Məhkəmə qərarları › İş №1(039)-165/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-165/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-165/2022 08.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 132-da qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri H.Aslanov küçəsi 46-da yerləşən yaşayış evinin həyətinə qapını itələyib açmaqla qanunsuz daxil olub həyətdə olan saxlanc yeri hesab edilən otaqdan 250 manat dəyərində “Bosch” markalı işlək vəziyyətdə olan pereferatoru, 40 manat dəyərində işlənmiş vəziyyətdə olan Viktor markalı, ZDU-850GR modelli direli, 40 manat dəyərində işlənmiş vəziyyətdə olan Kenqerli markalı, RD-530GR modelli direli, ümumilikdə 100 manat dəyərində 2 ədəd kiçik ölçülü "Bosch” markalı direlləri, 85 manat dəyərində Total markalı mismar vuran aparatı, ümumilikdə 150 manat dəyərində 4 ədəd balıq tutmaq üçün tilovları, 70 manat dəyərində “Porce” markalı divar deşmək üçün alətlər dəstini, 25 manat dəyərində parça süfrəni, 5 manat dəyərində 25 nömrəli uşaq ayaqqabısını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs 765 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 07 aprel 2022-ci il tarixdə gecə saat 05 radələrində təkcə Yevlax şəhəri H.Aslanov küçəsi ilə gedərkən 46 saylı evdə yaşayan sonradan tanıdığı Rəşad adlı şəxsin yaşadığı evin küçə darvazasının qapısı açıq olduğundan həmin həyətə girmiş, ev sahiblərinin yatmış olduğundan əmin olduqdan sonra evin həyətində olan otağın taxtadadan olan qapısını itələyib açaraq, otağın içərisinə daxil olmuş, içəridən 4 ədəd müxtəlif formalı direlləri, 1 ədəd mismar vuran apparatı, 1 ədəd peraparatoru, divar deşən alətlərlə birlikdə, 4 ədəd balıq tutmaq üçün tilovları, 1 ədəd işlənmiş süfrəni və bir ədəd geynilmiş uşaq ayaqqabısın özü ilə apardığı torbaya yığaraq həyətə girdiyi qaydada həyətdən çıxmış və bir başa yaşadığı evə getmişdir. Gecəni yatmış, səhəri gün təxminən saat 19 radələrində direlləri satmaq üçün küçədə əlində apararkən qonşuları İlhamla qarşılaşmış, direllərin özünün olduğunu və pul lazım olduğu üçün satdığını bildirərək onları 40 manata İlhama satmışdır. İlham həmin direllərin oğurluq olduğunu bilməmişdir. Sonra tilovların ikisini dəqiq yadında qalmayan şəxsə 20 manata satmış, ayaqqabı ilə süfrəni sata bilmədiyi üçün dəqiq yadında qalmağı küçədə tullamışdır. Qalan bir ədəd pereparatoru alətləri ilə birlikdə, mismar vuran aləti və iki ədəd balıq tutmaq üçün tilovları polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ev təmiri ilə məşğul olur. İstifadə etdiyi alətləri isə yaşadığı evin həyətindəki otaqda saxlayır. 06 aprel 2022-ci il tarixdə gecə saatlarında işlətdiyi 250 manat dəyərində “Bosch” markalı işlək vəziyyətdə olan pereferatoru, 90 manat dəyərində işlənmiş vəziyyətdə olan Viktor markalı, ZDU-850GR modelli direli, 90 manat dəyərində işlənmiş vəziyyətdə olan Kenqerli markalı, RD-530GR modelli direli, ümumilikdə 100 manat dəyərində 2 ədəd kiçik ölçülü "Bosch” markalı direlləri, 85 manat dəyərində Total markalı mismar vuran aparatı və 70 manat dəyərində «Porce» markalı divar deşmək üçün alətlər dəstini sözügedən otağa qoyaraq evə getmişdir. Gecəni yatmış səhər yuxudan durduqdan sonra saat 09 radələrində həyətdəki alətləri saxladığı otaqdan alətləri götürərkən alətlərin yerində olmadığını görmüş, bundan başqa otaqdan ümumilikdə 150 manat dəyərində 4 ədəd balıq tutmaq üçün tilovların, 25 manat dəyərində bir ədəd parça süfrənin və 5 manat dəyərində 25 nömrəli uşaq ayaqqabısının oğurlandığını bilmişdir. O, evindən oğurluq edəni axtarsa da tapa bilmədiyi üçün polis şöbəsinə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluğu Novruz adlı şəxs etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır, münasibətləri yaxşı olmuşdur. O, işlənmiş vəziyyətdə olan alətləri alıb-satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində küçədə olarkən Novruz əlində 4 ədəd işlənmiş vəziyyətdə olan direlləri gətirərək özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını demişdir. O, həmin direllərə baxmış və Novruz 40 manata direlləri ona satmışdır. Sonradan bilmişdir ki, Novruz ona satdığı direlləri oğurlayıb ona satmışdır. Ona görə o, həmin direlləri polis şöbəsinə aparıb təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baxışın keçirildiyi yer ünvan 1 ünvanında yerləşən yaşayış evinin yardımçı tikilisindən oğurlanmış əşyaların yerlərini yəni 4 ədəd müxtəlif formalı direlləri, 1 ədəd mismar vuran apparatı, 1 ədəd peraparatoru, divar deşən alətlərlə birlikdə, 4 ədəd balıq tutmaq üçün tilovları, 1 ədəd işlənmiş süfrəni və bir ədəd geynilmiş uşaq ayaqqabısının oğurlandığı yeri göstərmişdir (iş vər.05-09); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.30); “şübəli şəsin ifadənin yerində yoxlanması və maddi sübutların götürülməsi haqqında” 19 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən, X4 yaşadığı evin həyətindəki əl damından aşkar olaraq götürülmüş 1 ədəd pereparator, bir ədəd mismar vuran alət və 2 ədəd balıq tutmaq üçün tilovu oğurlanan əşyalar olduğunu bildirmişdir ( iş vər. 38-44); “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.45); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1,180.2.2, 180.2.3,180.2.4 və 66.2 maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Gəngə Apelleysiya Məhkəməsinin qərarı ilə 4 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Ammnistiya Qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (iş vər. 66-67); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3415 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus Viktor markalı, ZDU-850GR modelli direl 40 manat, Kenqerli markalı, RD-530GR modelli direlin 40 manat və 2 ədəd kiçik ölçülü "Bosch” markalı direllər isə 100 manat olmaqla ümumilikdə 180 manat təşkil etmişdir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığından həmin malların qiyymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır ( iş vər. 80-82); “maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs yaşadığı evindən aşkar olaraq götürülmüş “Bosch” markalı pereferator, Viktor markalı, ZDU-850GR modelli direl, Kenqerli markalı, RD-530GR modelli direl, 2 ədəd kiçik ölçülü "Bosch” markalı direlləri, Total markalı mismar vuran aparat, 2 ədəd balıq tutmaq üçün tilov, «Porce» markalı divar deşmək üçün alətlər maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (iş vər.84-88); Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞ-nin MSY-nə təhvil verilmişdir . Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 04 iyun 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1,180.2.2, 180.2.3, 180.2.4 və 66.2 maddələri ilə təqsirli bilinərək 4 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. 12 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi badərə qərarından görünür ki, “08 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 24.11.202-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan “Bosch” markalı pereferator, Viktor markalı, ZDU-850GR modelli direl, Kenqerli markalı, RD-530GR modelli direl, 2 ədəd kiçik ölçülü "Bosch” markalı direlləri, Total markalı mismar vuran aparat, 2 ədəd balıq tutmaq üçün tilov, «Porce» markalı divar deşmək üçün alətlər sahibi X5 təhvil verilməsi nəzərə alınmalı, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan "Bosch” markalı direlləri, Total markalı mismar vuran aparat, 2 ədəd balıq tutmaq üçün tilov, «Porce» markalı divar deşmək üçün alətlər sahibi X5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmədə göstərdiyi 6 (altı) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar