Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-153/2023 13.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu 1-ci Salamabad kəndində yaşayan, barəsində başqa polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 02 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində “B” kateqoriyalı AC 921305 seriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus «VAZ 21099» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevir-Xaldan avtomobil yolunun Yevlax rayonunun Əkşəm kəndinin ərazisindən keçən hissəsində Xaldan kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni diqqətini daimi dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmaqla hərəkət istiqamətində görmə şəraitini nəzərə almamaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə edərək yolu soldan sağa keçən piyada X5 vuraraq sonuncuya «baş beynin yumşaq toxumasına qansızma ilə ağırlaşan, açıq kəllə-beyin travması, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol qaşın əzilmiş yarası» ilə müşayiət olunan törəndiyi anda həyat üçün təhlükəli olan, bu əlamətlərinə görə sağlamlığa Ağır zərər vuran, ölümlə birbaşa səbəbli əlaqəli olan bədən xəsarətləri yetirməklə Şaiq Musayevin ehtiyatsızlıqdan açıq kəllə beyin travması ilə müşayiət edilən baş beyinin toxumalarına qansızma nəticəsində Mingəçevir ŞMX-da ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun özünə məxsus olan, etibarnamə əsasında idarə etdiyi “VAZ 21099” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində sözügedən avtomobil ilə Mingəçevir şəhərindən Xaldan kəndi istiqamətində hərəkətdə olmuşdur. O, Mingəçevir–Xaldan yolunun Əkşəm kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qəflətən yolun sol hissəsində, üzü Mingəçevir şəhəri istiqamətində dayanmış olan “Ford” markalı arxası yük daşımaq üçün xüsusi olaraq hazırlanmış süd daşıyan avtomobildən bir nəfər sərnişin aşağı düşmüş və iti addımlarla yolu soldan sağa keçməyə başlamışdır. Sonradan adının Şaiq olduğunu bildiyi sərnişin onun avtomobilinin qarşısına çıxdığından o, avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobili ilə Şaiqi vurmuşdur. O, piyadanı vurduqdan sonra dərhal avtomobildən düşmüş və “Ford” markalı avtomobilin tanımadığı sürücüsünün köməkliyi ilə Şaiqi tanımadığı avtomobilə əyləşdirərək Mingəçevir ŞMX-na aparmışlar. Ancaq təxminən 30 dəqiqə sonra Şaiqin ölməsi barədə həkimlər onlara məlumat vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman onun avtomobilinin surəti saatda təxminən 70-80 km/saat olmuşdur. O, yol-nəqliyyat hadisəsi baş verməzdən öncə spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. O, piyada Şaiq Musayevin avtomobildən düşərək piyada olaraq yolu keçmək istəməsini təxminən 5 metrlik məsafədən görmüşdür. O, əyləci sıxaraq avtomobili yolun sağ tərəfinə doğru çəksə də yolun sağ tərəf ehtiyyat hissəsində “Mercedes” markalı avtomobil dayandığından o, avtomobili yolun ehtiyyat hissəsinə çəkə bilməmişdir. Yolnəqliyyat hadisəsi baş verən zaman onun avtomobilində onunla birlikdə usta işləyən Şahid2 və fəhlə işləyən Yusibov Abdulla olmuşdur. Onların heç biri yol-nəqliyyat hadisəsi zamanı xəsarət almamışdırlar. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X6 onun oğludur. 02 iyun 2023-cü il tarixdə Şaiq Musayevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı o, yaşadığı Ağdaş rayonunda olmuşdur. Həmin gün təxminən saat 19:30 radələrində o, X11in yol-nəqliyyat hadisəsi keçirdiyini, yəni piyada olaraq yolu keçən zaman “Vaz 21099” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin onun oğlunu ehtiyyatsızlıqdan vurması nəticəsində öldüyünü bilmişdir. Baş verən hadisə ilə bağlı bildirmişdir ki, onun X11 subay olmuş, onunla birlikdə öz evlərində yaşamışdır. X11 təxminən hadisəsən 1 ay öncə Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yaşayan Elton adlı şəxsin oğlu Xamis adlı şəxsin yanında işə başlamışdır. Belə ki, təxminən 2023-cü ilin may ayının əvvəllərində o, Mingəçevir şəhəri “Mərkəzi Bazarında” tərəvəz məhsulları alan zaman təsadüfən Xamisi görmüş və sonuncu ona oğlu Şaiqi işə götürmək istədiyini, Xamisin süd daşıyan avtomobilində fəhlə kimi işləməsini istədiyini, qonşu rayonlardan süd alınan zaman südləri çənə yığacağını, bunun müqabilində gündəlik olaraq Şaiqə 8-10 manat arasında pul verəcəyini bildirmişdir. O da Xamislə razılaşmış və bir gün sonra oğlu Şaiq Xamisin süd avtomobilində işə başlamışdır. Xamisə məxsus olan süd avtomobilində onun xalası oğlu Fizuli sürücü kimi işləmiş, Şaiq isə həmin avtomobildə fəhləlik etmiş, yəni süd alındıqdan sonra südləri avtomobilin süd çəninə boşaltmışdır. 2023-cü ilin iyun ayının 2-də oğlu Fizuli ilə birlikdə Oğuz rayonundan süd alıb Mingəçevir şəhərinə gedən zaman onun oğlu Şaiq evə qayıtmaq üçün Xaldan- Mingəçevir yolunda avtomobildən düşmüş və yolun əks tərəfində Şaiqi gözləyən Ağdaş rayonu Yuxarı Nemətabad kənd sakini “Naska” ləqəbli şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşmək üçün yolu keçən zaman Mingəçevir şəhər istiqamətindən Xaldan kənd istiqamətində hərəkətdə olan “Vaz 21099” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin onun oğlunu ehtiyyatsızlıqdan vurması nəticəsində X11 ölmüşdür. Onun mərhum X11 ilə düşmənçiliyi olan, ədavəti olan şəxs və ya şəxslər olmamışdır. O, yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən Təqsirləndirilən şəxs tanımır. Onun mərhum X11in də Təqsirləndirilən şəxs tanıdığını zəgn etmir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 02 iyun 2023-cü il tarixdə qohumu X3 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin şahidi olmuşdur. Belə ki, o, 2023-cü ilin fevral ayının 23-dən Ağdaş rayonu Yuxarı Nemətabad kənd sakini Xamis adlı şəxsin süd avtomobilində sürücü kimi işləmişdir. Belə ki, o, qonşu rayonlara gedərək süd alır və yanında olan fəhlə südləri süd avtomobilinin çəninə boşaltmışdır. O, aylıq olaraq Xamisdən 450 manat pul almışdır. 2023-cü ilin may ayının əvvəllərində X9 fəhlə kimi işə götürmüşdür. Ancaq o, Şaiq Musayevin dəqiq olaraq nə qədər maaş aldığını bilməmişdir. O, gündəlik olaraq Şaiqi yaşadığı evdən götürərək birlikdə Oğuz rayonuna getmiş, Oğuz rayonundan süd satan şəxslərdən süd almışlar. Həmin südləri Şaiq süd avtomobilinə yükləmişdir. Onlar işlərini bitirdikdən sonra Mingəçevir şəhərinə getmişlər, çünki o, südləri Mingəçevir şəhərində yerləşən süd qəbulu məntəqəsinə apararaq təhvil verirmiş. Lakin Mingəçevir şəhərinə daxil olduqdan sonra Şaiq taksi ilə Ağdaş rayonuna qayıdırmış, onunla birlikdə süd qəbulu məntəqəsinə getmirmiş. Şaiqin vəzifəsi südləri avtomobilə yükləməkdən ibarət olduğundan Şaiqin onunla birlikdə məntəqəyə getməsinə ehtiyac olmamışdır. 02 iyun 2023-cü il tarixdə saat təxminən 18:30 radələrində o, Şaiqlə birlikdə Oğuz rayonundan işlərini bitirib Mingəçevir şəhər istiqamətində hərəkətdə olarkən təsadüfən Ağdaş rayonu Yuxarı Nemətabad kənd sakini Niyazi ilə telefonla danışmışdır. Telefon danışığı zamanı Niyazi Mingəçevir şəhərindən yaşadığı kəndə getdiyini bildirdiyindən o, Niyaziyə Şaiqi də özü ilə birlikdə aparmasını istəmişdir. Niyazi də onunla razılaşdığından o, Mingəçevir-Xaldan yolunun Əkşəm kəndindən keçən hissəsində avtomobilini üzü Mingəçevir şəhəri istiqamətində saxlamışdır. Bu zaman Niyazi də özünə məxsus olan “Mercedes-Benz” markalı avtombilini üzü Xaldan kənd istiqamətində saxlamışdır. Onun idarə etdiyi “Ford” markalı süd avtomobili ilə Niyazinin “Mercedes” markalı avtomobili parelel olaraq dayanmışdır. Yəni onun idarə etdiyi avtomobilin üzü Mingəçevir şəhər istiqamtində yolun sağ tərəf ehtiyyat hissəsində, Niyazinin avtomobili isə üzü Xaldan kənd istiqamətində yolun sol tərəf ehtiyyat hissəsində dayanmışdır. O, Niyazi ilə avtomobilin içərisindən söhbət etmişdir. Bu zaman Şaiq onun avtomobilindən düşərək avtomobilinin arxasından yola çıxaraq Niyazinin avtomobilinə tərəf hərəkət etməyə başlamışdır. Şaiq yolun yarısından bir qədər çox irəliləmiş, bu zaman “VAZ 21099” markalı ** BV *** markalı avtomobil Şaiqi vurmuşdur. Hadisədən sonra o, avtomobildən düşmüş və “VAZ 21099” markalı ** BV *** markalı avtomobilin sürücüsü ilə birlikdə yoldan keçən tanımadıqları avtomobil ilə Şaiqi Mingəçevir ŞMX-na aparmışlar. Lakin Şaiq dünyasını dəyişmişdir. Şaiq dəqiq olaraq onun avtomobilimdən düşdükdən sonra avtomobilin arxa hissəsindən yola çıxmışdır. O, həmin vaxt Niyazi ilə söhbət etdiyindən dəqiq olaraq Şaiqin yolu hansı surətlə keçdiyini, bilməmişdir. Ancaq ilk öncə Şaiq yola çıxan zaman iti addımlarla hərəkətə başladığını yan güzgüdən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 02 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində onunla usta işləyən tanışı Təqsirləndirilən şəxs avtomobili ilə Mingəçevir şəhərindən Xaldan kəndi istiqamətində hərəkətdə olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs məxsus olan “VAZ 21099” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində, Təqsirləndirilən şəxs arxasında əyləşmişdir. O, avtomobilin pəncərəsindən yola baxmışdır. Onlar təxminən Mingəçevir- Xaldan yolunun Əkşəm kənd hissəsinə çatdıqda yolun sol kənarında dayanmış olan süd daşıyan avtomobilin arxasından bir nəfər cavan oğlan qəflətən yola çıxmış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə sonradan adının Şaiq olduğunu bildiyi şəxsi vurmuşdur. Yolnəqliyyat hadisəsi zamanı Şaiq həyatını itirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid1 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X3 ölməsi fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Mingəçevir-Xaldan yolunun Yevlax rayonu Əkşəm kənd ərazisindən keçən hissəsində baş vermişdir. (iş vər.5-13); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2023-ci il tarixli 938 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2019-cu il tarixdə verdiyi BC seriyalı 921305 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx.xx.2029-cu ilədək qüvvədədir.(iş vər.26); AD seriyalı 542705 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21099 Minik” markalı ** BV *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxsdur.(iş vər.27) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır.(iş vər.34-35); Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 25 №li rəyindən görünür ki, 2002-ci il təvəllüdlü X3 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan açıq kəllə beyin travması, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol qaşın əzilmiş yarası bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa Ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. X1 meyitindən götürülmüş duru qan nümunəsinin kimyəvi tədqiqatında etil spirti, narkotik vasitə və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir.(iş vər.43- 45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-11/2-3212/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə regional “Asan xidmət” mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə AC 921305 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. (etibarlıq müddətixx.xx.2029-cu il tarixədək) Təqsirləndirilən şəxs DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük hüququndan məhdudlaşdırılmamışdır.(iş vər.56); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər. 57); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 09 avqust 2023-cü il tarixli 8/2155 saylı rəyindən görünür ki, VAZ-21099 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır.(iş vər.63-65); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( iş vər.88-89); Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ- 6438/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır.(iş vər. 93); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “ VAZ 21099” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax RPŞ-nin DYPB-nin cərimə meydançasına yerləşdirilmişdir.(iş vər. 147-154); Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir-Xaldan yolundan oğlu X3 ölümü ilə nəticələnən yol-nəqiliyyat hadisəsi ilə bağlı, sürücü Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur ona dəymiş ziyan ödənilmiş və gələcəkdə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur, iş üzrə maddi sübut hesab edilən “VAZ 21099” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21099” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-153/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-153/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver