Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-15/2024 05.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, bu iş üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, hazırda Bakı şəhəri Nizami rayon Məhkəməsində Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə cinayət işi aparılan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, qəsdən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq açıq talamaqla ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Sənəm” şirniyyat mağazasına müştərilərin daxil olması üçün nəzərdə tutulmuş açıq halda olan qapısından daxil olduqdan sonra mağazanın müştərilərin girməsi qadağan edilmiş şirniyyat saxlanılması və satılması üçün nəzərdə tutulmuş piştaxtasının arxasına qanunsuz olaraq keçmiş və oradakı kassa aparatının üzərində olan qırmızı rəngli dairəvi formada plastik qabın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 210 manat pulu sonuncunun, mağazada işləyən Zərərçəkmiş şəxs2 və digər şəxslərin gözü qarşısında açıq talayaraq mağazanın qapısından küçəyə çıxıb qaçmaq istəyərkən mağazada işləyən şirniyyatçı Zərərçəkmiş şəxs2 onun soyğunçuluq əməlinin qarşısını almaq istəyərkən o, Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunu qəsdən əli ilə itələyərək mağazadan qaçıb getməklə qəsdən saxlanc yerinə qanunsuz olaraq girmiş və Zərərçəkmiş şəxs1 210 manat məbləğində maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, baxış keçirilməsi haqqında protokollar, üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokolu, ifadənin yerində yoxlanılması protokolu, digər istintaq hərəkətlərinin protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 16 mart 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, Yevlax şəhəri istiqamətinə piyada gedərkən, şəhərin Q.Quliyev küçəsində yerləşən “sənəm” şirniyyat mağazasına daxil olmuş və orada yerləşən piştaxtanın arxasına keçmiş və orada çoxlu pulların olduğunu görmüşdür. Bundan sonar o, tamah məqsədilə pulları götürərək həmin mağazadan çıxan zaman içəridən səs-küy gəldiyini görmüş və qaçaraq oradan uzaqlaşmağa çalışdıqda Zərərçəkmiş şəxs2 onun qolundan tutaraq pulları geri qaytarmasını tələb etmişdir. Həmin vaxt o, Tünzalənin əlindən çıxaraq qaçmışdır. Əlavə olaraq qeyd etdi ki, o, piştaxtanın üzərindən 210 manat yox cəmi 20 manat pul götürmüşdür. Məhkəmədən əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərin onu bağışladıqlarını, bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq barəsində qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər də onun işlədiyi “sənəm” şirniyyat mağazasına gəlib-getmiş, hətta onlar Təqsirləndirilən şəxs pul və şirniyyat verməklə hörmət də etmişlər. Hadisə günü, yəni 16 mart 2023-cü il tarixdə Seymurun əvvəlcədən maqazanın ətrafinda olduqunu görmüşdür. Təqsirləndirilən şəxs mağazadan oğurluq etdiyi vaxt bayram ərəfələrinə təsadüf etdiyindən işlərin çoxluğu ilə əlaqədar o, digər işçilərlə birlikdə şirniyyat bişirilən otaqda olmuşlar, ona görə də onlar Seymurun mağazaya daxil olduğunu görməmişlər. Seymur Mağazaya daxil olaraq orada olan piştaxtanın arxasına keçən zaman onun yanında olan işçilər monitordan piştaxtanın arxasında kiminsə olduğunu bildirərək, səs-küy edib otaqdan çölə çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs səs-küyü eşidib qaçaraq mağazadan çıxmağa çalışdiqda mağazada şirniyyatçı işləyən Zərərçəkmiş şəxs2 Seymurun qolundan yapışmış və pulları geri qaytarmasını tələb etdikdə Seymur Zərərçəkmiş şəxs2 əlindən çıxaraq qaçmağa başlamışdır. Həmin vaxt mağazada şirniyyatçı işləyən digər işçi Şahid2 mağazadan çıxaraq Təqsirləndirilən şəxs arxasıycan qaçmağa başlamışdır. Mağazada mübahisə baş verərkən Seymurun əlində bıçaq və ya hər hansı bir alət olmamışdır. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs bağışladığını, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mağazaya daxil olaraq piştaxtanın üzərindəki pulu götürməyini monitordan görmüşdür. Bu zaman digər işçilərlə birlikdə səs-küy edərək, otaqdan çölə çıxmışlar. O, yağlı əlləri ilə Seymurun qolundan yapışmışıb pulu geri qaytarmasını bildirmişdir. Seymur isə onun əlindən çıxıb qaçdıqda digər işçi Şahid2 Seymurun arxasınca qaçmışdır. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs bağışladığını, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Oktay qızı ifadəsində göstərdi ki, o, Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “sənəm” şirniyyat mağazasında şirniyyatçı işləyir. 16 mart 2023-cü il tarixdə mağazada olarkən Təqsirləndirilən şəxs mağazanın qarşısında dayandığını görmüşdür. O, buna məhəl qoymayaraq mağazada öz işlərini davam etdirmək üçün içəri otağa, yəni digər işçilərin yanına keçmişdir. Bir neçə dəqiqə keçdikdən sonra otaqdakı işçilərdən biri mağazada olan piştaxtanın arxasında kiminsə olduğunu bildirmiş və onlar səs-küy yaradaraq çölə çıxan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Seymur onları gördükdə qaçaraq mağazadan çıxmağa çalışdıqda Zərərçəkmiş şəxs2 yağlı əlləri ilə Seymurun qolundan yapışıb oğurladığı pulları geri qaytarmasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Tünzalənin əlindən çıxıb qaçmağa başlamışdır. Həmin vaxt o, da küçəyə çıxıb Seymurun arxasınca qaçmış lakin, Seymura çata bilməmişdir. Zərərçəkmiş şəxs2 Seymurun əlində bıçaq olduğunu ehtimal edərək, qorxduğu üçün mübahisə etməmiş və Seymurun arxasınca qaçmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Oktay qızı və Şahid3 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 04 may 2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Fiziki Şəxsin vergi Uçotu haqqında ********** nömrəli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “sənəm” şirniyyat mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Zərərçəkmiş şəxs2, Şahid3, Şahid1 Oktay qızı və Şahid2 Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “sənəm” şirniyyat mağazasında şirniyyatçı işləyirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 22 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhküm edilmişdir.xx.xx.2021-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı MTİSnin tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Q.Quliyev küçəsi 3A/118 nömrəli evdə yaşayır. Yevlax şəhər 1 saylı MTİS-nin nümayəndəsi tərəfindən verilmiş 02 avqist 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində mənfi xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 ifadələri arasında ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə isitntaq hərəkəti keçirilmişdir. Üzləşdirmədə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 öz ifadələrində göstərdiklərini bir daha təsdiq etmişlər. Eləcə də, Zərərçəkmiş şəxs2 işlədiyi “sənəm” şirniyyat mağazasında Təqsirləndirilən şəxslə rastlaşan zaman Təqsirləndirilən şəxs onun əlindən çıxaraq qaçıb getdiyini sonuncunun üzünə qarşı bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-155/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün onun barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-117/2-19129/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığından Yevlax rayon Məhkəməsinə gətirilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-155/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qismində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-117/2-1228/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsilə cinayət şi başlanılmış və həbsə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Bakı şəhəri, Nzami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-204/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinə gətirilməsi üçün 3 saylı X1 Xidmətin 2 saylı İstintaq Təcridxanasına və oradan Yevlax RPŞ-nin MSY-nə etap edilməsinə icazə verilımişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, baxış keçirilməsi haqqında protokolları, üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokolu, ifadənin yerində yoxlanılması protokollarını, digər istintaq hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 180.2.3 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, yaşadığı yer üzrə mənfi xarakterizə olunmasını, dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.2.3 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab edir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 05 mart 2024-cü il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalıdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il № 1 saylı qərarından qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndində göstərilir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır 19. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 23-cü bəndində göstərilir ki, həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış istintaq hərəkəti keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd audio-video disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia . Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia verilməmiş və ekspertiza xərci yoxdur. İşə olan 02 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-15/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-15/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver