Məhkəmə qərarları › İş №1(039)-150/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-150/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-150/2025 03.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X4 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, S.Əsgərova küçəsi, ev 63-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən evində qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs mobil telefonuna baxarkən telefonun fotoşəkillər bölməsində onunla aralarında sevgi münasibəti olan digər bir qadının fotoşəkilini görərək həmin fotoşəkli mobil telefondan sildiyindən onunla Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ona fotoşəkli nə üçün mobil telefondan silməsini deyib onu nalayiq söyüşlərlə söyməsindən sonra Təqsirləndirilən şəxs evdən götürdüyü istintaqla müəyyən edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə ardıcıl bıçaq zərbələri vuraraq sonuncuya sağlamlığa yüngül zərər vuran sağ qalça darağı nahiyəsinin yuxan iç kvadratının, aşağı iç kvadratının, sol çiyinüstü nahiyənin, sol qoltuqaltı nahiyənin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aytəkini təxminən 5 il əvvəl tanımış və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Bir müddət əvvəl Bakı şəhərində Lətifə adlı qızla tanış olmuş və bir-birilərini sevmişlər. Aytəkin barəsində də ona danışmış, Lətifə də bunu bilə-bilə onu qəbul etmiş və onlar gələcəkdə ailə qurmaq istəmişlər. Lakin Aytəkin bununla barışmamış və onun Lətifə ilə ailə qurmasına imkan verməyəcəyini demişdir. Sonrakı vaxtlarda Aytəkinə ayrılacağını deyəndə Aytəkin Lətifənin şəkillərini paylaşacağı ilə onu hədələmişdir. xx.xx.2025-ci il tarixdə Aytəkinə zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 20 radələrində Aytəkini dəmir yolunun kənarından götürmüş və ünvan 1 ünvanında yerləşən evlərinə aparmışdır. Evdə Aytəkinlə içmək üçün pivə almış və fikirləşmişdir ki, Aytəkin pivə içib sərxoş olar, o, da bundan istifadə edib şəkilləri onun mobil telefonundan silər. Həmin gün gecə saatlarına kimi Aytəkin pivə içib sərxoş olmuşdur. Aytəkinin mobil telefonundan Lətifənin şəkillərini silmişdir. Aytəkin bunu biləndə əsəbiləşmiş və onunla mübahisə edərək ünvanına nalayiq söyüşlər söymüşdür. O, da Aytəkinin hərəkətlərindən əsəbiləşmiş və evdə olan mətbəx bıçağını götürüb bir neçə dəfə Aytəkini qorxutmaq üçün onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Aytəkini vurduğu mətbəxt bıçağını yaşadığı evin yaxınlığındakı su kanalına atmışdır. Sonra Aytəkin 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. Hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və Amnistiya aktının təsiri dairəsinə düşdüyünü nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 il əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Onların münasibətlərini onun və Arzumanın ailə üzvləri də bilmişlər. xx.xx.2025-ci il tarixdə Arzuman ona zəng edib onunla görüşmək istədiyini bildirmiş. O, razılaşmış və həmin gün saat 20 radələrində Arzuman gəlib onu dəmir yolunun kənarından götürmüş və onlar birlikdə Arzumangilin ünvan 1 ünvanında yerləşən evlərinə getmişlər. Arzuman onun mobil telefonunu götürüb Lətifə ilə olan fotoşəkillərini telefondan silməsi üstündə aralarında mübahisə yaranmışdır. Onlar əvvəlcə sözlə mübahisə etmişlər. Daha sonra Arzuman evdə olan mətbəx bıçağını götürüb onun üstünə gəlmiş və həmin bıçaqla onun çiyin və bud nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Orada olan Mosu onları aralaşdırmışdır. O, hər dəfə Arzumana və onun bacısına demişdir ki, Arzuman polisə düşməsin deyə onlarla razılaşmış və xəstəxaya getməmişdir. Lakin yaraları ağrıyır, ona dərman almağa pul lazımdır. Lakin buna baxmayaraq Arzumangil onunla maraqlanmamışlar və bundan sonra onların hərəkətlərindən əsəbiləşərək 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Arzuman Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ərarvad kimi yaşamışlar. Əvvəllər onların münasibəti yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhərində olan zaman Arzuman onun mobil telefonuna zəng edərək, Yevlaxdakı evlərində Aytəkini bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Dərhal taksi çağırmış və dərhal qızı ilə Yevlağa evlərinə gəlmişlər. Evlərinə gələndə görmüşlər ki, Aytəkin, oğlu Arzuman və qonşuları Mosu oradadırlar. Aytəkində bıçaq xəsarəti var, amma yarası elə də ağır deyil. X3 barışmış və münasibətləri yaxşıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, adı Cəlil olsa da qonşular və qohumlar onu Mosu kimi tanıyırlar. O, Aytəkini və Arzumanı tanıyır. Arzumanla qonşudurlar. Onların münasibəti olduğunu bilir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında o, Arzumangildə olan zaman Arzumanın Aytəkinin telfeonundan şəkil sildiyinə görə Aytəkinlə Arzuman arasında mübahisə yaranmışdır. Onlar əvvəlcə sözlə mübahisə etmişlər, lakin daha sonra mübahisə zamanı Arzuman əsəbiləşərək evdə olan mətbəx bıçağını götürüb Aytəkini vurub xəsarət yetirmişdir. O, həmin vaxt onları aralaşdırıb sakitləşdirmişdir. Daha sonra Arzumanın anası və bacısı gəlib Aytəkini aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 477 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ qalça darağı nahiyəsinin yuxan iç kvadratının, aşağı iç kvadratının, sol çiyinüstü nahiyənin, sol qoltuqaltı nahiyənin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin-alətlərin tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 477 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ qalça darağı mahiyəsinin yuxan iç kvadratının, aşağı iç kvadratının, sol çiyinüstü nahiyənin, sol qoltuqaltı nahiyənin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yaraları”, deşici-kəsici alətin-alətlərin tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həm bir yerdə, həmdə ayrı-ayrılıqda səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); İİ hissəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs (əməli) həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndləri həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə işin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 9 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 9 (doqquz) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 99 (doxsan doqquz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 9 (doqquz) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 99 (doxsan doqquz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlasx rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar