Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-164/2024 28.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC İnfrastruktur Departamentinin 7 nömrəli Ucar Elektrik təchizatı sahəsində elektrik mantyoru vəzifəsində işləyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı o, alkoqol sərxoşluğu vəziyyətində əli ilə və təpiklə vuraraq Zərərçəkmiş şəxs aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiyət olunan sağ bazunun və sağ çiyin qurşağının qançırı və şişkinliyi ilə müşaiyət olunun və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, "xxxx" QSC-nin 7 saylı Ucar Elektrik təchizatı sahəsində elektrik mantyoru vəzifəsində işləyir. Əvvəllər, yəni 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum olunmuş, Yevlax rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Ailəlidir, 2 övladı var, Zərərçəkmiş şəxs tanıyır, sonuncu onun həm baldızı, həm də qardaşının arvadıdır. xx.xx.2024-cü il tarixdə saat 17:00-də qayınanasıgilin qonşusu, həm də onun tanışı olan Aydının övladının “Aytən” şadlıq sarayında keçirilmiş toy mərasiminə getmiş, həmin toya qayınanası Lətafət, baldızları Naciyə, Nailə, həyat yoldaşı Nərminə və qızı Nuranə də getmişlər. O, toyda araq içib sərxoş olmuşdur. Orada qızı Nuranə və həyat yoldaşı Nərminənin geyindiyi paltarlar xoşuna gəlmədiyi üçün onlara evə getmələrini, əks halda toyu burunlarından tökəcəyini demişdir. Bunun üstündə orada onlarla bir masada oturan baldızı Naciyə ilə də aralarında mübahisə yaranmış, lakin o, həmin mübahisəni sərxoş olduğu üçün dəqiq xatırlamır. Həyat yoldaşı və qızı onun sözünə məhəl qoymayaraq toyda oturmuşlar və toy qurtarana yaxın qayınanasının evinə getmişlər. O, da onların onun sözünə baxmadıqlarından əsəbiləşmiş və onların arxasınca qayınanası gilə getmiş, qapını döymüş və qapı açılanda qabağına qayınanası Lətafət çıxmış, qayınanası onun qabağında durduğu üçün onu vurub kənara itələmiş, həmin vaxt qızı Nuranə və baldızı Naciyənin oğlu Çingiz araya girib onu sakitləşdirmişlər. Bundan sonra evə Naciyə də gəlmiş və həyətdə onun üstünə hücum etmiş o, da həmin vaxt Naciyəni yumruq və təpiklə vurmuşdur. Həmin vaxt Çingiz onu həyətdən çıxartmış və o, evlərinə getmiş, sonradan polis əməkdaşları evlərinə gələndə o, Naciyənin ondan şikayət etdiyini bilmişdir. Daha sonra polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmişlər. O, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə onların yaşadığı evin həyətində əli ilə və təpiklə vurmuş, orada həmin vaxt həyat yoldaşı Nərminə, baldızı Nailə, qızı Nuranə, Naciyənin oğlu Çingiz olmuşlar. O, etdiyi əməldən peşimandır, sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00-də anası Lətafət, bacıları Nərminə, Nailə, bacısı qızı Nuranə və həm qaynı, həm də yeznəsi olan Ramillə birlikdə “Aytən” şadlıq sarayında qonşuları Aydının oğlunun toy mərasiminə getmişlər. Ramil toyda spirtli içki içib sərxoş olandan sonra onların masasına gəlib həyat yoldaşı Nərminəyə onların yanında oturmamasını və onlarla birlikdə oynamağa durmamasını demişdir. O, Ramilə onların yanından aralaşmasını bildirmiş, lakin həmin vaxt Ramil masanın üstündə olan stəkandakı suyu onun üzünə tökmüşdür. Bundan sonra Ramil təkrar bir neçə dəfə də onların masasına gələrək ona söz atmış və onu təhqir etmişdir. Bir müddət sonra anası və bacıları Ramilin hərəkətlərindən bezərək toydan çıxıb getmişlər. Lakin o, toyun axırına kimi gözləmişdir. Həmin gün saat 21.50 radələrində o, toydan çıxıb evlərinə gələn zaman həyətlərindən səs-küy eşitmiş və yaşadığı evin həyətinə daxil olanda Ramilin anası və bacıları ilə mübahisə edərək onları döydüyünü görmüş, Ramil də onun gəldiyini görən kimi onun üstünə hücum çəkmiş və sərxoş vəziyyətdə onu söyüb təhqir edərək təpiklə ayağına vurmuş, sonra da əli ilə qolundan vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt oğlu Çingiz Ramili aralaşdırıb aparmışdır. O, da bundan sonra 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2024-cü il tarixdə saat 17:00-də qızıları Nərminə, Nailə, nəvəsi Nuranə və həm də yeznəsi olan Ramillə birlikdə “Aytən” şadlıq sarayında qonşuları Aydının oğlunun toy mərasiminə getmişlər. Ramil toyda spirtli içki içib sərxoş olandan sonra onların masasına gəlib həyat yoldaşı Nərminəyə onların yanında oturmamasını və onlarla birlikdə oynamağa durmamasını demişdir. O, Ramilə onların yanından aralaşmasını bildirmiş, lakin həmin vaxt Ramil masanın üstündə olan stəkandakı suyu Naciyənin üzünə tökmüşdür. Bundan sonra Ramil təkrar bir neçə dəfə də onların masasına gələrək ona söz atmış və onu təhqir etmişdir. Bir müddət sonra qızıları Ramilin hərəkətlərindən bezərək toydan çıxıb getmişlər. Həmin gün saat 21:50 radələrində Ramil yaşadığı evin həyətinə qızı Naciyənin üstünə hücum çəkmiş və sərxoş vəziyyətdə onu söyüb təhqir edərək təpiklə ayağına vurmuş, sonra da əli ilə qolundan vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt nəvəsi Çingiz Ramili aralaşdırıb aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 641 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - “aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiyət olunan sağ bazunun və sağ çiyin qurşağının qançırı və şişkinliyi” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.9); Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 640 saylı rəyindən görünür ki, Şahid1 bədənində aşkar edilmiş xəsarət - “burun belinin şişkinliyi və qançırı” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir.(iş vər.10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(iş vər.43). Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 747 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır.(iş vər.43). Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 iki 05 ay 26 gün maddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(iş vər.50-56); Yevlax Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 162/2 saylı məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasından 01 il 11 ay 15 gününü çəkmiş, 01 il 04 ay 10 günü isə çəkilməmiş olaraq qalmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmədə etirafedici ifadə verməsi ilə yanaşı, Zərərçəkmiş şəxs və iş üzrə şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-164/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-164/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver