Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-160/2024 12.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, X7 küçəsi ev 26 ünvanında qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd mavi rəngli sellofan torbanın içərisindəki 01 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 460 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 28 iyun 2024-cü il tarixdə saat 19:50 radələrində Yevlax şəhəri Fazil İsayev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib Təqsirləndirilən şəxs üzərində həmin gün saat 20:20 dəqiqədən 20:35 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində olan 01 ədəd mavi rəngli sellofan torbanın içərisindəki 01 ədəd ağ rəngli sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 460 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək biri birinə zidd verdiyi ifadəsində bildirmişdir ki, O, son 7-8 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 28 iyun 2024-cü il tarixdə saat 19:50 radələrində Yevlax şəhəri Fazil İsayev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlamış və sonradan polis şöbəsində üzərinə baxış keçirilərkən 01 ədəd mavi rəngli sellofan torbanın içərisindəki 01 ədəd ağ rəngli sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 460 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsus olmuşdur və həmin marixuananı bir gün əvvəl Kür çayının sahilindən tapmışdır. Heç kimə narkotik satmamış və özü istifadə etmək üçün həmin narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlamışdır. Təqsirləndirilən şəxs sonradan məhkəmə zalında ifadəsinin tam əksinə olaraq bildirmişdir ki, polis əməkdaşları onu Yevlax şəhəri Fazil İsayev küçəsində saxlamamış, o, 28 iyun 2024-cü il tarixdə saat 5- 6 arasında dostları ilə Yevlax şəhəri 3 saylı bazarın yaxınlığında yerləşən kafedə pivə içdiyi yerdə 5 nəfər polis əməkdaşı tərəfindən tutularaq polis şöbəsinə aparılmışdır. O, şöbəyə aparılarkən üzərində heç bir əşya olmamış, polis əməkdaşları evinə zəng edərək paltar gətirmələrini anasına bildirmiş, bundan 20 dəqiqə sonra göy rəngli bir salafan torbanı polis əməkdaşları ona verərək götürməsini, evlərindən anasının göndərdiyini, içərisində paltarının olmasını və çəkiliş zamanı həmin əşyaların özünə məxsus olmasını söyləməsini demiş, əks halda işinin ağırlaşacağını ona bildirmişlər. Bu səbəbdən çəkiliş zamanı aşkar olunmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşlarının narkotik vasitəni üstünə qoymaqda məqsədlərinin nə olmasını bilmir. Saxlanılarkən üzərində telefonu olmamış, baş vermiş hadisə ilə bağlı hər hansı bir hüquqmühafizə orqanına şikayət etməmiş, məhkəmə zalında ittiham tərəfi və özünün vəkili suallar verərkən başa düşmədiyindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın onun özünə məxsus olmasını və hənim narkotiki xx.xx.2024-cü il tarixdə Kür çayının sahilindən tapmasını bildirmişdir. O, saxlanılarkən yanında çox sayda başqa adamlar olmuşdur və həmin şəxslərin şahid qismində dindirilməsi üçün məhkəməyə məlumat verəcəkdir. Təqsiri olmadığı və ona qarşı irəli sürülmüş ittiham uydurma, əsasssız olduğu üçün məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, daşınması, saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə 28 iyun 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Yevlax RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat nəticəsində Yevlax şəhəri Fazil İsayev küçəsində Təqsirləndirilən şəxs saxlayaraq sonuncunu rayon polis şöbəsinə dəvət etmişlər. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış təhqiqatçının və vəkili X2 iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X5 tərəfindən video yazı vasitəsi ilə qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bir ədəd mavi rəngli sellofan torbanın içərisində ağ sellofan torbaya bükülmüş olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Yevlax şəhəri Kür çayının kənarından tapdığını və özü istifadə etmək üçün öz üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürülmənin keçirilməsi nəticələrinə dair protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, saxladıqları və baxış keçirdikləri zamanı Təqsirləndirilən şəxs təzyiq və ya hər hansı zorakılıq göstərilməmişdir. Aşkar olunmuş 460 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olaması barədə Təqsirləndirilən şəxs hazırda məhkəmə zalında bildirdiyi fikirlər yalandır. Aşkar olunmuş narkotik vasitə təqsirləndirilən şəxsin özünə məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.17-18); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 1 ədəd mavi rəngli sellofan torbanın içərisində ağ sellofan torbaya bükülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq CD disk əlavə olunub) (iş vər. 25-32); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/578 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik..” sözləri, adlar və imzalar yazılmış mavi rəngli sellofan torbanın içərisindəki 01(bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi – 460,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 460,0 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 459,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır.(iş vər.37-40); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 17.00-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.65-66); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 459,95 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 459,95 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vər.68-69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.72); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür.(iş vər.97); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 109.1-cü qrafasına əsasən narkotik vasitə sayılan 5 qram qurudulmuş marixuana (kannabis) xeyli miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 459,95 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi, habelə onun ittiham aktında göstərilən yerdə deyil Yevlax şəhərində 3 saylı bazarın yanında yerləşən kafedə saxlanılması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyun 2024cü il tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əlində olan bir ədəd mavi rəngli sellofan torbanın içərisində ağ sellofan torbaya bükülmüş bükülünü könüllü olaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi bir ədəd mavi rəngli sellofan torbanın içərisində ağ sellofan bükülmüş bükülünün içərisindəki qurudulmuş marixuanadır. O, həmin qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə səhər saat 20:00 radələrində Yevlax şəhəri Kür çayının kənarından tapdığını və özünün istifadəsi üçün saxlamışdır; - İstintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Yevlax şəhəri Kür çayının kənarından tapdığını, əlində olan bir ədəd mavi rəngli sellofan torbanın içərisində ağ sellofan torbaya bükülmüş bükülüdə olan qurudulmuş marixuana üzərində saxlamışdır ki, gələcəkdə istifadə etsin. O, xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Yevlax şəhəri Fazil İsayev küçəsində olan zaman iki polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirmişdirlər. O, həmin ərazidə onu tanıdıqlarını polis əməkdaşlarına bildirərək üzərində şəxsi axtarışın polis şöbəsində keçirilməsini xahiş etmişdir. Polis əməkdaşları onun xahişini nəzərə alaraq onu polis şöbəsinə dəvət etmişdirlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun əlində olan bir ədəd mavi rəngli sellofan torbanın içərisində ağ sellofan torbaya bükülmüş bükülüdə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılmış və üzəri möhürlənərək ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, həmin narkotik vasitə olan qurudulmuş marixuana özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə olan qurudulmuş marixuana satmaq niyyəti olmamışdır. O, qurudulmuş marixuana özü istifadəsi üçün üzərində saxlamışdır. O, heç kiməsəyə narkotik vasitə və ya qurudulmuş marixuana satmamışdır; - Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür; Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verddiyi ifadəsində saxlanılarkən yanında çox sayda başqa adamların olduğunu və həmin şəxslərin şahid qismində dindirilməsi üçün məhkəməyə məlumat verəcəyini bildirsə də, bununla bağlı - yəni həmin şəxslərin kimliyi barədə məhkəməyə məlumat verməmiş, habelə rəsmi müraciəti olmamışdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi, cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (ilk dəfə az ağır cinayət törətməsi) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablansın Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 459,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-160/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-160/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver