Məhkəmə qərarları › İş №1(039)-164/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-164/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-164/2022 21.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1995-ci il tarixdə Lənkaran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs oğlunun qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, 2020-ci ilin iyul ayının əvvəllərində əvvəllər tanıdığı Yevlax şəhəri 32-ci məhəllə bina 2 mənzil 27-də yaşayan, müddətdən artıq hərbi xidmət qulluqçusu işləyən Şahid xəstəliklə əlaqədar hərbi xidmətdən əlillik dərəcəsi təyin edilməklə tərxis olunacağı vədini verib aldatmaqla, vahid niyyətlə sonuncunun anası Zərərçəkmiş şəxs 27 iyul 2020-ci ildə günorta saatlarında Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Kapital Bank”ın Yevlax rayon filialında yerləşən “MİLLİÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan 416974******2123 nömrəli plastik bank kartına göndərdiyi Zərərçəkmiş şəxs məxsus olan 700 manat pulu, xx.xx.2020-ci ildə günorta saatlarında Zərərçəkmiş şəxs Yevlax şəhərində yerləşən “Neptun” marketin qarşısında yerləşən “MİLLİÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan 416974******2123 nömrəli plastik bank kartına göndərdiyi Zərərçəkmiş şəxs məxsus olan 1,500 manat pulu, xx.xx.2020-ci ildə günorta saatlarında Zərərçəkmiş şəxs Yevlax şəhərində yerləşən “Neptun” marketin qarşısında yerləşən “MİLLİÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan 416974******2123 nömrəli plastik bank kartına göndərdiyi Zərərçəkmiş şəxs məxsus olan 3,300 manat pulu, xx.xx.2020--ci ildə axşam saatlarında Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Kapital Bank”ın Yevlax rayon filialında yerləşən “MİLLİÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan 416974******2123 nömrəli plastik bank kartına göndərdiyi Zərərçəkmiş şəxs məxsus olan 303 manat pulu və xx.xx.2021-ci ildə günorta saatlarında Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Kapital Bank”ın Yevlax rayon filialında yerləşən “MİLLİÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan 416974******2123 nömrəli plastik bank kartına göndərdiyi Zərərçəkmiş şəxs məxsus olan 350 manat pulu ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs aldatma yolu ilə xeyli miqdarda cəmi 6,153 manat ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, hərbi xidmətdə olarkən Şahid ilə tanış olmuşdur. Hərbi xidməti başa vurandan sonra da Əli ilə telefonla əlaqə saxlamışdır. 2020-ci ilin iyul ayının ortalarında Əli ilə telefonla danışarkən sonuncu bildirmişdir ki, işdən çıxmaq istəyir, lakin ona təqaüd düşmür. Əliyə təqaüdə çıxmağa köməklik edəcəyini ancaq müəyyən miqdarda pul lazım olduğunu bildirmişdir. Sonradan onunla əlaqə saxlayaraq təqaüdə çıxarmağa adam tapdığını bildirmişdir. Həmin adama 5,800 manat pul vermə lazım olduğunu da söyləmişdir. İş düzələndən sonra isə ondan 350 manat şirnik alacağını demişdir. Bu barədə o, Əlinin anası Solmazla telefonla danışmış və Solmaz hissə-hissə onlara göndərdiyi kartın hesabına 6,153 manat köçürmüşdür. Əlini təqaüdə çıxarmağa kömklik edə bilməmiş və Solmazdan aldığı pulu xərclədiyinə görə onun pulunu qaytara bilməmişdir. Əməlindən peşman olduğunu qeyd edərək bildirmişdir ki, artıq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı, habelə həmin məbləğin 25 % hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı ifadə verərək bildirmişdir ki, oğlu Şahid 2-ci Qarabağ döyüşlərində iştirak edərək hərbi hissədən təxris olsa da təqaüdə çıxa bilməşdir. Onun hərbi hissədə əsgəri olmuş Təqsirləndirilən şəxs hərbi xidməti başa vurduqdan sonra Əliylə telefonla danışarkən Əlini təqaüdə çıxarmağa köməklik göstərəcəyini bildirmişdir. 2020-ci ilin iyul ayının ortalarında Əskər Əliyə zəng edib danışarkən Əli işdən çıxmaq istəyinini, ancaq ona təqaüd düşməyəcəyini bildirmişdir. Əskər Əliyə təqaüdə çıxmağa köməklik edəcəyini ancaq müəyyən miqdarda pul lazım olduğunu demişdir. Əli onunla razılaşmış və bu barədə ona demişdir. O, da razı olaraq Əskərlə telefonla danışmış Əskər Əlinin təqaüdə çıxarda biləcəyini demişdir. Əskər Əlini təqaüdə çıxarmaq üçün 5,800 manat işi düzəldən adama verəcəyini, iş düzəldikdən sonra isə 350 manat əziyyət haqqı alacağını bildirmişdir. O, razı olmuş və pul bir dəfənə yox hissə-hissə verəcəyin demişdir. Əskər razı olmuş və Əliyə özünün adına olan kart nömrəsi göndərmiş o, ümumilikdə hissə-hissə Əskərin kartına 6153 manat köçürmüşdür. Əskərin Əlini təqaüdə çıxaracağı tarix keçmiş, o, Əskərə bir neçə dəfə zəng edərək danışmış, Əskər müxtəlif bəhanələr gətirərək işi tezliklə həll edəcəyin demişdir. Sonradan Əskərə zəng etsədə əsgər telefonu açmamış və telefonu söndürmüşdür. O, Əskər tərəfindən aldadıldığını bildiyi üçün polis şöbəsinə gəlib şikayət etmişdir. . Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə, yəni etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Təqdim edilmiş qəbzdən müəyən olunur ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 1,539 manat ödəmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıb vurulmuş zərəri ödəməsini, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 48 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilən hüquqi yardıma görə 48 (qırx səkkiz) manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X1 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar