Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-155/2024 28.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə, saat təxminən 14 radələrində qonşusu Zərərçəkmiş şəxs icazəsi ilə sonuncuya məxsus olan “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını götürüb avtomobilə əyləşdikdən sonra Zərərçəkmiş şəxs məxsus “UNİBANK“ ASC-nin 4098 **** **** 5464 nömrəli “leobank” plastik bank kartını görərək həmin kartdan gizli olaraq pul oğurlamaq qərarına gəlib bank kartını götürüb özü ilə apararaq 31 yanvar 2024-cü il tarixdə saat 19:12-də Yevlax şəhərində Avtovağzalın yaxınlığında yerləşən “Neptun” supermarketin qarşısında quraşdırılmış “Kapital Bank”a məxsus bankomata 4098 **** **** 5464 nömrəli “leobank” plastik bank kartını daxil edərək kartın pin kodu yerinə Zərərçəkmiş şəxs doğum təvəllüdünün ilini yəni 1972 nömrəsini yazıb kartı aktiv edərək kart hesabından vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus 201 (iki yüz bir) manat pulu, 31 yanvar 2024-cü il tarixdə saat 19:13-də 4098 **** **** 5464 nömrəli “leobank” plastik bank kartını yenidən həmin bankomata daxil edərək eyni üsul ilə Zərərçəkmiş şəxs məxsus 201 (iki yüz bir) manat pulu, 31 yanvar 2024-cü il tarixdə saat 19:13-də 4098 **** **** 5464 nömrəli “leobank” plastik bank kartını yenidən həmin bankomata daxil edərək eyni üsul ilə Zərərçəkmiş şəxs məxsus 201 (iki yüz bir) manat pulu, 31 yanvar 2024-cü il tarixdə saat 19:14-də 4098 **** **** 5464 nömrəli “leobank” plastik bank kartını yenidən həmin bankomata daxil edərək eyni üsul ilə Zərərçəkmiş şəxs məxsus 201 (iki yüz bir) manat pulu, 31 yanvar 2024-cü il tarixdə saat 19:15-də 4098 **** **** 5464 nömrəli “leobank” plastik bank kartını yenidən həmin bankomata daxil edərək eyni üsul ilə Zərərçəkmiş şəxs məxsus 101 (yüz bir) manat məbləğində pulu çıxararaq gizli talamaqla ələ keçirərək Zərərçəkmiş şəxs cəmi vahid niyyətlə 905 (doqquz yüz beş) manat məbləğində maddi ziyan vurmaqla qəsdən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və hazırda "xxxx" MMC-də fəhlə işləyir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, qonşudurlar və münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs məxsus «Kia Sorrento» markalı maşından zərərçəkmiş şəxsə məxsus Leobanka məxsus bank kartını götürərək, zərərçəkmiş şəxsin xəbəri olmadan komissya haqqı ilə birlikdə hissə-hissə 905 (doqquz yüz beş) manat pul çıxartmışdır. Zərərçəkmiş şəxsə vurduğu ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmışlar və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Hazırda əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsiylə birlikdə yaşayır. Yevlax rayon Mərkəzi Bazarında balıq alveri ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs ilə qonşudurlar və münasibətləri həmişə yaxşı olmuşdur. 31 yanvar 2024-cü il tarixdə saat təxminən 14 radələrində o, özünə məxsus “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətinin çöl qapısının qarşısında saxlamışdır. Həmin vaxt avtomobilin içərisində özünə məxsus olan əşyalar, ona məxsus içərisində 960 (doqquz yüz altmış) manat pul olan 4098 **** **** 5464 nömrəli “Leobank”-a məxsus depozit kartı və digər əşyalar olmuşdur. Həmin vaxt avtomobilin qapısı bağlı olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 14 radələrində evinə gələrək ondan avtomobildə olan qəpiyi götürüb çörək almaq üçün avtomobilin açarını istəmişdir. Şahmar mütəmadi olaraq yaşadıqları evə gedib-gəldiyi üçün aralarında yaxşı ünsiyyətləri olmuşdur. Buna görə də o, Şahmara etibar etdiyi üçün idarə etdiyi avtomobilin açarını ona vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra Şahmar açarı gətirib özünə qaytarmışdır. O, həmin vaxt Şahmarın avtomobildə olan depozit kartını oğurladığını bilməmişdir. Həmin gün, yəni 31 yanvar 2024-cü il tarixdə saat 19:13 radələrində “Samsung” markalı mobil telefonunda olan “Leobank” mobil tətbiqinə birinci dəfə kartından 201 (iki yüz bir manat) manat məbləğində pul çıxarılması barədə mobil telefonuna mesaj bildirişi gəlmişdir. Bundan sonra ardıcıl olaraq 3 dəfə kartından 201 (iki yüz bir manat) manat, 1 dəfə 101(yüz bir) manat, ümumilikdə isə 3 dəqiqə ərzində 905 (doqquz yüz beş) manat məbləğində pulun Yevlax rayonu ərazisində yerləşən bankomatlar vasitəsilə çıxarılması barədə mesaj bildirişi gəlmişdir. O, həmin vaxt nə baş verdiyini anlamamış və özünə məxsus yaşadığı evin həyətinin çöl qapısının qarşısında saxladığı avtomobilə yaxınlaşıb avtomobilin sürətlər qutusunun qarşısında özünə məxsus başqa sənədlər və kartlar qoyduğu yerə baxarkən “Leobank”-a məxsus depozit kartının həmin yerdə olmadığını aşkar etmişdir. Daha sonra avtomobilin içərisinə, salonuna və ayaqaltılarına ətraflı baxmışdır, lakin kartını tapa bilməmişdir. Daha sonra 31 yanvar 2024-cü il tarixdə avtomobilinin açarını Şahmara verdiyi üçün “Leobank”-a məxsus depozit kartının Şahmar tərəfindən oğurlanmasından şübhələnib dərhal Şahmarın istifadəsində olan mobil nömrəsinə zəng etmişdir. Şahmar isə 15 dəqiqə ərzində evə gələcəyini demişdir. Lakin sonradan Şahmarın gəlmədiyini görüb evinə getmişdir. Baş vermiş hadisəni anası Şahid2 danışmışdır. Həyat Nərimnova isə məsələnin ona aid olmadığını bildirmiş və bundan sonra o, baş vermiş hadisə barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlamış, odan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə qonşudurlar və münasibətləri həmişə yaxşı olmuşdur. Əri Osman müxtəlif vaxtlarda Şahmara maddi cəhətdən yardım etmişdir. Sonuncu dəfə 31 yanvar 2024cü il tarixdə saat təxminən 14 radələrində əri Osman özünə məxsus “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları evin həyətinin çöl qapısının qarşısında saxlamış və Osmanla Şahmar birlikdə qapıdan içəri girmişlər. Həyətə girdikdən sonra Şahmar maşının içini təmizləmək üçün ondan maşının açarını istəmişdir. O əvvəlcə açarı vermək istəməsə də, sonradan maşının qapılarını açmış və açarı özündə saxlamışdır. Şahmar əvvəlcə maşının arxa qapısını açmış və qəpik tapdığını ona bildirərək, ondan çörək almaq üçün əlavə pul istəmişdir. Sonra Şahmar gedib çörək alıb qayıtmışdır. Daha sonra Şahmar Osmanla birlikdə onların evində yemək yemiş və sonra çıxıb getmişdir. Həmin gün axşam əri Osmanla birlikdə aptekə gedib dərman almışlar və əri Osman həmin vaxt kartından pul çıxdığını bildirərək, ondan kartını kiməsə verdiyini soruşmuşdur. O da Osmana kartını heç kimə vermədiyini bildirmiş və həmin vaxt kartın Şahmar tərəfindən götürülə biləcəyini demişdir. Osman kartın Şahmar tərəfindən götürüldüyünə inanmamışdır. Sonra onun (şahidin) qardaşının vasitəsi ilə Şahmarla əlaqə saxlamışlar və Şahmar bir azdan gələcəyini bildirsə də, sonradan Şahmarın telefonuna zəng çatmamışdır. Şahmarın gəlmədiyini görüb onun yaşadığı evə getmişlər və baş vermiş hadisəni Şahmarın anası Şahid2 danışmışlar. Şahid2 isə heç nə deməmiş və şikayət etmələrini bildirmişdir. Buna görə də Osman baş vermiş hadisə barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə qonşudurlar və münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs onun oğludur. 31 yanvar 2024-cü il tarixdə Osman və arvadı onun (şahidin) yaşadığı evə gələrək, oğlu Şahmarın maşından kart götürdüyünü və kartdan pul çıxartdığını demişlər. Oğlu Şahmarın oğurluq etməsinə inanmamış və şikayət etməsini demişdir. Həmin vaxt oğlu Şahmarın oğurluq etməsinə inanmamışdır. Sonradan oğlunun oğurluq etməsindən əmin olduqdan sonra ziyanı tam şəkildə ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şahmar Nərimaovun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs adına olan 4098******5464 saylı «Leobank»a məxsus depozit kartından hesab üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 60 (altmış) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 11 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax şəhəri M.F.Axundov küçəsi ev 26-da yerləşən evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs adına olan 4098*******5464 nömrəli “Leobank” a məxsus depozit kartından hesab üzrə çıxarış cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim :Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-155/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-155/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver