Məhkəmə qərarları › İş №1(039)-159/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-159/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-159/2022 21.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, hazırkı iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, lakin barəsində olan digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd olunur ki, o, 25 mart 2022-ci il tarixdə saat 15 radələrində Yevlax şəhər İdman məktəbinin yaxınlığında qeyrirəsmi ər-arvad kimi yaşadığı Qanuni nümayəndə mobil telefonla zəng edərək onu təhqir etdiyinə görə sonuncunun oğlu Zərərçəkmiş şəxs ilə görüşüb anasının zəng edib onu bir daha narahat etməməsini deyərkən aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs sağ ayağına bir dəfə qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına qəsdən yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək söyləmişdir ki, Qanuni nümayəndə ilə bir müddət qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Onların evində Cəmilənin anası Əskinaz, Cəmilənin başqa nikahdan olan oğlu Zərərçəkmiş şəxslə birlikdə yaşamışlar. 2021-ci ilin sonlarında Cəmilə ilə aralarında soyuqluq yaranmış və onunla ayrılmışdır. Bundan sonra Cəmilə ona zəng edib narahat etməyə başlamış, daha sonra isə onun rəsmi arvadına müxtəlif məzmunda sms-lər göndərməyə başlamışdır. Bununla əlaqədar onun oğlu Rövşənlə görüşüb ona vəziyyəti izah etmək qərarına gəlmişdir. 25 mart 2022-ci il tarixdə, təxminən saat 15:00-da Rövşənin güləşlə məşğul olduğu Yevlax şəhər İdman məktəbinə getmişdir. Məktəbin qarşısında Rövşənlə görüşüb söhbət etmiş və ondan tələb etmişdir ki, anasına bildirsin ki, bir də onun ailəsini rahatsız etməsin. Bundan sonra oradan çıxıb getmişdir. Həmin zaman Rövşəni təhqir etsə də, onu döyməmiş, ona heç bir xəsarət yetirməmiş, onun telefonunu əlindən alıb yerə vurmamışdır. Berəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs bir müddət onların yaşadığı evdə yaşamışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs ona münasibəti heç də yaxşı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona qarşı mütəmadi olaraq alçaldıcı sözlər işlətmiş onu hətta təhqir belə etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onun anası ilə ayrılmış və onlardan köçüb getmişdir. Özü idmanla məşğul olur və bu məqsədlə dərsdən sonra Yevlax şəhər İdman məktəbinə gedir. 25 mart 2022-ci il tarixdə nənəsi Şahid1 onu və nənəsinin qardaşı oğlu Uğuru İdman məktəbinə aparmış və orada onları qoyub çıxıb getmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs orada onlara yaxınlaşmış və ona qarşı alçaldıcı sözlər işlətməyə başlamışdır. Ondan qorxduğundan nənəsi Əskinaza zəng etməyə başlamışdır. Bunu görən Təqsirləndirilən şəxs ona yaxınlaşıb telefonu onun əlindən alıb yerə vurmuş, daha sonra isə təpiklə dizindən, yumruqla kürəyindən vurub onu yerə yıxmışdır. Yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs təpiklə bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrindən vurmuş və daha sonra oradan çıxıb getmişdir. Məhkəmə iclasında bu ifadəni verdikdən sonra Təqsirləndirilən şəxs onlara gələrək ondan üzr istəmiş və tələb etmişdir ki, məhkəmə zamanı onu vurmadığını söyləsin. Bu səbəbdən məhkəmə iclasında Zaurun onu vurmadığını bildirmişdir. Ekspertizaya getməkdən özü imtina etmişdir. Lakin, ilk verdiyi ifadəni təsdiq edir, Zaur həmin gün ona xəsarətlər yetirmişdir. Artıq Təqsirləndirilən şəxsla barışmışlar, ondan heç bir tələbi və şikayəti yoxdur. Bunu nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Bir müddət Təqsirləndirilən şəxsla faktiki nikah münasibətlərində olmuş, Zaur onların yaşadığı evdə yaşamışdır. Daha sonra isə münasibətləri pozulmuş və Zaur onların evini tərk edib getmişdir. 25 mart 2022-ci il tarixdə anası Şahid1 oğlu Rövşən zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs İdman məktəbinə gələrək ona xəsarət yetmişdir. Daha sonra isə Rövşən ona da bildirmişdir ki, Zaur İdman məktəbinə gedərək onu təpiklə kürəyindən, ayağından vurmuş və nalayiq ifadələrlə təhqir etmişdir. Lakin, artıq Təqsirləndirilən şəxsla barışmışlar, ondan heç bir tələbləri yoxdur. Nəzərə alıb ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, 25 mart 2022-ci il tarixdə qızı Cəmilənin oğlu Rövşəni və qardaşı Rəhmanın oğlu Uğuru dərsdən sonra idman məktəbinə aparmışdır. Onları orada qoyub çıxıb getmişdir. Bir müddət sonra Rövşən ona zəng edərək bildirmişdir ki, bir müddət qızı Cəmilə ilə faktiki nikah münasibətlərində olan və onlarda yaşayan Təqsirləndirilən şəxs onu döymüşdür. Dərhal İdman məktəbinə qayıtmış və Zaurun üzərində xəsarətlərin olduğunu görmüşdür. Oradan Zaurla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmiş və bu barədə ərizə vermişdir. Rövşən bildirmişdir ki, Zaur onu təhqir etmiş, daha sonra isə təpiklə ayağına və dizinə xəsarət yetirmişdir. Şahid2 bildirmişdir ki, o, qohumu Rövşənlə birlikdə dərsdən sonra idman məktəbinə gedirlər. Hadisə olan gün bibisi Əskinaz onları maşınla idman məktəbinə düşürüb evə qayıtmışdır. O, idman zalında paltarlarını dəyişdiyi zaman Rövşənin Zaurla söhbət etdiyini görmüşdür. Zaurun ona nə dediyini eşitməmiş, onu döydüyünü və xəsarət yetirdiyini görməmişdir. Şahid X1 bildirmişdir ki, oğlu Uğur bibisi oğlu Rövşən ilə idman məktəbinə gedirlər. Hadisə baş verən günü Uğur evə gəldiyi zaman Rövşənin Zaur tərəfindən döyülməsi ilə bağlı heçnə danışmamışdır. Bir neçə gündən sonra Uğur idman məktəbində olan zaman Zaurun Rövşəni təhqir etdiyini və onu vurduğunu bildirmişdir. Şahid X2 bildirmişdir ki, o, Yevlax şəhər İdman məktəbində gözətçi işləyir. Təqsirləndirilən şəxs Yevlax şəhər sakini kimi tanıyır. 25 mart 2022-ci il tarixdə bayram günü olduğundan müəllimlərin çoxu məktəbə gəlmədiyinə görə uşaqlar müəllimləri gözləyən vaxt Zaur məktəbə gələrək bir uşaqla söhbətinin olduğunu bildirmişdir. Bundan sonra o, məktəbin həyətində Zaurun Rövşənlə söhbət etdiyini görmüşdür. O, onlardan bir neçə metr uzaqda olduğundan Zaurun Rövşəni vurduğunu görməmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 202 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan sağ dizin ön səthinin sıyrığı, dərialtı hematoması və qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (səh. 8-9) Məhkəmə proses iştirakçılarının münasibətini nəzərə alaraq belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs psixoloji təsir altında olub-olmaması, fikir və mülahizələrinin əvvəlcədən hazırlanıb-hazırlanmaması, verdiyi ifadə və fikirlərin reallığı əks etdirib-etdirməməsi, həmçinin onun ifadələrinin hər hansı şəxsin təsiri altında verdiyini aydınlaşdırılmaq məqsədi ilə iş üzrə Məhkəmə Psixoloji-Psixiatrik ekspertizası təyin edilmiş, lakin Zərərçəkmiş şəxs ekspertə təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirməsi zərər çəkmiş şəxsin özünün, Şahid1 ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs özünü təsirli bilməsə də, məhkəmə hesab edir ki, onun bu mövqeyi özünü müdafiə xarakteri daşıyır. Bu səbəbdən ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, zərər çəkmiş şəxslə razılıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona, istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalı və cəzasını iş yeri üzrə çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas ola bilməz və həmin qətimkan tədbiri hazırkı iş üzrə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 42 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 42 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar