Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-160/2022 23.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Yevlax rayonu, Aşağı Salamabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Aşağı Salamabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə Yevlax rayonu Aşağı Salamabad kəndində özünə məxsus olan pay torpaq sahəsində qəsdən qanunsuz olaraq xeyli miqdarda 14 ədəd çətənə bitkilərini əkib həmin tarixədə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 08 iyun 2022-ci il tarixdə, saat 17:30 radələrində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus olan pay torpaq sahəsindəki torpaq sahəsinə onun razılıq ərizəsi əsasında videoçəkilişlə keçirilmiş baxış zamanı tərkibində narkotik maddələr olan hündürlükləri 15 sm-dən 90-sm-dək, nəm vəziyyətdə ümumi təmiz çəkiləri – 670,0 qram olmaqla, xeyli miqdarda narkotik tərkibli həmin çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 08 iyun 2022-ci il tarixdə özünə məxsus olan pay torpaq sahəsinin yaxınlığında olan zaman bir neçə mülki geyimdə və polis formasında olan tanımadığı şəxslər ona yaxınlaşmış, həmin şəxslər özlərini ona təqdim etdikdən sonra onların Yevlax RPŞ-nin polis əməkdaşları olmasını və bir nəfər şəxsin isə aqranom mütəxəssis olduğunu bilmişdir. Polis əməkdaşlarının onun əkmiş olduğu çətənə bitkisi barədə məlumatlarının olduqları üçün onun pay torpaq sahəsinə gəldiklərini başa düşmüşdür. Onun özünə məxsus pay torpaq sahəsinə baxış keçirtməsi üçün razılıq ərizəsi vermişdir. Səmimi olaraq polis əməkdaşlarına etiraf edərək, pay torpaq sahəsində özünün əkib-becərdiyi çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra onun polis əməkdaşları ilə birlikdə özünə məxsus olan pay torpaq sahəsinə getmiş, həmin sahəsinə baxış keçirilən zaman onun 14 ədəd əkib xüsusi qulluq göstərdiyi narkotik xassəli çətənə bitkisini aşkar etmişdirlər. Onlar həmin bitkiləri kökü ilə birlikdə yerdən çıxartmış və həmin 14 ədəd çətənə bitkisindən 10 ədədini bir ədəd zərfin içərisində sahədə qablaşdırmışdırlar. Digər 4 ədəd çətənə kolunun hündürlüyü yüksək olduğundan sahədə qablaşdırılması mümkün olmamış və həmin 4 ədəd çətənə kolu götürülərək polis şöbəsində onun iştirakı ilə qablaşdırılmışdır. Onun yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən özünə məxsus olan pay torpaq sahəsindən aşkar edilərək götürülmüş cəmi 14 ədəd xüsusi qulluq göstərilmiş çətənə bitkisi ona məxsus olmuşdur. Həmin çətənə bitkilərini özü əkmiş və xüsusi olaraq qulluq etmişdir. Həmin çətənə bitkilərini 21 aprel 2022-ci il tarixdə özü təkbaşına toxum halında əkmiş və təkbaşına qulluq göstərmişdir. Ona məxsus olan pay torpaq sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkisi əkib-becərməyindən heç kimsənin məlumatı olmamışdır. Bu barədə o, heç kimsəyə məlumat verməmişdir. Narkotik vasitə olan marixuanadan istifadə etdiyini, narkotik vasitə istifadəçisi olduğum üçün həmin narkotik xassəli çətənə kollarını gələcəkdə özünün istifadə etmək üçün əkmişdir. Həmin bitkilərdən əldə edəcəyi narkotik vasitələri satmaq niyyətim olmamışdır. Pay torpaq sahəsinə ondan başqa heç bir ailə üzvü getməmişdir. Təsərrüfat işləri ilə o, təkbaşına məşğul olmuşdur. Onun pay torpaq sahəsində narkotik tərkibli çətənə kolları əkməyindən ailə üzvlərinin və ya başqa bir şəxsin məlumatı olmamışdır. Narkotik tərkibli çətənə bitkilərini əkib becərməyində ona heç kimsə köməklik etməmişdir. Həmin bitkilərin toxumunu təxminən 2022-ci ilin əvvəllərində Əcəmi kəndi ərazisində yerləşən meşə ərazisindən sellofan torbadan tapmış və gələcəkdə istifadə etmək üçün saxlamışdır. Həmin toxumlar cəmi 14 ədəd olmuş və 14-də əkmişdir. Aşkar olunanlardan başqa çətənə bitkisi əkməmişdir. Həmin bitkilərin yaxın ətrafını alaqlardan təmizləmiş və onlara tez-tez su vermişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 08 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və əkib-becərməsi barədə polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü saat 16 radələrində o, polis əməkdaşı Şahid1 və təhqiqatçı Rüstəm Həsənov ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndinə getmişdirlər. Təqsirləndirilən şəxs pay torpaq sahəsinin yaxınlığında görmüş və Rüstəm Həsənov ona pay torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, pay torpaq sahəsinə, həyətinə baxmaq üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, pay torpaq sahəsinə baxış keçirilməli olduğunu izah etmişdir. Baxışa başlamazdan əvvəl X10 Quliyevdən pay torpaq sahəsinə baxış keçirməyə icazə veribvermədiyini soruşduqda o, heç bir etirazının olmadığını bildirmiş və daha sonra bu barədə ərizə yazmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən pay torpaq sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 14 ədəd bitki kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması barədə sual verdikdə o, bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə kollarıdır. Bundan sonra X9 bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə kollarıdır, hər birinə ayrı-ayrılıqda vaxtı-vaxtında aqrotexniki qaydada qulluq göstərilmiş və onların əkilib-becərilməsi qadağandır. Bundan sonra həmin narkotik tərkibli bitkiyə bənzər 14 ədəd bitki kolları maddi sübut əhəmiyyəti kəsb etdiyindən kökündən çıxarılmış, ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvvəkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və əkib-becərməsi barədə 08 iyun 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonunda doğulduğunu, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olduğunu və həmin ünvanda yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 08 iyun 2022-ci il tarixli Ə-330-195-22 nömrəli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X4 iştirakı ilə əməliyyataxtarış qrupu yaradılmışdır. Həmin günü saat 16 radələrində polis kapitanı Şahid2, və polis kapitanı X5 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayon Aşağı Salamabad kəndinə getmişdirlər. Təqsirləndirilən şəxs pay torpaq sahəsinin yaxınlığında gördükdə Rüstəm Həsənov Təqsirləndirilən şəxs səsləmiş, sonuncu adının çağırıldığını eşitdiyi üçün onlara tərəf çönmüşdür. Bu zaman Rüstəm Həsənov Təqsirləndirilən şəxs qanunsuz olaraq pay torpaq sahəsində narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, pay torpaq sahəsinə həyətinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, pay torpaq sahəsinə baxış keçirilməli olduğunu izah etmişdir. Baxışa başlamazdan əvvəl Rüstəm Həsənov Təqsirləndirilən şəxs pay torpaq sahəsinə baxış keçirməyə icazə verib-vermədiyini soruşduqda o, heç bir etirazının olmadığını bildirmiş və daha sonra bu barədə ərizə yazmışdır. Bundan sonra Rüstəm Həsənov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra baxışda iştirak edəcək şəxslər barədə və X9 barəsində məlumat vermişdir. Ondan hər hansı etirazının olub-olmamasını, iştirakçılarla hər hansı qohumluq münasibətinin və ya ədavətinin olub olmamasını soruşmuşdur. O, da baxış iştirakçılarından heç birinə, həmçinin X9yə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Rüstəm Həsənov Təqsirləndirilən şəxs baxış zamanı “Samsung” markalı videokamera vasitəsilə çəkiliş aparılacağını bildirmiş və hər hansı etirazının olub-olmadığını soruşduqda heç bir etirazının olmadığını bildirmişdir. Həmin pay torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs pay torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə Yevlax RPŞ-nə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Yevlax rayon Aşağı Salamabad kəndində Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinə baxış keçirməyə başlamışdırlar. Təqsirləndirilən şəxs Yevlax rayon Aşağı Salamabad kəndində yerləşən pay torpaq sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 14 (on dörd) ədəd bitki kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması barədə sual verdikdə o bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə kollarıdır. Bundan sonra X9dən həmin bitkilər barədə məlumat verməsini xahiş etmişdir. X9 bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə kollarıdır, hər birinə ayrı-ayrılıqda vaxtı-vaxtında aqrotexniki qaydada qulluq göstərilmiş və onların əkilib-becərilməsi qadağandır. Bundan sonra həmin narkotik tərkibli bitkiyə bənzər 14 (on dörd) ədəd bitki kolları maddi sübut əhəmiyyəti kəsb etdiyindən kökündən çıxarılmış, ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Daha sonra hadisə yerində iş üçün maddi sübut əhəmiyyət kəsb edəcək başqa hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Rüstəm Həsənov 14 (on dörd) ədəd narkorik tərkibli çətənə kollarından 10 ədədini bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmışdır. Rüstəm Həsənov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Digər 4 ədəd çətənə koluna bənzər kollarının həmin zərfə yerləşdirilməsi mümkün olmadığından Rüstəm Həsənov tərəfindən rayon polis şöbəsinin inzibati binasında qablaşdırılması üçün götürülmüş və 4 (dörd) ədəd narkorik tərkibli çətənə kolları rayon polis şöbəsinin inzibati binasında bir ədəd zərfə qoyulmuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmışdır. Rüstəm Həsənov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Rüstəm Həsənov 2 ədəd zərfdə qablaşdırdığı narkorik tərkibli bitki kollarının çətənə kolları olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, Şahid2, X7 və o həmin zərfin üzərinə imza çəkmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs pay torpaq sahəsində aparılan axtarış və götürmə başa çatmışdır. Yevlax RPŞ-nin inzibati binasında Rüstəm Həsənov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşayan şəxs kimi tanımışdır, onun Təqsirləndirilən şəxs ilə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinə baxış keçirilməzdən əvvəl, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təziq tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən torpaq sahəsidir. Həmin sahədə Təqsirləndirilən şəxs aqrotexniki qaydada quluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 20 sm - 90 sm uzunluqda 14 ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub). (iş vər.16-18); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 30-31); məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs pay torpaq sahəsindən götürülmüş 10 ədəd...” sözləri yazılmış 01 (bir) ədəd kağız paketin içərisindəki uzunluqları 15 sm-dən 55 sm-dək, nəm vəziyyətdə ümumi çəkisi-130,0 qram olan 10 (on) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs pay torpaq sahəsindən götürülmüş 4 ədəd...” sözləri yazılmış 01 (bir) ədəd kağız paketin içərisindəki uzunluqları 80 sm-dən 90 sm-dək, nəm vəziyyətdə ümumi çəkisi-540,0 qram olan 4 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranom mütəxəssis Fəqan Musazadənin xx.xx.2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata sərf edildi 0,70 qram (hər bitkilərdən 0,05 qram) qalıq-669,30 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 46-48); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 iyun 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 73-74); əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 88-89); məhkəmə narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 1004 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 119); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.( iş vər.87); AZ-İİ seriyalı 870577 nömrəli, AZ-İİ seriyalı 870578 nömrəli və AZ-İİİ seriyalı 372984 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü, xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü uşaqları vardır. (iş vər. 93-95); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut- 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat, 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 2 (iki) saat hüquqi yardımın və Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmədə göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi,18 (on səkkiz) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-160/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-160/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver