Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-16/2023 30.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayon Hacımahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ictimai yerdə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən “Lacın” şadlıq sarayında keçirilən toy şənliyində sərxoş vəziyyətdə həmin məclisdə iştirak edən əvvəllər tanıdığı Faiq Həziyev ilə Zərərçəkmiş şəxs1 arasında musiqi sifarişi ilə bağlı yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə toy şənliyində olan çoxsaylı digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 qəsdən yumruq və təpiklə bir neçə dəfə vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran qayığabənzər sümüyün çatı ilə müşayət olunan sağ aşıq baldır oynağının şişkinliyi və qançırı xəsarəti, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuş, həmin vaxtı toy şənliyində iştirak edən Zərərçəkmiş şəxs2 onları sakitləşdirmək istəyərkən o, istintaqla müəyyən edilməyən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ saidin sıyrıqları, sağ təpə-ənsə nahiyyəsinin dərialtı hematoması xəsarətləri yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kənd ərazisində yerləşən “Laçın” şadlıq sarayında Cavid adlı şəxsin qızının toy məclisində iştirak etmişdir. İlkin olaraq həmkəndlisi Faiq rəqs edərkən Mətləb Faiqin rəqsini dayandırmış və özü musiqi sifariş etdirmişdir. Bu səbəbdən də Faiq ilə Mətləb arasında mübahisə yaranmışdır ki, o da həmin mübahisəyə müdaxilə edərək Mətləblə mübahisə etmişdir. Bu zaman Mətləblə arasında olan mübahisəyə görə Mətləbin boynundan əli ilə yumruqla vurmuşdur. Sərxoş olduğundan etdiyi hərəkətləri anlamamışdır. Zərərçəkmiş şəxs2 qarşı həmin vaxt o, heç bir fiziki güc tətbiq etməmişdir. Etdiyi hərəkətdən peşmandır. Sərxoş olduğundan belə bir hərəkət etməyini səmimi şəkildə etiraf etmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini,zərərçəkmiş şəxslərlə barışdıqını və himayəsində azyaşlı uşağlarının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax rayon Qoyunbinəsi kəndi ərazisində “Laçın “ şadıq sarayında həmkəndlisi Şahid2 qızının toy şənliyinə toya dəvətli olmuşdur. O, tanışları Qiyas, Zahid, İsrail, Şahin və Nəsib ilə birlikdə yemək masasında əyləşmişdir. Onlar toy şənliyi olduğu üçün bir qədər spirtli içki qəbul etmişlər. Toy şənliyi başladıqdan təxminən 1 saat sonra Faiq, onların əyləşdikləri masaya yaxınlaşaraq ucadan nalayiq söyüş söymüşdür. Həmin vaxt onlar ayağa qalxıb toy şənliyindən bayıra çıxmaq istəyən zaman Faiq təkrar onlaraq nalayiq söyüş söymüş və həmin vaxt o və Qiyas Faiqə öz iradlarını bildirmiş. Faiq həmin vaxt onların ünvanına bir daha nalayiq söyüş-söymüş və bu zaman o, Faiqə gedib stulda oturmasını təkid etmişdir. Həmin vaxt onlarla həmkəndli olan Aqil heç bir əsas olmadan onun boynundan yumruqla vurmuş, Aqilin onu nə səbəbə görə vurduğunu soruşduqda Aqil onu bir neçə dəfə vurmuş və əlavə olaraq Aqil onun yanında olan araya girən Qiyası da yumruq zərbəsi ilə vurmuşdur. Aqilin bu hərəkəti təxminən 10-15 dəqiqə davam etmişdir.. Baş vermiş mübahisəni toy şənliyində iştirak edən yəni onlarla birlikdə yemək stolunda əyləşmiş şəxslər Zahid, İsrail, Şahin və Nəsib görərək onları ayırmışlar.Məhkəmə iclasında həmçinnin təqsirləndirilən şəxslə barışdığını ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və təqsirləəndirilən şəxsdən heç bir şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə Yevlax rayon Qoyunbinəsi kəndində yerləşən “Laçın “ şadıq sarayında həmkəndlisi Şahid2 qızının toy şənliyində dəvətli olmuşdur. O, tanışları Mətləb, Zahid, İsrail, Şahin və Nəsib ilə birlikdə yemək masasında əyləşmişdir. Toy şənliyi başladıqdan təxminən 1 saat sonra həmin vaxt həmkəndlisi Faiq sərxoş vəziyyətdə, onların əyləşdikləri masaya yaxınlaşaraq nalayiq söyüş söymüşdür. Həmin vaxt onlar ayağa qalxıb toy şənliyindən bayıra çıxmaq istəyən zaman Faiq təkrar olaraq nalayiq söyüş söymüş və həmin vaxt o və Mətləb Faiqə öz iradlarını bildirmiş, özünü nizam intizamlı aparmasını bildirmişlər. Faiq onların ünvanına bir daha nalayiq söyüşsöymüş və bu zaman Mətləb, Faiqə gedib stulda oturmasını təkid etmişdir. Həmin vaxt onlarla həmkəndli olan Aqil heç bir əsas olmadan Mətləbin boynundan yumruqla vurmuşdur, Aqil Mətləbi bir neçə dəfə vurmuşdur. Həmin vaxt şadlıq evində olan insanlar onların ətrafına toplaşmışlar. Aqilin onu vurması nəticəsində o, başının sağ tərəfindən və qolundan xəsarət almışdır. Məhkəmə iclasında həmçinnin təqsirləndirilən şəxslə barışdığını ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və təqsirləəndirilən şəxsdən heç bir şikayətinin olmamasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən “Laçın” şadlıq sarayında Cavid adlı şəxsin qızının toy məclisində iştirak etmişdir. Həmin vaxt musiqi sifarişi üstündə Mətləb adlı şəxslə qardaşı Aqil arasında mübahisə yaranmışdır. Bu zaman Mətləblə arasında olan mübahisəyə görə Mətləbin boynundan qardaşı Aqil əli ilə yumruqla vurmuşdur. Qardaşı sərxoş olduğundan etdiyi hərəkətləri anlamamışdır. Bu zaman o, qardaşı Aqili ayırmağa çalışmışdır. Zərərçəkmiş şəxs2 qarşı həmin vaxt o və qardaşı Aqil heç bir fiziki güc tətbiq etməmişdir. Mübahisə zamanı o, heç kimə qarşı fiziki güc tətbiq etməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə “Laçın “ şadıq sarayında qızı Qəmzənin toy şənliyini keçirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Mətləb ilə Aqil arasında mübahisə yaranmış, lakin həmin dava-dalaşı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Yevlax rayonun ərazisində yerləşən “Laçın” şadıq sarayında həmkəndlisi Şahid2 qızının toy şənliyi iştirak etmiş, və həmin toy şənliyində tanışları Zahid, Nəsib, Mətləb, Qiyas və Şahin ilə birlikdə əyləşmişdir. Təxminən bir saat sonra Mətləb ilə Qiyas qalxaraq bayıra çıxmışlar. Onlar bayıra çıxdıqdan sonra bayırdan səs küy gəlmiş və o, bayıra çıxdıqda, Qiyas və Mətləbə nə baş verdiyini Mətləbdən soruşduqda Mətləb yumruqla vurulduğunu bildirmişdir. O, Mətləbin həmin vaxt ağız nahiyəsində qan olduğunu görmüş və Mətləbi şadlıq evinin qarşısından Qiyasın avtomaşınına əyləşdirib öz evinə gətirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid1da mahiyyət etbarilə Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 373 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – aktiv və passiv hərəkət məhdudluğu, qayığabənzər sümüyün çatı ilə müşaiət olunan sağ baldır və aşıq-baldır oynağının şişkinliyi və qançırı, alt dodağın selikli qışasının əzilmiş yarası küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən aktiv və passiv hərəkət məhdudluğu, qayığabənzər sümüyün çatı ilə müşaiət olunan sağ aşıq baldır oynağının şişkinliyi və qançırı səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Az Ağır zərər vuran xəsarətlərə, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 372 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərdən sağ saidin sıyrıqları, iti uclu alətin, ola bilsin bıçağın tiyəsinin ucunun təsirindən, sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Qaramanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin, şahid ifadəsi, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəlləinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslərin üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərəçəkmiş şəxslərlə barışıq əldə edərək, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərəçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb təqsirli bilindiyi CM-nin 127.2.3 və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi təqsirli bilinib, 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-16/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-16/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver