Məhkəmə qərarları › İş №1(039)-158/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-158/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-158/2022 09.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Daxil İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2022-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində yaşadığı evin qarşısında saxlanılmış və onun yaşadığı fərdi yaşayış evinə həmin gün saat 16:50-dən 17:07-dək müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə evin yataq otağında döşəmənin üzərindəki bir ədəd karton qutunun içərisindən bir ədəd sellofan torbada 439.26 qram narkotik vasitə olan qurudulmuş marixuana və eyni zamanda əynindəki şalvarın arxa cibindən kibrit qutusunda 4,26 qram narkotik vasitə olan qurudulmuş marixuana, ümumi çəkisi 443.52 qram qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 15-20 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan özü üçün istifadə edir və satış ilə məşğul olmamışdır. 2021-ci ilin sentyabr ayında o, yaşadığı Yevlax rayonu, Havarlı kəndindən keçən Kür çayının sahilində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisindən narkotik vasitə marixuana yığıb qurudaraq özünün istifadəsi üçün əldə etmişdir. Həmin marixuananı yığaraq torbanı götürüb özü ilə yaşadığı evə aparmışdır. Həmin kütləni yaşadığı evin yatdığı otağında döşəmənin üstündə olan karton qutunun içərisinə qoymuş və arada bir istifadə etmişdir. 28 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində o, yaşadığı kənddə yerləşən fərdi yaşayış eninin həyətində olmuş, bu vaxt kiminsə küçədən onu çağırdığını eşitmiş, küçəyə çıxdıqda isə bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə marixuna saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək onun yaşadığı evə baxış keçirilməsi zərurəti olduğunu demişlər, Onun razılıq ərizəsi əsasında yaşadığı evə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı ondan yaşadığı evdə narkotik vasitə və qanunsuz hər hansı bir əşya varsa təqdim etməsini xahiş etmişlər. Bu təklifdən sonra o, yaşadığı evdə yatdığı otaqda saxladığı bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına göstərərək təqdim etmişdir. Həmin torbaya baxış keçirilmiş və ağzı bağlanaraq elektron tərəzidə çəkilmiş, sellofan torba ilə birlikdə çəkisi 445 qram olmuşdur. Həmin torba bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götülmüşdür. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni özü Kür çayı sahilindən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisindən yığaraq əldə etmiş və özünün istifadəsi üçün yaşadığı evə gətirərək saxlamışdır. Bundan sonra baxış qurtarmış, polis əməkdaşları onu Yevlax şəhərində yerləşən RPŞ-nə aparmışlar. Polis şöbəsində protokol tərtib edilərək ona ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o, həmin protokola imza etmişdir. Bundan sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, buna görə ona müdafiəçi siyahısı təqdim edilmiş, o, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən saxladığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kibrit qutusuna baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş kibrit qutusunun çəkisi 7,25 qram olmuşdur. Həmin kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış və o həmin protokolu imzalamışdır. O, narkotik vasitəni öz istifadəsi üçün saxlamış, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə elə bir məqsədi olmamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, polis nəfəri Rizvan Yusifovla birlikdə Yevlax rayon ərazisində əməliyyat tədbiri həyata keçirmiş və Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə məlumat daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. 28 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Havarlı kəndində saxlamış bundan sonra onun ərizəsini əlaraq yaşadığı evə videoçəkilişlə baxış keçirmiş, baxış zamanı onun yaşadığı mənzildə hər hansı bir narkotik vasitə olub-olmamsı və eyni zamanda təqdim etməyi bildirmiş Təqsirləndirilən şəxs yataq otağından bir ədəd sellofan torba təqdim etmiş, həmin sellofan torbaya baxış keçirilmiş və içərisində kəskin iyli, yaşıl rəngli, marixunaya bənzər kütlə aşkar olunmuş və həmin qeyd olunan kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 445 qram olması müəyyən olunmuş və protokol tərtib olunaraq götürülmüş, eyni zamanda o, ifadəsində həmin qurudulmuş marixunanın özünə məxsus olduğunu və özü istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş o, üzərindən bir ədəd kibrit qutusunu çıxararaq tədim etmiş, həmin kibrit qutusunda içərisindəki kəskin iyli yaşıl rəngli marixunaya bənzər kütlə aşkar olunmuş və həmin aşkar olunmuş kütlə elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisi 7,25 qram olması müəyyən olunmuşdur. Həmin kibrit tuşunda olan aşakar olunmuş kəskin iyli narkotik vasitəyə oxşar kütlələ qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin polis nəfəri X4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “baxış keçirilməsi və götürmə” haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi yer Təqsirləndirilən şəxs yaşadığı evin piləkənlə qalxıb sol tərəfdə olan yataq otağına daxil olduqda və sağda qapının yanında, döşəmənin üzərində bir ədəd karton qutunun içərisindəki bir ədəd qara rəngli sellofan torbanı götürüb otaqdakı stolun üzərinə qoyub təqdim etdmiş həmin torbadakı qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar olunan sellofan torbaya baxış zamanı onun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub). (iş vər.13-15); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 17-18); şəxsi axtarış və götürmə haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda qurudulmuş narkotik tərkibli marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 36-38); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/369 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.” sözlər və imzaları yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi- 435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. tədqiqata tədim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.” sözlər və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 4.26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkibləri görə eynidirlər. Marixuananın təmiz çəkisi -439.26 qram, tədqiqata sərf edildi-0,10 qram,( hər ob. 0.05 qram) qalıq- 439,16 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 45-47); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 13.30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.81-82); məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.87); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı döşmənin üzərindəki bir ədəd karton qutunun içərisindən bir ədəd sellofan torbada 439.26 qram narkotik vasitə olan qurudulmuş marixuana və eyni zamanda üzərində şəxsi axtarış keçirilərkən əyindəki şalvarın arxa cibində kibrit qutusunda 4,26 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 439,16 qram olan narkotik vasitəqurudulmuş marixuana və videoçəkilişin əks olunduğu iki ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq Yevlax rayon polis şöbəsində saxlanılmışdır. (iş vər. 100-106); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əvvəlki cinayət əməllərinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən S.Bəşirov yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 439,16 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmədə göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar