Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-166/2021 17.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkimiş şəxs Yevlax rayonu Nərimanabad Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1951-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, kənd təsərrüfatı ilə məşğul olan, məhkum olunmamış, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, 2020-ci ilin oktyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə gün ərzində Yevlax rayon, Nərimanabad kəndində yol ilə onun yaşadığı fərdi yaşayış evinin küçə divarının və evin həyətinə giriş darvazasının qarşısında yerləşən Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla yaşayış məntəqlərinin torpaqlarına aid olan X 674220.995 Y 4497341.711 kordinatlarında 11,85 metr məsafədə, X 674228.631 Y 4497350.775 kordinatlarında 38.0 metr məsafədə, X 674257.181 Y 4497325.693 kordinatlarında 20.1 metr məsafədə, X 674243.400 Y 4497311.057 kordinatlarında 38.0 metr məsafədə yerləşən ümumilikdə 0,06 hektar torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan beton bloklarla hasarlayaraq özbaşına tutmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, Yevlax rayon Nərimanabad kəndində ailəsi ilə birlikdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Onun yaşadığı evin qarşısında geniş boş ərazi var. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində həmin ərazini beton bloklardan istifadə edərək hasarlamışdır. Onun həmin yeri hasarlamaqda məqsədi həmin əraziyə saxladığı iribuynuzlu heyvanların tullantılarını və peyinini atmaq olmuşdur. Həmin ərazi ona məxsus deyil və həmçinin onun qanuni istifadəsinə verilməmişdir. Beton bloklarla hasarladığı ərazinin bələdiyyə mülkiyyətində olmasını bilir və həmin yeri hasarlayan zaman bələdiyyədən rəsmi və ya qeyri-rəsmi qaydada icazə almamışdır. Nərimanabad bələdiyyəsinin sədri ona müraciət edərək torpağın boşaldılmasını tələb etsə də, bir müddət onun tələbini yerinə yetirməmişdir. Lain, sonradan həmin sahəni boşaltmışdır. Əməldən peşman olduğunu bildirmiş, ərizə təqdim edərək “Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktını tətbiq edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Yevlax rayonu Nərimanabad Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşən və Nərimanabad Bələdiyyəsinin mülkiyyətində olan ərazini beton bloklara hasarlayaraq zəbt etmişdir. Həmin yer kənd bələdiyyə binasını kəndin içərisinə tərəf keçərkən yolun sol tərəfində, kəndin tibb məntəqəsinin və kənd kitabxanasının yaxınlığında yerləşir. Təqsirləndirilən şəxs beton bloklarla hasarladığı bələdiyyə mülkiyyətində olan ərazi 0.06 hektardır. Təqsirləndirilən şəxs həmin ərazini beton bloklarla hasarlamış və həmin yerə iribuynuzlu heyvanların peyinini tökmüşdür. Təqsirləndirilən şəxs beton blokları həmin yerdən götürməsi və ərazini boşaltmasını tələb etsə də, buna baxmayaraq onun sözlərinə məhəl qoymamış, həmin beton blokları zəbt etdiyi yerdən heç vaxt götürməyəcəyini bildirmişdir. Bu səbəbdən ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Oruc Süelymanov artıq zəbt etdiyi sahədən blokları götürmüş və sahəni Bələdiyyəyə təhvil vermişdir. Şahid bildirmişdir ki, Yevlax ŞİHB-nın Səmədabad İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. Səmədabad nümayəndəliyinə Yevlax rayon Nərimanabad kəndi də aiddir və o, həmin kənd də onun xidməti ərazisinə aiddir. Kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşən və Nərimanabad Bələdiyyəsinin mülkiyyətində olan ərazini beton bloklara hasarlayaraq zəbt etmişdir. Həmin yer kənd Bələdiyyəsinin mülkiyyətindədir. Təqsirləndirilən şəxs həmin ərazini beton bloklarla hasarlamış və həmin yerə iribuynuzlu heyvanların peyinini tökmüşdür. Təqsirləndirilən şəxs onun tərəfindən də bu barədə xəbərdar edilsə də, buna əhəmiyyət verməmiş, sahəni mülkiyyətçisinə verməkdən imtina etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin 09.08.2021-ci il tarixli **********29 nömrəli məktubundan görünür ki, idarənin arxiv materiallarına və elektron xəritə bazasına (DWG) istinadən vətəndaş Təqsirləndirilən şəxs həmin 0,06 ha torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquqlarının olmadığı müəyyən edilmişdir. Həmin sahə bələdiyyə mülkiyyətinə məxsus olub yaşayış məntəqələrinin torpaqlarına aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 24.08.2021-ci il tarixli **********96 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aid olan X 674220.995, Y 4497341.711 kordinatlarında 11.85 metr məsafədə, X 674228.631, Y 4497350.775 kordinatlarında 38.0 metr məsafədə, X 674257.181, Y 4497325.693 kordinatlarında 20.1 metr məsafədə, X 674243.400, Y 4497311.057 kordinatlarında 38.0 metr məsafədə yerləşən ümumilikdə 0,06 hektar torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan beton bloklarla hasarlayaraq özbaşına tutmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli 10/3363 nömrəli rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqdan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işçiləri tərəfindən Yevlax rayonu, Nərimanabad kəndi ərazisində monitorinq aparılmışdır. Monitorinq zamanı vətəndaş Təqsirləndirilən şəxs tərəfindən kənd ərazisində yerləşən bələdiyyənin ümumi istifadəsində olan 0,06 hektar torpaq sahəsinin qanunvericiliyinə zidd olaraq bloklardan istifadə edərək hasarlanması faktı aşkar edilmişdir. (səh. 26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 10/4349 nömrəli rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 nömrəli Ərazi İdarəsinin 09.08.2021-ci il tarixli **********29 nömrəli məktubunda olan məlumatlara əsasən, Təqsirləndirilən şəxs beton bloklarla hasarlanaraq istifadəsində olan torpaq sahəsinin 0,06 ha təşkil etməklə, bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi 0,06 ha olmaqla döngə X 674220.995, Y 4497341.711 kordinatlarında 11.85 metr məsafədə, X 674228.631, Y 4497350.775 kordinatlarında 38.0 metr məsafədə, X 674257.181, Y 4497325.693 kordinatlarında 20.1 metr məsafədə, X 674243.400, Y 4497311.057 kordinatlarında 38.0 metr məsafədə olmuşdur. (səh. 46-47) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə, yəni Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. “Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktı: 1.14.bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddir. 9.1 Məhkəmələr, icraatında olan bu Qarar qüvvəyə mindiyi günədək baxılmamış cinayat işləri va məhkəməyədək sadələşdirilmiş icraat materialları uzre bu Qərarın 1.1- 1.16-ci bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibina xitam verir ve ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittham hökmü çixarır (bu Qararın 10-cu va 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Maddə 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs amnistiya tətbiq edilməli şəxslərin siyahısına aid omasını, özünü təqsirli bilməklə buna razılıq ərizəsi təqdim etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspretizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 84 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, barəsində “Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktı tətbiq edilməklə, iş üzrə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Ekspertia tədqiqatının dəyəri – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilsin. Göstərilən hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-166/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-166/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver