Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-156/2021 03.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1995-ci il tarixdə Oğuz rayonu, Tayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu, Tayıflı kəndində qeydiyyatda olan və yaşayan, 26 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 22 aprel 2021-ci il tarixdə saat 19 radələrində, sərxoş vəziyyətdə əvvəllər təsərrüfatında çoban işlədiyi Yevlax rayonunun Qaraməmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində, sonuncunun ona təsərrüfatında daha işləməməsini və özünə başqa yerdə iş tapmasını deməsini bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə uca səslə mübahisə edərək daha sonra öz hərəkətlərini evin qarşısındakı ictimai yer hesab edilən küçədə davam etdirib öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə digər şəxslərin yanında onun ünvanına uca səslə nalayiq söyüşlər söyüb üzərində olan istintaqla müəyyən edilməyən bıçağı çıxarıb “səni doğrayacam” deyərək zor tətbiq etməklə hədələyib silah qismində istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs sağ qolunun dirsək nahiyyəsindən bir dəfə qəsdən vurub ona “sağ dirsək çüxurunun kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirməklə ətrafda yaşayan şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib, ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Oğuz rayonu, Tayıflı kəndində doğulmuş və valideyinləri ilə birlikdə həmin kənddə yaşayır. Müxtəlif rayon və kəndlərdə ayrı-ayrı şəxslərə məxsus fermalarda malabaxan işləmişdir. Yevlax rayonu, Qaraməmmədli kəndində yaşamış Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Fəridlə heç bir qohumluq münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin yanvar ayında ferma makleri işləmiş xatırlamadığı şəxsdən Fəridin mobil telefon nömrəsini öyrənib Fəridə zəng etmişdir. Fəridə təsərrüfatında malabaxan işləmək istədiyini demişdir. Fərid onu Yevlax rayonu, Qaraməmmədli kəndinə, yaşadığı ünvana dəvət etmişdir. O, təxminən iki ildir qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşadığı Şəmkir rayonu, Könüllü kənd sakini X2 ilə birlikdə Qaraməmmədli kəndinə, Fəridin yaşadığı ünvana getmişdir. Fərid yaşadığı evin həyətində yerləşən mal tövləsində saxladığı təxminən 40-50 baş iribuynuzlu heyvanlara qulluq edəcəklərini, yaşadığı evə bitişik olan evdə yaşayacaqlarını, hər ay Sücayətlə ona cəmi 300 manat əmək haqqı verəcəyini demişdir. O və Sücayət Fəridlə razılaşmışdır. Həmin vaxtdan sonra o, Sücayətlə birlikdə Fəridə məxsus evdə məskunlaşmış və Fəridə məxsus heyvanlara qulluq etmişlər. 2021-ci ilin aprel ayının ortalarında o, Fəridə əmək haqqı kimi verdiyi 300 manat pulun az olduğunu, 300 manata işləməyin ona sərf etmədiyini demişdir. Fərid ona 300 manatın sərf etmədiyi halda özünə başqa iş tapmağı və təsərrüfatından getməyini demişdir. O, Fəridə bir neçə gün vaxt verməsini və özünə iş yeri tapdıqdan sonra gedəcəyini demişdir. 22 aprel 2021-ci il tarixdə səhər saatlarında Tərtər rayonuna getmiş və həmin rayonun adını xatırlamadığı kəndində yerləşən Nadir adlı şəxsə məxsus fermada iş tapmışdır. Həmin gün saat 18 radələrində Fəridin yaşadığı ünvana gəlmişdir. Şam yeməyi yeyərkən təxminən 150 qram spirtli içki olan araq içmişdir. Bundan sonra Sücayət ona Fəridin “mən sizə necə inanım, Sakit evdən telefon oğurlayıb” dediyini bildirmişdir. O, Sücayətə Fəridin evindən telefon oğurlamadığını, günlərin birində mobil telefonunu Fəridin evində elektrikə qoşduğunu, sonra telefonu evdən götürdüyünü demişdir. Saat 19 radələrində Fərid həyətə gəldikdən sonra Fəriddən nə səbəbə Sücayətə yalan olaraq evindən oğurluq etdiyini dediyini soruşmuşdur. Həmin vaxt Fərid ona nalayiq söyüşlər söymüşdür. Onlar dalaşa-dalaşa küçəyə çıxmış, dava küçədə davam etmiş və ətrafa Fəridin qonşuları toplaşmışdır. Bundan sonra cibindəki qatlanan bıçağı çıxarıb açmışdır. Fərid əlləri ilə ona zərbə endirən zaman bıçaq Fəridin qoluna dəymişdir. Fəridin qolu kəsilmiş və həmin nahiyəsindən qan axmışdır. Bədən xəsarəti aldığı üçün Fərid oradan uzaqlaşmışdır. O, Sücayətlə birlikdə həmin ünvandan getmişdir. Hadisə təxminən 10-25 dəqiqə ərzində davam etmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Ailəsini dolandırmaq üçün yaşadığı evin həyətində yerləşən tövlədə iribuynuzlu mal-qara saxlayır. Şəmkir rayonu, Könüllü kənd sakini X2 təxminən 3-4 ildir ona məxsus evdə yaşamışdır. Sücayət ona məxsus heyvanlara qulluq etmiş, sağmış və digər işlər yerinə yetirmişdir. Sücayətə hər ay 200 manat pul vermişdir. 2019-cu ilin sonlarında Sücayət onun evindən getmişdir. Sücayət 2021-ci ilin yanvar ayında yenidən ona məxsus təsərrüfata qayıtmışdır. Həmin vaxt Sücayət Sakit adlı şəxslə birlikdə gəlmişdir. Sücayət Sakitlə evləndiyini və ər-arvad münasibətində yaşadığını demişdir. O, Sücayətin Sakitlə birlikdə yaşamağına etiraz etməmişdir. 2021-ci ilin mart ayında Sücayət Sakitlə mübahisə etmiş və Sakitə getməsini demişdir. Həmin vaxt Sakit getmiş, Sücayət isə onun təsərrüfatında qalmışdır. 2021-ci ilin aprel ayının 18-də, ya da 19-da Sakit yenidən onun yaşadığı ünvana gəlmişdir. Sakit ona “burda mənə iş verin işləyim” demişdir. Sakitə “iş yoxdur, özünüzə iş tapın” demişdir. Sakit bir neçə gün müddətində onun yaşadığı evdə qalacağını, iş yeri tapdıqdan sonra gedəcəyini demişdir. O, Sakitə getməsi üçün bir neçə gün vaxt vermişdir. 22 aprel 2021-ci il tarixdə saat 09-10 radələrində Sakit iş yeri axtarmaq üçün evdən getmiş və saat 17:30 radələrində qayıtmışdır. Sakit Tərtər rayonunda yerləşən fermaların birində iş tapdığını, səhəri gün həmin fermaya gedəcəyini demişdir. O, yaşadığı evdən çıxıb sahəyə getmiş və təxminən bir saat sonra evinə qayıtmışdır. Yaşadığı evin həyətində olarkən Sakit onun üstünə gəlmişdir. O, Sakitin spirtli içki qəbul edib sərxoş vəziyyətə olduğunu görmüşdür. Sakit ona nalayiq söyüşlər söyməyə başlamışdır. Sakitə söyüş söyməməsini, qonşuların eşidəcəyini demişdir. Həmin vaxt onun yanına qonşusu Allahverdi gəlmişdir. Allahverdi Sakitin onunla dalaşdığını və Sakitin sərxoş vəziyyətdə olduğunu görmüşdür. Allahverdi Sakitə sakitləşməsini, dava etməməsini demişdir. Lakin, Sakit Allahverdiyə məhəl qoymamış və yenidən ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra Sakit cibindən bir ədəd qatlanan bıçaq çıxarıb açmış və ona “səni doğrayacam” demişdir. Sakit ona yaxınlaşıb əlindəki bıçaqla onun bədəninə doğru zərbə endirmişdir. O, arxaya çəkilmiş və həyətdən küçəyə çıxmışdır. Küçəyə xeyli sayda qonşular toplaşmışdır. Sakit əlindəki bıçaqla Allahverdinin və digər qonşularının gözü qarşısında onun sağ qolunun qatlanan hissəsindən bir dəfə vurmuşdur. Onun qolu kəsilmiş və qan axmışdır. Bundan sonra atası Xaqani və əmisi Marif onun yanına gəlmişdir. Qonşuları Sakiti və Sücayəti onun yaşadığı ünvandan aparmışlar. O, telefonu ilə 102-yə zəng edərək Sakitin ona bıçaqla xəsarət yetirməsini demişdir. Həmin gün o, Sakitin barəsində Yevlax rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. O, Yevlax şəhər mərkəzi xəstəxanasına getmiş və həkim onu müayinə edərək tibbi yardım göstərmişdir. Təxminən 15 gün sonra onun qolundakı xəsrəti tamamilə sağalmışdır. Hadisə zamanı onun yanında qonşusu Allahverdi və digər qonşuları olmuş, həmin şəxslər Sakitin bıçaqla ona bədən xəsarəti yetirdiyini görmüşlər. Sonradan isə hadisə yerinə onun atası Xaqani, əmisi Marif və digər qohumları gəlmişdir. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam edib bitmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailə üzləri ilə birlikdə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun yaxın qonşusudur. 2021-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək Oğuz rayon sakini Sakit adlı şəxs qeyri-rəsmi yaşadığı Sücayət adlı qadınla birlikdə Fəridin evində yaşamış və Fəridə məxsus mal-qaranı saxlamışdır. Fəridin Sakit və Sücayətə qarşı münasibəti həmişə yaxşı olmuş, aralarında əvvəllər heç vaxt dava-dalaş baş verməmişdir. 22 aprel 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olmuşdur. Həmin vaxt Fəridin yaşadığı ünvandan dava-dalaş səsinin gəldiyini eşitmişdir. Nə baş verdiyini bilmək üçün yaşadığı evdən çıxıb Fəridin yaşadığı ünvana getmiş və Sakitin Fəridlə mübahisə və dava etdiyini görmüşdür. Həmin vaxt Sakit sərxoş vəziyyətdə olmuş və Sakit Fəridə nalayiq söyüşlər söymüşdür. O, Sakitə sakitləşməsini, Fəridlə dava etməməsini, söyüş söyməməsini, ətrafda qonşuların olduğunu demişdir. Lakin, Sakit ona məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Sakit yenə də Fəridin ünvanına nalayiq söyüşlər söymüş, əynindəki şalvarın arxa cibindən bıçaq çıxarıb açmış və bıçağı əlində saxlamışdır. Sakit əlindəki bıçaqla Fəridi hədələmiş və Fəridə bədən xəsarəti yetirəcəyini demişdir. Sakitə bıçağı kənara atmasını və sakitləşməsini demişdir. Sakit yenə də ona məhəl qoymamış və Fəridlə həyətdən küçəyə çıxmışdır. Dava səsinə yaxınlıqla yaşamış qonşular küçəyə çıxmış və ətrafa toplaşmışlar. Həmin vaxt Sakit əlindəki bıçaqla Fəridə hücum etmiş və bıçaqla Fəridin sağ qolundan bir dəfə vurmuşdur. Fəridin qolu kəsilmiş və həmin nahiyəsindən qan axmışdır. Fərid mobil telefonla 102-yə zəng edərək Sakitin bıçaqla Fəridə bədən xəsarəti yetirməsi barədə məlumat vermişdir. Təcili tibbi yardım avtomobili gələrək Fəridi Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş verərək bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Fərid ailə üzvləri ilə birlikdə onun yaxın qonşuluğunda yaşayır. 2021-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək olan müddət ərzində Oğuz rayon sakini Sakit adlı şəxs qeyrirəsmi yaşadığı Sücayət adlı qadınla birlikdə Fəridin evində yaşamış və Fəridə məxsus mal-qaranı saxlamışdır. Fəridin Sakit və Sücayətə qarşı münasibəti həmişə yaxşı olmuş, arasında əvvəllər heç vaxt dava-dalaş baş verməmişdir. 22 aprel 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində olmuşdur. Həmin vaxt Fəridin yaşadığı ünvandan dava-dalaş səsi eşitmişdir. Nə baş verdiyini bilmək üçün yaşadığı evdən çıxıb Fəridin yaşadığı ünvana getmişdir. Həmin vaxt o, küçəyə xeyli sayda qonşuların toplaşdığını, Sakitin Fəridlə mübahisə etdiyini və dalaşdığını görmüşdür. Həmin vaxt Sakit sərxoş vəziyyətdə olmuş və Fəridə nalayiq söyüşlər söymüşdür. Fəridin sağ qolunun kəsildiyini və həmin nahiyəsindən qan axdığını görmüşdür. Fəridin atası Xaqani də onların yanına gəlmişdir. O, Sakitin əlində bıçaq olduğunu görmüş və Fəridə qolundan kəsilmiş xəsarəti Sakitin yetirdiyini bilmişdir. Sakit əlindəki bıçaqla ətrafdakı şəxsləri hədələmiş və heç kimin yaxınlaşmamasını tələb etmişdir. Bir neçə dəqiqə sonra Sakit Sücayətlə birlikdə Fəridin yaşadığı ünvandan getmişdir. Bundan sonra hadisə bitmişdir. Fərid mobil telefonla 102-yə zəng edərək Sakitin bıçaqla Fəridə bədən xəsarəti yetirməsi barədə məlumat vermişdir. Təcili tibbi yardım avtomobili gələrək Fəridi Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş verərək bitmişdir. Sakitin Fəridlə dalaşması, nalayiq söyüşlər söyməsi ilə bağlı qonşu kimi onun və ailə üzvlərinin, eləcə də digər qonşuların birgə yaşayış qaydalarına hörmətsizlik edilmiş, onların istirahəti pozulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 Yevlax rayon şöbəsinin 23 aprel 2021-ci il tarixli 198 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ dirsək çüxurunun kəsilmiş yarası iti alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 22.04.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağmalığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Oğuz rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 1(039)-22/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 20 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 avqust 2021-ci il tarixli axtarşda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş aztarış tədbirləri nəticəsində saxlanılaraq Yevlax RPŞ-nin İB-nə təhvil verilməsi üçün Növbətçi Hissəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 avqust 2021-ci il tarixli cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən 221.3cü maddəsin tövsüf edilmiş və ibtidai istintaq həmin maddə ilə davam etdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinion 26 avqust 2021-ci il tarixli 4(039)-125/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 17 (on yeddi) gün həddində yəni, istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başaqa yerə getməmək” haqqında iltizam qətimkan hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdən 03 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başaqa yerə getməmək” haqqında iltizam qətimkan hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Oğuz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-156/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-156/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver