Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-153/2021 15.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib bitirməmiş, Yevlax şəhəri T.Məmmədov küçəsi ev 14-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Vaqif oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə 23 iyun 2021-ci il tarixdə, 24 iyun 2021-ci il tarixdə və 25 iyun 2021-ci il tarixdə gündüz saatlarında X2 məxsus yaşayış sahəsi hesab olunan Yevlax şəhəri, F.İsayev küçəsi, 103 nömrəli evin birinci mərtəbəsi hesab edilən hissəsindəki otaqlara evin zirzəmisindən keçməklə qanunsuz daxil olaraq oradan 750 manat dəyərində 05 ədəd 40 litrlik alüminium qazanları, 80 manat dəyərində 04 ədəd 30 litrlik alüminium ləyənləri, 300 manat dəyərində 01 ədəd işlənmiş “LG” markalı 102 diaqonallı televizoru, 30 manat dəyərində 01 ədəd “Supermax” markalı “crosna” aparatını, 50 manat dəyərində “İtimat” markalı çörək bişirən elektrikli sobanı, 1,500 manat dəyərində 05 ədəd müxtəlif ölçülərdə olan xalçaları, 100 manat dəyərində 01 ədəd dörd gözlü qaz sobasını, 90 manat dəyərində 01 ədəd dəmir çarpayını, 20 manat dəyərində 01 ədəd sərinkeşi, 22 manat dəyərində 11 ədəd kauçuk materialdan olan 20 litr su tutumuna malik balonları, 3,000 manat dəyərində 15 ədəd 6 metrlik dəmir profilləri və 150 ədəd 3 metr uzunluğunda olan alçipan profilləri, 400 manat dəyərində 500 ədəd müxtəlif ölçülü boşqabı və 100 ədəd stəkanı, 600 manat dəyərində 04 ədəd müxtəlif ölçülü adyalları, 60 manat dəyərində 4 dəst təzə uşaq geyimini, 40 manat dəyərində 02 ədəd qaz balonunu, 5 manat dəyərində bir ədəd işlənmiş baltanı, 160 manat dəyərində 2 ədəd döşəkləri və 3,500 manat dəyərində olan evin işıq sisteminə aid olan müxtəlif ölçülü kabelləri, müxtəlif növlü elektrik açarlarını qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Şəhla Eylasovaya ümumilikdə 10,707 (on min yeddi yüz yeddi) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, Şəhla Eylasovanı tanıyır, aralarında qohumluq əlaqələri, ədavət və düşmənçilik olmamışdır. 23 iyun 2021-ci il tarixdə, səhər saatlarında Yevlax şəhərində olan zaman Yevlax şəhər F.İsayev küçəsində Şəhla Eylasovaya məxsus evin qarşısından keçərkən, həmin evdə heç kəs yaşamadığını və yaşayışın olmadığını bildiyi üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Hasar olmadığından evə yaxınlaşıb zirzəmiyə daxil olmuş və zirzəmidən evin birinci mərtəbəsinə daxil olmuşdur. Otaqların qapıları açıq olduğundan hər üç otağa daxil olaraq baxmış, orada müxtəlif əşyaların olduğunu görmüşdür. Otaqların birində bir ədəd köhnə işlənmiş “LG” markalı televizorun, bir ədəd “Supermax” markalı “crosna” aparatının, bir ədəd qaz sobasının, bir ədəd çörək bişirən elektrikli sobanın, bir ədəd sərinkeş olduğunu görmüşdür. Bu əşyaları bir-bir evdən çıxarıb həyətə yığmış, sonra həmin əşyaları yolun kənarına daşımışdır. Yoldan keçən motosikleti saxlatmış, sürücüdən onu, özünə məxsus əşyalarla birlikdə Yevlax bazarına aparmasını xahiş etmişdir. Sürücü razılaşdıqdan sonra oğurladığı televizoru, “crosna” aparatını, qaz sobasını, sərinkeşi və elektrikli sobanı motosikletin yük yerinə qoyub Yevlax bazarına aparmışdır. Bazarda həmin əşyaları tanımadığı şəxslərə sataraq ümumilikdə 270 manat pul əldə etmişdir. Əldə etdiyi pulu həmin gün öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Növbəti gün, 24 iyun 2021-ci il tarixdə, səhər saatlarında yenə də Şəhlaya məxsus həmin evin qarşısına gələrək eyni qayda ilə evə daxil olmuşdur. Otaqların birindən beş ədəd alüminium qazan, dörd ədəd alüminium ləyən, bir ədəd dəmir çarpayı, 11 ədəd kauçuk materialdan olan su qabları, 15 ədəd 6 metr uzunluqda dəmir profili və çoxlu sayda, təxminən 150 ədəd 3 metr uzunluqda olan dəmir profili evdən çıxarıb həyətə yığmışdır. Həmin vaxt küçədən keçən motosiklet saxlatmış, sürücüdən onu Bərdə avtomobil yolunun kənarında olan dəmir məmulatlarının qəbulu sexinə aparmağı xahiş etmişdir. Həyətə yığdığı dəmir profillərin bir hissəsini motosikletin yük yerinə yükləyərək Şahlar adlı şəxsə məxsus dəmir məmulatlarının alışı məntəqəsinə aparmışdır. Oğurladığı dəmir profilləri özünə məxsus olduğunu deyərək Şahlara 30 manata satmışdır. Orada yenidən Şəhlaya məxsus evə qayıtmaq məqsədi ilə üzərində yük yeri olan tanımadığı şəxsə məxsus, dövlət qeydiyyat nişanı yadında qalmayan “VAZ 21031” markalı avtomobili saxlatmış, ona evində olan əşyalardan ona lazım olmayanlarını və evin təmirindən artıq qalan əşyaları satmaq üçün Bərdə rayon ərazisində yerləşən köhnə bazara aparmaq istədiyini demişdir. Həmin avtomobilin sürücüsü onu evin qarşısına aparmışdır. Orada oğurladığı alüminium qazanları, alüminium ləyənləri, sökülmüş vəziyyətdə olan dəmir çarpayını, kauçuk su qablarını, 12 ədəd 6 metr uzunluqda dəmir profili və çoxlu sayda, təxminən 150 ədəd 3 metr uzunluqda olan dəmir profili avtomobilə yığmış və bundan sonra Bərdə rayon ərazisində yerləşən köhnə bazarda istifadə olunmuş əşyaların satıldığı yerə aparmışdır. Bu əşyaları orada tanımadığı şəxslərə satmış və ümumilikdə 400 manat pul əldə etmişdir. Növbəti gün, yəni 25 iyun 2021-ci il tarixdə, yenə də səhər saatlarında eyni qaydada Şəhlaya məxsus evə daxil olmuş, orada olan otaqların birindən beş ədəd xalçanı, uşaq geyimlərini, iki ədəd döşəyi, 4 ədəd ədyalı, 2 ədəd qaz balonunu, çoxlu sayda boşqab və stəkanları, bir ədəd ət baltasını, evin işıq sisteminə aid olan naqilləri, işıq yandıranları, rozetləri sökərək evin həyətinə yığmışdır. Yaxınlıqdan keçən dövlət qeydiyyat nişanı yadında qalmayan “VAZ 2106” markalı taksini saxlatmış və ondan özünə məxsus əşyalarla birlikdə onu Bərdə rayon ərazisində yerləşən köhnə bazara aparmağı xahiş etmişdir. Həyətə yığdığı əşyaları avtomobilə yükləmiş və Bərdə rayon ərazisində yerləşən köhnə bazarda işlədilmiş əşyaların satıldığı yerə getmişlər. Həmin əşyaların hamısını tanımadığı şəxslərə özünə məxsus olduğunu bildirməklə satmış və ümumilikdə 300 manat pul əldə etmişdir. Oğurladığı əşyaların satışından əldə etdiyi bütün pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ona qarşı sürülmüş ittihamda qeyd edilən qiymətlərlə razı deyil, belə ki, oğurladığı əşyalar köhnə olmuş və dəyəri qeyd ediləndən qat-qat aşağı olmuşdur. Hazırda vurulmuş zərəri ödəməyə maddi imkanının olmadığını qeyd edərək əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Yevlax şəhər F. İsayev küçəsində yaşayır. 29 may 2021-ci il tarixdə Bakı şəhərində yaşayan qızı Tünzalə xəstə olduğu üçün onun yanına getmiş və bir müddət onun yanında qalmışdır. Yevlax şəhərində olan qonşusu Şahid2 29 iyun 2021-ci il tarixdə ona zəng edərək evinin pəncərəsinin qırıq olduğunu gördüyünü və evə baxdıqda evdən əşyaların oğurlanmış olduğunu, bu səbəbdən oğurluq olması barədə DİN-nin “102” xidmətinə məlumat verdiyini bildirmişdir. Bu səbəbdən Bakı şəhərindən Yevlax şəhərinə qayıtmış və evə baxdıqda evindən əşyalarının oğurlandığı ona məlum olmuşdur. Evin birinci mərtəbəsinə daxil olarkən daxil olduğu otaqdan 01 ədəd dörd gözlü qaz sobasının, 11 ədəd kauçuk materialdan olan 20 litrlik balonun, 15 ədəd 6 metrlik dəmir profillərin (birinci mərtəbə ilə ikinci mərtəbəni ayıran atma taxtaların üzərinə yığılmış), evin birinci mərtəbəsinə daxil olarkən solda yerləşən birinci otaqdan divara qurlaşdırılmış işlək vəziyyətdə olan bir ədəd “LG” markalı, ekranı 102 sm. diaqonal televizorun, televizorun yanında yerləşən işlək vəziyyətdə olan 01 ədəd “supermax” markalı “crosna” aparatının, işlək vəziyyətdə olan bir ədəd “İtimat” markalı çörək bişirən elektirik sobanın, bir ədəd elektiriklə işləyən sərinkeşin, 05 ədəd 40 litrlik alüminiumdan olan aş qazanların, 04 ədəd 30 litrlik ləyənlərin, 05 ədəd ölçüsünü dəqiq bilmədiyi xalçaların, 4 ədəd ölçüsünü bilmədiyi ədyalın, bir ədəd dəmir çarpayının, 500 ədəd müxtəlif ölçülü sadə boşqabların və 100 ədəd sadə stəkanların, 4 dəst uşaq paltarının, evin giriş qapısı ilə üzbəüz olan otaqdan 150 ədəd bir ədədi 3 metr uzunluğunda olan alçipan profillərinin (birinci mərtəbə ilə ikinci mərtəbəni ayıran atma taxtaların üzərinə yığılmış), 2 ədəd qaz balonunun (“dopu” qaz balonu), bir ədəd ət baltasının, həmin otağa daxil olarkən solda yerləşən otaqdan isə iki ədəd 2 metr uzunluğunda və 20 kq çəkidə olan qoyun yunundan hazırlanmış döşəklərin və evin işıq sisteminə aid olan əşyaların (naqil, işıq yandıran, elektrik rozetləri və sair) oğurlanmasını aşkar etmişdir. Həmin oğurluq hadisəsi 2021-ci ilin may ayının 29-dan iyun ayının 29-dək olan müddət ərzində baş vermişdir. O, evindən əşyaların oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Bunun nəticəsində ona təqribən 11,500 manat məbləğində maddi ziyan dəymişdir. İlkin olaraq evindən oğurlanmış olan əşyaların dəqiq sayını bilməsə də, sonradan oğurlanmış bütün əşyaların dəqiq sayını və qiymətlərini müəyyən etmiş və polis əməkdaşlarına bildirmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş ağır cəzanın verilməsini xahiş etmişdir. Şahid1 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etməklə istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Belə ki, Şahid1 istintaq zamanı bildirmişdir ki, Yevlax şəhərində, avtovağzalın arxasında yerləşən metal qəbul məntəqəsində işləyir. 2021-ci ilin iyun ayında, hansı ki, dəqiq tarix yadında qalmayan gündə günorta saat 12 radələrində Yevlax şəhərində yaşayan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs onun işlətdiyi metal qəbulu məntəqəsindən çölə çağırmış və o, çölə çıxan zaman yerə qoymuş olduğu üç ədəd dəmir profilləri göstərərək satmaq istədiyini demişdir. O, ondan həmin dəmir profilləri haradan əldə etdiyini soruşmuş və Elşən ona həmin dəmir profillərin yaşadığı evdə gedən təmir işlərindən sonra artıq qaldığını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin dəmir profilləri ölçmüş və hər birinin 6 metr uzunluğunda, 4 sm enində və 2 sm enində olduğunu görmüş və onların hər birinə görə Elşənə 10 manat pul verə biləcəyini demişdir. Onlar razılaşmış və o, Elşənə 30 manat pul vermişdir. Bundan sonra Elşən çıxaraq getmişdir. O, həmin dəmir profillin birindən təxminən 1.65 metr hissəsini kəsərək satmışdır. O, Təqsirləndirilən şəxs ona satmış olduğu dəmir profillərin oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ona bu barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 avqust 2021-ci il tarixli 9/5146 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən tədqiqat obyektlərinin, 2021-ci ilin may-iyul aylarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: Bir ədəd kondisioner (“Bakı” markalı, köhnə, istifadə edilmiş, işlək vəziyyətdə) 01 ədəd “LG” markalı ekranı 102 sm-lik (diaqanall) 2018-ci il tarixdə alınmış, istifadə edilmiş, istifadəyə yararlı televizor 300,00 manat, 01 ədəd “Supermax” markalı istifadə edilmiş, istifadəyə yararlı krosnu aparatı 30,00 manat, 01 ədəd “İtimat” markalı çörəkbişirən 2018ci ildə alınmış, istifadə edilmiş, istifadəyə yararlı elektrikli soba 50,00 manat, 01 ədəd istifadə edilmiş, istifadəyə yararlı sərinkeş - 20,00 manat, 05 ədəd 40 litrlik aliminumdan olan 2020-ci ilin oktyabr ayında alınmış, istifadə edilmiş, istifadəyə yararlı aş qazanları 750,00 manat, 04 ədəd 30 litrlik aliminiumdan olan 2020-ci ilin oktyabr ayında alınmış, istifadə edilmiş, istifadəyə yararlı ləyənlər 80,00 manat, 01 ədəd istifadə edilmiş, istifadəyə yararlı ət baltası 5,00 manat, 2 metr uzunluğunda və 20 kq çəkidə olan istifadə edilmiş, istifadəyə yararlı qoyun yunundan hazırlanmış döşəklər 160,00 manat, 11 ədəd kauçuk materialdan olan 20 litr su tutumuna malik istifadə edilmiş, istifadəyə yararlı qablar 22,00 manat. Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təsvir hissəsində göstərilən, lakin qiymətləndirilməyən Zərərçəkmiş şəxs məxsus digər əmlak, yəni 01 ədəd dördgözlü işlənmiş və istifadəyə yararlı qaz sobası; 15 ədəd 6 metr uzunluğunda, eni 4 sm, içərisi boş olmaqla qalınlığı 2 sm dəmir profil; 150 ədəd 3 metr uzunluğunda olan alçipan profil; 02 ədəd 2017-ci il tarixdə alınmış, istifadə edilmiş, istifadəyə yararlı qaz balonu - “dopu”; 05 ədəd istifadə edilmiş, istifadəyə yararlı xalça; 04 ədəd istifadə edilmiş, istifadəyə yararlı adiyal; 01 ədəd istifadə edilmiş, istifadəyə yararlı dəmir çarpayı; 500 ədəd istifadə edilmiş, istifadəyə yararlı sadə boşqablar və 100 ədəd sadə stəkanlar; 04 dəst istifadə edilməmiş uşaq paltarı; evin işıq sisteminə aid olan əşyalar – şunur, elektrik açarları faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirilmə aparılmamışdır. (səh. 141-143). Yevlax Rayon Məhkəməsinin 23.09.2020 saylı hökmünün surəti ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax Rayon İcra və Probasiya şöbəsinin 30.07.2021-ci il tarixli 192/6 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli 1(039)-118/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökmdə göstərilən cəzasından 06 ay 16 gününü çəkmiş, 01 il 05 ay 14 gününü isə çəkməmiş olaraq qalmışdır. (səh.127) Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilsə də, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs oğurladığı əşyaların qiymətini mübahisələndirsə də, bu barədə ekpsertiza rəyinin əsassızlığına dair hər hansı dəlil və sübut təqdim etməmişdir. Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsə məxsus yaşayış sahəsinə daxil olmaqla ona xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir və bu səbəbdən qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Yevlax Rayon Məhkəməsinin 1(039)-118/2020 saylı 23.09.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək təyin edilmiş və onun həbs edildiyi 11.07.2021-ci il tarixə çəkilməmiş 01 (bir) il, 04 (dörd) ay, 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1 maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlığın məhrum etmə cəzasına bərabər tutulmaqla 07 (yeddi) ay, 12 (on iki) gün müəyyən etməklə, ona təyin edilmiş cəzaya qismən toplanmaqla üzərində qəti cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə istintaq zamanı 25 saat və hüquqi yardıma görə məhkəmə zamanı 15 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-118/2020 saylı 23.09.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək təyin edilmiş və onun həbs edildiyi 11.07.2021-ci il tarixə çəkilməmiş 01 (bir) il, 04 (dörd) ay, 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1 maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlığın məhrum etmə cəzasına bərabər tutulmaqla 07 (yeddi) ay, 12 (on iki) gün ona təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 11 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-153/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-153/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver