Məhkəmə qərarları › İş №1(039)-153/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-153/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-153/2022 09.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, iştirakı ilə, xx xxxx 1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Əcəmi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Əcəmi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxx 1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aşağı Bucaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.2-ci maddəlari ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Təsərrüfat Mərkəzinin balansında olan Yevlax rayonu Qaraoğlan kəndinin ərazisində boş torpaq sahəsində yerləşən su nasosundan hər birinin qiyməti 120 manat olmaqla, ümumilikdə 720 manat dəyərində olan 6 ədəd dəmir boruları oğurlamaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talamaq məqsədi 12 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən, Aztelekom MMC-nin MARF-nın balansında olmaqla hər birinin qiyməti 300 manat dəyərində olan, ümumilikdə isə 1500 manat dəyərində olan 5 ədəd dəmir quyu qapağını Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən küçədən oğurlamaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 16 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birgə törətdiyi yuxarıda qeyd olunan cinayət əməli ona münasibətdə təkrar oğurluq kimi qiymətləndirilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri və şahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 16 yanvar 2022-ci il tarixdə saat təxminən 20:45 radələrində Yevlax rayonu, Xaldan qəsəbəsində küçədə Təqsirləndirilən şəxs2 ilə söhbət etmiş, Kamala “Qaraoğlan kəndi “ərazisində sahibsiz dəmir borular var, gedək onları oğurlayaq, aparıb sataq” demiş, Kamal onunla razılaşmış, öz mobil nömrəsi ilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 xatırlamadığı mobil nömrəsinə zəng edib onu yanlarına çağırmış, Allahyar təxminən 10-15 dəqiqə sonra idarə etdiyi “Qazel” markalı avtomobillə yanlarına gəlmiş, Allahyara Qaraoğlan kəndi ərazisində sahibsiz dəmir borular olduğunu, onları oğurlayıb satacaqlarını demiş, Allahyar onunla razılaşmış, həmin vaxt Təqsirləndirilən şəxs2 da orada olmuşdur. Saat təxminən 22:00 radələrində Allahyar və Kamalla birlikdə Allahyarın idarə etdiyi “Qazel” markalı avtomobillə Yevlax rayonu, Qaraoğlan kəndi ərazisində yerləşən meşəyə getmiş, oradan 6 ədəd dəmir boruları birlikdə oğurlayıb “Qazel” markalı avtomobilə yığmış, həmin boruları Kamal və Allahyarla birgə yığmış, dəmir boruları oğurladıqdan sonra saat təxminən 23:30 radələrində onları sonradan adının Teyfur olduğunu öyrəndiyi şəxsin Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən evinə aparmış, Allahyar Teyfur adlı şəxsə boruları verərək “pul ver “uşaqları yola salım getsinlər” demiş, Teyfur Allahyara 36 manat pul vermiş, həmin puldan hər birinə 12 manat pul çatmış, Teyfur adlı şəxs 6 ədəd dəmir borunu Allahyardan götürən zaman həmin boruların oğurluq olduğunu bilməmiş, Allahyar Teyfura həmin boruların onun və Kamalın olduğunu demişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 16 yanvar 2022-ci il tarixdə saat təxminən 20:45 radələrində Yevlax rayonu, Xaldan qəsəbəsində küçədə Təqsirləndirilən şəxs1 ilə söhbət etmiş, Cəsarət ona “Yevlax rayonu, Qaraoğlan kəndi ərazisində sahibsiz dəmir borular var, gedək onları “oğurlayaq, aparıb sataq” demiş, o, da Cəsarətlə razılaşmış, Cəsarət öz mobil nömrəsi ilə sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu öyrəndiyi şəxsə zəng edib onu yanlarına çağırmış, Allahyar təxminən 10-15 dəqiqə sonra idarə etdiyi “Qazel” markalı avtomobillə yanlarına gəlmişdir. X2 kəndi ərazisində sahibsiz dəmir borular olduğunu, onları oğurlayıb satacaqalrını demiş, Allahyar da Cəsarətlə razılaşmışdır. Saat təxminən 22:00 radələrində Allahyar və Cəsarətlə birlikdə Allahyarın idarə etdiyi “Qazel” markalı avtomobillə Yevlax rayonu, Qaraoğlan kəndi ərazisində yerləşən meşəyə getmiş, oradan 6 ədəd dəmir boruları birlikdə oğurlayıb “Qazel” markalı avtomobilə yığmış, dəmir boruları oğurladıqdan sonra saat təxminən 23:45 radələrində onları sonradan adının Teyfur olduğunu öyrəndiyi şəxsin Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən evinə aparmış, Allahyar Teyfur adlı şəxsə boruları verərək “pul ver “uşaqları yola salım getsinlər” demiş, Teyfur Allahyara 36 manat pul vermiş, həmin puldan hər birinə 12 manat pul çatmış, Teyfur adlı şəxs 6 ədəd dəmir borunu Allahyardan götürən zaman həmin boruların oğurluq olduğunu bilməmiş, Allahyar Teyfura həmin boruların onun və Cəsarətin olduğunu demişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Yevlax rayonu, Xaldan qəsəbəsində olarkən oğurluq etmək qərarına gəlmiş, saat təxminən 13:00 radələrində orada yerləşən küçədən iki ədəd dəmir quyu qapağını oğurlamış, həmin dəmir quyu qapaqlarını oğurlayaraq yoldan keçən tanımadığı taksilərdən birinə qoyub Yevlax şəhərinə aparmış, şəhərdə iki ədəd dəmir quyu qapağını tanımadığı bir nəfər şəxsə ümumilikdə 50 manata satmış, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, şəhərə getdiyi taksi dəmir quyu qapaqlarını oğurladığını bilməmiş, həmçinin iki ədəd dəmir quyu qapağını satdığı şəxs də onların oğurluq olduğunu bilməmişdir. Bundan başqa Şahid2 təxminən 20 ildir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. Teyfurla birlikdə kartof, meyvə satmış, Teyfurun “Qazel” markalı avtomobili ilə alver etmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. 16 yanvar 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə onun mobil nömrəsinə zəng edib “gedək “dəmir borular var, onları götürək” demiş, Yevlax rayonu, Aşağı Bucaq kəndində yaşayan Şahid2 evinə getmiş, Teyfura dəmir borular gətirməyə getdiyini demiş, Teyfurun “Qazel” markalı avtomobilini alıb Yevlax rayonu, Xaldan qəsəbəsinə getmişdir. Orada Təqsirləndirilən şəxs1 və adının sonradan Kamal olduğunu öyrəndiyi şəxslə görüşmüş, Onlar Yevlax rayonu, Qaraoğlan kəndi ərazisində dəmir borular olduğunu, gedib onları götürəcəklərini demiş, onlarla razılaşaraq birlikdə həmin yerə getmişdirlər. Birlikdə dəmir boruları maşına yığmış, Yolda olan zaman onlar dəmir boruları oğurlamağa getdiklərini demiş, dəmir boruları maşına yığdıqdan sonra maşınla boruları Teyfurun evinə aparmış, Teyfura boruların Kamal və Cəsarətə məxsus olduğunu demiş, Teyfur ona, Cəsarət və Kamala 36 manat pul vermiş, həmin puldan ona 12 manat çatmış, Teyfura boruların oğurluq olmasını deməmiş, səhərsi gün saat təxminən 12:00 radələrində həmin boruları Teyfurla birlikdə Xaldan qəsəbəsində yerləşən Elman adlı şəxsin metal qəbulu məntəqəsinə 60 manata vermiş, Elman pulu sonra verəcəyini demiş, Teyfur ondan dəmir boruları götürən zaman onların oğurluq olduğunu bilməmiş, həmçinin Elman adlı şəxs də ondan və Teyfurdan dəmir boruları götürən zaman onların oğurluq olduğunu bilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini və onlarla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, rəsmi olaraq X4 təsərrüfatı mərkəzində meşəbəyi köməkçisi vəzifəsində işləyir. X4 təsərrüfatı mərkəzinin Qaraoğlan kənd meşəbəyliyinin 3-cü dolayında yerləşən ərazidə su nasosu quraşdırılmış, həmin ərazi Yevlax rayonu, Qaraoğlan kəndi ərazisindən keçmiş, həmin su nasosunun olduğu yerdə hər birinin uzunluğu 5 metr olan 6 ədəd dəmir su boruları çıxmışdır. 17 yanvar 2022-ci il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən həmin ərazidə su nasosundan meşə əkinlərinə su açmaq istəyərkən 6 ədəd dəmir boruların yerində olmadığını, su nasosunun radiatorunun isə yararsız vəziyyətə düşdüyünü görmüş, həmin gün bu barədə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, oğurlanan dəmir boruların hər birinin qiyməti 120 manat, yararsız hala düşən radiatorun isə qiyməti 300 manat olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Təsərrüfat Mərkəzinə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxslərin barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, rəsmi olaraq Aztelekom MMC-nin MARF-nin Yevlax şöbəsinin XQİS-nin müdiri vəzifəsində işləyir. 17 yanvar 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Yevlax rayonu, Xaldan qəsəbəsində xidməti ərazidə olmuş, həmin vaxt işlədiyi idarəyə məxsus olan dəmir quyu qapaqlarını yoxlamış, həmin vaxt 5 ədəd dəmir quyu qapağının yerində olmadığını müəyyən etmiş, bir müddət ərazidə dəmir quyu qapaqlarını axtarmış, ancaq tapa bilməmiş, bir neçə gün gözlədikdən sonra onların oğurlanmasından şübhələnib Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, həmin dəmir quyu qapaqlarının bir ədədinin qiyməti 300 manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs3 tərəfindən Aztelekom MMC-yə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxslərin barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 16 yanvar 2022-ci il tarixdə, saat təxminən 20 radələrində yaşadığı evdə olan zaman Allahyar həyətinin giriş qapısının qarşısına gələrək onu küçəyə çağırmış, qapının qarşısına çıxaraq Allahyarla görüşmüş, Allahyar ona bir nəfər tanışında dəmir qırıntıları və aliminium məmulatları olduğunu, münasib qiymətə satdığını, həmin məmulatları alıb metal qəbulu məntəqəsinə verərək gəlir əldə etmək olacağını demiş, əvvəllər də bir neçə dəfə müştərilərə kartof və ya soğan verərək pul əvəzinə dəmir, əlvan metal məmulatları almış, həmin məmulatları isə Yevlax rayonu Xaldan qəsəbəsinin ərazisində olan Elman adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə satmış, bu səbəbdən Allahyarın dediklərinə inanmış, lakin həmin vaxt böyrəklərində güclü ağrılar olduğuna görə Allahyara avtomobili idarə etməyə səhhətinin yol vermədiyini demiş, Allahyar da avtomobili özü idarə edərək malları alıb gətirə biləcəyini demiş, Allahyar avtomobil idarə edə bilmiş, əvvəllər dəfələrlə avtomobilini idarə etmiş, bu səbəbdən avtomobilinin açarlarını Allahyara vermiş, sonuncu avtomobilini idarə edərək çıxıb getmiş, həmin gün saat təxminən 23:55 radələrində qayıdıb gəlmiş, həmin vaxt onunla birlikdə iki nəfər tanımadığı şəxsdə evinə gəlmiş, avtomobilin arxa yük yerində təxminən 4-5 metr uzunluqda dəmir borular olduğunu görmüş, Allahyar ona boruların həmin şəxslərə məxsus olduğunu, boruların dəyərinin 36 manat olduğunu demiş, həmin şəxslərə cibindən 36 manat pul çıxararaq vermişdir. Növbəti gün saat təxminən 12:00 radələrində Allahyar ilə birlikdə avtomobili ilə Xaldan kəndinə Elmanın metal qəbulu məntəqəsinə getmiş, orada boruları həmin məntəqəyə 60 manata təhvil vermiş, Elman boruların pulunu axşam verəcəyini demiş, dəmir boruları qəbul edən zaman onların oğurluq olduğunu bilməmiş, Allahyar həmin boruların yanında olan iki nəfər şəxsə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer Ekologiya və Təbii Sərvələr Nazirliyinin X3 təsərrfatı Mərkəzinin Qaraoğlan kənd meşəbəyliyinin 3-cü dolayından su nasosu kür çayının Yevlax rayonu, Qaraoğlan kəndi ərazisindən keçən hissəsində yerləşir. Su nasosu “SNP” növə aiddir su nasosundan çıxan boruların yerindən çıxarıldığı, boruların əvvəllər yerləşdiyi yerdə izlərinin qaldığı müəyyən edildi. X4 təsərrüfatına məxsus boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildirilmişdir (iş vər. 05-07); “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 18 yanvar 2022-ci il tarixdə müvafiq olaraq saat 21:00-da və 22:30-da, Təqsirləndirilən şəxs2 isə 20 yanvar 2022-ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdurlar (iş vər.17; 32; 49); qətimkan tədbiri seçmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində 20 yanvar 2022-ci il tarixdə və Təqsirləndirilən şəxs2 barəsində 21 yanvar 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir( iş vər.68-69; 80:81; 92-93); “götürmə və baxış keçirilməsi haqqında” 24 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Şahid1 oğlunun təqdim etdiyi 6 ədəd dəmir borular götürülmüşdür. Baxış zamanı Nümayəndə 6 ədəd dəmir borunun işlədiyi Bərəd regional meşə təsərrüfatı mərkəzindən oğurlanan borular olduğunu bildirmişdir (iş vər.108- 109); “ifadənin yerində yoxlanılması haqqında” 11 fevral 2022-ci il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs3 istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, Aztelekom MMC-nin MARF-nin Yevlax şöbəsinin XQİS-nin balasında olan Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən 2 ədəd dəmir quyu qapağını oğurladığı yeri göstərmişdir. (iş vər. 135-137); “ifadənin yerində yoxlanılması haqqında” 18 iyun 2022-ci il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə Yevlax rayonu, Qaraoğlan kəndinin ərazisində boş torpaq sahəsində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Təsərrüfat Mərkzəinin balansında olan su nasosunun 6 ədəd dəmir boruları oğurladığı və oğurluq etdikləri yeri göstərmişdir. (iş vər. 166-168); məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 iyun 2022-ci il tarixli, 9/4301 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 ədəd hər birinin uzunluğu 5 metr, divarının qalınlığı 3 mm, diametri 25 sm olan dəmir boruların orta istismar müddəti və orta istismar intersivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayın olan orta bazar qiyməti təxminən 108 (6ədx18man) manat müəyyən edilir. Aztelekom MMC-nin MARF-nin Yevlax şöbəsinin XQİS-nin balasında olan 5 ədəd dəmir quğu qapağı barədə kifayət qədər məlumat (markası, ölçüləri, təyinatı, əmttə görünüşü, istismar yeri, istehsal illi, istismar müddəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır( iş vər. 149-151); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavablardan görünür ki Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır ( iş vər. 152-154); xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 öz müdafiəsi üçün dəlil gətirərək Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən 2 ədəd dəmir quyu qapağını oğurladığını bildirməsi barədə gətirdiyi dəlillər zərərçəkmiş hüquqi şəxslərin nümayəndəsinin ifadəsi, ifadənin yerində yoxlanması protokolu və digər istintaq sənədləri ilə təkzib edildiyindən vəsatət kimi qiymətləndirilərək rədd edilmişdir. Zərərçəkmiş hüquqi şəxslərin nümayəndəyələri Nümayəndə və Qanuni nümayəndə məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən təmsil etdikləri təşkilatlara dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri düzgün tövsif edilmişdirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri ilə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəmələrini, törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini, ilk dəfə olaraq az ağır cinayət törətmələrini, eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birinin himayəsində iki azyaşlı uşaqlarının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldıqları 2 (iki) gün, Təqsirləndirilən şəxs2 isə şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət onların cəzalarından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındıqları gündən hesablanmalı, təqsirləndirilən şəxslər barəsində polisin nərarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 20 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 2 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 9 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar