Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-151/2024 03.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Cırdaxan kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 19 may 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 5 (beş) ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,63 qram, 3,89 qram, 1,29 qram, 0,53 qram, 0,06 qram, 2 (iki) ədəd selofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,05 qram, 43,62 qram, 3 (üç) ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0,41 qram, 0,74 qram, 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,65 qram, 1,85 qram, 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,54 qram, 1 (bir) ədəd KENO markalı siqaret qutusunda təmiz çəkisi 7,77 qram olmaqla, cəmi təmiz çəkisi 93,63 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kanniabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən gündə və vaxtda istintaqa məlum olmayan mənbədən əldə etməklə üzərində və Yevlax rayonu Cırdaxan kəndində yaşadığı evin həyətində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 18:45-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə BNMİ-nin X8 Şöbənin əməkdaşları tərəfindən Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 20:10-dan 20:21-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 5,65 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kanniabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, həmin gün saat 21:40-dan 21:57-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Cırdaxan kəndində olan fərdi yaşayış evinin həyətinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş baxış nəticəsində yaşayış evinin qarşısında həyətdə olan köhnə kreslonun içərisində saxladığı bir ədəd sellofan torbanın içərisində Təqsirləndirilən şəxs məxsus 5 (beş) ədəd selofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 3,63 qram, 3,89 qram, 1,29 qram, 0,53 qram, 0,06 qram, 2 (iki) ədəd selofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,05 qram, 43,62 qram, 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0,41 qram, 0,74 qram, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkiləri 1,85 qram, 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,54 qram, 1 (bir) ədəd KENO markalı siqaret qutusunda təmiz çəkisi 7,77 qram olmaqla cəmi ümumi təmiz çəkisi 87,98 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kanniabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər narotik vasitələrdən istifadə etmişdir. Özü şadlıq sarayında ofisiant işləyir. Yevlax rayonu Cırdaxan kəndində mal-qara otaran zaman otlaq sahəsində olan zaman kanalın kənarında sellofan paket görmüş və həmin sellofan paketi açıb içərisinə baxan zaman içərisində kibrit qutularında və bükümlərə qablaşdırılmış formada qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamaq qərarına gəlmiş və götürərək yaşadığı evə gətirib evdə olan kreslonun içərisində gizlətmişdir. Yevlax şəhərində yerləşən işlədiyi “Aytən” şadlıq sarayının həyətində telefonla danışdığı zaman zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq, onun barəsində şikayət olduğunu bildirmişlər və onu avtomaşına oturtmuşlar. Avtomaşına oturub yaşadığı evə çatan zaman həmin şəxslər hansı işdən ötrü gəldiklərini demişlər. Yaşadığı evdə kreslonun içərisindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana istisna olmaqla aşkar olunan digər qutu və bükümlər ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qurudulmuş marixana qoyulmuşdur. Həmin şəxslər onu aldatdıqlarına, həm də savadsız olduğuna görə yazılanları oxumadan imzalamışdır.Özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Özü üçüncü qrup əlildir və himayəsində iki azyaşlı uşağı var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alanıraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə isə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün qismət etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Baş Nakotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, istifadə etməsi və daşıması barədə 19 may 2024-cü il tarixdə DİN BNMİ QBRŞ-ya məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1987-cü il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin 19 may 2024-ci il tarixli əmri ilə onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid1, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı polis kapitanı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin günü xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində əməliyyat müvəkkili Şahid1la birlikdə şöbədən çıxaraq Yevlax şəhərində Nizami prospektində Kənana yaxınlaşib özlərini təqdim edərək, ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlanılması ilə məşqul olması barədə BNMİ QBR şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduğunu, onun üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Kənan üzərinə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra Şahid1la birlikdə Kənanı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək BNMİ QBRŞ-nin təhqiqatçısı İsmayılov Ömərə təhvil vermişlər. X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra xidməti iş otağında İsmayılov Ömər onun, Şahid1 və müdafiəçinin iştirakı ilə Kənanın üzərində videoçəkilişlə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Kənana üzərində olan əşya və baxış üçün əhəmiyyətli olan predmetləri könüllü surətdə verməsi təklif olundu. Bu zaman Kənan əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd yüz, dörd ədəd bir manatlıq əskinazı, bir ədəd Redmi markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir qutu Keno markalı siqareti, bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilən zaman kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. X5 həmin kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzidə çəkmişdir. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evin həyatyanı sahəsində əlavə olaraq narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Kənanın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. X5 protokol tərtib etmiş və protokolu iştirakçılara oxunmuş o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra onlar eyni tərkibdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Cırdaxan kəndinə yollanmışlar və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Kənana yaşadığı fərdi yaşayış evində və ya həyatyanı sahəsində narkotik vasitə olan qurudulmuş marixuana və baxış üçün əhəmiyyətli olan digər predmetləri könüllü surətdə verməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyatyanı sahəsində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və ardınca fərdi yaşayış evinin həyətində olan kreslonun içərisindən bir ədəd sellofan torbanı təqdim edərək, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Həmin sellofan torbaya baxış keçirilmiş, torbanın içərisində bir ədəd Keno markalı siqaret qutusunun, bir ədəd kibrit qutusunun, iki ədəd sellofan torbanın, beş ədəd sellofan bükümün, beş ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı tərəfində həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektoron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 20 may 2024-ci il tarixli, 16/583 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,65 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (1N-li ob). Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs İsmayı oğlunun yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd polietelen paketdəki: 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 3,63 qram olan bitki mənşəli kütlə (2N-li ob), 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 3,89 qram olan bitki mənşəli kütlə (3N-li ob), 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 1,29 qram olan bitki mənşəli kütlə (4N-li ob), 1 (bir) ədəd KENO markalı siqaret qutusunda təmiz çəkisi 7,77 qram olan bitki mənşəli kütlə (5N-li ob), 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,85 qram olan bitki mənşəli kütlə (6N-li ob), 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çəkisi 23,05 qram olan bitki mənşəli kütlə (7N-li ob), 1 (bir) ədəd qırmızı rəngli sellofan paketdə təmiz çəkisi 43,62 qram olan bitki mənşəli kütlə (8N-li ob), 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,60 qram olan bitki mənşəli kütlə (9N-li ob), 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,41 qram olan bitki mənşəli kütlə (10N-li ob), 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,74 qram olan bitki mənşəli kütlə (11N-li ob), 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,54 qram olan bitki mənşəli kütlə (12N-li ob), 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,53 qram olan bitki mənşəli kütlə (13N-li ob), 1 (bir) ədəd şəffaf sellofan bükümdə tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,30 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0.06 qram olan bitki mənşəli kütlə (14N-li ob), ümumi təmiz çəkisi 87,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar. 1 (bir) ədəd ağ-yaşıl rəngli kağız bükümdə təmiz çəkisi 1,77 qram olan boz-yaşıl rəngli bitki mənşəli kütlə tərkibində narkotok aktivliyə malik komponent yoxdur (15 N-li ob). Tədqiqata təqdim olunmuş 1,9,10,11,12,13 N-li obyektlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2,3,4,5,6,7,8,14 N-li obyektlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 1,9,10,11,12,13 N-li obyektlər ilə 2,3,4,5,6,7,8,14 N-li obyektlər tərkiblərinə görə eyni deyildir (marixuana ümumi təmiz çəkisi 93.63 qr., tədqiqata sərf edildi 0.42 qr. (hər birindən 0.03 qr.), qalıq 93.21 qr. Bitki mənşəli kütlə təmiz çəkisi 1.77 qr., tədqiqata sərf edildi 0.03 qr., qalıq 1.74 qr). İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 5,65 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kanniabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşayış evinin qarşısında həyətdə olan köhnə kreslonun içərisində saxladığı bir ədəd sellofan torbanın içərisində 5 (beş) ədəd selofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 3,63 qram, 3,89 qram, 1,29 qram, 0,53 qram, 0,06 qram, 2 (iki) ədəd selofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,05 qram, 43,62 qram, 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0,41 qram, 0,74 qram, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkiləri 1,85 qram, 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,54 qram, 1 (bir) ədəd KENO markalı siqaret qutusunda təmiz çəkisi 7,77 qram olmaqla cəmi ümumi təmiz çəkisi 87,98 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kanniabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 12 iyul 2022-ci il tarixli, 1192 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğundan məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndinin ikinci hissəsində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini məhkəmə özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8cimaddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətinjən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Lamiyə, xx.xx.2010-cu il təvəllüdlü Nail adlı yetkinlik yaşına çatmayan və xx.xx.2022-ci il təvəllüdlü Tofiq adlı azyaşlı uşaqları vardır. İşdə olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyşalı uşağının olmasını, üçüncü qrup əlil olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 19 may 2024-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 12 iyul 2024-cü il tarixli, 1192 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunduğu müəyyən edilsə də, ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin 3.2-ci hissəsinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlil şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınması və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 93,21 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd disk, üzləşdirmə istintaq hərəkətininin videoçəkilişini özündə əks etdirən 1 ədəd disk və telefon danışıqlarını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 60.8 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 19 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 93.21 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd disk, üzləşdirmə istintaq hərəkətininin videoçəkilişini özündə əks etdirən 1 ədəd disk və telefon danışıqlarını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 60.80 (altmış manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-151/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-151/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver