Məhkəmə qərarları › İş №1(039)-150/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-150/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-150/2022 01.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunun Keştaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Keştaxlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə 1,541 qram narkotik vasitə olan heroini, 01 ədəd sellofan bükümdə 0,824 qram narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib idarə etdiyi “Mersedes” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 21:07-də Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi “Mersedes” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə Yevlax RPŞ-nə gətirilmiş və onun idarə etdiyi həmin avtomaşına həmin gün saat 21:40-dən 22:07-dək olan müddət ərzində müdafiəçi vəkilin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış nəticəsində avtomaşının salonunun qoltuq altısından qəsdən satış məqsədi ilə əldə edib saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə olan 1,541 qram heroin, 01 ədəd sellofan bükümdə 0,824 qram narkotik vasitə olan tiryək və avtmobilin arxa oturacağının alt hissəsindən 01 ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzi aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncər yəni soyuq silahı əldə edərək idarə etdiyi “Mersedes” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin salonunda sağ tərəfdə qabaq oturacağın qarşısındakı saxlanc yerində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 21:07-də Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi “Mersedes” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə Yevlax RPŞ-nə gətirilmiş və onun idarə etdiyi həmin avtomaşına həmin gün saat 21:40-dən 22:07-dək olan müddət ərzində müdafiəçi vəkilin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış nəticəsində həmin avtomobilin salonunda sağ tərəfdə qabaq oturacağın qarşısındakı saxlanc yerindən 01 ədəd iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncər yəni soyuq silah aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, arabir narkotik vasitə olan heroindən istifadə edir. Təxminən hadisədən 12-13 gün əvvəl o, Bakı şəhərində Razin adlanan ərazidə sərnişin düşürərkən yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və digər bir ədəd sellofan bükümdə narkotik vasitə olan tiryək, bir ədəd elektron tərəzi, bir ədəd bıçaq və bir ədəd digər kəsici–deşici alət tapmış, həmin əşyaları maraq üçün avtomobilində saxlamışdır. O, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə onun elə bir məqsədi olmamışdır. O, həmin bıçağı maraqlı olduğu üçün avtomaşına qoymuşdur. 28 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində o, Yevlax şəhərində yolun kənarında yerləşən Sahil adlanan restoranın qarşısında idarə etdiyi Mercedes markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində oturan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq onun narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşmiş və onu Yevlax şəhərində yerləşən Yevlax rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi, əgər seçməkdə tərəddüd edərsə, bu gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmiş, o, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi Yevlax RPŞ-nə dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. O, həmin vaxt idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını etiraf etmişdir. Sonra protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra o, müdafiəçinin iştirakı ilə protokolu imzalamışdır. Sonradan onun razılıq ərizəsi əsasında idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sol qapısını açaraq oturacaqların arasındakı qoltuqaltı saxlanc yerindən iki ədəd sellofan bükümləri, avtomobilin arxa sağ oturacağının altından bir ədəd elektron tərəzini, sağ tərəfdəki qabaq oturacağın qarşısındakı saxlanc yerindən isə bir ədəd bıçağı və bir ədəd digər kəsici-deşici aləti götürüb təqdim etmişdir. Bükümlərdən birinin içərisindəki kütlənin narkotik vasitə heroin, digər bükümün içərisindəki kütlənin isə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Onun təqdim etdiyi həmin iki ədəd bükümlərə baxış keçirilərək bükümlərin birinin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin, digər bükümün içərisində isə qara rəngli kəskin iyli, narkotik vasitə tiryək olduğu aşkar olunmuşdur. Həmin kütlələr bir ədəd elektron tərəzi ilə çəkilərkən heroinin olduğu kütlənin qablaşdırma ilə ümumi çəkisinin 1,73 qram, tiryəkin olduğu bir ədəd bükümün isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,85 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər bir ədəd elektron tərəzi ilə birlikdə ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanaraq DİN-nin zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Eyni zamanda avtomaşının salonuna və yük yerinə baxış keçirilərkən əlavə olaraq narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşya aşkar olunmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında rəhbərliyinə məruzə olunmuş, 28 aprel 2022-ci il tarixdə polis nəfəri Şahid2la birlikdə Yevlax rayon ərazisində əməliyyat tədbiri həyata keçirilmiş və müvafiq sənədləşmələr aparılaraq 28 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını Yevlax şəhəri Sahil restoranı istiqamətində saxlamış bundan sonra onu Yevlax rayon polis şöbəsinə gətirmiş, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axrtarış keçirilmiş və həmin vaxt onun üzərindən hər hansı bir əşya və sair predmet aşkar olunmamışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının salonunda narkotik vasitə və digər qanunsuz əşya olması və həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş Təqsirləndirilən şəxs həmin avtomabilin qabaq sol qapısını açaraq oturacaqların arasındakı qoltuqaltı saxlanc yerindən 2 ədəd sellofan bükümləri, avtomobilin arxa sağ oturacağının altından 1 ədəd elektron tərəzini, sağ tərəfdə qabaq oturacağın qarşısındakı saxlanc yerindən 1 ədəd məişət bıçağını və əlavə olaraq 1 ədəd deşiçi aləti təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofana bükülmüş büküm içərisində nə olduğu soruşulduqda o, həmin bükümlərdən birinin icərisində narkotik vasitə olan heroin digər bükümdə isə tiryək olduğunu haradan və kimdən əldə etməsi sorüşülduqda yerdən tapdığını bükümlər acılaraq içərisinə baxdıqda bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Didgər bükümdə isə qara rəngli tiryəkə bənzər kütlə olması müəyyən olunaraq müvafiq ardıcılığa uyğun olaraq tərəzidə çəkilmiş və yuxarıda göstərilən ardıcılığa uyğun olaraq heroinə bənzər kütlənin çəkisi 1,73 qram və tiryəkə bənzər kütlənin isə çəkisi 0,85 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükümdə olan aşakar olunmuş kəskin iyli narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış eyni zamanda avtomaşından götürülmüş elektron tərəzi və bıcaq və iti üçlü alətlərdə götürülmüş tərtib edilmiş zərfin üzərinə imza etmişlər, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in möhürü vurulmuş bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol ucadan oxunmuş sonra protokola imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin polis nəfəri Şahid2 ifadəsində 28 aprel 2022-ci il tarixdə XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1la birlikdə Yevlax rayon ərazisində əməliyyat tədbiri həyata keçirdiklərini və Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında rəhbərliyinə məruzə olunduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, 28 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində müvafiq sənədləşmələr aparılmış, Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı **-BX-*** dövlət qeydiyyat nişamlı avtomaşını Yevlax şəhəri Sahil restoranı istiqamətində saxlamış, bundan sonra onu Yevlax rayon polis şöbəsinə gətirmiş polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axrtarış keçirilmiş və həmin vaxt onun üzərindən hər hansı bir əşya və sair predmet aşkar olunmamışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının salonunda narkotik vasitə və digər qanunsuz əşya olması və həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş Təqsirləndirilən şəxs həmin avtomabilin qabaq sol qapısını açaraq oturacaqların arasındakı qoltuqaltı saxlanc yerindən 2 ədəd sellofan bükümləri, avtomobilin arxa sağ oturacağının altından 1 ədəd elektron tərəzini , sağ tərəfdə qabaq oturacağın qarşsındakı saxlanc yerindən 1 ədəd bıçağı və əlavə olaraq 1 ədəd deşiçi aləti təqdim etmiş, Təqsirləndirilən şəxs sellofana bükülmüş büküm içərisində nə olduğu soruşulduqda o, həmin bükümlərdən birinin icərisində narkotik vasitə olan heroin digər bükümdə isə tiryək olduğunu haradan və kimdən əldə etməsi sorüşülduqda yerdən tapdığını bükümlər acılaraq içərisinə baxdıqda bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Didgər bükümdə isə qara rəngli tiryəkə bənzər kütlə olması müəyyən olunaraq müvafiq ardıcılığa uyğun olaraq tərəzidə çəkilmiş və yuxarıda göstərilən ardıcılığa uyğun olaraq heroinə bənzər kütlənin çəkisi 1,73 qram və tiryəkə bənzər kütlənin isə çəkisi 0,85 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükümdə olan aşakar olunmuş kəskin iyli narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış eyni zamanda avtomaşından götürülmüş elektron tərəzi və bıcaq və iti üçlü alətlərdə götürülmüş tərtib edilmiş zərfin üzərinə imza etmişlər, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in möhürü vurulmuş bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol ucadan oxunmuş sonra protokola imza etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.30); şəxsi axtarış və götürmə haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, pisxotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. (iş vər.34-35); baxış keçirilməsi və götürmə haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış zamanı avtomobilin qabaq sol qapısını açaraq oturacaqların arasındakı qoltuqaltı saxlanc yerindən iki ədəd sellofan bükümləri, avtomobilin arxa sağ oturacağının altından bir ədəd elektron tərəzini, sağ tərəfdəki qabaq oturacağın qarşısındakı saxlanc yerindən isə bir ədəd bıçağı və bir ədəd digər kəsici-deşici aləti götürüb təqdim etmiş, həmin bükümlərdən birinin içərisindəki kütlənin narkotik vasitə heroin, digər bükümün içərisindəki kütlənin isə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin iki ədəd bükümlərə baxış keçirilərək bükümlərdən birinin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin, digər bükümün içərisində isə qara rəngli kəskin iyli, narkotik vasitə tiryək olduğu aşkar olunmuşdur. (iş vər.34-35); məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 17/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yaralıdır. Tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncərdir, soyuq silah hesab edilir, istifadəyə yaralıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,60 manatdır. (iş vər. 52-54); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/368 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs istifadsində olan Mersedes markalı ** BX *** dövlət nömrə nişanlı avtomobildən aşkar olunmuş.....” sözləri yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,541 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, digər 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,824 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin və metamfetamin hissəcikləridir. Həmin heroin və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə 01 (bir) ədəd sellofan bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Heroinin təmiz çəkisi – 1,541 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 1,491 qr. Tiryəkin təmiz çəkisi – 0,824 qr., tədqiqata sərf edildi – 0,100 qr., qalıq – 0,724 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 56-58); Yevlax Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmışdır. (iş vər. 80-81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.94); məhkəmə narkoloji ekspertizasının 01 iyul 2022-ci il tarixli 931 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən ezab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 112 ); AA ******* №li və AA ******* №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı- xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü uşaqları vardır. (iş vər.110); maddi sübut kimi tanınma haqqında 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqatdan sonra qalan çəkisi cəmi 1,491 qram heroin, tədqiqatından sonra qalıq çəkisi cəmi 0,724 qram tiryək, 1 ədəd soyuq silah qısa tiyəli xəncər və 2 ədəd CD disklər maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər. 113-120); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin olunarkən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəza saxlanılmalı (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə-heroinin və tiryək, 01 ədəd soyuq silah qısa tiyəli xəncər məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 1,491 qram miqdarında olan narkotik vasitə-heroin və 0,724 qram miqdarında olan narkotik vasitə-tiryək, 01 ədəd soyuq silah qısa tiyəli xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən 2 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 102 (bir yüz iki) manat 54 (əlli dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat 50 (əlli) dəqiqə müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan həbsdə olan məhkum hökmü aldığı vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar