Məhkəmə qərarları › İş №1(039)-163/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-163/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-163/2021 17.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,213 qram miqdarında narkotik vasitə heroini X1 31 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Yevlax şəhəri, M.Ə.Sabir küçəsində 10 manata alaraq üzərində saxlamış, həmin gün saat 13:00da narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərindən həmin gün saat 13:50-dən 14:10-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Səbuhi Məmmədovdan 10 manata alaraq üzərində saxladığı 0.371 qram narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 2019-cu ildən narkotik vasitə olan heroindən istifadə edir. Tanışlarından öyrənmişdir ki, əvvəllər də tanıdığı X3 narkotik vasitə olan heroin satır. 31 iyul 2021-ci il tarixdə saat təxminən 12:00-da Səbuhinin istifadəsində olan mobil telefonun nömrəsini tanışlarından əldə etmiş və ona zəng edərək heroin almaq istədiyini bildirmişdir. Səbuhi bildirmişdir ki, bir bükümünü 10 manata satır. Onunla razılaşıb Yevlax şəhəri, M.Ə.Sabir küçəsndə yerləşən “Dostluq” ,adlıq Sarayının arxasında görüşmüşdür. Səbuhiyə 10 manat pul vermiş və Səbuhi ona bir sellofan bükümdə heroin vermişir. Həmin heroini sonradan istifadə etmək üçün şalvarının sağ yan cibinə qoyub saxlamışdır. Səbuhidən ayrılıb yaşadığı, Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən evə tərəf gedən zaman, saat təxminən 13:00-da polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman Səbuhidən aldığı aldığı heroin aşkar olunmuşdur. Etiraf etmişdir ki, bükülüdə olan narkotik maddə olan heroindir, tanışı Səbuhi adlı şəxsdən öz istifadəsi üçün almışdır. Əməlindən peşman olduğunu bildirərək, himayəsində azyaşlı uşağının olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 iyul 2021-ci il tarixdə X7 şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bunun əsasında raportla rəhbərliyə müraciət etmişdir. Şöbənin rəhbərinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Qrupun digər üzvləri Faiq Cəfərov və Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, H.Əliyev prospektinə getmişlər. Təxminən saat 13:00-da Naibin piyada yaşadığı ev istiqamətində getdiyini görmüş və Naibə yaxınlaşmışlar. Özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Naib buna etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülü aşkar edilmişdir. Naib bildirmişdir ki, sellofanın içində aşkar edilmiş maddə heroindir, onun özünə məxsusdur. Həmin narkotik vasitəni Səbuhi Məmmədov adlı şəxsdən həmin gün 10 manata almışdır. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 31 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, onun üzərindən bir ədəd sellofan bükülü aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bükülüdə olan maddə narkotik maddə olan heroindir, özü istifadəsi üçün Səbuhi Məmmədov adlı şəxsdən 10 manat müqabilində almışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd bir ədəd sellofan bükülünün, onun içində isə narkotik vasitə olan heroinə bənzər maddənin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X5 31 iyul 2021-ci il tarixli 17/562 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,371 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh.40) Məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 1150 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.98) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyələndirən halları, ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir uşağının olmasını, digər cinayətin açılmasına köməklik etməsini, habelə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 saxlanılan 0.321 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut - X6 saxlanılan 0.321 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar