Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-153/2024 10.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı1 Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təıqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza müddəti başa çatmamış, Yevlax şəhəri Ceyhun Mustafayev küçəsi ev 109-da qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 sentyabr 2024-cü il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yevlax rayon məhkəməsində cinayət işi olduğu zaman qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq 1,425 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamış, 18 mart 2024-cü il tarixdə Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Göygöl rayonunun Hacıməlik qəsəbəsində saxlanılaraq Göygöl rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində 19 mart 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Göygöl rayonu Polis Şöbəsinin inzibati binasında keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1,425 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 15 (on beş) ədəd kibrit qutularında və 02 (iki) ədəd polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,70 qram, 2,67 qram, 4,49 qram, 3,47 qram, 4,97 qram, 3,62 qram, 3,54 qram, 4,10 qram, 3,36 qram, 4,26 qram, 4,03 qram, 4,36 qram, 3,78 qram çəkidə, 3,81 qram, 4,07 qram, 1,72 qram, 1,89 qram olmaqla ümumi təmiz çəkisi 61,84 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən gündə və vaxtda istintaqa məlum olmayan mənbədən əldə etməklə üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri, 31-ci məhəllədə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax RPŞ-də keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində gəzdirdiyi bir ədəd qara rəngli sellofan torbanın içərisində 15 (on beş) ədəd kibrit qutularında və 02 (iki) ədəd polietilen paketlərdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ümumi cəmi təmiz çəkisi 61,84 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri olan elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Kür çayı kənarında olan zaman, yerdən siqaret qutusu görmüş və marağını cəlb etdiyindən, içərisinə baxan zaman bir ədəd sellofan bükümdə heroin olduğunu və narkotik istifadəsiçi olduğumdan həmin bükümü götürüb özümdə saxlamışdır.xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində həmin tapdığı heroinlə üzərində olarkən, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Göygöl rayonunun Hacıməlik qəsəbəsində saxlanılaraq Göygöl rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində 19 mart 2024cü il tarixdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Göygöl rayonu Polis Şöbəsinin inzibati binasında keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1,425 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa təxminən may ayının 19-da, o Yevlax rayon Kür çayının kənarında gəzərkən kolluqların arasından ağzı acıq formada qara sellofan tapmışdır.Həmin sellofanın içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, və həmin narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün elektron tərəzidə çəkib kibrit qutularına və sellofan torbalara bölmüşdür. 23 may 2024-cü il tarixdə 31-ci məhəllədə tapdığı içərisində kibrit qutularında və polieten paketlerə böldüyü qurdulmuş marixuana olan qara sellofan və həmin narkotik vasitə qurudulmuş marixuananı çəkdiyi elektoron tərəzi ilə hərəkətdə olan zaman Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş,və onun satış məqsədi ilə narkotik vasitə əldə edib, üzərində saxlamasında şübhəli olduğunu bildirmişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri, 31-ci məhəllədə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax RPŞ-də keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində gəzdirdiyi bir ədəd qara rəngli sellofan torbanın içərisində 15 (on beş) ədəd kibrit qutularında və 02 (iki) ədəd polietilen paketlərdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı ümumi cəmi təmiz çəkisi 61,84 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri olan elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmədən əməlindən peşman olmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Yevlax şəhərində 31-ci məhəllə yaxınlığında Qalibə yaxınlaşaraq özlərini təqdim edib və, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, daşıması,satışı və saxlanılması ilə məşqul olması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduğunu, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax RPŞ-də keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində gəzdirdiyi bir ədəd qara rəngli sellofan torbanın içərisində 15 (on beş) ədəd kibrit qutularında və 02 (iki) ədəd polietilen paketlərdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ümumi cəmi təmiz çəkisi 61,84 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri olan elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasına teleqram ünvanlayan, və ibtidai istintaq dövründəki ifadəsini təsdiq edən Şahid2 Şahid1 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında teleqram ünvanlayan və ibtidai istintaq dövründəki ifadəsini təsdiq edən Şahid4 ifadəsində gösdərmişdir ki, xx.xx.2024-cü il tarixdə əvvəlcədən yerini bildikləri Göygöl rayonu Hacıməlik qəsəbəsində olan Qalibə yaxınlaşaraq özlərini təqdim edib və, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, daşıması, saxlanılması ilə məşqul olması barədə Göygöl rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduğunu, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Qalib üzərinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Göygöl rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində 19 mart 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Göygöl rayonu Polis Şöbəsinin inzibati binasında keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1,425 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında iştirak edə bilməyən və ibtidai istintaq dövründəki ifadəsi elan olunan Şahid3, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki Təqsirləndirilən şəxs 19 mart 2024cü il tarixdən tutlmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 mart 2024-cü il tarixdə qəbul edilmiş “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(039)-53/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 may 2024-cü il tarixdən saat 17:50-dən hesablanmışdır. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-55/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 19 mart 2024-cü il tarixli 16/366 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı, digər adlar və imzalar yazılmış 01(bir) ədəd kağız paketin içərisindəki 01(bir) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi – 1,425 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 1.425 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq- 1,345 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 24 may 2024-cü il tarixli 3-16-16-2- 17/471 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi-axtarış və götürmə zamanı aşkar olunmuş” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 15 (on beş) ədəd kibrit qutularında və 02 ədəd polietilen paketlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-3,70qr., 2,67qr., 4,49qr., 3,47qr., 4,97qr., 3,62qr., 3,54qr., 4,10qr., 3,36qr., 4,26qr., 4,03qr., 4,36qr., 3,78qr., 3,81qr., 4,07qr., 1,72qr., və 1,89qr., ümumi çəkiləri – 61,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi təmiz çəkisi 61.84 qram, tədqiqata sərf edildi 0,34 qram, qalıq 61.50 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 19 iyun 2024-cü il tarixli 3-16-16-2- 17/537 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi-axtarış və götürmə zamanı aşkar olunmuş 01 ədəd gümüşü-boz rəgli elektron tərəzi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü-boz rəngli elektron tərəzinin üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır.Həmin çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı.Tədqiqata təqdim edilmiş, 01 ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş çətənə kannabis bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin hissəciklərlə təqdim edilmiş qurudulmuş marixuanaların müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 25 may 2024-cü il tarixli 906 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində olan ********** N-li cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilən məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1(039)-55/2024 saylı xx.xx.2024cü il tarixli hökmdə gösdərilən cəzasını çəkməmişdir. Məhkəmə hesab edir ki CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 ” iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən: CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər.
28. Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir.
5. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 23 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınan 01 ədəd kompakt disk cinayət işi materiallarında saxlanılmalı və Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 1,345 qram miqdarında olan narkotik vasitə heroin, 61,50 qram narkotik vasitə-qurudulmuş marixuana, və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100.92 (yüz manat doxsan iki qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 06 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il müddətinə, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunсун. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə цзяриндя 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 03(üç) il 08(səkkiz) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının iki gün bir günə bərabər tutulmaqla, 11 (ay) 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100.92 (yüz manat doxsan iki qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan 01 ədəd kompakt disk cinayət işi materiallarında saxlanılsın və Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 1,345 qram miqdarında olan narkotik vasitə heroin, 61,50 qram narkotik vasitə-qurudulmuş marixuana, və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə