Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-162/2021 10.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlunun və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 24 iyul 1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1994-cü ildə Bərdə rayonu Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 08 iyul 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Yevlax şəhəri Səməd Vurğun adına parkın arxa tərəfində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********55 reyestr nömrə qeydə alınan, saxlanc yeri hesab olunan 0,045 ha həyətyanı torpaq sahəsinə qanunsuz daxil olaraq, həyətdə olan 2300 manat dəyərində 5 m3 taxtanı, hər birinin ayrı-ayrılıqda qiyməti 35 manat olmaqla ümumi dəyəri 595 manat olan 17 ədəd 6 metr uzunluqda, 89 sm diametrli dəmir boruları, hər birinin ayrı-ayrılıqda qiyməti 7 manat olmaqla ümumi dəyəri 98 manat olan 14 ədəd 1,5-2 metr uzunluqda 100 sm diametrli dəmir boruları, hər birinin ayrı-ayrılıqda qiyməti 45 manat olmaqla ümumi dəyəri 135 manat olan 03 ədəd 5 metr uzunluqda, 120 sm diamerli dəmir boruları, hər birinin ayrı-ayrılıqda qiyməti 32 manat olmaqla ümumi dəyəri 64 manat olan 02 ədəd 4 metr uzunluqda, 100 sm diametrli başı əyri olan boruları, hər birinin ayrı-ayrılıqda qiyməti 5 manat olmaqla umumi dəyəri 10 manat olan 02 ədəd 2 metr uzunluqda metal künclükləri, hər birinin ayrı-ayrılıqda qiyməti 32 manat olmaqla ümumi dəyəri 96 manat olan 03 ədəd 4 metr uzunluqda şvellerləri qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3298 manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdirlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 8 iyul 2021-ci il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə tanıdığı Altayın yaşayış olmayan məhlə yerinin qarşısından keçib gedərkən məhlə yerində xeyli taxta, müxtəlif ölçülü metal boruları və şveller olduğunu görmüşlər. Pulları olmadığına görə həmin materialları oğurlayıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə orada olan materialları əl arabası ilə yaxınlıqda metal qəbul edən Elnur adlı şəxsin sexinə aparmışlar. Elnura həmin materialların özlərinə məxsus olduğunu və satıb pul əldə etmək istədiklərini demişlər. Elnur ona 450 manat pul vermişdir o, pulu Qəzənfərlə bölüb xərcləmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 8 iyul 2021-ci il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə tanıdığı Altayın yaşayış olmayan məhlə yerinin qarşısından keçib gedərkən, Altayın məhlə yerində xeyli sayda tikinti materialları olduğunu görmüşlər. Pulları olmadığına görə həmin materialları oğurlayıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə orada olan materialları əl arabası ilə yaxınlıqda metal qəbul edən Elnur adlı şəxsin sexinə aparmışlar. Elnur tikinti materiallarının oğurluq olduğunu bilməmişdir. Elnur Rövşənə 450 manat pul vermişdir. Rövşən pulu onunla bölmüş və o, həmin pulu xərcləmişdir. 15 iyul 2021-ci il tarixdə onu və Rövşəni polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Onlar etdikləri cinayət əməlini etiraf etmişlər. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Yevlax şəhər Səməd Vurğun parkının arxa tərəfində ona məxsus 0,045 ha həyətyanı torpaq sahəsi vardır. 15 iyul 2021-ci il tarixdə saat 07 radələrində həmin torpaq sahəsinə getmiş, məhlədə gələcəkdə ev tikmək üçün alıb yığdığı 560 manat dəyərində 5 m3 taxtanın, hər birinin ayrı- ayrılıqda qiyməti 35 manat olan 17 ədəd 6 metr uzunluqda, 89 sm diametrli dəmir boruların, hər birinin ayrı-ayrılıqda qiyməti 7 manat olan 14 ədəd 1,5-2 metr uzunluqda 100 sm diametrli dəmir boruların, hər birinin ayrı-ayrılıqda qiyməti 45 manat olan 03 ədəd 5 metr uzunluqda, 120 sm diamerli dəmir boruların, hər birinin ayrı-ayrılıqda qiyməti 32 manat olan 02 ədəd 4 metr uzunluqda, 100 sm diametrli başı əyri olan boruların, hər birinin ayrı-ayrılıqda qiyməti 5 manat olan 02 ədəd 2 metr uzunluqda dəmir uqolniklərin və hər birinin ayrı-ayrılıqda qiyməti 32 manat olan 03 ədəd 4 metr uzunluqda şvellerlərin oğurlandığını görmüşdür. Ona görə o, polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan o bilmişdir ki, məhlə yerindən tikinti materiallarını tanıdığı Rövşən və Qəzənfər oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, metal və işlənmiş materialları qəbul etməklə məşğuldur. 08.07.2021-ci il tarixdə saat 13 radələrində iş yerində olmuş, həmin vaxt tanıdığı Rövşən və Qəzənfər əl arabası ilə taxta, metal borular və şvellerlər gətirərək özlərinə məxsus olduğunu və pul lazım olduğu üçün satdıqlarını demişlər. O, həmin materiallara baxmış və 640 manata materialları onlardan almışdır. Sonradan bilmişdir ki, Rövşən və Qəzənfər həmin materialları oğurlayıb ona satmışdır. Həmin materialları oraya gəlmiş polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri S.Vurğun parkının arxa tərəfində yerləşən 0,045 ha həyətyanı, yaşayış olmayan torpaq sahəsidır. Torpaq sahəsinin eni 40 metr, uzunluğu 32 metrdir. Torpaq sahəsində qum, çınqıl və kubik daşları var. Torpaq sahəsinin sağ, sol və arxa tərəfi mişar daşı ilə örtülsə də, küçə tərəfdən açıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs ona məxsus müxtəlif növlü tikinti materiallarının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir (iş vər. 05-07); “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 15 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer Şahid işlədiyi, Yevlax şəhəri K.Sabitov küşəsində yerləşən metal qəbulu sexidir. Şahid 08 iyul 2021-ci il tarixdə tanıdığı Qəzənfər və Rövşən adlı şəxslərin onun sexinə gələrək özlərinə məxsus taxtanı, 17 ədəd 6 metr uzunluqda, 89 sm diametrli dəmir boruları, 14 ədəd 1,5-2 metr uzunluqda 100 sm diametrli dəmir boruları, 03 ədəd 5 metr uzunluqda, 120 sm diametrli dəmir uqolnikləri 02 ədəd 4 metr uzunluqda, 100 sm diametrli başı əyri olan boruları, 02 ədəd 2 metr uzunluqda dəmir uqolnikləri (künclük), 03 ədəd 4 metr uzunluqda şvellerləri ona satdığını bildirmişdir. Zərərçəkmiş şəxs Şahid göstərdikləri materialları tanıyaraq ona məxsus olduğunu bildirmiş və həmin materiallar sübut kimi götürülmüşdür (iş vər. 32-40); “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar (iş vər.24; 49); qətimkan tədbiri seçmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 17 iyul 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir( iş vər.66-67; 76-77); “maddi sübut kimi tanınma” haqqında 25 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Ələddin oğluna məxsus 5 m3 taxta, 17 ədəd 6 metr uzunluqda 89 sm diametrli dəmir borular, 14 ədəd 1.5-2 metr uzunluqda 100 sm diametrli dəmir borular, 03 ədəd 5 metr uzunluqda 120 sm diametrli dəmir borular, 02 ədəd 4 metr uzunluqda 100 sm diametrli başı əyri olan borular, 02 ədəd 02 metr uzunluqda dəmir uqolniklər (künclük), 03 ədəd 4 metr uzunluqda şvellerlər maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (iş vər.79); məhkəmə əmtəəşünaslıq ekspertizasının 31 avqust 2021-ci il tarixli, 9/5497 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 m3 şam materialdan olan taxtanın təzə vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2300 manat müəyyən olunur. 17 ədəd 6 metr uzunluqda 89 sm diametrli dəmir boru, 14 ədəd 1.5-2 metr uzunluqda 100 sm diametrli dəmir boru, 03 ədəd 5 metr uzunluqda 120 sm diametrli dəmir boru, 02 ədəd 4 metr uzunluqda 100 sm diametrli başı əyri olan boru, 02 ədəd 02 metr uzunluqda dəmir uqoniklər (künclük), 03 ədəd 12 sm enində 4 metr uzunluqda şvellerin divarının qalınlığı və ya kütlələri məlum olmadığından qiymətləndirmə aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır( iş vər. 107-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20.08.2021-ci il tarixli cavablardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır ( iş vər. 91-92); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 17 saylı Regional ərazi filialı tərəfindən verilmiş 14.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İİİ qrup əlildir (iş vər.88); Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, sonuncunun İİİ qrup əlil olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəmələrini, törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldıqları 2 (iki) gün müddət cəzalarından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxslər barəsində polisin nərarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut hesab edilən tikinti materiallarının sahibinə qaytarılması nəzərə alınmalı, müdafiəçilərə göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 15 iyul 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 15 iyul 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə göstərdiyi 17 (on yeddi) saat, Müdafiəçi1 məhkəmədə göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 90 (doxsan) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-162/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-162/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver