Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-156/2022 25.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 75-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 21 aprel 2022-ci il tarixdə, gecə saat təxminən 03 radələrində X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz darvazadan daxil olaraq evin taxtadan giriş qapısının qıfılını daşla vurub sındırmaqla qapını açmaq yolu ilə oradan vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 150 manat olan eni 4 metr, uzunluğu 6 metr olan 3 ədəd xalçanı, qiyməti 80 manat olan 1 ədəd su matorunu və 500 mamat dəyərində “Bogemia” qab dəstini oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1030 manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Məhhərəm Abbasov tanıyır, onun qardaşı oğlu Munir Abbasovun evi onların qonşuluqda yerləşir. Minur Rusiya Federasiyasında yaşadığı üçün həmin evə Məhərrəm nəzarət edir. O, 2021-ci ilin oktyabr aylarının sonlarında Məhərrəmin qardaşı oğlu Munirin evindən ev əşyaların oğurladığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun son vaxtlar maddi çətinliyi olduğu üçün yenidən oğurluq etmək qərarına gəmiş, bu məqsədlə 2022-ci ilin aprel ayının 20-dən 21-nə keçən gecə saat təxminən 03 radələrində qonşuluqda yerləşən Məhərəmin qardaşı oğlu Mirunin evinin darvasından həyətə daxil olmuş, oradan isə evin qapısından içəri daxil olmuş evdən 3 ədəd xalça, 1 ədəd su matoru 6 ədəd bogemia bakalları götürərək aparıb yaşadığı evin həyətində gizlətmiş, səhəri gün 3 ədəd xalçanı, 6 ədəd bogemia markalı bakalları Yevlax şəhər mərkəzi bazarına aparmış, 3 ədəd xalçanı 50 manata, 6 ədəd bogemia markalı bakalları isə 15 manata tanımadığı şəxslərə satmış, 1 ədəd su matorunu isə Yevlax şəhəri Köhnə körpü tərəfdə yerləşən «Kitay» mağazasının yaxınlığında dəmir metal alan Akifə 12 manata satmış, o, həmin su matorunu Akifə satan zaman su matorunun özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmiş, Akif həmin su matorunun oğurluq olmasını bilməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, yuxarıda qeyd etdiyi yerdən başqa heç bir yerədən oğurluq hadisəsi etməmişdir. Əməlindən peşman olduğunu, zərəzçəkmişlə barışıq əldə etməyə cəhd etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinə şikayəti o etmişdir. Yevlax şəhəri C.Kərimov 79 ünvanında yerləşən fərdi yaşayış evi qardaşı oğlu X4 məxsusdur. X6 uzun müddət Rusiya Federasiyasında yaşamış, arada bir Azərbaycana gəlib getmişdir. Təxminən 13 il əvvəl qardaşı Həsən vəfat etmiş, qardaşı oğlu Munir Abbasov isə Rusiya Federasiyasında yaşayır. Ona görə də qardaşı oğlu Munir Abbasova məxsus ünvan 3 ünvanında yerləşən evinə o, nəzarət etmişdir. O, özünə məxsus ev əşyalarını aparıb qardaşı oğlu Munirin evinə yığaraq həmin evdə yaşamaq üçün şərait yaradaraq kirayə vermişdir. Təxminən 02 ildir ki, həmin evdə kirayəşin yaşamamışdır. 2021-ci ilin payız aylarında həmin evdən ona məxsus ev əşyaları oğurlanmış, həmin işlə bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuş ki, həmin oğurluq hadisəsini həmin evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs törətmiş, həmin işlə bağlı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi yekunda Yevlax rayon məhkəmə göndərilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmək üçün təqaüd kartını ona verərək hər ay həmin karta 120 manat pul köçürüldüyünü bildirmişdir. Ona görə də o, Tağıdan şikayəti və tələbi olmaması barədə Yevlax rayon məhkəməsinə ərizə vermişdir. Yevlax rayon məhkəməsinin hökmü ilə Tağı həmin əməlinə görə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə qardaşı oğlu Munirə məxsus evə baxmağa getmiş, o, həmin evin həyət darvazasına yaxınlaşan zaman evin həyət darvazasının qapısının açıq olduğunu görmüşdür. O, həyətə daxil olandan sonra evin qapılarının da açıq vəziyyətdə olduğunu görmüş və evə daxil olmuş, evə nəzər saldıqda evdə olan ona məxsus 3 ədəd xalçanın, 1 ədəd su matorunın və bir qutu bogemia qab dəstinin oğurlandığını görmüş və ona görə də polis şöbəsinə gedərək şikayət ərizəsi vermişdir. Sonradan ona məlum olmuş ki, həmin əşyaları da Təqsirləndirilən şəxs oğurlamışdır. Yəni Tağıya məhkəmə tərfindən 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verildikdən sonra o, təkrarən yenə də ona məxsus ev əşyalarını oğurlamışdır. Ümumilikdə ona 1030 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və onun qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Tağı narkotik istifadəçisi oİduğu üçün evdən müxtəlif əşyalar götürüb aparıb satmış, hətta onun cibindən bir neçə dəfə pul götürərək narkotik vasitələrə verib istifadə etmişdir. 2021-ci ilin payız aylarında Zərərçəkmiş şəxs məxsus ev əşyalarını oğurladığı üçün Yevlax rayon polis şöbəsində Tağının barəsində cinayət işi açılmış və Yevlax rayon məhkəməsinə göndərilmiş, Yevlax rayon məhkəməsinin hökmü ilə Tağının barəsində 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Oğlu Tağı məhkəmə tərəfindən ona güzəşt olunaraq azadlığın məhdudlaşıdırlıması cəzasına məhkum olunmasına baxmayaraq, yenidən Zərərçəkmiş şəxs məsus ev əşyalarını oğurlayaraq yenidən ona qarşı cinayət törətmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, onun Yevlax şəhəri Nizami prospektində “Köhnə” körpü adlanan yerin yaxınlığında özünə məxsus metal qəbulu sexi var. xx.xx.2022-ci il tarixdə günorta saatlannda metal qəbulu sexində olan zaman üzdən tanıdığı və sonradan adını bildiyi Tağının əlində 1 ədəd su matoru ora gəlmiş və pula ehtiyacı olduğu üçün həmin su natorunu 12 manata satmaq istədiyini bildirmiş, həmin vaxt o, Tağıdan həmin su natorunun özünə məxsus olub olmamasını soruşmuş, Tağı isə həmin su matorunun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, o, da Tağıya 12 manat verərək həmin su matorunu almış, 1-2 gün sonra o, həmin su matorunu digər dəmir metallarla birlikdə satmışdır. O, həmçinin ifadəsində həmin su matorunun oğurluq olmasını bilmədiyini, əgər oğurluq olduğunu bilsəydi həmin su matorunu almayacağmı bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 28 aprl 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri ünvan 4ünvanında yerləşən fərdi evidir. Baxış keçirilməsinə səbəb oğurluq edilməsi barədə vətəndaş Zərərçəkmiş şəxs müraciət ilə həmin fərdi yaşayış evinin iki yataq otağında oğurluq baş vermişdir. (iş vər. 05-08); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.30); “ifadənin yerində yoxlanılması haqqında” 07 may 2022-ci il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, ünvan 4da yerləşən fərdi yaşayış evinin həyətindən 1 ədəd su matorunu və həmin evin ikinci mərtəbəsinin yataq otağından 3 ədəd xalça və bogemia markalı qabları oğurladığı yeri göstərmişdir. (iş vər. 135-137); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( iş vər.48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir.( iş vər.69); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-55/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər. 81-84); məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 iyun 2022-ci il tarixli, 9/3675 №li rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 3 ədəd 6 metr uzunluğunda, 4 metr enində olan xalçaların istifadədə olunmasını nəzaərə alaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 450 (3 ədx150 man) manat müəyyən edilir. Digər 1 ədəd “AQD” markalı su matoru haqqında kifayət qədər məlumat (modeli, texniki göstəriciləri, istehsal yeri, istehsal ili əmtəə görünüş və s.) olmadığı üçün qiymətləndirlimə aparmaq mümkün olmadı. İstifadədə olmamış “Bagima” qab dəsi (2 ədəd qənd qabı, 2 ədəd mürəbbə qəbı, 2 ədəd konfet qabı, 10 ədəd boşqab 6 ədəd bakal) tədqiqata təqdim edilmədən qiymətləndirmə aparmaq mümkün deyil. Qeyd tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olunması istismar edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır ( iş vər. 88-90); Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 74/6 saylı məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının 03 ayını çəkmiş, 02 il 02 ay 26 gününü isə çəkməmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmiş və ondan şikayətçidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun eyni və müxtəlif cinayət əməllərini törətməyə görə məhkum olunmasını, islah olunmayaraq yenidən cinayəti törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədlərinə çatmaq üçün kifayət etdiyi qənaətinə gəlir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 02 ay 26 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (01 il 01 ay 13 gün), habelə CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq olunaraq hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-156/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-156/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver