Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-162/2022 06.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə 2021-ci ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs yaşadığı Yevlax rayonu Bəydilli kəndində Zərərçəkmiş şəxs vahid niyyətlə aldadıb onun oğlu Cahangir Yusibovu “Socar” şirkətinə işə düzəldəcəyi vədini verərək ilkin olaraq 3000 manat və həmin ilin may ayının ortalarında istintaqla müəyyən edilməyən gündə 1800 manat nəğd pulunu vahid niyyətlə qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 4800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayından tanımışdır. Belə ki, o, 2021ci lin yanvar ayında Mingəçevir şəhərində “AzərAvtoyol”da nəzarətçi vəzifəsində işləyərkən həmin vaxt o, Səxavət adlı şəxs ilə tanış olmuş və həmin şəxs ilə onun arasında mehriban münasibətləri yaranmışdır. Onlar birlikdə tez-tez görüşmüşlər. O, həmin vaxtlar Səxavətin yaşadığı Yevlax rayonu Bəydilli kəndinə qonaq olaraq gedib gəlmişdir. Təxminən 2021-ci ilin may ayının əvvəllərində o, Səxavətin yaşadığı Yevlax rayonu Bəydilli kəndində yerləşən evlərində olarkən həmin vaxt Səxavətin atası Cavanşir ona bildirmişdir ki, onun oğlu Cahangir hərbi xidmətdən qayıtmış və işsizdir. O, həmin vaxt Cavanşirə bildirmişdir ki, Cahangirin işə düzəlməsində ona köməklik göstərəcəkdir. Bundan sonra ona həmin vaxtlar pul lazım olduğundan o, Cavanşir kişi ilə yaşadığı evdə görüşdükdə Cavanşirə bildirmişdir ki, onun oğlu Cahangiri “Socar” şirkətinə işə düzəldə biləcəkdir. Eyni zamanda həmin işlə təmin olunması üçün 3000 manat pul verməli olduğunu demiş və bundan təxminən 1-2 gün sonra o, Cavanşir kişi ilə yaşadıqları evdə görüşmüş və Cavanşir ona ilk dəfə 3000 manat pul vermiş və o, həmin pulu ondan almışdır. O, pulu aldıqdan sonra həmin 3000 manat pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bir müddət keçdikdən sonra o, təkrar olaraq Cavanşirə əlavə olaraq 2000 manat pul lazım olduğunu bildirmiş, lakin Cavanşir kişi 2000 manat pul təşkil edə bilməmiş və ona 1800 manat pul vermiş və o, həmin pulları da öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan sonra onun mobil telefonuna tez-tez Səxavət və onun atası Cavanşir kişi zənglər etmişlər, o da hər dəfə onlara müxtəlif yalanlar demişdir. Lakin sonradan o, utandığı üçün telefona cavab verməmişdir. Həmin vaxtdan sonra 2022-ci ilin fevral ayında o, bu barədə evdə anasına demiş və anası ilə onun arasında mübahisə yaranmışdır. Sonradan onların qohumu olan Natiq ilə birlikdə Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən yol kənarında yerləşən yeməkxanalardan birində görüşmüş və onlar orada söz vermişlər ki, yaxın vaxtlarda pulu geri qaytaracaqlar. Lakin onun və ailə üzvlərinin vəziyyəti yaxşı olmadığından belə ki, atası ağır xəstə olduğundan və maddi sıxıntıları olduğundan həmin 4800 manat pulu geri qaytara bilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun oğlu Cahangir 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Digər oğlu Səxavət isə Mingəçevir şəhərində işləyir. Oğlu Səxavət 2021-ci ilin yanvar aylarında Mingəçevir şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan başlayaraq onların aralarında mehriban münasibətləri yaranmış, hərdən bir Orxan onun oğlu ilə birlikdə onların yaşadığı Yevlax rayonu Bəydilli kəndində yerləşən evinə qonaq olaraq gəlib getmişdir. O, bir ata olaraq onların dost olduqlarını güman etmişdir. Orxanın həmin vaxtlar “AzərAvtoyol”da işləməsini bilmişdir. Bu barədə ona Orxanın özü bildirmişdir. 2021-ci ilin may ayında oğlu Səxavət ona Orxanın qardaşını işə düzəldə biləcəyini demişdir. Həmin vaxtlar oğlu Cahangir hərbidən təxris olunmuşdur və o, oğluna iş axtarmışdır. Oğlu Səxavət ona bu barədə bildirdikdən sonra o, Orxanla yaşadıqları kənddə yəni onların evində olarkən söhbət etmişlər. Orxan ona bildirmişdir ki, onun oğlu Cahangiri Socar şirkətinə işə düzəldə biləcəkdir. Bundan sonra Orxan ondan oğlu Cahangirin şəxsiyyət vəsiqəsini tələb etmiş və ilkin olaraq Orxan ondan Socar şirkətinə oğlunun işə düzəlməsi üçün 3000 manat pul lazım olduğunu bildirmiş və o, 2021-ci ilin may ayının əvvələrində yaşadığı Yevlax rayonu Bəydilli kəndində 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Orxan pulu aldıqdan sonra yaxın günlərdə işin həll olunacağını bildirmiş, az sonra təkrar olaraq Orxan ondan 2000 manat pul istəmiş, lakin o, həmin pulu tam olaraq düzəldə bilməmiş və o, Orxana 1800 manat pul vermişdir. Söhbət zamanı Orxan onu, oğlunu işə düzəldəcəyinə tam inandırmış, o da bu səbəbdən Orxana inanaraq 4800 manat pulu Orxana vermişdir. Orxan pulu aldıqdan sonra o, Orxanla işlə bağlı tez-tez əlaqə saxlamağa başlamış, lakin sonradan Orxan onun mobil telefonlarına cavab verməyərək onun telefonunu söndürmüşdür. O, dəfələrlə Orxanla əlaqə saxlamış və sonuncu dəfə o, Orxanla onun yaxın qohumu Natiqlə birlikdə Yevlax rayonu Xaldan qəsəbəsində görüşmüş və orada ona məlum olmuşdur ki, Orxan heç kimə pul verməmiş, Orxan onu aldadaraq ondan oğlunu işə düzəltmək adı ilə aldığı pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmin vaxt Orxanın qohumu kimi özünü təqdim edən Natiq adlı şəxs onu əmin etmişdir ki, Orxanın almış olduğu pulları yəni 4800 manat pulu qısa bir zamanda ona qaytaracaqdır. Lakin, həmin vaxtdan xeyli müddət keçsə də Orxan onu aldadaraq aldığı 4800 manat pulu ona geri qaytarmamışdır. Bundan sonra o, polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Orxan onun yaşadığı evə qonaq olaraq gəlib getmişdir və o, Orxana inanaraq 4800 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 4800 manat pulun 3000 manatını ilk dəfə 2021-ci ilin may ayının əvvəllərində yaşadığı Yevlax rayonu Bəydilli kəndində yerləşən evində vermiş, sonradan isə o, 1800 manat pulu təkrar olaraq Təqsirləndirilən şəxs Yevlax rayonu Bəydilli kəndində yerləşən evində vermişdir. Onun Orxana 4800 manat pul verməsini onun ailə üzvləri oğlanları Səxavət və Cahangir təsdiq edə bilərlər. O, həmin pulları oğlanlarının iştirakı ilə vermişdir. O, həmin pulu iri buynuzlu heyvanlarını sataraq əldə etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Ağdaş rayonunda Azərbaycan Yollarının Dövlət Agentliyində yol nəzarətçisi kimi yeddi ildən artıqdır ki, işləyir. Oğlu Təqsirləndirilən şəxs Yevlax rayonu Bəydilli kəndində yaşayan Zərərçəkmiş şəxs 2021-ci ilin may ayında onun oğlunu SOCAR şirkətinə işə düzəltmək adı ilə iki dəfə olmaqla cəmi 4800 manat pul almışdır. Bu pulun 3000 manatını bir dəfə sonra isə 1800 manatını almışdır. Oğlunun Zərərçəkmiş şəxs aldadadıb ondan bu yolla pul alması barədə 2022-ci ilin yanvar ayına qədər onun heç bir məlumatı olmamışdır. 2022-ci ilin yanvar ayında əmisi oğlu X2 rayonu Xaldan kəndində Zərərçəkmiş şəxs ilə görüşmüş ondan 2022-ci ilin fevral ayının 28-dək müddət almışdır. Oğlu Təqsirləndirilən şəxs da onun əmisi oğlu Şahid2 ilə birlikdə Cavanşir Yisibovla görüşmüşdür. Lakin bu müddət ərzində pulu verə bilməmişlər. Oğlu ilə arasında 2022-ci ilin mart ayında yaşadığı evdə mübahisə yaranmış, o, polis şöbəsinə getdikdə Zərərçəkmiş şəxsla orada görüşmüş və Cavanşir ona reallıqda baş vermiş hadisə barədə məlumat vermişdir. O, bundan sonra tam xəbərdar olmuşdur ki, oğlu Orxan X5 oğlunu işə düzəltmək adı ilə aldatmışdır. Bu barədə o, oğlu ilə danışarkən o, özüdə bunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata götürülməsi barədə 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlansın və istintaq aparılması üçün icraata götürülmüşdür (iş vər.01); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, xx.xx.2021-ci il tarixdə Ağdaş RPŞ-də onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə CPM-nin 39.1.12-ci maddəsinə əsasən (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) xitam verilmişdir (iş vər.38); qətimkan tədbirinin seçilməsi haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.72-73); Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.50); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Ağdaş RPŞ-nin xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs brəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə CPM-nin 39.1.12-ci maddəsinə və xx.xx.2021-ci il tarixli amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 8-ci bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hisssinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-162/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-162/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver