Məhkəmə qərarları › İş №1(039)-15/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-15/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-15/2025 22.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Neft Kəməri yaşayış massivində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini alkoqollu içkinin qəbulu nəticəsində yaranmış sərxoş halda idarə etdiyi X4 mülkiyyətində olan «VAZ-21061» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Yevlax şəhəri Nizami Gəncəvi prospekti ilə Füzuli küçəsi istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobilin idarəetməsini itirib idarə etdiyi həmin «VAZ-21061» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkətinin əks zolağına, qeyd olunan zolaqdan da Nizami Gəncəvi prospekti 74 ünvanda yerləşən mağazanın qarşısındakı piyada səkisinə çıxarması nəticəsində, səkidə dayanan piyada xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmaqla Zərərçəkmiş şəxs simfiz başlarının tam cırılması, sol qasıq sümüyünün yerdəyişməyən sınığı, sol qalça sümüyünün yerdəyişməyən sınığı, sağ Vİİİ-İX qabırğaların sınığı, qarının sol yan divarının əzilməsi ilə nəticələnən səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan hadisə yerində sağlamlığına az ağır bədən xəsəratəri almasına səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqollu içkinin qəbulu nəticəsində yaranmış sərxoş halda avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsini idarə etmək üçün nə sürücülük vəsiqə, nə də ki, şəxsi avtomobili yoxdur. Ehtiyac olduqda X6 məxsus olan onun tərəfindən etibarnamə əsasında qardaşı Şərəvəddin Rəsulova satılmış «VAZ-21061» markalı ** BD *** qeydiyyat nişanlı minik avtomobilini qardaşının icazəsi ilə alıb idarə etmişdir. 18 iyul 2023-cü il tarixdə aptekdən dərman almaq üçün qardaşı Şərəvəddindən «VAZ-21061» markalı ** BD *** qeydiyyat nişanlı minik avtomobilinin açarlarını qardaşından alaraq Yevlax şəhəri Nizami Gəncəvi prospekti ilə təxminən 60 km/saat sürətlə idarə edərək prospektin Füzuli küçəsi ilə kəsişməsi istiqamətində hərəkətə başlamışdır. 18 iyul 2023-cü il tarixdə saat 16 radələrində Nizami Gəncəvi prospekti ilə Fuzuli küçlərinin kəsişməsinə çatanda idarəetməni itirərək avtomobilini hərəkətinin əks zolağına çıxarmış, daha sonra yolun kənarındakı olan beton səddi aşaraq piyada səkisinə daxil olmuş, oradakı mağazının qarşısında dayanmış piyada Zərərçəkmiş şəxs vurduqdan sonra avtomobil ağaca və beton pilləkənə dəyərəkdayanmışdır. Dərhal avtomobildən düşmüşdür. Hadisə yerinə çoxlu sayda adamlar toplaşmışdır. Piyadaya yaxınlaşıb onun vəziyyəti ilə maraqlananda artıq oraya təcili tibbi yardım avtomobili çağırılmasını bilmişdir. Az müddət keçmiş hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və Asifi xəstəxanaya aparmışlar. Ailə üzvləri Zərərçəkmiş şəxs müalicə xərclərinin ödənilməsində köməklik etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin müalicə xərclərini ödəmişdir. Himayəsində altı azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxsla barışmadığını, ona dəymiş ziyanının tam ödənilmədiyini, buna görə ondan şikayətçi olduğunu göstərərək, işə onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa, şahidin ifadəsi, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin DYPB-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 18 iyul 2023-cü il tarixdə Yevlax RPŞ-də X10 Bölməsi üzrə əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. 18 iyul 2023-cü il tarixdəsaat 16 radələrində xidmətdə olan zaman təhkim olunmuş xidməti avtomobillə Yevlax şəhəri Nizami Gəncəvi prospekti ilə hərəkətdə olarkən məsul növbətçidən Nizami prospekti ilə Füzuli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə yaxınlaşmışdır. Həmin yerə çoxlu sayda insan toplaşmasını görmüşdür. Həmçinin ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi «VAZ-21061» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobillə Yevlax şəhəri 7 nömrəli tam orta məktəbə tərəfdən çıxıb Nizami Gəncəvi prospekti ilə Füzuli küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olmuş, Yevlax şəhəri Nizami Gəncəvi prospekti 74 ünvanında yerləşən mağazanın bərabərliyinə çatdıqda isə idarə etməni itirərək əks zolağa daxil olmuş, oradakı mağazanın qarşısındakı piyada səkisində dayanan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət alaraq təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım alması üçün Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılmışdır. Bundan sonra dərhal hadisə baş vermiş yerin qorunmasını təmin etmiş, daha sonra hadisə yerinə təhqiqatçı gəlib hadisə yerinə baxış keçirmişdir. O isə protokolun tərtib olunmasında iştirak etmədiyindən adı protokola daxil edilməmişdir.Daha sonra isə avtomobili cərimə meydançasına yerləşdirmişdir. Təhqiqatçı bundan sonra sürücünü aparıb sərxoşluq müayinəsindən keçirdikdə sürücünün sərxoş olması müəyyən olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində doğulsa da, əslən Şamaxı rayonundandır. Uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Belə ki, 2000-ci illərin əvvəllərindən etibarən Azərbaycan Respublikasında hərbi xidmətini başa vurub Rusiya Federasiyasına köçmüşdür. Hazırda isə orada işləyib yaşayır. Yevlax rayon sakini ilə ailə həyatı qurmuşdur. 2023-cü ilin yay aylarında ailəsi ilə bir yerdə Yevlax şəhərində yaşayan qaynatasıgili ziyarət etməyə gəlmişdir. 18 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində qaynatasıgilin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən təkbaşına çıxaraq Nizami Gəncəvi prospekti ilə Füzuli küçəsinin kəsişməsinin yaxınlığında yerləşən avtomobil daynacağına gedərək orada azyaşlı oğlu Ümidin gəlməsini gözləmişdir. Həmin saatlarda 7 nömrəli tam orta məktəb tərəfdən çıxıb Yevlax şəhəri Nizami Gəncəvi prospekti ilə Füzuli küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olan sarı rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı «VAZ-21061» markalı avtomobilin sürücüsü idarə etməni itirərək avtomobilini öz hərəkətini əksi olan yola çıxarmış, mağazanın qarşısında dayanıb oğlunu gözlədiyi yerdə onu vurub yıxmışdır. İdarə etdiyi avtomobil isə mağazanın pilləklənlərinə və ağaca dəyərək kəskin tormozlanıb dayanmışdır. Xəsarət aldığına görə tanımadığı şəxs təcili tibbi yardım avtomobili çağırmış və onu xəstəxanaya aparmışlar. Orada əvvəlcə heç bir xəsarəti olmadığı deyilsə də, sonradan sol qasıq, qabırğa, çanaq və sair yerlərindən çoxsaylı xəsarət alması məlum olmuşdur. Bu səbəbdən əvvəlcə Mingəçevir şəhərində yerləşən «Şəfa Diaqnostika» Mərkəzinə, oradan da Bakı şəhərində yerləşən xəstəxanaya gedərək müalicə almışdır. Daha sonra onu avtomobillə vurub xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Onun hadisə vaxtı avtomobil sürməyə sürücülük hüququ olmamış, həmçinin sərxoş vəziyyətdə olmuşdur. Bir müddət zəruri tibbi yardım alandan sonra xəstəxanadan evə buraxılmışdır. Müalicə olunduğu vaxt ərzində məhkəmə tibb ekspertizasından da keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi baş verən zaman yanında başqa tanmıdağı şəxslər də olmuşlar. Həmin yol-nəqliyyat hadisəsi baş verən zaman, yəni qəza zamanı avtomobili Təqsirləndirilən şəxs idarə edib onu vuraraq xəsarət yetirmiş, özü də sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspretinin rəyində göstərilmiş bədən xəsarətlərini 18 iyul 2013-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onu avtomobillə vurması nəticəsində almışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Buna görə almış olduğu bədən xəsarəti ilə əlaqədar olaraq ondan heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən 2024-cü ilədək Yevlax RPŞ-nin sahə rəisi və təhqiqat bölməsinin təhqiqatçısı vəzifələrində xidmət etmiş, polis kapitanı xüsusi rütbəsində öz arzusu ilə X3 xidmət keçməkdən azad olunmuşdur. 18 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində Yevlax RPŞ-nin təhqiqatçısı vəzifəsində xidmət edərəkən şöbədə yaradılan əməliyyat-istintaq bölməsini üzvü olduğu üçün məsul növbətçidən Yevlax şəhəri Nizami Gəncəvi prospekti və Füzuli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alaraq hadisə yerinə yollanmışdır. Hadisə yerinə çatdıqda məlum olmuşdur ki, hadisə yerinə çoxsaylı adamların toplaşmışlar, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21061” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobillə Yevlax şəhəri 7 nömrəli tam orta məktəbə tərəfdən çıxıb Nizami Gəncəvi prospekti ilə Füzuli küçələrinin kəsişməsi istiqamətində hərəkətdə olmuş, Yevlax şəhəri Gəncəvi Nizami prospekti 74 ünvanında yerləşən mağazanın bərabərliyinə çatdıqda isə idarəetməni itirərək əks zolağa daxil olmuş, oradakı mağazanın qarşısındakı piyada səkisində dayanan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs bədən xəsarəti alaraq təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım alması üçün Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılmışdır. Sürücü hadisə yerində gözlədiyindən onunla və 2 nəfər hal şahid ilə birlikdə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinin fotoşəkillərini çəkmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokolu tərtib etmişdir. İştirakçılara ucadan oxuduqdan sonra protokol onlar tərəfindən imzalanmışdır. Hadisə yerini mühafizə edərək onu gözləmiş X10inin əməkdaşı Şahid3 isə protokolun tərtib olunmasında iştirak etmədiyindən onun adını rekvezitlərə daxil etməmişdir. Daha sonra isə X10inin əməkdaşı avtomobili cərimə meydançasına yerləşdirmişdir. O isə sürücünü aparıb sərxoşluq müayinəsindən keçirdikdə Təqsirləndirilən şəxs sərxoş olması müəyyən olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi və «Opel Astra» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə Yevlax-Mingəçevir marşrutunda sərnişin daşımaqla ailəsini dolandırır. X8 prospekti ilə Füzuli küçələrinin kəsişməsində dayanıb müştəri gözləyir. 18 iyul 2023-cü tarixdə saat 16:00 radələrində orada kölgəlikdə dayanıb müştəri gözləyən vaxt yaxınlıqda yerləşən mağazaların qarşısında da tanımadığı şəxslər olmuşlar. Aradan az müddət keçmiş sonradan adının Natiq olmasını bildiyi şəxs idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı, sarı rəngli «VAZ-21061» markalı avtomobillə 7 nömrəli məktəb tərəfdən Füzuli küçəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək əks zolağa çıxmaqla Nizami Gəncəvi prospekti 74 ünvanında yerləşən mağazının qarşısına çıxmasını, orada dayanan adının sonradan Asif olmasını bildiyi piyadını vurmasını, bir nəfər uşağın isə zərbədən yayınmasını, avtomobilin isə pilləkən, beton sədd və ağaca dəyib tormozlanmasını görmüşdür. Natiq piyadını vurduqdan sonra piyada yıxılmış, o isə dərhal avtombildən düşmüşdür. Oraya camaat toplaşanda ilkin olaraq təcili tibbi yardıma zəng etmiş, sonra isə «102 xidməti»nə zəng etmişdir. Az müddət keçmiş «102 xidməti»ndən ona zəng gəlmiş, zəng edən şəxs hadisə yerini dəqiqləşdirmişdir. Çox keçməmiş oraya X10i bölməsinin əməkdaşı gələrək qayda yaratmağa başlamışdır. Polis əməkdaşından az müddət sonra isə təcili tibbi yardım avtomobili gələrək Asifi xəstəxanaya aparmışdır. Daha sonra oraya təhqiqatçı gələrək fotoçəkiliş aparmışdır. Hadisənin şahdi olduğu üçün onun adını protokola salmamışdır. Daha sonra isə polis əməkdaşları avtomobili və sürücünü götürüb getmişlər. Sonradan həmin hadisə ilə maraqlanmayaraq öz işləri ilə məşğul olmuşdur. Qəza törətmiş «VAZ-21061» markalı minik avtomobilinin sükanı arxasında Təqsirləndirilən şəxs özü olmuş, onun sərxoş olub-olmamasını və sürücülük vəsiqəsini olub-olamamasını bilmir. Təqsirləndirilən şəxs avtomobili idarə edən zaman idarə etməni itərərək avtomobilini əks zolağa çıxarmasını, piyada Zərərçəkmiş şəxs vurmasını, onun beton səddə və ağaca dəydikdən sonra görmüşdür. Ona qədər olanları görməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 745 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alkoqollu içki qəbul etməsi nəticəsində orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 409 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərsimfiz başlarının tam cırılması, sol qasıq sümüyünün yerdəyişməyən sınığı, sol qalça sümüyünün yerdəyişməyən sınığı, sağ Vİİİ-İX qabırğaların sınığı, qarının sol yan divarının əzilməsi küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2753 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «VAZ 21061» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cü maddəsinin 1-ci hissəsinin 3-cü bədinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «VAZ 21061» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «VAZ 21061» markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16-11/2-2500/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən heç bir avtomobil sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs DİN-in MİS-də olan məlumata əsasən sürücülük hüququ məhdudlaşdırılmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Mehriban, xx.xx.2015-ci il təvəllüdlü Lalə, xx.xx.2016-cı il təvəllüdlü Laləzər, xx.xx.2018-ci il təvəllüdlü Ayşə, xx.xx.2019-cu il təvəllüdlü Xeyransa və xx.xx.2021-ci il təvəllüdlü Rəqsanə adlı azyaşlı uşaqları vardır. İşdə olan sübutların qiymətləndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış «VAZ-21061» markalı, ** BD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə ekspert rəyləri arasında tam uyğunluq vardır və onlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələbələrinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə maddi sübut olan «VAZ-21061» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalı və Zərərçəkmiş şəxs ilə “WhatsApp” ani ismarıc mübadiləsi tətbiqi vasitəsi ilə videokonfrans əlaqə sistemindən istifadə edilməklə əlaqə yaradılmasının video görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan «VAZ-21061» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınsın və Zərərçəkmiş şəxs ilə “WhatsApp” ani ismarıc mübadiləsi tətbiqi vasitəsi ilə videokonfrans əlaqə sistemindən istifadə edilməklə əlaqə yaradılmasının video görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar