Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-165/2025 12.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, Nəbati küçəsi Nəbati döngəsi mənzil 48-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN-nin İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 ədəd sellofan torbada ümumi təmiz çəkisi 470,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, 9 oktyabr 2025-ci il tarixdə saat 16:51-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamasında polis əməkdaşları tərəfindən saxlanılaraq üstünün yoxlanılması nəticəsində onun sol əlində olan 1 ədəd göy rəngli sellofan torbada xeyli miqdarda ümumi təmiz çəkisi 470,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirakı təmin edilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən iki ilə yaxın müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Asma xəstəliyi ilə əlaqədar hava almaq üçün Yevlax şəhərindən keçən Kür çayının sahilində gəzərkən yerdə narkotik vasitə olan qurudulmuş marixuana tapıb götürmüş, birazını istifadə etmiş, qalananını təkrar istifadə üçün saxlamışdır. Hazırda əməlindən peşman olduğunu və xəstə olmasnı nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 9 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edilməsi və saxlanması barədə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Onun, Yevlax rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Yevlax rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmış, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir. Həmin gün Yevlax şəhəri C.Əyyubov küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı sol əlində saxladığı rəngli sellofan bükümü təqdim etmişdir. Bundan sonra həmin 1 ədəd göy rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və tərtib edilmiş sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 9 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edilməsi və saxlanması barədə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Onun, Yevlax rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X1 və Yevlax rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmış, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir. Həmin gün Yevlax şəhəri C.Əyyubov küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı sol əlində saxladığı rəngli sellofan bükümü təqdim etmişdir. Bundan sonra həmin 1 ədəd göy rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və tərtib edilmiş sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün saat 16:51-də məhdudlaşdırılmışdır (i.v.31-32); Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v.89-92); “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, sol əlində saxladığı 1 ədəd göy rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (müvafiq CD disk əlavə olunub, i.v 10-11); “Diskdə olan videoyazıya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v.12); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə və iştirakçılar yazılmış zərfdən 1 (bir) ədəd göy rəngli sellofan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur (müvafiq DVD disk əlavə olunub, i.v. 14-16); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir (müvafiq DVD disk əlavə olunub)(i.v.35-42); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/772 nömrəli rəyindən görünür ki, üzərində üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar olan kağız bağlamanın içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi- 470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın tədqiqata sərf edildi - 0,20 qram, qalıq-469.80 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,86 manatdır (i.v.49-53); Maddi sübut kimi tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 469,80 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (i.v.94-95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixdə qərarı ilə hökm dəyişdirilərək 2 il 1 ay 22 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.109-110). Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.127-134). Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0016176/2 nömrəli məktubdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 127/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 il 1 ay 22 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə məhkuma elektron nəzərət vasitəsi tətbiq edilmiş, məhkuma tətbiq edilmiş elektron nəzərət vasitəsi işlək vəziyyətdədir. Təqsirləndirilən şəxs cəzasından 1 il 5 ay 21 gününü çəkmiş, 8 ay 1 günü çəkilməmiş olaraq qalmışdır (i.v. 93); Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru ( probasiya üzrə) İ dərəcəli ədliyyə qulluqçusu İqbal Süleymanovun 15 yanvar 2026-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarın surətindən görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibəti amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilməsi qərara alınmışdır (i.v.214); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v.139); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 0.500 qram olan narkotik vasitə marixuana (qurudulmuş) xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən X5 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin olan qurudulmuş marixuananın qalığı məhv edilməli, istintaq hərəkətlərinin görüntülərini əks etdirən 3 ədəd kompakt disklər cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat ümumilikdə 121 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 469,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, istintaq hərəkətlərinin görüntülərini əks etdirən 3 ədəd kompakt disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 71 (yetmiş bir) manat 86 (səksən altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun göstərdiyi 11 (on bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 121 (bir yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-165/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-165/2025
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver