Məhkəmə qərarları › İş №1(039)-158/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-158/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-158/2024 18.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri H.Aslanov küçəsi ev 133-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silah hesab edilən 01 (bir) ədəd ÇQ-372 seriya nömrəli, zavod üsulu ilə istehsal olunmuş, konstruktiv dəyişikliklərə məruz qalmamış, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan, 7.62 mm kalibrli, «Tokarev» («TT») konstruksiyalı tapançanı, 04 (dörd) ədəd zavod üsulu ilə istehsal edilmiş təyinatı üzrə istifadəyə və atəşə yararlı, 7.62x25 mm kalibrli olmaqla həmin kalibrə malik ««Tokarev» («TT») konstruksiyalı tapançalardan, «PPŞ-PPS» «konstruksiyalı tapança-pulemyotlardan və həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronları və 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, «TT» «Tokarev» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 7.62x25 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, bircərgəli sandıqçanı (darağı) istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamaqla üzərində daşıyaraq gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 12:30-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Aslanov küçəsində yerləşən «İstanbul» ticarət mərkəzinin yaxınlığında qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin gün Yevlax şəhəri Nizamı Gəncəvi prospekti 41 A ünvanında yerləşən Yevlax rayon polis şöbəsinin inzibatı binasında saat 13:20-dən 13:50-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkiliş tətbiq etməklə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində olan həmin 01 (bir) ədəd odlu silah hesab edilən 7.62 mm kalibrli «Tokarev» «TT» konstruksiyalı tapança, 04 (dörd) ədəd 7.62x25 mm kalibrli döyüş sursatı olan patronlar və «TT» «Tokarev» konstruksiyalı silahların komplekt hissəsi olan 01 (bir) ədəd sandıqça (daraq) belindəki kəmərin altından aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, tutulmamışdan 2 gün əvvəl, yəni, 2024-cü ilin iyul ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, səhər saatlarında Tərtər rayonunun ərazisində dəmir məmulatları yığan zaman bazarın yaxınlığından bir ədəd sellofan torba tapmışdır. Həmin torbanı açıb baxdıqda içərisində silah olduğunu görmüş və silahı Yevlax şəhərində yerləşən evinə gətirmişdir. Səhəri gün həmin silahı tullamaq üçün götürüb evdən çıxmışdır. Yevlax şəhəri H.Aslanov küçəsi ilə Dəmiryolu Vağzalı istiqamətində piyada hərəkət etməyə başlamış və H.Aslanov küçəsində yerləşən «İstanbul» ticarət mərkəzinin yaxınlığında Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar. Ona qanunsuz olaraq odlu silahı üzərində saxlamağında şübhəli olduğunu, bu səbəbdən üstündə şəxsi axtarış aparmalı olduğunu dedikdə polis əməkdaşlarına ətrafdakıların onu tanıdıqlarını, tutulmağını görməklərini istəmədiyini dedikdə, onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt tapança, patronlar və sandıqça üzərində olduğundan polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə həmin silah ondan aşkar edilərək götürülmüşdür. Tapmış olduğu və üzərindən aşkar edilərək götürülmüş odlu silah barədə hər hansı bir şəxsə məlumat verməmişdir. Hər hansı bir şəxsin, həmçinin ailə üzvlərinin bu barədə hər hansı bir məlumatı olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünü etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyul 2024cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulduğunu, ünvan 3 ünvanında yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 09 iyul 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün Yevlax RPŞ-nin əməkdaşı Şahid1 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri H.Aslanov küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt H.Aslanov küçəsində yerləşən «İstanbul» ticarət mərkəzinin qarşısında olması barədə məlumatı olmuşdur. H.Aslanov küçəsində yerləşən «İstanbul» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində yivli odlu silah saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu tanıdığı şəxslərin görəcəyini deyib üzərinə axtarışı həmin yerdə keçirməməklərini xahiş etmişdir. Xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində 1 ədəd «Tokarev» («TT») konstruksiyalı tapançan, həmin tapançaya aid 1 ədəd sandıqça (darağı) və həmin daraqda olan 04 (dörd) ədəd patron Mahir Usenovdan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin 10 iyul 2024-cü il tarixli 24/1227 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd ÇQ-372 seriya nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1940-cı ildə istehsal olunmuş 7.62 mm kalibrli «Tokarev» (TT) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. - tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 7.62x25 mm kalibrli olmaqla həmin kalibrə malik ««Tokarev» («TT») konstruksiyalı tapançalardan, «PPŞ-PPS» «konstruksiyalı tapança-pulemyotlardan və həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. - tədqitata tədqim edilmiş 01 (bir) ədəd daraq zavod üsülu ilə istehsal olunmuşdur. «TT» «Tokarev» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən sazdır, bircərgəlidir, 08 (səkkiz) ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur və təyinatı üzrə istifadəyə yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir (Tədqiqata təqdim edilmiş 04 ədəd 7.62x25 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur). Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən və Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)-77/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1 maddələri tətbiq olunmaqla 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilimiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və 14 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(039)-65/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut - Yevlax rayon polis şöbəsində saxlanılan, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, yivli odlu döyüş silahı olan, 7.62 mm kalibrli «Tokarev» «TT» konstruksiyalı tapança, 02 (iki) ədəd zavod üsülu ilə istehsal edilmiş, 7.62x25 mm kalibrli olmaqla həmin kalibrə malik «Tokarev» («TT») konstruksiyalı tapançalardan, «PPŞ-PPS» «konstruksiyalı tapança-pulemyotlardan və həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronlar və 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, «Tokarev» («TT») konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 7.62x25 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça (daraq) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə, ifadənin yerində yoxlanılması istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 09 iyul 2024-cü il tarixdən hesablansın . İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 01 (bir) ədəd 7.62 mm kalibrli «Tokarev» «TT» konstruksiyalı tapança, 02 (iki) ədəd zavod üsülu ilə istehsal edilmiş, 7.62x25 mm kalibrli döyüş sursatı olan patronlar və 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış sandıqça (daraq) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə, ifadənin yerində yoxlanılması istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə dövrü üçün göstərilən 08 (doqquz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar