Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-153/2025 03.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X4 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2026-cı il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nəbati küçəsi, ev 5-də qeydiyyatda olan, Yevlax şəhəri, R.Məmmədov küçəsi, ev 27-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Yevlax şəhəri, R.Məmmədov küçəsində Zərərçəkmiş şəxs yaşadığı evin və ticarətlə məşğul olduğu mağazanın qarşısında sonuncu ilə söhbət edərkən Zərərçəkmiş şəxs ondan əvvəllər nisyə aldığı ərzaq məhsullarının pulunu ödəməsini Təqsirləndirilən şəxs xahiş edən zaman sonuncu nisyə aldığı ərzaq məhsullarının pulunu ödəməyəcəyini Zərərçəkmiş şəxs üzünə qarşı deyərək heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən küçədə öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan digər şəxsin yanında ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq sonuncuya sağlamlığa yüngül zərər vuran sağ tərəf alt çənə nahiyəsinin cərrahı tikişə ehtiyacı olan əzilmiş yarası xəsarətini yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə qəsdən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs özünü CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməldə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Nüsrətlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsində kiçik ərzaq mağazası var və mağazada ərzaq məhsulları satır. 2025ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs mağazasından 6,30 manatlıq qənd, pesok və çörək almışdır. Pulu olmadığı üçün borcunu ödəyə bilməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində evinin qarşısında telefonla danışarkən Zərərçəkmiş şəxs ona olan pul borcunu nəyə görə vermədiyini soruşmuş və ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bundan əsəbləşərək Nüsrətin üstünə gəlib yumruqla Nüsrətin çənə nahiyəsinə bir dəfə zərbə vurmuş və zərbənin təsirindən Nüsrət yerə yıxılmışdır. Bundan sonra öz yaşadığı evə getmiş, Yaşar adlı qonşusu isə Nüsrətin yanına gedib Nüsrəti yerdən durmağa kömək edərək Nüsrəti öz evlərinə aparmışdır. Hazırda törətdiyi əməldən səmimi olaraq peşimandır və zərərçəkmiş şəxsdən üzr istəmişdir. Məhkəməyə ərizə təqdim edərək özünü CM-in 221.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi olaraq peşman olduğunu və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Əvvəlki, yəni xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında özünə məxsus evin həyətyanı sahəsində kiçik ərzaq mağazası var. Mağazada pesok, qənd, çörək satır. Təqsirləndirilən şəxs onun qonşusudur. Nahid təxminən 4 ay əvvəl onun mağazasından 6,30 manatlıq qənd, pesok və çörək almış, lakin bu günə qədər həmin pulu ondan dəfələrlə istəməyinə baxmayaraq pulu verməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində evinin qarşısında mağazanın girişində olduğu zaman Təqsirləndirilən şəxs öz evinin qarşısında dayandığını görmüş və Nahiddən nəyə görə ona olan 6.30 manat borcunu vermədiyini soruşmuşdur. Həmin vax Nahid onun ünvanına ucadan nalayiq təhqiramiz söyüşlər söyərək yumruqla onun çənəsinin alt hissəsindən bir dəfə zərbə ilə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt ora gələn qonşusu Yaşar onu yerdən durmağa köməklik edərək onu öz evinə aparmışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib qonşusu Nahidin onu vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsi bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, R.Məmmədov küçəsində yaşayır. Onunla eyni küçədə yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsində kiçik ərzaq mağazası var. O, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində evinin qarşısında qaz borusunun üzərində oturub telefonla baxarkən, Nüsrət Nahidə “mənim pulumu niyə vermirsən” demişdir. Həmçinin onların biri birinin ünvanına təhqiramiz söyüşlər söydüklərini eşitmişdir. Həmin vaxt başın qaldırıb onlara baxan zaman Nahidin Nüsrəti vurduğu üçün Nüsrətin arxası üstə yerə yıxıldığını görmüşdür. Nüsrət ayağa qalxan zaman Nahid yenidən Nüsrətin üstünə cumaraq Nüsrəti vurmaq istəyəndə o, araya girmiş və Nahidin Nüsrəti yenidən vurmasına imkan verməmişdir. Onları aralaşdıraraq Nüsrətin qolundan tutub öz evinin həyətyanı sahəsinə aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında qərardan görünür ki, HK-1/1539 nömrəli material üzrə xx.xx.2025ci il tarixdə qəbul edilmiş Təqsirləndirilən şəxs barəsində “cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi” haqqında qərar əsassız olduğuna görə ləğv edilməsi və həmin material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2025ci il tarixli 494 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ tərəf alt çənə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2025ci il tarixli 03/494/ə saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ tərəf alt çənə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt alətin (bu yumruq və ya hər hansı küt əşyada ola bilər) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. xx.xx.2025-ci il tarixli cinayət işinin icraata götürülməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törtəmiş şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); İİ hissəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs (əməli) həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndləri həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə işin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 9 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 9 (doqquz) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 99 (doxsan doqquz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 9 (doqquz) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 99 (doxsan doqquz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlasx rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-153/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-153/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver