Məhkəmə qərarları › İş №1(039)-150/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-150/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-150/2023 28.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda qeyd olunur ki, o, istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı çətənə bitkisinin toxumlarını 2023-cü il aprel ayının sonlarında yaşadığı Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən evinin həyatyanı bağ sahəsində iki ədəd dibçəkdə qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq etməklə 3 ədəd çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, 16 iyun 2023cü il tarixdə, saat 15:00-dan 15:30-dək müddətdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı bağ sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində həmin 3 ədəd, hündürlükləri 15 sm-dən 25 sm-dək, ümumi təmiz çəkisi 11,47 qram olan xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 5-6 ay əvvəl yaşadığı kəndin ərazisində yerdən tapdığı kibrit qutusunun içərisində 3 ədəd çətənə bitkisinin toxumları olduğunu görüb götürərək özündə saxlamış, 2023-cü il aprel ayının sonlarında həmin toxumları yaşadığı evin həyətində peyinlə torpağı qarışdıraraq iki ədəd dibçəyə əkmiş, bir müddət sonra əkdiyi toxumlar dibçəkdə cücərib bitməyə başlamışdır. O, həmin çətənə bitkilərini vaxtı vaxtında sulayaraq qulluq etmişdir ki, çətənə kolları tam yetişəndən sonra yığıb qurudub özü üçün istifadə etsin. 2023-cü il iyun ayının 16-da saat təxminən 15 radələrində yaşadığı evdə olan zaman həyət darvazası döyülmüş, o, darvazanı açan zaman darvazanın qarşısında polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları ona narkotik tərkibli çətənə kolları əkib becərməkdə şübhəli olduğunu deyrərək barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərarla tanış edərək ona məxsus evin həyətyani bağ sahəsinə bax keçirmək istədiklərini bildirmişlər. O, da buna etiraz etməyərək polis əməkdaşlarının yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirməsinə razı olması barədə ərizə yazaraq polis əməkdaşlarını həyətinə dəvət etmiş, polis əməkdaşları video çəkilişlə onun yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirmişlər, baxış zamanı əkib becərərək qulluq etdiyi iki ədəd dibçəkdə olan 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Polis əməkdaşları aşkar olunmuş həmin çətənə bitkilərinin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olub-olmamasını və həmin 3 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronoma təqdim etmişlər. Həmin 3 ədəd çətənə bitkilərinin aqrotexniki qaydada qulluq edilməsi və suvarılması barədə aqranom tərəfindən rəy verilmişdir. Həmin 3 ədəd çətənə bitkiləri ekspertizaya təqdim etmək üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq 85 nömrəli möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş iştirak edənlərlə birlikdə o, da protokolun doğruluğuna imza etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə 16 iyun 2023-cü il tarixdə Yevlax RPŞ-nin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Elnurun barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Elnurun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax RPŞ-nin 16 iyun 2023-cü il tarixli əmri ilə onun, İTB-nin sahə rəisi polis kapitanı Şahid2 və təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı İsmayıl Cəfərzadənin iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün saat 15 radələrində o, polis əməkdaşı Şahid2, təhqiqatçı İsmayıl Cəfərzadə, Sirac Fərəcov və aqranom X4 ilə birlikdə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvanına getmişlər. Təqsirləndirilən şəxs ilə evin qarşısında qarşılaşmışlar, təhqiqatçı X6 özünü təqdim etməsini bildirmiş, Elnur da təhqiqatçıya özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Elnura yaşadığı evin həyətində narkotik vasitə əkib becərməsi barədə Yevlax RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumatla bağlı onun yaşadığı evinə və həyətinə baxış keçirilməsini bildirdi. Həmin vaxt Elnur da yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, daha sonra təhqiqatçı onu və digər iştirkçıları təqdim etdikdən sonra onlar birlikdə Elnurun həyətinə daxil olmuşlar, onlar həyətə daxil olandan sonra təhqiqatçı X6 narkotik vasitə əkib əkməməsi barədə sual vermiş, Elnur də iki ədəd dibçəkdə 3 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra baxış zamanı Elnurun yaşamadığı evinin həyətində 2 ədəd dibçəkdə 3 ədəd əkilib becərilmiş tünt yaşıl rəngli spesfik iyə malik narotik tərkibli çətənə bitkilərinə oxşar çətənə bitkiləri aşkar olunmuşdur. Aşkar olunmuş çətənə bitkilərinin həqiqətən naroktik tərkibli çətənə bitkiləri olubolmamasını və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronama təqdim edilmiş, həmin bitkilərin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin çətənə bitkilərinin aqrotexniki qaydadaqulluq edilməsi barədə aqranom tərəfindən rəy verilmişdir. Sorğu-sual zamanı Elnur həmin 3 ədəd narotik tərkibli çətənə bitkilərinin ona məxsus olduğunu, həmin bitkiləri özü istifadə etmək üçün 2023-cü il aprel ayının sonlarında əkdiyini və həmin bitkilərin toxumlarını yaşadığı kəndin ərazisindən yerdən tapdığını və saxladığını bildirmişdir. Təhqiqatçı həmin 3 ədəd çətənə bitkilərini ekspertizaya təqdim etmək üçün qablaşdıraraq üzərində qeydiyyat aparmış, bir neçə ədəd «zərflər üçün №85» möhürü yapışdırmış, protokol tərtib etmiş, ucadan oxunmuş, doğruluğunu digər iştirakçılarla birlikdə o, da imzası ilə təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsində işləyən X7 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən həyətyanı sahəsinin sağ tərəfindən yaşayış evinin olduğu, həmin evin arxa hissəsində torpaq sahəsinin üzərindəki iki ədəd dipçəkdə (dəmir və plastmas) Təqsirləndirilən şəxs 3 ədəd aqrotexniki qaydada quluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 15 sm - 25 sm uzunluqda 03 ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub). (iş vər.18-20); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:25-də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki dur.(iş vər. 32-33); Məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/473 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Yevlax rayonu Qaraməmmədli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində aşkar edilmiş 3 ədəd narkotik tərkibli kol..” yazısı, adlar və imzalar olan sintetik kisənin içərsində, 03 (üç) uzunluqları 15sm-dən 25 smdək. yaş vəziyyətdə ümumi təmiz çəkiləri- 11,47 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata sərf edildi 0,30 qram (hər bitkilərdən 0,10 qram) qalıq-11,17 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (iş vər. 44-45); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 iyun 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 70-71); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 74-75); Yevlax rayonu Qaraməmmədli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlinin xx.xx.2023-cü il tarixli, 184 nömrəli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları vardır. (iş vər.82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.( iş vər.92); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1436 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 101); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 24:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut- 03 ədəd yaş vəziyyətdə çəkisi 11,17 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 35 (otuz beş) manat, 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar