Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-151/2025 29.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evil, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixlə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin bilnasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə Yevlax rayonu Duzdağ kənd sakini Zərərçəkmiş şəxs iş axtardığını sonuncunun qayınatası Şahid3 eşidərək 17 mart 2025-ci il tarixdə Şahid3la Yevlax şəhəri ərazisində görüşüb söhbət edərkən yaxın əlaqələri vasitəsilə Zərərçəkmiş şəxs pul müqablində Yevlax rayonu X3 işə düzəldəcəyini yalandan vəd verərək aldatmaqla vahid nyyətlə əhatə oluna qəsdən 17 mart 2025-cil tarixdə saat 16 radələrində Yevlax şəhəri ərazisində Şahmat məktəbinin yaxınlığında Kami İbrahimovla görüşərək Zərərçəkmiş şəxs məxsus 1500 manat nağd pulu orada Şahid3 alıb ələ keçirməklə,daha sonra 25 mart 2025-ci il tarixdə günorta saatlarında Şahid3la Yevlax rayonu Aran qəsəbəsində yerləşən Elman marketin yaxınlığında görüşərək görüşərək Zərərçəkmiş şəxs məxsus olan 2000 manat nağd pulu orada Şahid3 alıb ələ keçirməkə,bundan sonra 27 mart 2025-ci il tarixdə axşa saatlarında Şahid3la Yevlax şəhəri ərazisində 3 qardaş restoranının yaxınlığında görüşərək Zərərçəkmiş şəxs məxsus olan 2000 manat pulu orada Şahid3 alıb ələ keçirməklə,sonuncu dəfə isə 2025-ci il aprel ayının 4-də Kamil brahimovun Zərərçəkmiş şəxs məxsus olan 200 manat pulu Yevlax rayon Aran Qəsəbəsində yerləşən Elman marketin içərisində olan ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərməklə həmin məbləğdə pulu nağdlaşdırıb ələ keçirərək qəsdən etibardan sui istifadə etməklə və aldatma yolu ilə vahid niyyətlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 5700 (beş min yeddi yüz) manat pulunu ələ keçirməklə xeyli miqdarda ziyan vuraraq qəsdən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonu Duzdağ kənd sakini Zərərçəkmiş şəxs iş axtardığını sonuncunun qayınatası Şahid3 eşitmiş və 2025-ci ilin mart ayında Şahid3la Yevlax şəhəri ərazisində görüşüb söhbət edərkən yaxın əlaqələri vasitəsilə Zərərçəkmiş şəxs pul müqablində Yevlax rayonu X3 işə düzəldə biləcəyini demişdir. Həmin gün saat 16 radələrində Yevlax şəhəri ərazisində Şahmat məktəbinin yaxınlığında Kami İbrahimovla görüşərək ondan Zərərçəkmiş şəxs məxsus 1500 manat nağd pulu almış, bir neçə gün sonra isə Şahid3la yenə Yevlax rayonu Aran qəsəbəsində yerləşən Elman marketin yaxınlığında görüşərək ondan Zərərçəkmiş şəxs məxsus olan 2000 manat pulu almışdır. 2025-ci ilin mart ayının sonlarında isə Şahid3la Yevlax şəhəri ərazisində 3 qardaş restoranının yaxınlığında görüşərək Zərərçəkmiş şəxs məxsus olan 2000 manat pulu orada Şahid3 almışdır. Sonuncu dəfə isə 2025-ci il aprel ayında Kamil brahimov Zərərçəkmiş şəxs məxsus olan 200 manat pulu ödəmə terminalından istifadə etməklə onun istəifadəsində olan bank kartına köçürmüşdür. Həmin pulları özü üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və onunla barışmışdır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Əməlindən səmimi peşmandır. Himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 verdiyi ifadəsində göstərmişdir ki, qaynatasını Təqsirləndirilən şəxsla qohumları tanış etmişdir. 2025-ci ilin mart ayında bayramdan əvvəl Zamiq ona işə düzəltmək adı ilə əvvəlcə onlardan 1500 manat almış, bayramdan sonra işinin təsdiq ediləcəyini bildirmiş və pulun dərhal verilməli olduğunu bildirmişdir. Bir müddət sonra isə Zamiq həmin işin düzəlmədiyini, ancaq Yevlax rayonu Aşağı Bucaq kənd Bələdiyyəsində işə düzəldəcəyini və həmin işin 6000 (altı min) manata düzələcəyini demişdir. Həmin işə görə Təqsirləndirilən şəxs ümumilikdə 5700 (beş min yeddi yüz) manat vermişlər. Sonradan işin alınmadığını görüb pulunu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Buna görə onun barəsində şikayət etmişdirlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ona ödənilmiş və onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun gəlinidir, yəni oğlunun həyat yoldaşıdır. Gəlini üçün iş axtaran zaman Təqsirləndirilən şəxsla qohumu vasitəsi ilə tanış olmuşdur. 2025-ci ilin mart ayında Yevlax rayon İcra hakimiyyətinin yanında Zamiqlə görüşmüşlər və gəlinini işə düzəltmək adı ilə Zamiq onlardan həmin vaxt 1500 manat almışdır. Zamiq əvvəlcə İlhaməni bağçaya işə düzəldəcəyini demişdir. Sonra isə həmn işin düzəlmədiyini bildirərək, bələdiyyədə işə düzəldəcəyini demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzəldəcəyi adı ilə onlardan ümumilikdə 5700 (beş min yeddi yüz) manat pul almış, lakin sonradan onunla əlaqə saxlaya bilməmişdirlər. Buna görə də onun barəsində şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən 5700 (beş min yeddi yüz) manat tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının oğludur. İşin hallarını tam xatırlamır. Lakin Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs və ailə üzvlərindən pul aldığını bilir. Lakin Zərərçəkmiş şəxs işə düzəlməsi mümkün olmamışdır. Buna görə də, zərərçəkmiş şəxs tərəfi Təqsirləndirilən şəxs barəsində poils şöbəsinə müraciət etmişlər. Məhkəmə iclasınd şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Yevlax rayon Aşağı Bucaq kənd Bələdiyyəsində işləmişdir. Həmin Bələdiyyədə vakant olaraq mühasib yeri olmuşdur. Həmin işlə əlaqədar olaraq Şahid2 ona 1450 manat vermiş, lakin iki gün sonra həmin pulu geri almışlar. Məhkəmə iclasında ifadəsi tədqiq edilməklə elan edilmiş Şahid4 ibtidai istintaq zamanı Şahid1nın ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Zərifə və xx.xx.2016-cı il təvəllüdlü Emin adlı azyaşlı uşaqları vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxəsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, özünü Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bildiyini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə verərək, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində yetkinlik yaşına çatmayan uşaqları olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini müəyyən edir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. İş üzrə maddi sübut olan istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkil tərəfindən göstərilmiş hüquqi yardımı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat haqq dövlət büdcəsindən ödənilsin (CPM-nin 193.2-ci maddə). Qərardan elan edildiyi vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-151/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-151/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver