Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-152/2022 01.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,349 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda əldə edib üzərində saxlamış, həmin narkotik vasitəni 06 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində Yevlax şəhəri B.İmanov küçəsində yerləşən böyük həcmli transformatorun yaxınlığında tanışı Şahid1 30 manata satmış, Şahid1 isə narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə növbəti gün yəni xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində Yevlax şəhəri, Y.Məmmədov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 10:50-dən saat 11:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki şalvarın sağ yan cibində Təqsirləndirilən şəxs ona satmış olduğu 0,349 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü, yəni Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək bildirmişdir ki, o, ara sıra narkotik vasitə olan heroindən istifadə edir. Öz adına rəsmiləşdirilməyən ***-***-**-** saylı telefon nömrəsini istifadə edir. O, Yevlax şəhər sakini Şahid1 tanısa da, sonuncuya nəinki xx.xx.2022-ci il tarixdə ümumiyyətlə narkotik vasitə satmamışdır. O, xx.xx.2022-ci il tarixdə istifadə etdiyi ***-***-**-** saylı nömrəsi ilə Şahid1 istifadə etdiyi telefon nömrəsi ilə dəmir alış verişi ilə bağlı danışmış, lakin ona narkotik vasitə satacağı barədə heçnə deməmişdir. Onun narkotik maddələri heç vaxt satmaq niyyəti olmayıb, həmin maddəni yalnız öz istifadəsi üçün saxlamışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmayıb, özü istifadə etmək üçün narkotik vasitə əldə etsə də, heç vaxt onları satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hərdən narkotik vasitə olan heroin istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində narkotik vasitəsi qurtardığına görə narkotik vasitə alıb qəbul etmək qərarına gəlmişdir. Bu məqsədlə Yevlax şəhəri 7 saylı tam orta məktəbin yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə telefonla danışıb görüşmüş, onun narkotik vasitənin istifadə etməsini və satışı ilə məşğul olduğunu bildiyi üçün ona narkotik vasitə satmasını xahiş etmişdir. Elşad ona narkotik vasitə təşkil edəcəyini demişdir. O, Elşada 30 manat pul vermiş, Elşad ondan 30 manat pulu alaraq ona bir bükümdə heroin vermişdir. O, həmin heroinin bir hissəsin qəbul etmiş, bir hissəsini isə gələcəkdə istifadə etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi ilə Yevlax şəhər mərkəzi bazara doğru gedərkən həmin vaxt oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə vidio çəkilişlə onun üstünə baxış keçirib, içərisində heroin olan bükülüdəki narkotik vasitəni əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı o, bükümdəkilərin heroin olduğunu, tanıdığı Təqsirləndirilən şəxs 30 manata aldığını və gələcəkdə istifadə etmək üçün üstündə gəzdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 07 fevral 2022-ci il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri Y.Məmmədov küçəsi 8 saylı evdə yaşayan Şahid1 Yevlax şəhəri Y.Məmmədəliyev küçəsində olduğunu, üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin PPXB-nün polis nəfəri X2 ilə birlikdə Yevlax şəhəri Y.Məmmədəliyev küçəsinə getmişlər. Samiqin küçə ilə mərkəzi bazar istiqamətində getdiyini görmüşlər. Samiqə yaxınlaşıb özlərini təqdim etmiş, Samiq özünü şübhəli apardığına görə onu polis şöbəsinə getməyi təklif etmişlər. Samiq bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Samiqin üstünə baxış keçirmişlər. Baxış zamanı Samiqin əynindəki şalvarın sağ yan cibindən bir büküm heroinə oxşar kütlə aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümdəkinin içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində tanıdığı Sabirin oğlu Elşaddan 30 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri X2 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi materiallarından cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmaqla istintaq aparılması üçün ayrıca icraata qəbul edilmişdir.(iş vər. 1-12); təqsirləndirlən şəxs haqqında axtarış elan edilməsi və tutulması haqqında 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (iş vər.88); Yevlax rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir (iş vər.92); maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid1 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,299 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 83-84); Yevlax Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 may 2022-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonundək yəni, 26 iyul 2022-ci il tarixindək həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vər. 122-126); 26 may 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 127-128); 28 may 2022-ci il tarixdə diskə baxış keçirilməsi barədə protokoldan və Bakcell MMCdən təqdim olunmuş müvafiq CD-dən görünür ki, Şahid1 məxsus olan 055 ***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs istifadəsində olan 055 403 63 43 nömrəli telefon arasında 2021-ci ilin dekabr ayından 2022-ci ilin feval ayının 7-dək çox saylı telefon zəngləri və danışıqları olmuş, bundan başqa məhz xx.xx.2022-ci il saat 21:10 dəqiqədən xx.xx.2022-ci il saat 01:48 radələrinədək onlar arasında 6 dəfə telefon danışığı olmuşdur. məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/127 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Şahid1 üzərindən keçirilmiş şəxsi axtarış və götürmə zaman aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindək 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,349 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,299 qram (iş vər. 40- 41); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir (iş vər. 134); Yevlax Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir ( iş vər.153-158); məhkəmə narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli, 942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür ( iş vər.166); Yevlax Rayon Məhkəməsinin 1(039)-104/2022 №-li, 16 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 (bir) gün 2 (iki) günə hesablamaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır ( iş vər.153-158); Sözügedən hökmdə təqsirləndirilən şəxs Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 satmadığını bildirməsi özünümüdafiə xarakteri daşımaqla məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, (müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 0,299 qram çəkidə narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və maddi sübutların götürülməsi, üzləşdirmə istintaq hərəkətlərinin aparılmasını əks etdirən 02 ədəd, habelə müvafiq telefon danışıqlarının olması əks olunmuş 01 ədəd – cəmi 03 ədəd CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 8 saat 30 dəqiqə (səkkiz saat otuz dəqiqə) hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 49,80 (qırx doqquz manat səksən qəpik) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-152/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-152/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver