Məhkəmə qərarları › İş №1(039)-161/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-161/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-161/2022 27.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cəbrayıl qızının, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Laçın rayonu, Ərikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olan və Yevlax rayonu, Xaldan kəndində yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının 23-də günorta saatlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs Cəbrayıl qızının işlətdiyi Yevlax rayonu Aşağı Bucaq kəndində “Şəki dairəsi” adlanan yerdə yerləşən “Anamın təndiri” adlı kafeyə nahar etmək üçün gəlib yemək sifariş verdikdən sonra əllərini yumaq üçün əl-üz yuyana tərəf getmiş, həmin vaxt orada olarkən qab-qacaq qoyulması üçün nəzərdə tutulan şkafın açıq hissəsinin üzərində olan Zərərçəkmiş şəxs məxsus pul kisəsini görüb, ətrafda kənar şəxsin və ya şəxslərin olmadığını yəqin etdikdən sonra həmin pul kisəsini açıb içərisində olan sonuncuya məxsus 573 manat pulu gizli yolla qəsdən talayaraq oğurluq etməklə Zərərçəkmiş şəxs Cəbrayıl qızına 573 manat dəyərində maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yemək üçün mütəmadi olaraq getdiyi Zərərçəkmiş şəxs Cəbrayıl qızının işlətdiyi Yevlax rayonu, Aşağı Bucaq kəndində “Şəki dairəsi” adlanan yerdə yerləşən “Anamın təndiri” adlı kafeyə getmiş, kafeyə getdikdən sonra orada o, Zərərçəkmiş şəxs 1 porsiya yemək - katlet sifariş vermiş, bu zaman Mətanət nə isə almaq üçün kafedən çıxaraq mağazaya getmiş, həmin vaxt isə kafedə o və Mətanətin azyaşlı oğlu qalmış, o, Mətanəti gözləyərkən kafenin əl-üz yuyan yerində əlini yumaq qərarına gəlmiş, oturduğu masadan duraraq umivalnikin yanma gəlmişdir. Umivalniklə üzbə üz isə əşyaların qoyulduğu şakf olmuşdur. O, bu zaman həmin şkafın yuxarı rəfində, yağ verdərisinin altında pul qabı olduğunu görmüş, kafedə heç kim olmadığını yəqin etdikdən sonra pul qabını götürərək içərisinə baxdıqda içərisində pullar olduğunu görmüş və həmin vaxt pula ehtiyacı olduğundan onları götürüb tez cibinə qoymuşdur. Bu vaxt isə kafedə olan Mətanətin oğlu oraya gələrək ondan şkafın yanında nə etdiyini soruşmuş, o da uşağa əl-üzünü yuduğunu və üstünü təmizlədiyini bildirirərək kafedən çıxıb getmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmədiyini və onunla barışıq əldə bilmədiyini məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Cəbrayıl qızı ifadəsində bildirmişdir ki, onun icarəsində olan Yevlax rayonu, Aşağı Bucaq kəndində, “Şəki dairəsi” adlanan yerdə “Anamın təndiri” adlı kafedə qazan yeməkləri bişirib satmış, özü 2-ci qrup əlil olmuş, bir neçə ay pensiya pulundan 500 manat, kafedə satdığı yeməklərdən isə 73 manat pul yığmış, həmin pulları özünə məxsus pul qabına, həmin pul qabını isə kafedə olan şkafın rəfinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında kafedə olarkən əvvəllər tanıdığı Sədi adlı şəxs kafeyə gəlmiş, Sədi katlet sifariş etmiş, o, bu zaman çörək almaq üçün kafenin yaxınlığındakı mağazaya getmiş, kafedə isə 10 yaşlı oğlu Elcan Qarayev olmuşdur. O, çörək alıb qayıdanda Sədini kafedə görməmiş, oğlundan Sədinin harada olduğunu soruşmuş, oğlu isə ona Sədi kafedə olarkən telefonda oyun oynadığını, həmin vaxt Sədinin şkafa yaxınlaşaraq nə isə götürdüyünü, lakin onun Sədinin nə götürdüyünü bilmədiyini, Sədidən nə iş gördüyünü soruşduqda isə Sədinin üzərini təmizlədiyini deyərək dondurma almaq üçün 1 manat verdiyini, bundan sonra isə Sədinin tələsdiyini və getməli olduğunu deyib kafedən çıxıb getdiyini bildirmişdir. Elcanın bu sözündən sonra isə o, dərhal pulu qoyduğu vedrənin altına baxmış, pul qabına baxdıqda 573 manat pulunun oğurlandığını aşkar etmiş, bundan sonra çölə çıxıb Sədini axtarsa da tapa bilməmiş və onun yaşadığı evə getmiş, lakin Sədini orada tapa bilməmiş, buna görə də polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Oğruluq nəticəsində ümumilikdə ona 573 manat miqdarında ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və onun qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 24 may 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer Zərərçəkmiş şəxs Cəbrayıl qızının icarəsində olan Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən “Anamın təndiri” adlı kafedir. Baxış zamanı müəyyən edildi ki, “Anamın təndiri” adlı kafe Aşağı Bucaq kəndində yerləşir kafenin qonşuluğunda obyektlər vardır. Kafenin qarşısında yemək üçün stollar qoyulmuş və kafeyə daxil olduqda Zərərçəkmiş şəxs məxsus olan əşyaların qoyduğu şkafın yuxarı rəfində yağ verdərisinin altında pul kisəsini qoyduğunu kafeyə müştəri qismində gələn Təqsirləndirilən şəxs pulu oğruladığı yeri göstərmişdir. (iş vər.08- 11); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər. 21); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 may 2022-ci il tarixdə saat 11:5-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 43-44); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir ( iş vər. 64-65); “ifadənin yerində yoxlanılması haqqında” 01 iyun 2022-ci il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Sədi Meyralıyevin istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, Zərərçəkmiş şəxs Cəbrayıl qızının işlətdiyi Yevlax rayonu, Aşağı Bucaq kəndində “Şəki dairəsi” adlanan yerdə yerləşən “Anamın təndiri” adlı kafenin içərisində olan açıq şkafdan pulların oğurladığı yeri göstərmişdir. (iş vər. 48-49); Zərərçəkmiş şəxs Cəbrayıl qızının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş və ondan şikayətçi olduğu bildirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar