Məhkəmə qərarları › İş №1(039)-157/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-157/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-157/2021 17.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi Möhübbət oğlunun iştirakları ilə xx xxxx 1963-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olmaqla ümumilikdə tramadolun təsir maddəsinin ümumi miqdarı 0,45 qram olan konvalyut kəsiyində 2 ədəd qırmızı rəngli həblər formasında təsir maddəsini və üzərində “Prelica 300 mg” göstəricisi olan ümumilikdə tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan konvalyut kəsiyində 2 ədəd ağ-qəhvəyi rəngli həblər formasında olan təsir maddəsini 21 iyul 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə şəhərində istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayaraq daşımış, həmin 2 ədəd həblərdə olmaqla preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan “Prelica 300 mg” göstəricisi olan preqabalin təsir maddəsini 23 iyul 2021-ci il tarixdə saat 10:45 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ağ Zanbaq” kafesinin yaxınlığında tanışı Şahid1 16 manata qəsdən satmış, Şahid1 23 iyul 2021-ci ildə saat 12 radələrində Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq Yevlax RPŞ-nə gətirilib üzərində həmin günü saat 12:35-dən 12:55-ə qədər olan müddətdə video çəkilişlə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərində “Prelica 300 mg” göstəricisi olan preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan konvalyut kəsiyində 2 ədəd ağ-qəhvəyi rəngli həblər formasında olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. 23 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində üzərində müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olmaqla ümumilikdə tramadolun təsir maddəsinin ümumi miqdarı 0,45 qram olan konvalyut kəsiyində 2 ədəd qırmızı rəngli həblər formasında olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, xəstəliyi ilə əlaqədar təxminən beş ildir ki, ağrıkəsici, güclü təsir edən maddələrdən istifadə edir. X2 qovşağında işləmiş və Şahid1 yaşadığı evə telefon çəkdiyi üçün onu tanımışdır. Lakin, onunla heç bir dostluq münasibəti olmamışdır. 23 iyul 2021-ci il tarixdə saat təxminən 09:00-da Şahid1 onun istifadəsində olan mobil telefona zəng edib ağrıkəsici dərmanlara ehtiyacının olduğunu bildirmişdir. Özündə həmin dərmanlardan olduğundan Raufa bildirmişdir ki, var dərmanı və ona verə bilər. Raufla razılaşaraq həmin gün təxminən 11:00-da “Ağ Zanbaq” kafesinin yanında görüşmüşlər. Raufa iki kapsul “Prelica 300 mg” Preqabalin güclü təsir edən dərmanı vermişdir. Həmin dərmanları satmaq niyyəti olmamışdır. Rauf cibindən çıxarıb ona 16 manat pul vermişdir. Həmin məbləğdə pulu Rauf ona dərmanlara görə deyil, maddi dəstək olsun deyə vermişdir. Bundan təxmini olaraq 5-6 saat keçdikdən sonra, Yevlax şəhəri, Nizami prospektində piyada gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib güclü təsir edən maddələrin qanunsuz saxlanılmasında və satışında şübhəli olduğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Onlara etiraz etməyərək birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Şöbədə video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən iki kapsul “Royal-225” tramadol dərmanı, şalvarının sol yan cibindən isə 30 manat pul və 1 ədəd “KGTEL” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Video çəkiliş aparılarkən xəstəliyi ilə əlaqədar güclü ağrıları olduğundan iki kapsul ağrıkəsici dərmanı Şahid1 16 manat müqabilində satdığını bildirmişdir. Belə bir niyyəti olmamışdır. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şahid1 bildirmişdir ki, təsərrüfatda işlədiyindən yorulmamaq üçün güclü təsir edən maddələrdən ara-sıra istifadə edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Tanışlarına güclü təsir edən maddə almaq istədiyini bildirdikdə ona söyləmişlər ki, Ələsgər həmin dərmanları satmaqla məşğuldur. 23 iyul 2021-ci il tarixdə Ələsgərin istifadə etdiyi mobil telefonun nömrəsini taparaq ona zəng edib qeyd edilən dərmanlardan almaq istədiyini bildirmişdir. Ələsgər bildirdi ki, həmin dərmanlardan iki ədəd var və 12 manata sata bilər. Təxminən saat 11:00-da razılaşdıqları kimi Yevlax şəhərində yerləşən “Ağ Zanbaq” kafesinin yanında görüşmüşlər. Ələsgərə 20 manatlıq əsginas vermiş, Ələsgər isə bunun müqabilində ona 2 ədəd həmin dərman kapsulunu və təxminən 4 və ya 6 manat qaytarmışdır. Həmin gün saat təxminən 12:00-da Yevlax şəhəri, Nizami prospektində piyada gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərlə birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki kapsul “Prelica 300 mg” güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. Həmin zaman etiraf etmişdir ki, həmin kapsulları Ələsgər adlı şəxsdən 12 manata almışdır. Şöbədə ona qarşı hər hansı hədə olmamış, ona qarşı zor tətbiq edilməmişdir, özü səmimi olaraq qeyd edilənləri etiraf etmişdir. Sonradan istintaq zamanı da ifadəsini olduğu kimi vermişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ CAB əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 iyul 2021-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Şahid1 qanunsuz olaraq güclü təsir edən maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında raportla Şöbənin rəhbərliyinə müraciət etmiş və əməliyyat qrupu yaradılaraq onun barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun digər üzü PPXB-nün polis nəfəri Şahid3la birlikdə saat təxminən 12:00-da Yevlax şəhəri, Nizami prospektində Şahid1 yaxınlaşaraq özlərini təqdim etmiş, ona güclü təsir edən maddələrin istifadəsi ilə məşğul olmasını, polis şöbəsinə getməli olduğunu bildirmişlər. Şahid1 buna etiraz etməmiş və onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində Şahid1 üzərinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki kapsul aşkar edilmişdir. Şahid1 bildirmişdir ki, həmin kapsullar “Prelica 300 mg” güclü təsir edən maddədir, bunları 23 iyul 2021-ci il tarixdə Yevlax şəhərində Ələsgər adlı şəxsdən 16 manata almışdır. Bunun əsasında həmin şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və onun barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilmişdir. CAB-nin əməliyyat müvəkkili Şahid4la, saat təxminən 17:20-də Yevlax şəhəri, Nizami prospektində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və güclü təsir edən maddələrin qanunsuz saxlanılmasında və satışında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Şöbədə video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən iki kapsul “Royal-225” tramadol güclü təsir edən maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, iki kapsul “Prelica 300 mg” güclü təsir edən maddəni Şahid1 12 manata satmışdır. Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2021-ci il tarixli 6/3048 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözləri, ad, soyad, imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisində üzərində “Tramadol hydrochloride 225mg” göstərici olan konvalyut kəsiyində ümumilikdə 2 ədəd qırmızı rəngli təsir maddənin ümumi miqdarı 0.45 qrama (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0.225 qramdır) uyğundur. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1nömrəli əlavə) daxidir. Üzərində "Şübhəli şəxs Şahid1 ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən üzərində “Prelica 300 mg” göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 2 ədəd ağ-qəhvəyi rəngli həblər tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0.6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0.3 qramdır) olduğu müəyyən edildi. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycam Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. (səh.70-72) Məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2021-ci il tarixli 1181 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan tramadoldan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.145) Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs, eləcə də Şahid1 üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazılara baxış keçirilmiş, onların üzərində şəxsi axtarış aparılan zaman güclü təsir edən maddələrin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, bu özünü müdafiə xarakteri daşıyır, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə, yəni narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz saxlama və daşımada təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli faktiki saxlanıldığı vaxtdan, yəni 23 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, X3 saxlanılan 0.225 qram olan “hydrochloride 225 mg” göstəricisi olan tramadol, təmiz çəkisi 0.3 qram güclü təsir edən maddə hesab edilən “Prelica 300 mg” göstəricisi olan Preqabalin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 132 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddəsi). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan təmiz çəkisi 0.225 qram “hydrochloride 225 mg” göstəricisi olan tramadol, təmiz çəkisi 0.3 qram güclü təsir edən maddə hesab edilən “ Prelica 300 mg” göstəricisi olan Preqabalın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi Möhübbət oğluna ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar