Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-150/2021 28.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Tərtər rayonu, Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 14 sentyabr 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olanvə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə saat 04:30 radələrində idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 300cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 63-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni yol hərəkətin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və mikroavtobusun idarə olunmasından ayırmamalı, mikroavtobusu icazə verilən sürətlə idarə etməli, hərəkət hissəsində dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən lazımi təhlükəsiz yan məsafəsi saxlayaraq hərəkət etməli, hərəkət hissəsində dayanmış piyadaya doğru hərəkətini davam etdirməməli, lazım gəldikdə isə mikroavtobusu həmin piyadaya çatmadan dayandırmalı, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini maksimum icazə verilən 90 km/saatdan çox olmayan sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərini pozaraq 110 km/saat sürətlə yolun sağ zolağı ilə Bakı şəhər istiqamətində hərəkətdə olan zaman, hərəkət hissədə dayanmış piyada X6 "Mercedes Benz 208D" mikroavtobus markalı avtomobilin onun üzərinə doğru hərəkət etdiyini görüb arxaya doğru addım atmaq istəyən zaman, o, idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobusun qabaq hissəsi ilə Bakı şəhər istiqamətinin sağ zolağında ağ qırıq xətdən sağa doğru 1,5 metr məsafədə piyadanı vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada X2 açıq kəllə beyin travması, alın-sol gicgah nahiyəsinin əzilmiş-cırılmış iri ölçülü yaraları, alın-sol gicgah sümüyünün kəllə əsasına keçən açıq-basılmış sınığı, subdural və subaraxnoidal qansızma, sol baldır sümüklərinin açıq, sağ bud sümüyünün aşağı 3\1-nin qapalı sınıqları, hər iki tərəf qabırğaların çoxsaylı qapalı sınıqları, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərinin azqanlılığı ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, almış olduğu xəsarətlərdən hadisə yerində ölməsinə və bundan başqa Zərərçəkmiş şəxs məxsus "Mercedes Benz 208D" mikroavtobus markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1640 (min altı yüz qırx) manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Bəyimsarov kəndində yaşayır. Evlidir, iki azyaşlı övladı var. "A B CE D" kateqoriyalı sürücülük vəsiqəsi var. Hadisə zamanı idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Tərtər şəhər sakini Zərərçəkmiş şəxs məxsusdur. Nizami həmin avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Qeyd edilən "Mercedes Benz 208D" mikroavtobusla Tərtər rayonundan Bakı şəhərinə sərnişin daşımaqla məşğul olmuşdur. 02 iyul 2021-ci il tarixdə saat təxminən 03 radələrində sərnişinlərlə birlikdə Tərtər rayonundan Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Mikroavtobusda 12 nəfər sərnişin olmuşdur. Mikroavtobusda olan sərnişinlərdən Bəyimsarov kənd sakinləri Ziyad və Humay adlı şəxsləri tanımış, digərlərini isə tanımamışdır. Humay mikroavtobusda qabaq sağda, Ziyad isə Humayın solunda oturmuşdur. Saat təxminən 04:30 radələrində idarə etdiyi mikroavtobusla Bakı-Qazax yolunun Yevlax rayon ərazisi ilə Bakı şəhər istiqamətində hərəkət olmuşdur. Mikroavtobusun uzaq vuran işıqlarını yandırıb 110 km/saat sürətlə Aran qəsəbəsi ərazisini keçərkən təxminən 40 metr qarşıda biranlığına görmüşdür ki, hərəkət etdiyi zolağın ortasında bir piyada dayanmışdır. Bunu görüb özünü itirmiş və hadisədən yayınmaq üçün heç tədbir görə bilməmiş və avtomobilin qabaq orta sağ hissəsi ilə piyadanı vurmuşdur. Piyada qarşıya sıçrayıb yolun sağ hissəsinə asfalt üzərinə düşmüşdür. Piyadanı vurduqdan sonra avtomobili təxminən 80-90 metr qarşıda saxlamış və avtomobildən düşüb vurduğu piyadanın yanına gəlmişdir. Bilmişdir ki, piyada ölüb. O, vurduğu piyadanı asfalt üzərindən yolun sağ kənarına çıxartmışdır. Bundan sonra polisin 102 məlumat mərkəzinə zəng edib hadisə barədə məlumat vermiş, sonra isə 113 təcili tibbi yardıma zəng edib hadisə yerinə çağırmışdır. Hadisə nəticəsində o, və mikroavtobusda olan sərnişinlərin heç biri xəsarət almamışdır. Çox keçməmiş hadisə yerinə polis işçiləri və təcili tibbi yardım gəlmişdir. Tibbi yardım meyiti yerdən götürüb hadisə yerindən aparmışdır. Sonra hadisə yerinə müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir, Hadisədən əvvəl spirtli içki qəbul etməmiş və hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Mikroavtobusla vurduğu piyadanı əvvəllər tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, atasının birinci qarabağ müharibəsində şəhid olmasını, himayəsində iki azyaşlı uşağınınj olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi Xaqani Şadmanovun və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Hüseyn Cavid küçəsi, 10 saylı evdə yaşayır. Yolnəliyyat hadisəsi zamanı ölmüş X7 onun oğludur. Musabi subay olmuşdur. 01 iyul 2021-ci il tarixdə saat təxminən 21 radələrində Musabi evdən çıxıb kompüter salonuna getmişdir. Sonradan eşitmişlər ki, Müsabi oradan çıxıb harasa getmiş və həmin günü Musabi evə gəlməmişdir. Musabinin telefonu olsa da telefonun daxilində nömrə kartı olmamışdır. 02 iyul 2021-ci il tarixdə sat təxminən 09 radələrində polis tərəfindən ona zəng edilib məlumat verilib bildirilmişdir ki, həmin günü səhərə yaxın saat 04:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Yevlax rayonu, Aran qəsəbəsi ərazisində oğlu Musabini avtomobil vurmuşdur və Musabi almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Meyiti Yevlax rayon tibbi ekspertizasındadır. Ekspertizadan sonra oğlu Musabinin meyitini götürüb Bərdə şəhərinə yaşadığı evə aparmışdır. Həmin günü Musabini Bərdə şəhər qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, oğlu Musabini əvvəllər tanımadığı adını sonradan bildiyi Elnur adlı şəxs idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Rəcəbli kəndində yaşayır. Hazırda hər hansı bir işdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs Tərtər rayonun Bəyimsarov kənd sakini kimi tanımışdır. Sürücü Təqsirləndirilən şəxs hadisə zamanı idarə etmiş olduğu "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, Elnura mikroavtobusu idarə edib işləməsi üçün etibarnamə ilə vermişdir. Elnur ona məxsus mikroavtobusla Tərtər rayonundan Bakı şəhərinə sərnişin daşımaqla işləmişdir. 02 iyul 2021-ci il tarixdə təxminən səhər saatlarında Elnur ona zəng edərək həmin günü saat təxminən 04:30 radələrində idarə etdiyi ona məxsus "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolu ilə Bakı şəhər istiqamətində hərəkətdə olan zaman bir piyadanı vurmuş və piyada hadisə yerində ölmüşdür. Hadisə nəticəsində ona məxsus "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona maddi zərər dəymişdir. Hadisə ilə bağlı onun heç kimdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Tərtər rayonu, Bəyimsarov kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Enur Tərtər rayonu, Bəyimsarov kəndində yaşayır və həmkəndli kimi münasibəti yaxşıdır. Elnur Tərtər rayonundan Bakı şəhərinə sərnişin daşımışdır. 02 iyul 2021-ci il tarixdə saat təxminən 03 radələrində Bakı şəhərinə getmək üçün Elnurun idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaşadığı kənddə minmişdir. Onunla birlikdə həmkəndlisi və qudası olan Şahid1 da getmişdir. Elnur avtomobili idarə etmiş, Humay avtomobildə qabaq sağda, o, qabaqda Humayın solunda oturmuşdur. Onlardan sonra mikroavtobusa tanımadığı sərnişinlər də müxtəlif yerlərdə minmişlər. Saat təxminən 04:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayon ərazisi ilə Bakı şəhər istiqamətində hərəkətdə olan zaman mürgüləyib yatmış və biranlığına taqqıltı səsi eşidib ayılmışdır. Yatdığı üçün hadisənin necə baş verməsini görməmişdir. Elnur avtomobili qarşıda saxlamış və bir nəfəri avtomobillə vurduğunu demişdir. Elnur avtomobildən düşmüş, o, da avtomobildən düşüb arxaya baxanda görmüşdür ki, bir nəfər kişi yerdədir. Ona məlum olmuşdur ki, Elnurun avtomobillə vurduğu piyada ölmüşdür. Bundan sonra Elnur polisin 102 məlumat mərkəzinə məlumat vermiş və sonra isə 113 təcili tibbi yardıma zəng edib hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə təcili tibbi yardım və polislər gəlmişlər. Sonra o, və qudası Humay başqa bir yol avtomobilinə minib Bakıya getmişlər. Hadisə nəticəsində o, qudası Humay, sürücü Elnur nədə ki, mikroavtobusda olan digər sərnişinlər xəsarət almamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Məhkəmə-tibb ekspertizasının 23 iyul 2021-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, X2 meyitində aşkar edilmiş xəsarətlər-açıq kəllə beyin travması, alın-sol gicgah nahiyəsinin əzilmiş-cırılmış iri ölçülü yaraları, alın-sol gicgah sümüyünün kəllə əsasına keçən açıq-basılmış sınığı, subdural və subaraxnoidal qansızma, sol baldır sümüklərinin açıq, sağ bud sümüyünün aşağı 3\1-nin qapalı sınıqları, hər iki tərəf qabırğaların çoxsaylı qapalı sınıqları, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərinin azqanlılığı-bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, 02.07.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı istisna edilmir. Mərhumun bilavasitə ölməsinə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 4-6 saat əvvəl baş verdiyini göstərir. Mərhumun meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatında 0,64 promilli etil spirti aşkar edilmişdir, bu göstəricidə mövcud cədvələ görə yüngül dərəcəli alkoqol sərxoşluğu uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən yol-nəqliyyat hadisələri ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 8/2015 nömrəli rəyindən görünür ki, "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 "maksimum sürətin məhdudlaşdırılması" qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 110 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "maksimum sürətin məhdudlaşdırılması" qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən DİN BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış 26 iyul 2021-ci il tarixli 313-3549-1221 saylı məktubdan görünür ki, AE seriyalı, 062291 saylı ABCDE kateqoriyalı sürücülük vəsiqəsi 19.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Goranboy rayon avtoservisdən verilmiş arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "Mercedes Benz 208D" mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1640 (bir min altı yüz qırx) manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən doğum haqqında şəhadətnamələirin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü Pərvan və 2021-ci il təvəllüdlü Zeynəb adlı iki azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Tərtər rayon rayon İHB-nın Bəyimsarov kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X9 ölkəmizin ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ döyüşlərində 19.11.1993-cü il tarixdə çanaq nahiyəsində dəlib keçən güllə yarası səbəbindən şəhid olmuşdur. Toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini, və onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisələrin təsadüfü axarı nəticəsində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, atası X5 ölkəmizin ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ döyüşlərində şəhid olmasını və cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan Mercedes-benz 208 D mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut olan Mercedes-benz 208 D mikroavtobus markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Tərtər rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-150/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-150/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver