Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-155/2022 28.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Yevlax şəhəri, 32-ci məhəllədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə 21 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri, 32-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub evin damından evə qanunsuz daxil olub, evdə heç kəsin olmamasından istifadə edərək evin otaqlarından Zərərçəkmiş şəxs məxsus 108.00 manat dəyərində 1 ədəd 120 metr uzunluğunda, “H07V- K” markalı, 1 x 6.0 mm2 ölçüdə miss metaldan olan işlənməmiş vəziyyətdə elektrik naqillərini, 22.50 manat dəyərində 1 ədəd 25 metr uzunluğunda, “H07V-K” markalı, 1 x 6.0 mm2 ölçüdə miss metaldan olan işlənməmiş vəziyyətdə elektrik naqillərini və 13.50 manat dəyərində 1 ədəd 15 metr uzunluğunda, “H07V-K” markalı, 1 x 6.0 mm2 ölçüdə miss metaldan olan işlənməmiş vəziyyətdə elektrik naqillərini qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 144 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, fəhləlik edərək qazanc əldə edir. Lakin son zamanlar iş olmadığı üçün maddi cəhətdən çətinlik çəkməyə başlamış və qərara almışdır ki, oğurluq etsin. 21 aprel 2022-ci il tarixdə, saat təxminən 17:00-da qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evləri tərəfə getmiş və evdə kimsənin olmadığını müəyyən etmişdir. Buna əmin olduqdan sonra hasardan aşaraq evin həyətinə düşmüşdür. Oradan isə evin damına çıxmış və damın açıq olan hissəsindən evin içinə daxil olmuşdur. Otaqların birində elektrik naqillərinin olduğunu görmüş və həmin naqilləri götürərək evin pəncərəsindən çıxıb getmişdir. Oğurladığı elektrik naqilləri yaşadığı evin yaxınlığında boş torpaq sahəsində yandıraraq misini çıxarmış və misi aparıb yaşadığı evin həyətində gizlətmişdir. Bundan bir neçə saat sonra küçədə ağ rəngli VAZ-21011 markalı avtomobilin sahibinin dəmir metal tullantıları aldığını görmüşdür. Evdə gizlətdiyi misi aparıb həmin şəxsə 30 manata satmışdır. Bundan sonra polis əməkdaşları onu saxlamış və o, etdiyi əməli səmimi etiraf etmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyi, himayəsində bir azyaşlı övladının olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Yevlax şəhəri, 32-ci məhəllədə fərdi yaşayış evləri var. 21 aprel 2022-ci il tarixdə günorta saatlarında evdən çıxıb qohumları gilə qonaq getmişlər. Bu zaman evin qapısını və həyət darvazasını qıfılla bağlamışlar. Həmin gün axşam tərəfi evlərinə qayıtdıqdan sonra evin arxa otağının pəncərəsinin açıq olduğunu görmüş, evə nəzər saldıqda evdən təzə aldığı 120 metr, 25 metr və 15 metr elektrik naqillərinin oğurlandığını müəyyən etmişdir. Buna görə də o, əvvəlcə 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə polis şöbəsinə gedərək şikayət ərizəsi vermişdir. Sonradan isə ona məlum olmuş ki, onun evindən elektrik naqillərini qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı artıq ödəmişdir. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2022-ci il tarixli 9/3676 saylı rəyində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən elektrik naqillərinin 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. - 1 ədəd 120 metr uzunluğunda, “H07V-K” markalı, 1 x 6.0 mm2 ölçüdə miss metaldan olan işlənməmiş vəziyyətdə elektrik naqilləri – 108.00 (120 x 0.90 manat) manat; - 1 ədəd 25 metr uzunluğunda, “H07V-K” markalı, 1 x 6.0 mm2 ölçüdə miss metaldan olan işlənməmiş vəziyyətdə elektrik naqilləri - 22,50 (25 x 0.90 manat) manat; - 1 ədəd 15 metr uzunluğunda, “H07V-K” markalı, 1 x 6.0 mm2 ölçüdə miss metaldan olan işlənməmiş vəziyyətdə elektrik naqilləri – 13.50 (15 x 0.90 manat) manat;. (səh. 76- 79) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, mütəxəssis rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, bu cinayət işi üzrə müəyyən edilmiş zərəri tam ödəməsini, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olmasını, Vətən müharibəsində iştirak etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxsnin üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Onun 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 45 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 45 (qırx beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-155/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-155/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver