Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-157/2024 31.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 152-da qeydiyyatda olmaqla, Yevlax şəhəri C.Kərimov küçəsi ev 148-da yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən qanunsuz olaraq odlu silah hesab edilən 01 (bir) ədəd «İR-5224» №-li 1962-ci ildə SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomat - yivli odlu silahı və həmin avtomata məxsus 29 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62*39 mm kalibrli kalaşnikov avtomatlarında istifadə üçün nəzərdə tütülmüş atəşə yararlı döyüş sursatı hesab olunan patronları və 1 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd 7,62*39 mm kalibrli patron tutumuna malik texniki cəhətdən saz və istifadəyə yararlı sandıxçanı (daraq) özünün istifadəsi məqsədilə istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə 01 ədəd ağ rəngli sintetik torbanın içərisində saxlayaraq daşıyıb gəzdirmiş, 26 iyun 2024cü il tarixdə saat 20:40-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri C.Kərimov küçəsində hərəkətdə olarkən qanunsuz olaraq odlu silah əldə edib, saxlayaraq daşıyıb gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon Polis Şöbəsinə gətirilərək həmin günü saat 21:30-dan 22:15-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış və götürmə nəticəsində onun əlində olan 01 ədəd ağ rəngli sintetik torbanın içərisindən 1 (bir) ədəd «İR-5224» №-li 1962-ci ildə SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomat - yivli odlu silahı və həmin avtomata məxsus 29 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62*39 mm kalibrli kalaşnikov avtomatlarında istifadə üçün nəzərdə tütülmüş atəşə yararlı döyüş sursatı hesab olunan patronları və 1 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd 7,62*39 mm kalibrli patron tutumuna malik texniki cəhətdən saz və istifadəyə yararlı sandıxça (daraq) aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən bir ay bundan əvvəl Ağdam rayonu Quzanlı kəndi ərazisindəki torpaq sahəsində soğan yığmağa gedən zaman orada olan kolluq ərazidə 01 ədəd ağ rəngli sintetik torba tapmışdır. Həmin torbanın içərisində ağır çəkili nəyinsə olduğunu müşahidə etmişdir. Torbanın içərisini açıb yaxından baxarkən orada 01 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus içərisində bir neçə ədəd güllə olan 01 ədəd sandıxça (daraq) olduğunu aşkar etmişdir. Maraqlı olduğu üçün silahı əlinə alıb baxmışdır. Həmin avtomat ona maraqlı olduğu üçün özündə saxlamaq qərarına gəlmiş və həmin silahı torbası ilə birlikdə soğanların arasında gizlədib yaşadığı evə gətirmişdir. Evdə azyaşlı övladları olduğu üçün həmin silahın təhlükə yaradacağını düşündüyü üçün 26 iyun 2024cü il tarixdə saat 20:40 radələrində həmin tapdığı silahı Yevlax şəhəri Dəvəçi qəbirstanlığında gizlətmək üçün Yevlax şəhəri C.Kərimov küçəsi ilə gedən zaman Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar. Onun qanunsuz olaraq odlu silahı üzərində saxlamağında şübhəli olduğunu deyərək Polis Şöbəsinə dəvət etmişlər. Daha sonra o, Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş, ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, sonra ona vəkillərin siyahısı təqdim olunmuş və o, təqdim olunmuş siyahıdan vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi olmasını xahiş etmişdir. Bundan sonra Polis Şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış aparılan zaman onun əlindəki 01 ədəd sintetik torbaya baxış zamanı torbanın içərisindən 01 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus içərisində 29 ədəd güllə olan 01 ədəd sandıxça (daraq) aşkar edilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi actarış və götürmə keçirilmişdir. Silahın üzərindən əl-barmaq izləri götürülmüşdür. Aşkar olunmuş 01 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus içərisində 29 ədəd güllə olan 1 ədəd sandıxça (daraq) qablaşdırılmış və möhürlənmiş, o, və iştirakçılar bunu imzalarıyla təsdiqləmiş, bu barədə protokol tərtib olunmuş, o, də digər iştirakçılar kimi öz imzasıyla təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus 29 ədəd güllə və 1 ədəd sandıxçanı (daraq) ona maraqlı olduğu üçün özündə saxlamışdır, ancaq onu satmaq və ya kiməsə vermək niyyəti olmamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 26 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə ilə məşğul olması barədə Yevlax rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar dəqiqləşdirildikdən sonra həmin günü rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və Yevlax rayon Polis Şöbəsinin 26 iyun 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Yevlax rayon X6 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon Polis Şöbəsinin CAB-nin baş ə/m, polis mayoru X5 həmin qrupun rəhbəri təyin edilmişdir. 26 iyun 2024-cü il tarixdə saat 20:40 radələrində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Yevlax şəhərində C.Kərimov küçəsində olarkən Məliki əlində ağ rəngli polimer torba ilə piyada getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Onlar Məlikə qanunsuz olaraq üzərində odlu silah əldə etməsi və saxlamasında şübhəli olması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmamasını bildirmiş və o, Şahid2 ilə birlikdə Məliki Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirərək X4yə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirilməsi barədə rəhbərliyə raportla məruzə etmişdir. X4 tərtib etdiyi sənədlər əsasında Məliki şübhəli şəxs qismində tutmuşdur. Təhqiqatçı vəkillərin siyahısını Məlikə təqdim etmiş, o, isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra Müdafiəçi Yevlax rayon Polis Şöbəsinə dəvət edilmişdir. X4 Məlikə hüquq və vəzifələrini izah etdikdən sonra xidməti iş otağında onun, Şahid2 və Müdafiəçi iştirakı ilə Məlikin üzərində şəxsi axtarış və götürmə aparmışdır. O, və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon X3 tədqiqatlar qrupunun baş inspektoru X8 “Panasonic” markalı videokamera cihazı vasitəsi ilə videoçəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Məlik əlində olan 01 ədəd ağ rəngli polimer torbanı təqdim edərək həmin torbanın içərisində 01 (bir) ədəd Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomat, həmin avtomata məxsus 29 ədəd zavod üsulu ilə istehsal olunmuş patronlar və 01 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd patron tutumuna malik sandıxça (daraq) olduğunu və üzərində başqa əşyanın olmadığını bildirmişdir. Daha sonra Məlikin üzərində şəxsi axtarış keçirilmiş, lakin lakin iş üçün əhəmiyyət kəsb edən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əlindəki torbadan aşkar edilərək götürülmüş 01 (bir) ədəd Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomatı, həmin avtomata məxsus 29 ədəd zavod üsulu ilə istehsal olunmuş patronları və 01 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd patron tutumuna malik sandıxçanı (daraq) təxminən bir ay bundan əvvəl Ağdam rayonu Quzanlı kəndi ərazisindəki torpaq sahəsində soğan yığmağa gedən zaman orada olan kolluq ərazidən tapmasını, maraqlı olduğu üçün özündə saxladığını bildirmişdir. X4 həmin 01 (bir) ədəd Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomatı, həmin avtomata məxsus 29 ədəd zavod üsulu ilə istehsal olunmuş patronları və 01 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd patron tutumuna malik sandıxçanı (daraq) ekspertiza tədqiqatı üçün qablaşdıraraq möhürləyib götürmüş, tərtib olunmuş protokollar ucadan oxunmuş, iştirakçılar və o, eksperiza tədqiqatı üçün qablaşdırılmış 01 ədəd polimer torbanın üstünü və tərtib olunmuş protokolu imzalarıyla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.23-24); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan sintetik torbada olan 1 ədəd AK-74 avtomat, 1 ədəd sandıxça (daraq) və həmin daraqda olan 29 ədəd güllə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub) (iş vər. 27-34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/1127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd «İR-5224» №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1962-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 29 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62*39 mm kaibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62*39 mm kaibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 29 ədəd 7,62*39 mm kaibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundur.(iş vər. 39-44); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmışdır.(iş vər. 81-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar İdarəsi tərəfindən verilmiş 29 iyun 2024-cü il tarixli 3-13-11/2-8125/2024 nömrəli məktubundan görünür ki, təqdim edilmiş əl izləri DİN-in KTİ ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində yararlı izlərdən 02 ədədi xx.xx.1990-cı il ildə Yevlax rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs sağ əlinin (avtomat üzərindən götürülmüş) şəhadət və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir.(iş vər. 87-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.96); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1994-cü il təvəllüdlü həyat yoldaşı Zenfira Abdullayeva, oğlu 03.082012-ci il təvəllüdlü İlqar Abdullayev, oğlu xx.xx.2014-cü il təvəllüdlü Alim Abdullayev, qızı xx.xx.2016-cı il təvəllüdlü Xədicə Abdullayeva, qızı xx.xx.2019-cü il təvəllüdlü Səkinə Abdullayeva, qızı xx.xx.2020-ci il təvəllüdlü Almaz Abdullayeva, qızı xx.xx.2021-ci il təvəllüdlü Esmira Abdullayeva və oğlu xx.xx.2024-cü il təvəllüdlü Cəlal Abdullayev adlı ailə üzvləri vardır.(iş vər.105); Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Quzanlı kəndi ərazisindəki torpaq sahəsində soğan yığmağa gedən zaman orada olan kolluq ərazidə 01 ədəd ağ rəngli sintetik torba tapmışdır. Həmin torbanın içərisində ağır çəkili nəyinsə olduğunu müşahidə etmişdir. Torbanın içərisini açıb yaxından baxarkən orada 01 ədəd AK-74 avtomatı, həmin avtomata məxsus içərisində bir neçə ədəd güllə olan 01 ədəd sandıxça (daraq) olduğunu aşkar etmişdir.(iş vər.118 -120); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, 01 (bir) ədəd «İR-5224» №-li texniki cəhətdən saz və atəşə yararlı, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomatı, 29 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62*39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab olunan patronları və 1 ədəd 7,62*39 mm kalibrli patron saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.130-139); “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2012-ci il təvəllüdlü İlqar Abdullayev, oğlu xx.xx.2014-cü il təvəllüdlü Alim Abdullayev, qızı xx.xx.2014-cü il təvəllüdlü Rəhimə Abdullayeva, qızı xx.xx.2016-cı il təvəllüdlü Xədicə Abdullayeva, qızı xx.xx.2019-cü il təvəllüdlü Səkinə Abdullayeva, qızı xx.xx.2020-ci il təvəllüdlü Almaz Abdullayeva, qızı xx.xx.2021-ci il təvəllüdlü Esmira Abdullayeva və oğlu xx.xx.2024-cü il təvəllüdlü Cəlal Abdullayev adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində səkkiz azyaşlı uşağın olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən başqa daha ictimai təhlükəli cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 01 (bir) ədəd «İR-5224» №-li texniki cəhətdən saz və atəşə yararlı, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomatı, ekspertiza tədqiqatından sonra qalan 26 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62*39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab olunan patronlar və 30 ədəd 7,62*39 mm kaibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraq hökm qanuni qüvvəyə mündikdən sonra, müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon rayon polis şöbəsində saxlanılan 01 (bir) ədəd «İR-5224» №-li texniki cəhətdən saz və atəşə yararlı, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomatı, ekspertiza tədqiqatından sonra qalan 26 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62*39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab olunan patronlar və 30 ədəd 7,62*39 mm kaibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraq hökm qanuni qüvvəyə mündikdən sonra müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-157/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-157/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver