-ci il tarixdə saai 09 radələrində qızı Sədanı Yevlax şəhər 1 saylı orta məktəbdə imtahana aparmış, sonra isə atasıgilə getmişdir. Ona Yevlax şəhər İcra Hakimiyyətindən zəng olunaraq evdə olub-olmamasını soruşmuşlar. O da evdə olmadığını və hazırda atası evində olduğunu bildirmişdir. Bundan sonra evə qayıtmış, onun karantin qaydasını pozub xəstəliyi digər şəxslərə yaymağa təhlükə yaratdığına görə polis əməkdaşları onlara gəlmiş, ona iradlarını bildirmişlər. Sonra oraya çağrılmış təcili yardım maşını ilə onu Ağdaş şəhər mərkəzi xəstəxanasına aparmışlar. Orada müalicə aldıqdan sonra x xxxxxx 2020-ci il tarixdə evdə qalıb müalicəni davam etdirməsi üçün ondan iltizam alınaraq evə göndərmişlər. Hazırda törətdiyi əməldən peşman olduğunu, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax şəhər İcra Hakimiyəti yanında Operativ Qərargahın üzvüdür. Yevlax şəhəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasındadır. Vəzifəsi Yevlax şəhərində “Covid-19” virusuna yoluxmuş və müalicə alan şəxsləri nəzarətdə saxlamaq və onları müalicə aldığı yeri tərk etməmələrini yoxlamaqdan ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” virus xəstəsi olması aşkar edilmişdir. O, Camal ilə mütamadi əlaqə saxlayaraq xəstə olduğu müddətdə evdən küçəyə çıxmaması barədə izahedici söhbətlər aparmışdır. xx xxxx 2020-ci il tarixdə saat 11:52 radələrində Camal ilə telefonla əlaqə saxlayarkən Camalın evdə olmadığını müəyyən etmişdir. Camal qızını Yevlax şəhər 1 saylı orta məktəbə aparmış, sonra isə atası evinə gedərək xəstəliyin digər şəxslərə keçməsinə real təhlükə yaratmışdır. Ona görə bu barədə rəhbərliyə məlumat vermiş, sonra polis əməkdaşları ilə Camalgilə getmişlər. Polis əməkdaşları Camala xəstəliyi yaymasına real təhlükə yaratdığına görə barəsində tədbir görüləcəyini demişlər və ona müalicə olduğu müddətdə evdən çıxmamağını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasında olduğuna görə xidməti avtomobili ilə Nizami prospektində xidmət aparırdı. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Yevlax şəhəri Nizami prospektində xidmətdə olaraqkən həmin propektdə yerləşən 1 saylı tam orta məktəbin qarşısında Yevlax şəhər sakini, “Covid-19” virus daşıyıcısı olan Təqsirləndirilən şəxs görmüş, ona yaxınlaşaraq sosial məsafəni gözləyərək özünü təqdim etmiş, ona virus daşıyıcısı olduğu halda küçədə gəzdiyi üçün öz iradınıı bildirmişdir. Camal idarə etdiyi avtomobilə minərək oradan uzaqlaşmışdır. O isə bu barədə raportla şöbə rəhbərliyinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 oğlu Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” virusu yoxlanılması üçün yaxma götürülmüş və xx.xx.2020-ci il tarixdə “pozitiv” cavab aşkarlanmışdır. Xəstəliyi və evdə izolyasiyası ilə bağlı vətəndaşa şifahi məlumat verilmişdir. ( iş vər. 16); Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 oğlunun xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə Yevlax şəhəri H.Cavid küçəsində xidmətdə olarkən, həmin küçədə 26 nömrəli evdə yaşayan “Covid 19” virusunun daşıyıcısı olan Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısında sərbəst şəkildə, tibbi maska istifadə etmədən küçədə gəzdiyini və insanlarla söhbət etdiyinin şahidi olmuşdur. (iş vər. 4); Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 10:30 radələrində xidmət aparan zaman, Nizami prospektində 1 saylı tam orta məktəbin qarşısında “Covid 19” virusunun daşıyıcısı olan Camal adlı şəxsi görmüş və ona yaxınlaşmaq istədikdə vətəndaş öz maşınına əyləşərək həmin yerdən uzaqlaşmışdır. (iş vər. 5); Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini X5 rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xəstə olduğu halda qanunsuz şəkildə yaşadığı evi tərk edərək şəhərin F.İsayev və H.Cavid küçələrində olduğu, övladını 1 saylı tam orta məktəbdə keçirilən buraxılış imtahanına aparması barədə məlumat əldə edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti yanında Operativ Qərargahin üzvü Şahid1 vətəndaşla əlaqə saxlamış, telefon söhbəti zamanı həqiqətən də onun qanunsuz olaraq yaşayış yerini tərk etməsi müəyyən edilmişdir. ( iş vər. 6); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( iş vər. 51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (iş vər. 31); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 29). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əvvəllər məhkum olunmamasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM- 193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 20 (iyirmi) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 90 (doxsan) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar